Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2663/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 oğlunun iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4. 3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 avqust tarixli, 1(103)-730/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Mahmud Ağalarovdan ibarət tərkibdə) 2024-cü il 30 yanvar tarixli, 1(101)-356/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1995-ci ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza ç əkən Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi üzrə Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-ci tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-ci tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 931.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs və Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları, Təqsirləndirilən şəxs və Məhkum müştərək qaydada ekspertiza xərci təşkil edən 65(altmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli "S amsung A 10” markalı və Məhkum üzərindən aşkar edilmiş 01 ədəd "İphone 6S” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra onların yaxın qohumlarına qaytarılması, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3104,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs və Məhkum üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin görüntüləri özündə əks etdirən 2 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Əf qan Ələkbərovdan ibarət tərkibdə) 2024-cü il 15 avqust tarixli, 1(103)-730/2024 nömrəli qərarı ilə məhkum Təqsirləndirilən şəxs və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum ittiham verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan "Həsən” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğu n olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada ünvan 2 ünvanda "Əfsanə” restoranının yaxınlığında olan zibil qutularının yanına yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini "Həsən” adlı həmin şəxsin +**********21 GSM nömrədən internet informasiya ehtiyatlarından istifadə etməklə informasiya-telekomunikasiya şəbəkəsi hesab edilən "Watsapp” sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan "İphone” markalı mobil telefona quraşdırlımış ***-***-**-** GSM nömrəyə və qrupun digər üzvü Təqsirləndirilən şəxs istifadəsində olan "Samsung” marka lı mobil telefona quraşdırlımış 055-67827-88 GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək 12 yanvar 2023- cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxsla birlikdə həmin yerdən götürüb əldə etməklə sonradan həmin narkotik vasitənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə Təqsirləndirilən şəxs əlində saxlamaqla daşımış, həmin tarixdə saat 02:25 dəqiqədə Yasamal RPİ-nin NMB-nin və Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxsla birlikdə piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, əlində saxla dığı üzəri qara rəngli yapışqan lentskoçla bağlanmış bağlamada internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdıqları bir bükümdə təmiz çəkisi 3105,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külü miqdarda heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Müdafiəçi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq, birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Məhkum bildirmişdir ki, 30 qram marixuan a almaq üçün "Həsən“ adlı İİR vətandaşının kartına 240 manat pul yükləmişdilər, 200 manat pulu Hüseynov, 40 manat pulu isə o qoymuş, ona 5 qram marixuana çatmalı idi, 240 manat pulu Həsən adlı şəxsin kartına yüklədikdən sonra, Həsən adlı şəxs 30 qram marixuananın şəklini və olduğu yeri çəkib onlara atmış, onlar isə qeyd olunan yerdə marixuananı götürdükdən sonra, tutulacaqlarını hiss edərək həmin marixuananı atmışdılar, nə onda, nədə ki digər Təqsirləndirilən şəxs 3105,0 qram narkotik vasitə olan heroin aşkar edilməmiş, onlara polis əməkdaşları tərəfindən fiziki və mənəvi işgəncələr verilmiş, həmin narkotik vasitənin onlara məxsus olması barədə ifadə verməyə məcbur edilmişdilər. Fiziki və mənəvi təziqlərə dözməyərək, həmin narkotik vasitənin onlara məxsus olması barədə, həmçinin bir-birlər inin əlehinə əvvəlcədən hazırlanmış sənədlərə imza etmişlər və video çəklişdə etirafedici ifadə vermişdilər. Məhkum bildirmişdir ki, hətta, bu barədə həbs qətimkan tədbiri seçən məhkəməyə də məlumat vermişdilər. Müdafiəçi qeyd etmişdir ki, digər Təqsirləndirilən şəxs, Məhkum verdiyi ifadə ilə eyni oxşar ifadə vermiş və hər ikisi bildirmişdilər ki, onların göstərdiyi bütün məlumatlar onlara məxsus mobil telefonun vatçap və digər proqramlarının yaddaşında saxlanılmış və həmin mobil telefonlar məhkəməyə gətirilərək tətqiq edilərsə, göstərdikləri hallar öz təsdiqini tapacaqdır. Bildirmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonlar maddi sübut kimi tanınmış və hal-hazırda Yasamal RPİ-nin İŞ-də saxlanılır. Birinci instansiya məhkəməsində, müdafiə tərəfi olaraq Məhk um məxsus "İphone 6S” markalı və Təqsirləndirilən şəxs məxsus “’’Samsung Galaxy A10” markalı mobil telefonların Yasamal RPİ-nin İŞ-dən məhkəməyə gətirilərək tətqiq edilməsi barədə qərar qəbul edilməsinə dair tərəfimdən vəsatət verilmiş, istintaq orqanı tərəfindən həmin telefonlar maddi sübut kimi tanındığından həmçinin, həmin vəsatəti dövlət ittihamçısı da müdafiə etmiş, lakin birinci instansiya məhkəməsi qərəzli şəkildə həmin vəsatəti təmin etməmişdir. Halbuki, həmin vəsatət təmin edilsəydi və həmin telefonlar məhkəməyə gətirilərək tətqiq edilsəydi, Məhkum və Təqsirləndirilən şəxs ifadələrindəki məlumatlar tam şəkildə öz təsdiqini tapacaqdır. Birinci instansiya məhkəməsi qərəzli şəkildə həmin vəsatəti təmin etməyərək, Məhkum qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş və qərəzli olan ittihamı elə qərəzli şəkildə də təsdiq etmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, istintaq orqanı, Təqsirləndirilən şəxs və Məhkum mobil telefonlarına baxış keçirərkən, həmin telefonlarda olan məlumatlardan yalnız istintaq orqanı tərəfindən həmin şəxslərə qarşı irəli sürülmüş ittihamı təsdiq etmək içün zəruri olan məlumatları protokolda qeyd etmişdir. Digər məlumatları isə, yəni Məhkum və Təqsirləndirilən şəxs 30 qram narkotik vasitə olan marixuana almasını təsdiq edən məlumatlardan heç birini həmin protokollarda göstərməmişdir. Müdafiəçi onu da qeyd etmişdir ki, istintaq orqanı nə qədər çalışsa da, o cümlədən həmin protokollarda Məhkum əlehinə məlumatlar göstərsə də, Məhkum həmin maddələrlə ittiham edilməsini təsdiq edə bilməmişdir. Əksinə, Məhkum verilmiş ittihamın şər-böhtan olduğunu və həmin maddələr üzrə heç bir təqsirinin olmamasını təsdiq etmişdilər. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Məhkum üzərindən aşkar edilmiş 01 ədəd “İphone 6S” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun Whatsap sosial mesencer bölümünə daxil olduqda müxtəlif nömrələrlə mesajlaşmaların olduğu müəyyən olunmuşdur. Xasan adı ilə qeyd olunmuş +98 919 *** **** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxsdən gələn və gedən səsli və yazılı mesajlar olması, həmin şəxslə mesaj bölümünə daxil olduqda Xasan adı ilə qeyd olunmuş şəxsin İran vətəndaşı olduğu müəyyən edilmişdir. Belə ki, həmin səsli mesajlarda gözləyirəm “elnur dursun görüm o nə qədər istəyir dərmanda lazım olacaq” səsli mesajı, daha sonra isə “Həsən 30 dənə ot lazım olacaq, 4 dənə nağdı torpaq olacaq, otda lazımdı, M 40 lazımdı birdə torpaq lazımdı”, “saydıqlarımı əlavə elə artımda olacaq Həsən, bu dəfə mən dediklərimi bağlatdırma, 30 dənə ot, 1 list M40, 4 dənə kola nağdıdı, kola artacaq birdə qardaşıva daş payı nə qədər verəcəksənsə onuda verərəsən”, “Həsən 1 list M40, dört dənə torpaq, dötr dənə patı”, “Baba mən neyniyim əlbəəl verim, gündə camat 3 kilo 4 kilo mal götürüre ordan” səsli mesajlar olması müəyyən edilmişdir. Bundan sonra həmin proqramda “ Elnur Məhlə ” adı ilə qeyd olunmuş +994 55 *** ** ** saylı mobil nömrəyə daxil olduqda səsli mesajlar olduğu müəyyən edilmişdir. Həmin səsli mes ajlara daxil olduqda “ ona denən malı yaxşı olsa deyək bidənədə 50 atsın. O Çağayevə gedəvək ” səsləri olması müəyyən edilmişdir. Bundan başqa orada şəkillər və narkotik vasitələrin qoyulduğu yerlərin işarələrlə göstərilməsi müəyyən edilmişdir. Həmin şəkillər protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli "məlumat daşıyıcısı hesab edilən mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefonun şəkil bölümünə daxil olduqda orada tərəzi üzərində müxtəlif narkotik vasitə heroinin, marixuananın, psixotrop maddə olan metamfetaminin şəkil ləri olması müəyyən edilmişdir. Mesaj bölümünə daxil olduqda “eşən QAQA” adlı şəxsdən “versən 3 q götürüm ” mesajın olması müəyyən edilmişdir. Bundan sonra “Whatsap ” sosial mesencer bölümünə daxil olduqda müəyyən nömrələrlə nesajlaşmaların olduğu, “həssən” adı ilə qeyd olunmuş şəxslə mesaj bölümünə daxil olduqda həmin şəxsin iran vətəndaşı olması müəyyən edilmişdir. Həmin şəxslə mesajlaşma zamanı orada narktoik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə mesajlar olması müəyyən edilmişdir. Belə ki, “götürdüm qerdes 3 dene”, daha sonra + 994 70 *** ** ** saylı mobil nömrənin sahibinin ondan narkotik vasitə almaq istəyi müəyyən edilmişdir, həmin nömrənin sahibi narkotik vasitə istədiyini və beş dəqə sonra traplində olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə ona iranlı Həsənənin səs ini ataraq “Allah xeyrini versin ılivi atacağsan malıvı götürəcəksən”, “Muxtar Cin” adı ilə qeyd olunmuş +994 55 *** ** ** saylı mobil nömrəsinə “qaqa pulu indi atmışam malı gözdüyürəm gəl zibilliyin yanına tez gəl ”, bundan sonra “Elvin asl dost” a mesaj yazaraq “diyan musiqi məktəbin qabağında satsınlar gələm düzəldib”, “Rəhman YSK” adı ilə qeyd olunmuş şəxsin Məhkum olması müəyyən edilmişdir Bundan başqa “Tural Qaqaş” adlı şəxslə !ə narkotik alması müəyən edilmişdir. Belə ki, “elnur bir nəfər var yaşamalda ver gedim ra yoxsa gözləyim səni? 2 dənə lazımdı mənə. Gec olacaqsa səndə gedim”, “ola bilər 3 ya - olsun yaxşı eliyirsən” “hə qaqa uje uşaqlar yoldadılar, götürməyə gediblər”. Bundan "Coni qaqaşı” adlı şəxsdən “Baxma sən özündə bir iki adama versən mayasın çıxardacaqsan aslana zada versən bəs edir” mesajları aşkar edilmişdir. Mobil telefonda ikillər İphone markalı telefonla çəkilərək protokola əlavə olunmuşdur. Apellyasiya instansiya məhkəməsində müdafiə tərəfin dəlillərlə çıxış edərək Məhkum və Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi tanınan mobil telefonların məhkəməyə gətirilərək tətqiq edilməsi üçün yenidən vəsatət verilməsinə dair apellyasiya instansiya məhkəməsində müdafiə tərəfindən məhkəmə baxışının qismən istintaqla keçrilməsi barədə vəsatət verilmiş, lakin apellyasiya instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan həmin vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə çıxışları zamanı, əsaslı çıxışlardan sonra, müdafiə tərəfinin verdiyi vəsatət təmin edilmiş, məhkəmə baxışının qismən istintaqla keçrilməsi barədə qərar qəb ul edilmiş, həmçinin, Məhkum və Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi tanınan mobil telefonların məhkəməyə gətirilərək tətqiq edilməsi barədə qərar qəbul edilmişdir. Qismən keçən məhkəmə istintaqı zamanı, Məhkum və Təqsirləndirilən şəxs məxsus olan və maddi sübut kimi tanınan mobil telefonlar məhkəməyə gətirilərək tətqiq edilmiş, hər iki təqsirləndirilən şəxsin verdikləri ifadələrdəki məlumatlar tam şəkildə təsdiq edilmiş, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən “Leo Bank”a məxsus bankamat kartından Məhkum məxsus bankomat kartına 200 manat atılması, Məhkum məxsus bankamat kart hesabından “M 10” vasitəsi ilə Həsən adlı şəxsin hesabına 240 manat pulun göndərilməsi sübut olunmuşdur. Beləki, məhkəmə baxışı zamanı hər iki telefon açılmış, həmin telefonların vatçapp və qalare ya hissəsinə daxil olarkən Təqsirləndirilən şəxs məxsus “Leo Bank” kartından 200 manat pulun Məhkum məxsus “Azərtürk bank” kartı hesabına göndərilməsi, Məhkum isə 40 manat əlavə etməklə ümumilikdə 240 manat pulu “M 10” vasitəsi ilə “Həsən adlı şəxsin hesab nömrəsinə göndərməsi, Həsən adlı şəxsin vatçapp proqramı vasitəsi ilə 30 qram marixuananın şəklinin və həmin marixuananın götürüləcəyi invanın şəklinin çəkilib Məhkum telefonuna göndərilməsi, həmçinin, 30 qram marixuana alınması üçün 240 manat pulun göndərilməsi və 30 qram marixuananın alınmasına dair tərəflər arasında vatçapp proqramı ilə aparılmış səs və yazı mesajlarının olması tərəflərin iştirakı ilə məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi, qərəzli şəkildə müdafiə altında olan Məhkum təqsirsizliy ini birbaşa təsdiq edən yuxarıda göstərilən məlumatları qərarda göstərməmişdir. Yuxarıda göstərilən məlumatlar və cinayət işinin materiallarında olan digər sənədlər təhlil edildikdən sonar bir daha təsdiq olunur ki, Məhkum ibtidai istintaq orqanı tərəfindən qərəzli şəkildə ittiham edilmiş, birinci instyansiya məhkəməsi isə həmin qərəzli ittihamı öz hokmü ilə qərəzli şəkildə təsdiq etmiş, apellyasiya instansiya məhkəməsi isə öz qərarı ilə bu hökmü qüvvədə saxlamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-730/2024 saylı qərarının ləğv edilməsi və Məhkum əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri mövcud olmadığından və təqsirliliyi sübuta yetrilmədiyindən onun barəsi ndə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun Müdafiəçi1 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 avqust qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası m əhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkuma bəraət verilməli olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkan ının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilm əsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Cina yət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı məhkum təqsirini etiraf etmişdir, müdafiə tərəfi həmin etiraf ifadəsinin təzyiq altında alındığını iddia etsələr də, lakin məhkumun təzyiq altında ifadə verməsini təsdiq edən heç bir sübut mövcud deyil. Bundan əlavə, məhkuma məxsus telefonun WhatsApp sosial mesencer bölməsində narkotik vasitələrin və psixiotrop maddələrin alqı-satqısını təsdiq edən çoxsaylı mesajlar aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsiri mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti v ə onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə, Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 30 yanvar tarixli, 1(101)-356/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 avqust tarixli, 1(103)-730/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2663/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2663/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver