Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-267/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)267-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Bərdə rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X3) Məhkum – xx xxxxxx 1993-cü ildə ********* rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu ********* kəndində qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 20 avqust 2017-ci ildə saat 1115 radələrində Bərdə-Tərtər yolunun Bərdə rayonu ərazisindən keçən 9-cu kilometrliyində idarə etdiyi VAZ- 21154 markalı *********** dövlət qeydiyyat nişanlı avtomobillə yolun Tərtər rayonu istiqamətində sağ hərəkət zolağı ilə yolun orta hissəsinə yaxın 60-70 km.saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni onun idarə etdiyi avtomobillə yerdəyişməsi və dönmə zamanı manevri təhlükəsiz olmalı, hərəkətin digər işt irakçıları üçün maneə yaratmayaraq hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək, arxadan hərəkətdə olan VAZ-21061 markalı *************** dövlət qeydiyyat nişanlı avtomobilin onun sağ tərəfi ilə ötmədə olmasını nəzərə alaraq idarə etdiyi avtomobili sağa doğru istiqamətləndirərək sağa doğru təhlükəsizliyi təmin etməyən manevr aparmış, bu zaman X9 idarə etdiyi VAZ21061 markalı avtomobilin sol yan hissəsi ilə VAZ-21154 markalı avtomobilin sağ yan hissəsi arasında yolun sağ hərəkət zolağının bitməsi yerindən sağa doğru 0.2 metr məsafədə toqquşma baş vermiş, toqquşmadan sonra VAZ-21061 markalı avtomobil yolun sağına doğru istiqamətlənərək yolun sağ kənarında dayanmış piyadaları vuraraq aşmış, nəticədə piyadalar X4 açıq kəllə-beyin travması, sağ təpə-gicgah sümüklərinin bas ılmış, açıq sınığı, baş beyinin sağ yarımkürəsinin alın-təpə-gicgah paylarına geniş qansızma, sağ budun yan səthinin sıyrıqları xəsarətləri ilə nəticələnən və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə, Zərərçəkmiş şəxs1 sol gicgah nahiyyəsinin, sol alın arxa səthinin çoxsaylı sıyrıqları, sağ tərəf İ-İV qabırğaların sınığı xəsarətləri ilə nəticələnın və sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 burun belinin sıyrığı, sağ baldır sümüklərinin sınığı xəsarətləri ilə nəticələnən və sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, bundan başqa X12 məxsus VAZ-21061 markalı ********* dövlət qeydiyyat nişanlı avtomobilə 3671 manat məbləğində maddi zərər vurulmasına, yəni yol hərəkəti qaydalarının poz ulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X13 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) 26 sentyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək Məhkum bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü CPM-nin 349.5-ci maddəsində göstərilən tələblərə uyğun olaraq yaln ız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmadığı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyi və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyi üçün apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız hesab edilməli idi. Lakin Apellyasiya məhkəməsi bunu etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətində göstərilən halları nəzərə almamışdır. Məhkum hərəkətlərində cinayət tərkibi olması ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericilikdə nəzərdə tutulmuş normalarla müəyyən edilmiş qaydalara uyğun sübuta yetirilməmişdir və bunu dəlillərlə və istinad edilmiş qanun normaları ilə yetərincə sübuta yetirməmişlər. Məhkum əməllərinin CM-nin 263.2-ci maddəsi ilə də tövsif olunması əsassızdır, çünki ibtidai istintaq orqanın və məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, ibtidai istintaq orqanı, 1-ci və 2-ci instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və həmin hallarla bağlı ibtidai istintaq orqanının əldə etdiyi qeyri-mötəbər sübutlar məhkəmə tərəfindən ittiham hökmünün çıxarılmasında əsas götürüldüyü üçün təqsirləndirilən şəxsin təqsirliliyi məsələsinin həll edilməsinə öz mənfi təsirini göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində olduğu kimi nəzərə almamışdır ki, baş müstəntiq C6 CPM-nin 52.3-cü maddəsinin tələblərinə zidd olaraq tədqiqatçı X10 "Video görüntünün götürülməsi və ona baxış keçirilməsi haqqında" 22 avqust 2017-ci il tarixli qərarından əvvəl "Video görüntüyə baxış keçirilməsi barədə" protokolu tərtib etmişdir. Belə ki, “Video görüntüyə baxış keçirilməsi barədə" tarixi görünməyən protokol baş müstəntiq C6 tərəfindən ciddi hesabat sənədi kimi 773 sayla qeydə alınmışdır. "Video görüntünün götürülməsi və ona baxış keçirilməsi haqqında" 22 avqust 2017-ci il tarixli qərar isə təhqiqatçı X16 tərəfindən 797 sayla qeydə alınmışdır. Buradan belə nəticəyə gəlinməlidir ki, müstəntiq C6 "Video görüntüyə baxış keçirilməsi barədə" protokolu tərtib edərkən CPM-nin 243.2.4, 243.2.5, 243.2.6 və 243.4-cü maddələrinin tələblərini pozmuşdur, yəni məhkəmənin qərarı olmadan götürmə aparılmasının zəruriliyi və təxirə salma bilinməməsi əsasları nəzərə alınan, götürmənin aparılacağı şəxsin soyadı, adı və atasının adı, götürmənin aparılacağı konkret yer və götürülməli olan əşya və sənədlərin adı göstərilməklə tərtib edilmiş qərar olmadan istintaq hərəkəti aparmışdır. Müstəntiqin və təhqiqatçının apardıqları yuxarıda qeyd olunan istintaq hərəkətlərinin məcmusu, xüsusilə videogörüntünü özündə əks etdirən diskin sübut kimi əldə olunmasına dair prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə əldə olunduğu üçün cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması şübhə doğurur, hətta açıq-aşkar vətəndaşların üstünə aşıb xəsarət yetirən avtomobilin sürücüsü M6 dərhal tutulmaması, sonradan istintaq tərəfindən müəyyən edilmiş və Cinayət-prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla mənbəyi məlum olmayan yerdən götürülmüş bir tək videogörüntü diskini sübut kimi əsas götürüb avtotexniki ekspertizanın keçirilməsinin nəticəsini gözləmədən Məhkum tutulması belə bir fikir də formalaşır ki, Bərdə rayon məhkəməsinin hakimi C9 tərəfindən bu qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görülmədən Məhkum barəsində tez-tələsik həbs qətimkan tədbirinin seçilməsi, iki avtomobilin toqquşmasını və ondan əvvəlki vəziyyəti özündə əks etdirən videogörüntü diski montaj edilib və avtoqəzanın törədilməsində əsas məsuliyyəti daşımalı olan M6 cəzasız qalmasına əsaslı köməklik göstərilsin. Lakin istintaq orqanı zərər çəkmiş şəxslərin cinayəti törətmiş şəxsin (və ya şəxslərin) ən yüksək cəzaya məhkum olunmalarında israrlı olduqları üçün M6 cəza almasına maneə yarada bilməyib. Eyni zamanda, ibtidai istintaq orqanı Məhku m günahkar olmasını sübuta yetirə bilməyib. Bərdə rayon məhkəməsində də aparılan məhkəmə istintaqı zamanı eyni hallar baş verdiyindən Məhkum cinayət hadisəsinin törədilməsində əsas səbəbkar olması sübuta yetirilməyib. Dəfələrlə vəsatət versə də ibtidai istintaq orqanı kimi rayon və apellyasiya məhkəmələri də cinayət təqibinin tam, hərtərəfli və obyektiv aparılması üçün kifayət qədər sübut toplamamış və Məhkum CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə aidiyyəti olub-olmamasına şübhə doğuran sübutlar və fərziyyələr əsasında ona cəza müəyyən etmişlər. Məhkum tərəfindən sağa manevr etmə qaydalarına riayət edilməsi M6 isə sağdan ötmə qadağandır kimi imperativ qaydaya əməl etməməsi ibtidai istintaq orqanı, rayon və apellyasiya məhkəmələri tərəfindən işin real vəziyyəti kimi qəbul olunmamışdır. İstintaqı aparan orqanın, rayon və apellyasiya məhkəmələrinin bütün sübutları əldə etmədən cinayət işinin materiallarını ekspertlərə təqdim etdikləri üçün Məhkum "Yol hərəkəti Qaydalarını" pozmasına dair açıq-aşkar əsassız olan ekspert rəyi nəzərə alınmamalıdır və Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. Müdafiəçi hesab edir ki, Məhkum barəsində irəli sürülmüş CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyi üçün Ali Məhkəmə CPM-nin 41.5, 42.1, 42.1.4, 42.2. və 42.2.4-cü maddələrinin tələblərinə uyğun surətdə onun haqqında həmin maddə üzrə bəraət verməlidir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlil lərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassa siya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma bəraət verilməsi barədədir. kassasiya şikayətində göst ərilmişdir ki, “Video görüntüyə baxış keçirilməsi barədə" tarixi görünməyən protokol baş müstəntiq C6 tərəfindən ciddi hesabat sənədi kimi 773 sayla qeydə alınmışdır. "Video görüntünün götürülməsi və ona baxış keçirilməsi haqqında" 22 avqust 2017-ci il tarixli qərar isə təhqiqatçı X16 tərəfindən 797 sayla qeydə alınmışdır. Buradan belə nəticəyə gəlinməlidir ki, müstəntiq C6 "Video görüntüyə baxış keçirilməsi barədə" protokolu tərtib edərkən CPM-nin 243.2.4, 243.2.5, 243.2.6 və 243.4-cü maddələrinin tələblərini pozmuşdur, yəni məhkəmənin qərarı olmadan götürmə aparılmasının zəruriliyi və təxirə salına bilinməməsi əsasları nəzərə alınan, götürmənin aparılacağı şəxsin soyadı, adı və atasının adı, götürmənin aparılacağı konkret yer və götürülməli olan əşya və sənədlərin adı göstərilməklə tərti b edilmiş qərar olmadan istintaq hərəkəti aparmışdır. Müstəntiqin və təhqiqatçının apardıqları yuxarıda qeyd olunan istintaq hərəkətlərinin məcmusu, xüsusilə videogörüntünü özündə əks etdirən diskin sübut kimi əldə olunmasına dair prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə əldə olunduğu üçün cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması şübhə doğurur., hətta açıq-aşkar vətəndaşların üstünə aşıb xəsarət yetirən avtomobilin sürücüsü M6 dərhal tutulmaması, sonradan istintaq tərəfindən müəyyən edilmiş və Cinayətprosessual Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla mənbəyi məlum olmayan yerdən götürülmüş yalnız bir videogörüntü diskini sübut kimi əsas götürüb avtotexniki ekspertizanın keçirilməsinin nəticəsini gözləmədən Məhkum tutulma sı belə bir fikir formalaşdırmışdır ki, Bərdə rayon məhkəməsinin hakimi C9 tərəfindən bu qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görülmədən Məhkum barəsində tez-tələsik həbs qətimkan tədbiri seçilməsi, iki avtomobilin toqquşmasını və ondan əvvəlki vəziyyəti özündə əks etdirən videogörüntü diski montaj edilib. Apellyasiya instansiya məhkəməsi bu məsələ barədə kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinə baxarkən kassasiya şikayətinin yuxarıda göstərilən dəlilinə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, diskin montaj edilərək saxtalaşdırılması barədə dəlillər subyektiv mülahizə xarakterli olmaqla, mötəbər sübut və dəlillərlə əsaslandırılmamışdır. Ona görə də bu dəlillər məhkəmənin iş üzrə gəldiyi nəticələrin əsaslılığını şübhə altına ala bilməz. Məhkum elan edilmiş ittihamda göstərilir ki, o, Tərtər rayonu istiqamətində sağ hərəkət zolağı ilə yolun orta hissəsinə yaxın 60-70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni onun idarə etdiyi avtomobillə yerdəyişməsi və dönmə zamanı manevri təhlükəsiz olmalı, hərəkətin digər iştirakçıları üçün maneə yaratmayaraq hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda is ə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkum tərəfindən sağa manevr etmə qaydalarına dair qanunun tələbinə riayət edilməsi barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilir. Bu dəlilin əsassızlığı yol-nəqliyyat hadisələri ekspertizasının 27 aprel 2018-ci il tarixli rəyi ilə sübut edilmişdir. Rəydən müəyyən edilir ki, məhkəmə tərəfindən qərarda göstərildiyi kimi cinayət işində olan materiallar və hadisəni əks etdirən videogörüntüyə əsasən: Müdafiəçi vəsatətində göstərdiyi hadisə mexanizmi, yəni hadisədən əvvəl VAZ-21154 markalı avtomobil sağ hərəkət zolağı ilə yolun qıraq hissəsinə yaxın vəziyyətdə hərəkətdə olması, VAZ-21061 markalı avtomobilin isə nəqliyyat vasitələrinin birbaşa hərəkəti ü çün nəzərdə tutulmayan köməkçi sahə ilə hərəkətdə olub onu ötmə əməliyyatı edərkən VAZ-21154 markalı avtomobili sağa doğru istiqamətləndirərkən sağa manevr aparılması və VAZ-21061 markalı avtomobilin yola bitişik ərazidən yola çıxması vidogörüntüdə olan kadrları əks etdirmir və real hadisə mexanizminə uyğun deyildir. Mövcud vəziyyətdə, yəni hadisədən əvvəl sol təkərləri qarşı əks hərəkət zolağında olan VAZ-21154 markalı avtomobilin sağa doğru manevr apardığı şəraitdə, VAZ-21154 markalı *********** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azə rbaycan Respublikası CPM-nin 177.2-ci maddəsinə əsasən istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Baxılan iş üzrə videogörüntüləri özündə əks etdirən diskin götürülməsinə müvafiq şəxs tərəfindən icazə verilməməsi və onun məcburi götürülməsi üçün məhkəmənin qərarının tələb olunduğu müəyyən edilməmişdir. Ona görə də, həmin diskin məhkəmənin qərarına əsasən məcburi qaydada götürülməsinə zərurət olmamışdır. Müstəntiqin qərarının videogörüntüyə baxış protokolundan sonrakı nömrə ilə qeydiyyata düşməsi də onun nəticələrinin mümkünsüz hesab edi lməsi üçün əsas ola bilməz. Üzərilərində qeyd edilən tarixlərdən müəyyən edilir ki, hər iki sənəd (qərar və protokol) 22 avqust 2017-ci il tarixdə tərtib edilmişdir və bu barədə həmin sənədlərin üzərində tarixi “22 avqust 2017-ci il” qeyd edilmişdir. Kassasiya şikayətində “Video görüntüyə baxış keçirilməsi barədə" tarixi görünməyən protokol” yazılması əsassızdır. Protokolun qərardan əvvəlki nömrə ilə qeydiyyata salınması onların eyni tarixdə tərtib edilməsi ilə əlaqədar texniki səhv ola bilər. Digər tərəfdən videogörüntüdə avtomobillərin dövlət qeydiyyat nömrə nişanları görünür və ona görə də videogörüntünün məhz hazırkı cinayət işinin faktiki vəziyyətini əks etdirdiyi şübhə doğurmur. Videogörüntünün montaj edilməsi əlaməti də müəyyən edilməmişdir və videogörüntünün montaj edilməsinə dəlal ət edən hər hansı sübuta istinad edilməmişdir. İbtidai istintaq müddətində təqsirləndirilən Məhkum müdafiəçi ilə təmsil edilmiş və müdafiəçinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuş, lakin vüdeogörüntüyə baxış keçirilməsi və onun montaj edilməsi ilə bağlı hər hansı irad bildirməmişdir, həmin sübutun mümkünsüzlüyü barədə məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Belə olduğu halda həmin videogörüntünün sübut kimi qəbul edilməməsi, onun mümkünsüzlüyü barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs Məhkum birinci instansiya məhkəməsiiclasında ifadəsində göstərmişdir ki, avtomobili yolun sağ hərəkət zolağı ilə saatda 60-70 km sürətlə idarə etmiş, VAZ-21061 markalı avtomobilin arxadan gəldiyini görməmişdir. Avtomobilin mühərriki qızdırdığınd an su tökmək üçün avtomobili sağ istiqamətləndirmiş, həmin vaxt arxadan gələn VAZ-21061 markalı avtomobil onun avtomobilinin sağ yan hissəsi ilə toqquşmuşdur. Təqsirləndirilən şəxsin özünün bu ifadəsindən görünür ki, idarə etdiyi avtomobili yolun sağına manevr edərkən VAZ-21061 markalı avtomobilin arxadan gəldiyini görməmişdir. Bununla da o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsində təsbit edilmiş qaydaları pozmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin qanuna görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Bu qanunun mənasına görə Məhkum dönməzdən əvvəl sağ tərəfdən ötmə hərəkəti edən VAZ-21061 markalı avtomobili görməli və manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçısı olan VAZ21061 markalı avtomobil üçün maneə yaratmamalı idi. Birinci instansiya məhkəməsi iclasında şahid X15 ifadəsində göstərmişdir ki, 20 avqust 2017-ci ildə saat 1115 radələrində M6 idarə etdiyi avtomobillə Bərdə rayonu istiqamətindən Tərtər rayonu istiqamətində getmiş, avtomobildə arxada oturmuşdur. M6 avtomobili yolun sağı ilə təxminən 80 km.saat sürətlə idarə etmişdir. Onlardan təxminən 810 metr qabaqda VAZ-21154 markalı avtomobil hərəkət etmişdir. Mobil telefonuna baxdığından toqquşmanı görməmiş, taqqıltı səsi eşidərək başını qaldırmış, VAZ-21 061 markalı avtomobilin VAZ-21154 markalı avtomobilin sağından ötüb keçdiyini görmüşdür. Zərbənin təsirindən olduğu avtomobil yolun sağına doğru gedərək aşmış, o huşunu itirmişdir. Göstərilən və digər şahidlərin ifadələrindən müəyyən edilmişdir ki, hadisənin mexanizmi məhz birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə uyğun baş vermişdir. Şahidlərin ifadələri cinayət işinin materiallarına əlavə edilmiş diskin videogörüntüsündə əks olunan nadisə mexanizminə uyğundur. Beləliklə Məhkum cinayət əməlləri birinci instansiya məhkəməsində tədqiq edilmiş biri digərini tamamlayan sübutlarla təsdiq edilmişdir. Toplanmış sübutların məcmusu sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi zamanı Azərb aycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbləri pozulmamışdır. Məhkum elan edilmiş ittiham üzrə əməli toplanmış sübutların məcmusu ilə sübut edildiyindən ona bəraət verilməsinə dai kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir və təmin edilməmılidir. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyalarında məhkəmə baxışı gedişində cinayət və cinayət prosessual qanunların kobud pozulması halları müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayə ti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsi barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov
Məhkəmə qərarları › İş №1(102)-267/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-267/2019
12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver