Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-266/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hüseynov Azad Məmmədhüseyn oğlunun iştirakları ilə Bakı Şə həri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Həsənov Azad Məmmədhüseyn oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxxx tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim B.Ş.Məmmədov) xx xxxxxx 1989-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20% dövlət nəfinə pul tutulmaqla qəti olaraq 08 ay 24 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək Məhkumun 02 (iki) gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən Məhkumun hazırki hökm üzrə təyin edilən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və bu günədək çəkilməmiş qalan aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işlərinin üç günü hesabı ilə hesablanmaqla, yəni 02 (iki) ay 28 (iyirmi şəkkiz) gün müddəti qismən toplamaqla, Məhkuma qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkumun CM-nin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü Zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və bu günədək çəkilməmiş qalan aylıq qazancından 20 faiz pul dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə islah işlərinin üç günü hesabı ilə hesablanmaqla, yəni 02 (iki) ay 28 (iyirmi şəkkiz) gün müddəti qismən toplamaqla, Məhkuma qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Həsənov Azad Məmmədhüseyn oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxx tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2018-ci ilin may ayının əvvəllərində müxtəlif v axtlarda ünvan 2 ünvanda birgə yaşadığı keçmiş arvadı Zərərçəkmiş şəxsin 15000 manat və bir müddət sonra 30000 manat olmaqla ümumilikdə 45000 manat məbləğində pulunu vahid niyyətlə gizli talayaraq ələ keçirib Zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Hüseynov Azad Məmmədhüseyn oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı qanun pozuntularına yol verilməsi ilə çıxarılmışdır. Belə ki, aparılan cinayət təqibində əməlin oğurluq kimi tövsif edilməsi tamamilə əsassızdır. Tərəflər əvvəllər ailəli olmuş, boşandıqdan sonra da faktiki nikah münasibətlərində olmuş, bu müddət ərzində övladları dünyaya g əlmişdir. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən nikah müddəti ərzində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onlar arasında hər hansı əmlak bölgüsü aparılmamışdır. Göründüyü kimi hazırki iş üzrə yaranmış bu münasibətlər ailə münasibətlərindən yarandığından qanunvericliyə əsasən mülki qaydada həll olunmalıdır. Yalnız subyektiv mülahizələrə əsasən 45000 manat pulun oğurlanması faktı öz təsdiqini tapmamışdır. Əksinə zərərçəkmiş şəxsin müxtəlif axtlarda vermiş olduğu ifadələr bunun qisas almaq məqsədilə qurulmuş bir oyun olduğunu sübut etməkdədir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə yeni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxx kassasiya şikayət ini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi məhkuma cəza təyin edərkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, cinayət hadisəsi və onun doğurduğu nəticələrə dair düzgün nəticə formalaşdırmamış və nəticədə məhkuma qanunvericilikdə nəzərdə tutulduğundan daha yüngül cəza təyin etmişdir. Apellyasiya məhkəmə kollegiyası məhkumun əməlində cəzasını ağırlaşdıran halın olmasına baxmayaraq məhkəmə kollegiyası ona vurulmuş ziyanın miqdarının doğurduğu maddi məhrumiyyətin nəticələrinə diqqət yetirməmişdir. Məhkum zərərçəkmiş şəxsin ona olan etimadından istifadə etməklə bu cinayəti törətmişdir. Məhkəmə qərarlarında bu xüsusatlar həm təqsirləndirilən, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin ifadələrində öz əksini tapmışdır. Odu r ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını dəyişdirməklə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi A.M.Hüseynov hüquqlarını müdafiə etdiyi Məhkum oğurluq cinayətini törətmədiyini, nikaha formal xitam verilməsinə baxmayaraq, ümumi birgə əmlakın heç bir bölgüsü aparılmadığını, faktiki ər və arvad münasibətlərində olaraq birgə yaşadıqlarını, birgə təsərrüfat apardıqlarını, hətta bu müddətdə bir övladlarının da dünya gəldiyini bildirdi. Bundan əlavə müdafiəçi 45.000 manat pulun haradan və necə götürdüyünün istintaq zamanı müəyyən olunm adığını, həmin əmlakda məhkumunda payının olduğunu, zərərçəkmiş şəxsin atasının və qardaşının zərərçəkmiş şəxsə dediyinə istinadən Məhkum barəsində cinayət işinin başlandığını, başqa heç bir sübutun mövcud olmadığını, bu hadisənin mülki münasibətlər zəminində baş verdiyini bildirib, verdiyi kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxxx tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, nümayəndəsi xxxxxx tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun D övlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cəza təyini zamanı cinayət qanunvericiliyinin tələblərinə əməl olunduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından hə min əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum edilmiş şəxsin müdafiəçisinin kassasiya şikayətində Məhkumun CM-nin 177.2.4-cü maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, hökmün və qərarın əsasının yolverilməz sübutların təşkil etməsin ə, məhkəmənin cinayət tərkibi əlamətləri olmadan ittiham hökmü çıxarmasına, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxx kassasiya şikayətində məhkumun şəxsiyyətinin, törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının nəzərə alınmaması və cəzasının həddindən artıq yüngül olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulm uş halla əlaqələndirmişdir. Odur ki, kollegiya hər iki kassasiya şikayətlərini, CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, həm müdafiə tərəfinin, həm də zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxsin müdafiəçisinin kassasiya şikayəti təmin edilməli, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli, zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxx kassasi ya şikayəti isə təmin edilməməlidir. Belə ki, ilkin olaraq işə baxan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi ittiham hökmündə Məhkumun verilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini, həmçinin məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin, şahid ifadələri və digər sübutların məcmusu ilə ittihamın tam təsdiq olunduğunu nəzərə almasını qeyd etsə də, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasına, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı və əməlin tövsifi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, Məhk um cinayət əməli şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirilmiş, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermiş, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, Məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi də eyni qaydada heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan formal surətdə CPM-nin 397-ci maddəsinə istinad etmiş, həmin normanın tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin maddələrin şərh edilməsinə dair xx xxx 2009-cu il tarixli Qərarında qeyd edilmiş göstər işlərə əməl etməmişdir. Cinayət Prоsessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prоsessual Məcəlləsinin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Cinayət Prоsеssual Məcəlləsinin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən еdilmiş faktiki hallar apеllyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apеllyasiya şikayətinin və ya apеllyasiya prоtеstinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət еdilməsi apеllyasiya instansiyası məhkəməsi tərəfindən apеllyasiya şikayətinin və apеllyasiya prоtеstinin dəlillərindən asılı оlmayar aq yохlanılır. Qeyd edilən prosessual normayа görə hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Kassasiya məhkəmə kollegiyası baxılan iş üzrə cinayət əməlinin hüquqi tövsif məsələsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nə zərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə kollegiyası iş üzrə sübutları, işin müəyyən edilmiş sayılan halları və Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsinin dispozisiyası və oğurluq cinay ətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı aydın olur. Belə ki, Məhkum olunduğu CM-nin 177.2.4-cü maddəsinin dispozisiyası oğurluq, yəni xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli talamanı özündə ehtiva edir. Mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakın tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsindən ibarət hərəkətlər başa düşülür. Göründüyü kimi talama cinayətlərindən biri kimi oğurluğun mühüm əlamətlərindən biri də əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdır. Əks halda cinayətin tərkib əlamətinə daxil olan cinayəti n obyektinin mövcudluğundan söhbət gedə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum ilə Zərərçəkmiş şəxs 2012-ci il tarixdə rəsmi nikahla ailə qurmuş, Məhkum ünvan 2 ünvanda birgə yaşamış, 2013-cü il tarixdə birgə nikahdan qız övladları dünyaya gəlmişdir. Həm məhkum, həm də zərərçəkmiş şəxs verdiyi ifadələrlə təsdiq etmişlər ki, aralarında olan nikah 2017-ci ildən etibarən pozulsa da, heç bir əmlak bölgüsü aparılmamış, əksinə faktiki ər-arvad kimi bir yerdə yaşayaraq nikah münasibətlərində olmuş, ümumi təsərrüfat aparmaqda davam etmişlər. Sonradan qeyd edilən ünvandakı evi sataraq birgə kirayə götürdükləri evdə yaşamışlar. Hətta bu dövr ərzində birgə nikahdan ikinci övladları da dünyaya gəlmişdir. Məhkəmələr tərəfindən müəyyən olunmuş yuxarıda qeyd edilən işin faktiki hall arından aydın olur ki, özgə əmlak kimi göstərilmiş 45000 manat məbləğində pula Məhkum güman edilən mülkiyyət hüququ ehtimal olunur, yəni həmin pulun (və ya onun bir hissəsinin) kimə məxsus olması faktiki müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunver icilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini, həmçinin məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarılmasını hökm bə ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəl məsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cina yət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmada n həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibi əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, müdafiəçinin kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Bu baxımdan məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxx tərəfindən verilmiş kassasiya şikayətlərinin məhkuma təyin edilmiş cəzanın yüngüllüyünə dair dəlillərinə qiymət verməyi lüzumsuz hesab edir. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, Məhkumun müdafiəçisi Həsənov Azad Məmmədhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Həsənov Azad Məmmədhüseyn oğlunun kassasiya şikayətinə əsasən ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli, Zərərçəkmiş şəxsin nümayəndəsi xxxxxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən bax ılmasını təyin etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Həsənov Azad Məmmədhüseyn oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Həsənov Azad Məmmədhüseyn oğlunun kassasiya şikayətinə əsasən ləğv edilsin və cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Zərərçəkmiş şəxs nümayəndəsi xxxxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-266/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-266/2021
26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver