Məhkəmə qərarları › İş №1(102)-267/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-267/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-267/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Aslanov Tofiq Hümmət oğlunun iştirakları ilə xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünv anda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmünə əsasən (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə, həmin Məcəllənin 46.2-c ı maddəsinə əsasən, 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 8 iyul 2020 -ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi baş çavuş hərbi rütbəsində xidmət edərkən tanıdığı, həmin Xidmətdə müddətli həqiqi hərbi xidmətdə hərbi qulluqçu olmuş Şahid6 2019-cu ilin yanvar ayının əvvəllərində ehtiyata buraxılmasına baxmayaraq, hələ də qeyd edilən Xidmətin əməkdaşı olmasına inandıraraq, özbaşına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin vəzifəli şəxsi kimi təqdim etməklə, geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair sonuncuda fikir formalaşdırıb, onu 5.000 (beş min) manat məbləğində pulun maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində tanıdığı həmin vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində guya “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə bölməsində ” müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirəcəyi barədə vəd verərək aldadıb, Şahid6 anası Şahid9 adına rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında "xxxx" ASC-dən 3.000 (üç min) manat məbləğində pulun götürülməsindən bir neçə gün sonra Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində Şahid6 məxsus özgə əmlakı olan 3.000 (üç min) manat məbləğində pulu, eləcə də 2019-cu ilin fevral ayından etibarən 2019-cu ilin iyul ayına qədər olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində, o cümlədən, sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən LC Waikiki paltar mağazasının qarşısında hər ay 200 (iki yüz) manat məbləğində olmaqla, cəmi 1.000 (bir min) manat məb ləğində pulunu, ümumilikdə isə vahid qəsdlə 4.000 (dörd min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmiş, həmin əməli ilə Şahid6 vəzifəli şəxsə rüşvət verməyə təhrik etmiş və özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqla bağlı məqsəd və funksyalarına kölgə salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər t örətmişdir. Bundan başqa, Məhkum öz cinayət əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar özgə əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin fevral ayının əvvəllərində Şahid6 dostu Şahid7 və sonuncunun atası Şahid8 özbaşına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin vəzifəli şəxsi kimi təkrar təqdim etməklə geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair onlarda fikir formalaşdıraraq, 5.000 (beş min) manat məbləğində pulun maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində tanıdığı həmin vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqabilində guya Şahid7 “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Məxfi Müşahidə Agentliyində” müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirəcəyi barədə vəd verərək aldadıb, Şahid7 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında 150 (bir yüz əlli) manat, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsində yerləşən 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində borc müqaviləsi bağlamaqla Şahid8 4.000 (dörd min) manat, eləcə də 2019-cu ilin fevral ayından etibarən 2019-cu ilin iyul ayına qədər olan müddət ərzində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində, o cümlədən, sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən LC Vaikiki paltar mağ azasının qarşısında üç dəfəyə 200 (iki yüz) manat məbləğində olmaqla Şahid7 cəmi 600 (altı yüz) manat məbləğində pulunu, ümumilikdə isə vahid qəsdlə 4.750 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrar dələduzluq etmiş, qeyd olunan əməli ilə Şahid8 və Şahid7 vəzifəli şəxsə rüşvət verməyə təkrar təhrik etmiş və özbaşına özünün vəzifəli şəxs kimi təkrar təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarş ısını almaqla bağlı məqsəd və funksiyalarına kölgə salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan əlavə, Məhkum öz cinayət əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olaraq baş çavuş hərbi rütbəsində xidmət edərkən tanıdığı, həmin Xidmətdə müddətli həqiqi hərbi xidmətdə hərbi qulluqçu olmuş Şahid4 ilə hər ikisinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yaşamalarını əsas gətirib, tanışlıq yaratmaqla, sonuncunun etibarını qazandı qdan sonra, həmçinin özünün, eləcə də Şahid4 ehtiyata buraxılmasının ardınca 2019-cu ilin avqust ayında, sonuncunun Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmət etmək arzusunun olduğunu bildiyindən, Şahid4 və sonuncunun anası Şahid2 özbaşına özünü Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin vəzifəli şəxsi kimi təkrar təqdim etməklə geniş səlahiyyətlərə və imkanlara malik şəxs kimi həmin Xidmətdə işləyən səlahiyyətli digər vəzifəli şəxslərlə əlaqələrinin olmasına dair onlarda fikir formalaşdıraraq, 5.000 (beş min) manat məbləğində pulun maddi nemət kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində tanıdığı həmin vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi müqa bilində guya Şahid4 Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul etdirəcəyi barədə vəd verərək aldadıb, 2019-cu ilin dekabr ayına qədər olan müddət ərzində Şahid2 ilkin olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsinin qarşısında yerləşən “Yeddi gözəl” adlanan parkda 1.300 (bir min üç yüz) manat, ardınca yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 29 saylı binanın 6-cı blokunda ayrıayrı vaxtlarda hissə-hissə olmaqla əlavə (500, 500, 300, 200,200, 200, 300, 300, 200, 200, 200 manat) 3.100 (üç min yüz) manat məbləğində pulunu, cəmi isə Şahid2 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitini, o cümlədən xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən mağazasından nisyə alqı-satqı müqaviləsi ilə Şahid4 atası Şahid1 adına rəsmiləşdirilmiş 688 (altı yüz səksən səkkiz) manat dəyərində olan “Samsung A50 SM-A505FZKUCAU Black” markalı mobil cihazı, ümumilikdə isə vahid qəsdlə 5.088 (beş min səksən səkkiz) manat məbləğində xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib təkrar dələduzluq etmiş, həmin əməli ilə Şahid2 vəzifəli şəxsə rüşvət verməyə təkrar təhrik etmiş və özbaşına özünün vəzifəli şəxs kimi təkrar təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində dövlətin təhlükəsizli yi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqla bağlı məqsəd və funksyalarına kölgə salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərarının ləğv olunması və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, ona CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından və sübuta yetirilmədi yindən barəsində bəraət verilməli, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittihamın CM-in 178.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməlidir. Şikayətdə həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən istintaq orqanlarının araşdırma zamanı gəldiyi nəticələri ittiham aktında olduğu kimi hökmə köçürülmüş, məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərilməmişdir. Həm ibtidai istintaq aparılan, həm də Bakı Ağır Cinayətlər Məhkəməsində ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb hökm çıxarılarkən CM-in 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər - Şahid6 4.000 manat, Şahid7 4.750 manat, Şahid2 5.088 manat pullarını təkrarən vahid niyyətlə əlaqədar - CM-i n 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Onlar hər biri ayrı-ayrılıqda qiymətləndirilməlidir. Məhz bu səbəbdən də ona CM-in 178.2.2 və 1782.4-cü maddələri ilə elan edilmiş ittiham CM-in 178.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cazalanmalıdır. Törətdiyi əməl xeyli miqdar təşkil etmir. CM-in 177-ci maddəsinin qeydinə görə, bu Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahəsinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkum hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən də birinci insta nsiya məhkəməsi tərəfindən yol verilmiş qanunsuzluqlar aradan qaldırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi barədə müdafiəçi T.Aslanovun, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələl ərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə Məhkum törətmiş olduğu cinayət əməlinin düzgün tövsif edilməməli, həmçinin əməlində CM-in 32.4, 312.2-ci maddəsinin tərkibinin olmadığı mübahisə edilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 310-cu maddəsinə əsasən: “Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, yəni özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— s əkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əməl ə görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respu blikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci ma ddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razıla şmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə lər hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyət i, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum ibtidai istintaq, birinci instansiya və apellyasiya instyansiya məhkəmələrində verdiyi ifadələri ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticə yə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum yuxarıda qeyd edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində özünü qismən təqsirli bilsə də, özünün ibtidai araşdırma zamanı verdiyi ifadələr və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, habelə şahidlər Şahid1, Şahid2, X3, Şahid3, Şahid6, Şahid5, Şahid7, X6, X4, Şahid11, Şahid12 ifadələri, “ifadələrin yerində yoxlanılması” haqqında xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli protokollar, baxış keçirilməsi haqqında xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixli protokollar, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki h alları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində Azərbaycan Respublikası CMin 178.2.2, 178.2.4 və 310-cu maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Odur ki, onun əməlinin Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Bununla belə, məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum zərərçəkmiş şəxslər Şahid6, Şahid 7 və Şahid2 əmlaklarının dələduzluq yolu ilə ələ keçirməsi epizodları üzrə onu həm dələduzluq, həm də həmin şəxsləri rüşvət verməyə təhrik etməyə görə təqsirli bilərək, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddələri və həmin Məcəllənin 32.4, 312.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsinə gəlinərək, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən səhvə yol verilmişdir. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin v ə 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Kon stitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel t arixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində CM-in 32.4, 312.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təyin olunmuş cəza ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ilk dəfə məhkum olunmasını cəzanı yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran hallların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi madd ənin sanksiyası həddində cəza təyin etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.3 və 419.10.4cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2. 4, 310 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə dair hissədə ləğv edilsin və əməlində həmin maddə ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə Məhkum barəsində cinayət işi xitam edilsin, Məhkum həmin maddə ilə cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. M əhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-cı maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddiməsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar