Məhkəmə qərarları › İş №1(102)-267/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-267/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-267/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kol legiyasının 27 iyul 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 30 mart 2023-cü il tarixli 1(024)27/2023 nömrəli hökmü ilə xx xxxxxx 1980-ci ildə xxxx rayonunun xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, xxxx rayonunun xxxx kəndində pasport qeydiyyatında olan və faktiki xxxx rayonu xxxx kəndində yerləşən xxxx fermasında Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona g örə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, xuliqanlıq cinayətini törətmişdir. Belə ki, о, 17 noyabr 2022-ci il tarixdə saat 12 radələrində xxx rayonu xxx kəndində olan mədəniyyət evinin qarşısında аdamların gur toplaşdığı, yəni, ictimai yerdə yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, heç bir səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulması ilə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əh əmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, orada olan şəxslərin narazalığına səbəb olan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onu bir dəfə qəsdən yumruqla vuraraq, üst çənədə sağdan İ dişin tac hissəsinin travmatik sınığı, üst dodağın selikli qişasının və üst çənədə sağdan İ dişin diş ətinin əzilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və İmanverdi Şükürov) 27 iyul 2023-cü i l tarixli, 1(107)-218/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 30 mart 2023cü il tarixli hökmü zərər çəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı ləğv edilməsi, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və müstəntiqin barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Cinayət Prosessual Qanunvericiliyin tələblərinə uyğun çıxarılmamışdır. Belə ki, iş üzrə təqsirləndirilən şəxsdən zərərçəkmiş şəxsdən əlavə digər vətəndaşlarda narazıdır. Təqsirləndirilən şəxs digər şəxslərə qarşı qanunsuz hərəkətlər edir. Qeyd olunan hərəkərlərə görə onlar və qonşuları təqsirləndirilən şəxsdən və təqsirləndirilənin qardaşından narazı qalaraq cənab Prezidentə, Qax və Kəlbəcər rayon İcra hakimiyyətlərinə və digər dövlət orqanlarına müraciət edərək həmin qardaşların oradan başqa əraziyə köçürülməsini tələb etmişlər. Cinayət işini aparan müstəntiq və hər iki məhkəmə istintaqı zamanında hadisənin əsl təfərrüatları doğru qeyd edilməmiş, təqsirləndirilən şəxsin ailə üzvləri işə təqsirləndirilən şəxslər qismində cəlb edilmək əvəzinə şahid kimi cəlb edilmişdir. Hadisənin əsl şahidləri (bizi ayıran Kəlbəcər rayon İcra hakimiyyətinin işçiləri və digər şəxslər) dind irilməmişdir. Maddi sübutlar götürülməmişdir. Kassator hesab edir ki, iş düzgün araşdırılmamış, hadisə üzrə tək Bəkir təqsirləndirilən şəxs kimi deyil, ona qarşı qərəzli xuliqanlıq hərəkətləri edən ailə üzvləri də, iş üzrə təqsirləndirilən şəxs kimi işə cəlb edilməli, cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalı, cinayət işi üzrə hadisə yenidən təhlil edilməli və təqsirkarlar işə cəlb edilməlidir. Bundan əlavə məhkəmələr təqsirləndirilən şəxsə yüngül cəza təyin etmiş, iş üzrə məsuliyyəti ağırlaşdıran hallar nəzərə almamışlar. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, təqsirləndirilən şəxs Məhkum şəxsiyyəti mənfi xarakterizə edilir. O, qeyd olunan hadisəni törətməklə yanaşı, Cinayət Məcəlləsinin 194.1-ci maddəsinə əsasən cinayət hadisəsi törətmiş Qax Rayon Məhkəməsinin 21 okty abr 2021-ci il tarixli hökmü ilə o, 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, 17 dekabr 2021-ci il tarixli Amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi Məhkum daha əvvəl ona verilmiş cəzadan nəticə çıxarmamış və yaxın müddətdə yenidən cinayət hadisəsi törətmişdir. Bundan əlavə Məhkum 2022-ci ildə CM-in 127-ci maddəsi ilə cinayət hadisəsi törətmiş və zərərçəkmiş şəxslə barışıq əldə etdiyi üçün Qax Rayon Məhkəməsinin müvafiq qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir. Qax Rayon Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi bu faktları nəzərə almamışdır. Bundan əlavə olaraq təqsirləndirilən şəxs heç vaxt ona barışıq təklif etməmiş, ona dəymiş 500 manat ziyanı ödəməmişdir. Kassator dəfələrlə müstəntiqə hadisənin düzgün araşdırılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qax Rayon Məhkəməsi və apelyasiya məhkəməsi sözün əsl mənasında məhkəmə istintaqı aparmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası m əhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilmə sini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməl yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin ilkin dəlili Məhkum barəsində cinayət işi materiallarının digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məh kəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və həmin maddə ilə cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılıb cinayət işi məhkəməyə göndərilmişdir. Zərəçəkmiş şəxs X2 cinayət işinin materialları ilə tanış olduqdan sonra hər hansı bir vəsatət, o cümlədən Məhkum əməlinin tövsifi və ya cinayət işi üzrə təqsirləndirilən şəxslə bərabər digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə vəsatət verməmiş, hər hansı bir vəsatətin olmamasını bildirmişdir. Qax Rayon Məhkəməsinin hazırlıq iclasının 16 mart 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmənin hazırlıq iclasının protokoldan görünür ki, zərərçəkmiş şəxs X2 məhkəmənin hazırlıq iclasında iştirak etmiş və təqsirləndirilən şəxs xxxx Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə məhkəməyə verilməsinə etiraz etməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclası Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş, onun tərəfindən Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət verilməmişdir. Həmçinin Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar həmin Məcəllənin 303.3.1-303.3.9-cu maddələrinin kobud pozuntulara yol verildikdə çıxarılır. İş materiallarından görünür ki, cinayət işi materiallarında və məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən maddələrin halları baş verməmiş və məhkəmələr düzgün olaraq cinayət işi materiallarını prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmamışlar. Odur ki, kassasiya şikayətinin cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə dəlilləri əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəzanın yüngül olmasıdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, işin hallarına və onun şəxsiyy ətinə öz yüngüllüyünə görə uyğun gəlmir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ict imai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinay ət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İşdən görünür ki, birinci instansiya məhkəməsi əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlı ğın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Həmin cəza məhkumun islah edilməsi üçün yetərlidir və cəzanın digər məqsədlərinə cavab verir. Məhkuma təyin edilmiş cəza öz yüngüllüyünə görə acıq aydın ədalətsiz cəza kimi hesab edilə bilməz. Ona görə də kassasiya şikayətinin cəzanın yüngüllüyü barədə dəlilləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hü ququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, cinayət işin materiallarında Məhkum cəzasının ağırlaşdırılması və digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respubl ikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar