Məhkəmə qərarları › İş №1(102)-267/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-267/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-267/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Leyli Cəfər qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi – XXX15nun vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyy əti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.B.Fəttahov) Məhkum (xx xxxxx 1993-cü ildə ünva1nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, ünvan2ndə qeydiyyatda olmaqla ünvan3 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində onun davranışına nəzarətin həyata keçirilməsi XX Rayon İcra və Probas iya Şöbəsinə həvalə edilmiş, Məhkum üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər İ.H.Şükürov və G.Q.Abbasovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət kollegiyasının 7 iyun 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər Ə.C.Seyidov və T.L.Kazımovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X.H.Səmədov, hakimlər V.İ.Məlikov və E.Ş.Hüseynovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmdən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum hökmlə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının icra olunması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 fevral 2024-cü il tarixdən hesablanması, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum anası X4 xx xx xx 2020-ci il tarixdə müvəqqəti yaşadıqları ünvan 1 ünvanında yerləşən 04 nömrəli mənzilin sanitar qovşağında yıxılaraq aşağı ətraflarını zədələyən, gündəlik məişət ehtiyacl arını müstəqil icra edə bilməyən, kənar şəxsin qulluğuna ehtiyacı yaranan, daimi yataq xəstəliyinə düçar olmuş nənəsi xx xx xx 1936-cı il təvəllüdlü X2 tələbatlarını qarşılamaqdan bezdiyinə görə xx xx xx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində kirayədə yaşadıqları ünvan 2 ünvanında çarpayının üzərində olan qəhvəyi rəngli naxışlara malik yastıqla X5nın sifət nahiyəsini sıxaraq sonucunun tənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırıb qəsdən öldürdüyünü gördükdən sonra sonuncunun xüsusilə ağır cinayət törətdiyini bildiyi halda nənəsi X5nın yaş həddinə görə əldə etdiyi aylıq 237 manat məbləğində təqaüdü əldə etməyə davam etmək məqsədilə anası X4 ilə nənəsi X5nın öldürülməsi barədə aidiyyəti qurumlara məlumat verməmək, habelə X5nın meyitini gizlin üsulla dəfn etməklə törədil miş cinayəti gizlətmək barədə qabaqcadan vəd vermədən gəldiyi razılığa uğun olaraq X5nın meyitini gizlin üsulla dəfn edə bilmək üçün müvafiq yer axtarmağa başlamasına baxmayaraq şəhər ərazisində yerləşən qəbiristanlıqlara gedib müvafiq ölüm kağızı olmadan şəhər ərazisində yerləşən qəbiristanlıqlarda X5nın meyitini qeyri-aşkar üsulla dəfn etməyin mümkün olmayacağını dəqiqləşdirdiyinə görə anası ilə razılığa gəlib dayısı X5 ünvan7ndə öldüyü və dəfn edilməsi üçün ünvan8klə şəxsiyyətini gizlədərək xx xx xx 2020-ci il tarixdə saat 03:00 radələrində törədilmiş cinayətdən məlumatsız olan tanışı Şahid2 uydurduğu yalanı deyib onun fiziki köməyindən istifadə etməklə meyiti binanın həyətinə düşürüb, meyitin daşınması üçün əvvəlcədən sifariş etdiyi şəhər ərazisində yük daşıma fəaliyyəti ilə məşğul ola n törədilmiş cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı "X” markalı yük avtomobilinin yük kabinəsinə yerləşdirib, meyiti şəhər ərazisindən çıxardıb həmin tarixdə saat 5 radələrində ünvan4 qəbiristanlığına apararaq dəfn etmək istəsə də, həmin kənd qəbiristanlığında torpaq örtüyün qazılması üçün lazım olan qazma əşyalarını tapmadığından meyiti qeyd olunan qəbiristanlıqda torpaq sahə üzərində qoyub anası X4 ilə birlikdə ünvan5nə qayıdaraq, qabaqcadan vəd vermədən xüsusilə ağır cinayəti gizlətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaları xaric edib, ona 3 il müddətə azadlıqdan məhrum etm ə cəzasını təyin etməklə onun məsuliyyətini yüngülləşdirən halları, o cümlədən 31 yaşı olsa da indiyədək ailə qurmamasını, xəstəliyini, atasının vəfat etməsini, anasının isə törətdiyi cinayətlə əlaqədar hal-hazırda azadlıqdan məhrum etmə cəzasını çəkməsini, özünün ilk dəfə məhkum olunmasını, cinayəti öz anasını itirmək qorxusundan törətməsini və əməlindən çox peşman olmasını nəzərə alınmamış, nəticədə onu həddindən artıq ağır cəzaya məruz qoymuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin 1 il azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudla rını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hökmlə təyin olunmuş şərti məhkum etməni əsassız olaraq xaric edib ona məsuliyyətini yüngülləşdirən halları nəzərə almadan həddindən artıq ağır cəza təyin etdiyini iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21- ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xa rakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunması na və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli təd birin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmış, məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş az ağır cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticəyə gəlmişlər. Təqsirlilik, əməlin hüquqi tövsifi kimi məsələlər üzrə məhkəmələrin gəldikləri nəticələr kassasiya şikayətində də mübahisələndirilməmişdir. Kassasiya şikayətində qaldırılan cəzanın müəyyən edilməsi zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən məsuliyyəti yüngülləşdirən halların nəzər ə alınmaması ilə bağlı məsələyə gəldikdə, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsindən fərqli olaraq, məhz apellyasiya instansiyası məhkəməsi Məhkum cinayəti etiraf edib səmimi peşman olmasından, ilk dəfə az ağır cinayət törətməsindən ibarət olan cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrində təsbit edilən cəzanın müəyyən edilməsinə təsir göstərən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları kimi əsaslarla, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən cəzanın təqsirkarın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş şərti məhkum etmənin onun islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, Məhkum azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha düzgün, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət Məcəlləsinin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən istər iş üzrə müəyyən edilərək apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərdən keçirilmiş, istərsə də kassasiya şikayətində gətirilən yeni halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yeni, yəni birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən halları nəzərə almaqdan imtina edərkən həm də ondan çıxış edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1 və 419.11-ci maddələri kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırıb kassasiya instansiyası məhkəməsinə birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən etmək və ya onları sübuta yetirilmiş hesab etmək, yəni kassasiya şikayətində istinad olunan bü cür halların mövcudluğuna əsaslanmaq səlahiyyəti vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun k assasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən şikayətlə ehtiva olunan 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419. 10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 4 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar