Məhkəmə qərarları › İş №1(102)-267/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-267/2020

05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-267/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi – XXXXX55nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Q.Ağayev, hakimlər A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1991-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 mart 2018-ci il tarixdən 19 iyul 2018 -ci il tarixədək şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumi müddət - 4 (dörd) ay cəzadan çıxılmaqla Məhkum qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 28 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmə əsasən əsasən Məhkum 15 mart 2018-ci il tarixdə saat 06 radələrində ünvan4nın qarşısında dilənən şəxsə xoşagəlməz sözlər deməsini Zərərçəkmiş şəxs1 ona irad tutub ünvanına nalayiq ifadələr işlətməklə sakitləşməsini tələb etməsi kimi cüzi səbəbdən aralarında yaranmış mübahisə zamanı insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdaki şəxslərə etinasızlıq göstərməklə onlara qarşı laqeydl iklə eqoizmini nümayiş etdirib üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bir tərəfi kəsici və ucu deşici xassəyə malik bıçaqla xuliqanlıq niyyətilə qəflətən Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə qəsdən iki dəfə və ictimai borcunu yerinə yetirən zaman mübahisəyə müdaxilə edən Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə həmin bıçaqla və sifətinə əli ilə bir dəfə vuraraq, Zərərçəkmiş şəxs1 qarnın ön divarının daxilə nüfuz edən nazik bağırsaq ilgəyinin müsaqirənin (müsariqədə 5 yerdən dəlib keçən və 3 yerdən arteriyanı zədələyən yaralar) çoxsaylı yaralanmaları ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası və qarnın sağ yan divarınını boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnməklə yetirdiyi anda insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə və Zərərçəkmiş şəxs2 sol göz altı nahiyyəsinin qançırı ilə nəticələnməklə sağlamlığına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol yarısının arxa səthinin boşluqlara nüfuz edən sol tərəfli hemopnevmotoraks, dalağın və mədənin yaralanması, daxili və xarici qanaxma ilə müşayiət olunan, splenoektomiya ilə nəticələnməklə yetirdiyi anda insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq niyyətilə qəsdən iki şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətləri tə min edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum xuliqanlıq niyyəti ilə deyil, Zərərçəkmiş şəxs1 nalayiq ifadələr işlətməsinə görə onun sağlamlığına bıçaqla ağır zərərvurmaya aid xəsarətlər yetirdiyindən və baş vermiş münaqişədə digər Zərərçəkmiş şəxs2 münaqişə tərəfi olmaqla hər hansı şəkildə ictimai borcu yerinə yetirmədiyindən, qeyd olunan əlamətləri nəzərdə tutan Cinayət Məcəlləsinin 126.2.4 və 126.2.2-ci maddələri Məhkum əməllərinə əsassız olaraq şamil edilmiş, eyni zamanda onun əməlind ən səmimi peşman olması, zərərçəkmiş şəxslərlə barışması, himayəsində bir azyaşlı uşağının olması, cəzanı ağırlaşdıran halların isə olmaması nəzərə alınmadığından, Məhkum həddindən artıq ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, əməlində Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, bu əlamətlər üzrə cinayət təqibinə xitam verilməsi, Məhkum yalnız Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Lakin, kassasiya şikayətinə məhkəm ə iclasında baxılanadək – 03 fevral 2020-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, müdafiəçisi Müdafiəçi qızı tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə XXX77nin 03 fevral 2020-ci il tarixli 17/36-173 saylı məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışını dinləyib, cinayət-prosessual qanunvericiliyinin təl əblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 fevral 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçinın verdiyi kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar