Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-266/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X16 oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) 25 may 2022-ci il tarixli hökmü ilə xx xxxx 1984-cü ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM- in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 13 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin X8 da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 25 avqust 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3 və 234.1-ci maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(099)-168/2022 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(099)-168/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2021-ci ilin may ayının əvvəllərindən həmin ilin 5 iyun tarixinədək olan müddətdə tanışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləmiş Şahid7 ilə danışıb dəfələrlə onunla Ağcabədi rayonu ərazisində müxtəlif ünvanlarda görüşməklə satış məqsidi ilə qanunsuz olaraq əldə etdiyi psixotorp maddə olan metamfetamini sonuncuya nəqd pula və nisyə formasında təkrarən satmış, 4 iyun 2021-ci il tarixdə saat 19 radələrində Şahid7l a Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində görüşüb, sonuncunun hərbi hissəsinin anbarından gizli yolla taladığı bir ədəd DA 368 nömrəli, texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1955-ci ildə istehsal olunmuş, 9 mm çaplı, “Makarov” konstruksiyalı, PM modelli, yivli odlu silah olan tapançanı və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9 x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan darağı, odlu silahın və onun komlekt hissəsinin haradan əldə edildiyini bilmədən Şahid7 satdığı psixotrop maddə olan metafetamindən yaranmış borcunun müqabilində alaraq qanunsuz olaraq əldə edi b, idarə etdiyi VAZ-21064 minik markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobilində daşıyıb yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan yarımtikilinin içərisində sellofana bükülmüş halda gizlədərək saxlamış, xx.xx.2021-ci il tarixdə əməliyyatistintaq tədbirləri nəticəsində bir ədəd DA 368 nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1955-ci ildə istehsal olunmuş 9 mm çaplı, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapança və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan daraq yaşadığ ı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan yarımtikilinin içərisindən sellofana bükülmüş halda aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-33,307 qram və 48,933 qram olmaqla 2 ədəd bükümlərdə, ümumi çəkisi 82,240 qram olan narkotik vasitə heroini təkrarən qanunsuz olaraq əldə edib, həmçinin 08 iyun 2021-ci il tarixdə saat 19 radələrində tanışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləmiş Şahid7 ilə danışıb sonuncunun işlədiyi hərbi hissənin yaxınlığında Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində görüşüb, Şahid7 hərbi hissəsinin anbarından gizli yolla taladığı bir ədəd EA2691L nömrəli, texniki cəhətdən saz və atəş üçün ya rarlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm çaplı, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapançanı və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı, «Makarov» konstruksiyalı, Pm modelli tapançaların komplekt hissələri olan darağı, odlu silahın və onun komlekt hissəsinin haradan əldə edildiyini bilmədən Hidyaət Qasımova psixotrop maddə verəcəyini vəd edib Şahid7 həmin silahı və onun komlekt hissəsi olan darağı alıb təkrarən qanunsuz olaraq əldə edib idarə etdiyi VAZ-21064 minik markalı, **-BF-*** qeydiyyat nömrə nişanlı avtomobilində daşıyaraq saxlamış, 13 iyun 2021-ci il tarixdə saat 20 radələrində idarə etdiyi VAZ-21064 minik markalı, **-BF-*** qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi şəhəri Ə.Bünyadov küçəsində yerləşən avtoyuma məntəqəsində olan zaman Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, saxlanılaraq avtomobili ilə birlikdə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon polis şöbəsinin avtomobillərin saxlanıldığı duracağına gətirilərək onun iştirakı ilə avtomobilinə baxış keçirilərkən avtomobilin yük yerindən bir ədəd EA2691L nömrəli texniki cəhətdən saz və atəş üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm çaplı, “Makarov” konstruksiyalı PM modelli yivli odlu silah olan tapança və bir ədəd texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 9 x18 mm çaplı patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin çaplı «Makarov» konstruksiyalı, PM modelli tapançaların komplekt hissələri olan daraq, həmçinin avtomobilin salonundan kağız paketdəki «Vinston» markalı siqaret qutusunun içərisində 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 33,307 qram və «Sobranie» markalı siqaret qutusunun içərisində 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 48,933 qram olmaqla, ümumi çəkisi 82,240 qram olan narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa aralarında tanışlıq münasibətləri olan Məhkum və X1 qohumu Zərərçəkmiş şəxs1 məxsus, Ağcabədi şəhəri S.Vurğun küçəsində yerləşən avtomobil ehtiyyat hissələrinin satışı mağazasından oğurluq etmək, yəni özgənin əmlakını gizli olaraq ta lamaqla ələ keçirmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək öz aralaraında Orxan Bahadırovun mağazadan və mağazanın anbarından avtomobil ehtiyat hissələrini gizli yolla çıxarması, Məhkum isə çöldə gözləməsi, sonra isə oğurlayacaqları ehtiyat hissələrini satıb əldə edəcəkləri pul vəsaitini bölüşdürəcəkləri barədə vəzifə bölgüsü apararaq razılığa gəlmişlər. Bundan sonra 2021-ci ilin may ayının sonlarından 13 iyun 2021-ci il tarixə saat 06 radələrinədək olan müddət ərzində Orxan Bahadırov ümumi cinayətkar niyyətə və razılığa əsasən Zərərçəkmiş şəxs1 məxsus avtomobil ehtiyyat hissələri mağazasının qapısının kilidini sındırma yolu ilə və hasardan aşmaqla saxlanc yeri hesab edilən mağazaya və mağazanın anbarına qanunsuz daxil olmuş, Məhkum isə mağazanın çölü ndə qalaraq ətrafı gözətləmişdir. Orxan Bahadırov mağazadan və mağazanın anbarından 1 ədəd 100 manat dəyərində “İnter continental” markalı, 12V 60 Ah ölçülü akkumulyatoru, 2 ədəd hər birinin qiyməti 25 manat dəyərində "Red tiger” markalı, 12V 60 Ah ölçülü akkumulyatorları, 1 ədəd 55 manat dəyərində “Vaz-21083” markalı avtomobilə aid radiatoru, 1 ədəd 35 manat dəyərində Lada markalı avtomobillərə aid oturacaq üzlüyünü, 1 ədəd 115 manat dəyərində “VAZ-2106” markalı avtomobilə aid qabaq kapotu germetlə birlikdə, 1 ədəd 100 manat dəyərində “VAZ-21011” markalı avtomobilə aid qabaq kapotu germetlə birlikdə, 1 ədəd 95 manat dəyərində “VAZ-2105” markalı avtomobilə aid arxa kapotu germetlə birlikdə, 1 ədəd 85 manat dəyərində “VAZ- 2106” markalı avtomobilə aid arxa kapotu germetlə birlikdə, hər biri 45 manat olmaqla 3 ədəd “VAZ-2106” markalı avtomobilə aid qabaq sol qanadı, hər biri 45manat olmaqla 2 ədəd “VAZ-2106” markalı avtomobilə aid qabaq sağ qanadı, hər biri 40manat olmaqla 2 ədəd “VAZ-2107” markalı avtomobilə aid qabaq sağ qanadı, 1 ədəd 40 manat dəyərində “VAZ-2107” markalı avtomobilə aid qabaq sol qanadı, hər biri 50 manat dəyərində olmaqla 2 ədəd “VAZ-2106” markalı avtomobilə aid arxa sağ qanadı, 1 ədəd 50 manat dəyərində “VAZ-2106” markalı avtomobilə aid arxa sol qanadı, hər biri 40 manat dəyərində olmaqla 2 ədəd “VAZ-21011” markalı avtomobilə aid qabaq sol qanadı, hər biri 40 manat olmaqla 2 ədəd “VAZ-21011” markalı avtomobilə aid qabaq sağ qanadı, 1 ədəd 43 manat dəyərində “VAZ-21011” markalı avtomobilə aid arxa sol qanadı, hər biri 43 manat dəyərində olmaqla 2 ədəd “ VAZ-21011” markalı avtomobilə aid arxa sağ qanadı, 1 litri 6 manat 60 qəpik dəyərindəolmaqla 8 litr həcmli qabda Technal ATF yağını, 1 litri 6 manat 90 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 80-90 yağını, 1 litri 6 manat 60 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 140 yağını, 1 litri 4 manat 20 qəpik dəyərindəolmaqla 8 litr həcmli qabda Technal 15x40 yağını, 1 litri 4 manat 20 qəpik dəyərində olmaqla 8 litr həcmli qabda Technal 20x50 yağını, 1 litri 5 manat 80 qəpik dəyərində olmaqla 8 litr həcmli qabdaTechnal 10x40yağını, 1 litri 7 m Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində hər iki məhkəmə instansiyasiya məhkəmələrin qərarlarına istinad edərək apellyasiya instansiyası məhkəməsindən narazı olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahi ş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstər ilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından narazılığını bildirərək hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırm anın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələri ni həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edi lməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbay can Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına eh tiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə, təqsirləndirilən şəxslərin məlum cinayət əməllərini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilməsi qənaətinə gələrək həmin sübutların birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh e dildiyindən, öz növbəsində işə aid istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görməmişdir. Belə ki, cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə dogurmayan və 25 may 2022-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Məhkum Cinayət Məcəlləsinin itti ham olunduğu maddəri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya məhkəməsi apellyasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan məhkum edilmiş şəxs Məhkum onun narkotik vasitənin satışı ilə məşğul olmamasına, habelə törədilən oğurluq cinayətində iştirakının olmamasına dair dəlilləri əsassız hesab edər ək, haqlı olaraq qeyd etmişdir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona istinad olunan ittiham üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Onun əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. "Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərarının 1 -ci hissəsində göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından aslı olmayaraq, yaşayış tiklilərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tu tulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yu sifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər ha nsı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən mə hkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfində n həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxım ından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları ( bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini) və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunveri ciliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ci nayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, h abelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayəti təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 228.2.2, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxla
Məhkəmə qərarları › İş №1(102)-266/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-266/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver