Məhkəmə qərarları › İş №1(102)-2670/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2670/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2670/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ba kı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 avqust tarixli, 1(103)-1380/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (X12) 18 aprel 2024-cü il tarixli, 1(001)8/2024 saylı hökmü ilə xx xxxxxx 1957-ci il tarixdə Ermənistanın Kalinino rayonu, Qızılşəfəq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:0odək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış Şahid2 təhsili barəsində Bakı şəhəri 21 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X3 təhsili barəsində Bakı şəhər 179 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, Şahid3 təhsili barəsində Bakı şəhəri 103 saylı tam orta məktəb tərəfindən verilmiş 30.01,2020-ci il tarixli məlumat, X5 təhsili barəsində Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumat, Şahid5 Kərim oğlunun təhsili barəsində sorğuya Xaçmaz rayon Təhsil şöbəsi Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X4 təhsili barəsində sorğuya Cəlilabad rayonu Uzuntəpə kənd 1 saylı tam orta məktəbindən verilmiş 21,02.2020-ci il tarixli məlumat və Şahid4 təhsili barəsində sorğuya Tərtər rayonu E.Muradov adına Hacıqərvənd kənd tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum qarşı mülki iddiası təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Məhkum cinayət əməli nəticəsində vurulmuş 16975,69 (on altı min doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin hesabına ödənilməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının (X13 (sədrlik edən və məruzəçi), Zaur Hüseynov və Əfqan Ələkbərovdan ibarət tərkibdə) 2024-cü il 19 avqust tarixli, 1(103)-1380/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və özü tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi üzrə xx.xx.2019-cu il tarixli K-1453 saylı əmrlə (xx.xx.2019-cu il tarixdən vəzifəsinin icrasına başlaması nəzərə alınmaqla) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 11 saylı cəzaçəkmə müəssisəsi üzrə 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə 15 iyul 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 saylı qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlan masını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 13 yanvar tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qər arlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T saylı əmrlə təsdiq olunmuş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, ümumi orta təhsil almalı olan məhkumların təhsilə cəlb edilməsini təmin etmək üçün müvafiq işlər aparmağa, məhkum- şagirdlər barədə onların oxuduqları məktə bin direktorlarına və ya müvafiq təhsil şöbələrinə (idarələrinə) sorğular göndərilməsinə və onların təhsili haqqında sənədlərinin əldə edilməsi üçün tədbirlər görməyə səlahiyyətli şəxs kimi öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanılmaqla təhsilə cəlb edilmələrinə dair verilmiş təqdimat əsasında direktoru olduğu 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində təhsilə cəlb edilmiş məhkum-şagirdlərin müvafiq təhsil sənədləri, yəni ümumi orta təhsil haqqında attestat əldə edib- etməmələri barədə sorğular verib aldığı cavablarda onların həmin təhsil sənədini almalarını müəyyə n etməsinə, o cümlədən, Şahid2 təhsili barəsində Bakı şəhəri 21 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2013-cü ildə 9-cu sinfi bitirərək A seriyalı 266010 saylı, X3 təhsili barəsində Bakı şəhər 179 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2008-ci ildə 9-cu sinfi bitirərək A seriyalı 591430 saylı, Şahid3 təhsili barəsində Bakı şəhəri 103 saylı tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2008-ci ildə 9-cu bitirərək A seriyalı 724065 saylı, X5 təhsili barəsində Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumata əsasən, sonuncunun 2010- cu ildə 9-cu sinfi bitirərək A seriyalı 916246 saylı ümumi o rta təhsil haqqında attestat almasını müəyyən etməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül 1, dalan 2 ünvanında yerləşən məktəbin inzibati binasında xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə həmin halı müəyyən etdiyi zaman onları şagird kontingentindən çıxarmalı olduğu halda, bunu qəsdən etməyərək, həmin şəxslərin təhsil sənədlərini Pedaqoji Şura iclasına çıxarıb, Şuranın 12 iyun 2020-ci il tarixli, 4 nomrəli protokolu ilə qeyd edilən 4 şagirdi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxaraq 13 avqust 2020-ci il tarixli 5 saylı protokol ilə onlara yenidən müvafiq təhsil sənədinin, o cümlədən, Şahid2 C seriyalı 363476 saylı, X6 C seriyalı 363473 saylı, Şahid3 C seriyalı 363478 saylı, X8 C seriyalı 363466 saylı ümumi orta təhsil haqqında attestatların verilməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, xx.xx.2018-ci il tarixli 2 saylı əmrlə 8b sinfinə qəbul edilmiş məhkum Şahid5 barəsində Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilən xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncunun 2004-cü ildə həndəsə fənnindən "2” qiyməti aldığı üçün buraxılış imtahanına buraxılmamasını müəyyən etməsinə və bu halın onun müvafiq sinifə qəbulu və buraxılış imtahanına təqdim edilməsini istisna etməsinə baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında Şahid5 şagird kontingentindən çıxarmalı olduğu halda, heç bir tədbir görməyib onu həmin kontingentdə qəsdən saxlayaraq, sonuncuya aid təhsil sənədlərini Pedaqoji şuranın iclasına çıxarıb, Şuranın xx.xx.2020-ci il tarixli 4 saylı protokolu ilə Şahid5 ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edərək C seriyalı 363468 saylı attestat almasına nail olmaqla, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 saylı Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini 2016/2017-ci tədris ilində əvvəlki dərs ilində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən şagird Şahid6 dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymət X14 tərəfindən çıxarılmalı olduğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2011 -ci il tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.6-cı bəndinə əsasən, yəni Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilməsi göstərilsə də, qeyd olunan normativ aktın tələblərinə zidd olaraq 4 sentyabr 2018ci il tarixli 1 saylı əmrlə 10-cu sinfə qəbul edilmiş Şahid6 ümumi orta təhsil haqqında attestat sənədinin olmaması barədə Gəncə şəhər 3 saylı tam orta məktəbdən daxil olmuş xx.xx.2020-ci il tarixli cavaba əsasən həmin faktı müəyyən etməsinə baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında onu şagird kontingentindən çıxarmalı olduğu halda bunu qəsdən etməyib Şahid6 aid təhsil sənədlərini Pedaqoji Şuranın iclasına çıxarıb, Şuranın 12 iyun 2020-ci il tarixli 4 saylı protokolu ilə sonuncunun tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılaraq 13 avqust 2020-ci il tarixli 5 sayl ı protokol ilə ona E seriyalı 340708 saylı tam orta təhsil haqqında attestat verilməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004cü il tarixli 12-T saylı əmrlə təsdiq olunmuş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, məktəblərdə siniflər, hər birində məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən az olmadığı zaman komplektləşdirilməli olmasının müəyyən edilməsinə və məktəbin 9b sinfində 14 nəfər olduğuna görə, müstəsna hal olmaması da nəzərə alınmaqla, sinifin komplektləşdirilməməli olmasına baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında müvafiq Qaydaların tələbinə zidd olaraq sinifin komplektləşdirilməsi nə nail olmaq məqsədilə vermiş olduğu sorğulara aldığı cavablara əsasən, müxtəlif əsaslarla şagird kontingentindən çıxarmalı olduğu şagirdləri, o cümlədən, xx.xx.2019-cu il tarixli əmrlə məktəbin 10B sinfinə qəbul edilmiş şagird X5 təhsili barəsində sorğuya Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumata əsasən, sonuncu 2010-cu ildə 9-cu sinfi bitirərək A seriyalı 916246 saylı ümumi orta təhsil haqqında attestat almasına, xx.xx.2018-ci il tarixli əmrlə 8b sinfinə qəbul edilmiş şagird Şahid5 Kərim oğlunun təhsili barəsində sorğuya Xaçmaz rayon Təhsil şöbəsi Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2004-cü ildə həndəsə fənnindən "2” qiyməti aldığı üçün buraxılış imtah anına buraxılmamasına, Şahid1 təhsili barədə Bərdə şəhər 6 saylı tam orta məktəb tərəfindən verilmiş arayışa əsasən, sonuncu 2003-cü ildə 9cu sinfi bitirərək B seriyalı 606010 saylı ümumi orta təhsil haqqında attestat almasına baxmayaraq, həmin 3 nəfəri şagird kontingentindən çıxarmamaqla 17 şagird sayı üzrə 2019-2020-ci tədris ilində həmin sinfin komplektləşməsi və məktəbdə həmin sinfə dərs saatlarının açılması nəticəsində müəllimlərə əmək haqqı qismində 8.691,95 manat vəsait ödənilməklə, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004cü il tarixli 12-T saylı əmrlə təsdiq olunmuş "Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydalarına əsasən, məktəblərdə siniflər, hər birind ə məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən az olmadığı zaman komplektləşdirilməli olmasının müəyyən edilməsinə və məktəbin 12b sinfində 14 nəfər olduğuna görə, müstəsna hal olmaması da nəzərə alınmaqla, sinifin komplektləşdirilməməli olmasına baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında müvafiq Qaydaların tələblərinə zidd olaraq sinifin komplektləşdirilməsinə nail olmaq məqsədilə vermiş olduğu sorğulara aldığı cavablara əsasən, müxtəlif əsaslarla şagird kontingentindən çıxarmalı olduğu şagirdləri, o cümlədən, xx.xx.2018-ci il tarixli əmrlə məktəbin 10B sinfinə qəbul edilmiş şagird X4 təhsili barəsində sorğuya Cəlilabad rayonu Uzuntəpə kənd 1 saylı tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2011-ci ildə 9-cu sinfi biti rərək A seriyalı 108841 saylı ümumi orta təhsil haqqında attestat almasına, xx.xx.2018-ci il tarixli əmrlə 8b sinfinə qəbul edilmiş şagird Şahid4 təhsili barəsində sorğuya Tərtər rayonu E.Muradov adına Hacıqərvənd kənd tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2007-ci ildə 9-cu sinfi bitirərək A seriyalı 446997 ümumi orta təhsil haqqında attestat almasına baxmayaraq, həmin 2 nəfəri şagird kontingentindən çıxarmamaqla 16 şagird sayı üzrə 2019-2020-ci tədris ilində sinfin komplektləşməsi və məktəbdə həmin sinfə dərs saatlarının açılması nəticəsində müəllimlərə əmək haqqı qismində 8.283,74 manat vəsait ödənilməklə, dövlətin təhsil sistemi üzrə ümumi təhsil pillələrində tədrisin növbəliliyinin, bununla bağlı sənədləşmənin düzgünlüyünün, tədrisin maliyyələş məsinin müəyyən edilmiş normativlərə uyğunluğunun və təhsil sahəsində fəaliyyətin zəruri tələblər səviyyəsində həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya məhkəməsinin qərarında, sübutlara birinci instansiya məhkəməsini hökmündə olduğu kimi qiymət verilməklə, şahidlərin ifadələri, iş materiallarında olan sübutlar sadalanmış, lakin bu sübutlarla təqsirləndirilən şəxsin əməlində CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olduğunu təsdiq etməsinə dair hər hansı şərh edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi, qərarın 14-cü səhifəsinin 7-ci abzasında, 15-ci səhifəsinin 5-ci abzasında və 16-cı səhifəsinin 6-cı abzasında əks olunmaqla göstərilmişdir: “Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T saylı əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydalarına əsasən, məktəblərdə siniflər, hər birində məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən az olmadığı (müstəsna hallarda 15 nəfərdən az) zaman komplektləşdirilməlidir.” Apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə məhkum edilmiş şəxs Məhkum törətdiyi əməldə subyektiv cəhətin (tamah niyyətinin olmamasına) və obyektiv c əhətin olmamasına istinad edilərək əməldə CM-in 308.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması bildirilmişdir, lakin yuxarıda qeyd olunan sübutlar və işin faktiki hallarından görünür ki, vəzifəli şəxsin, Məhkum xidməti vəzifələrinin icrası ilə əlaqədar verdiyi üçüncü şəxslər (müəllimlər) üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmişdir. Göründüyü kimi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuşdur. Həmçinin tamah niyyətinin olması maddənin dispozisiyasında şərt kimi qeyd edilməmiş, üstünlük əldə edilməsi ilə şərtləndirilmişdir. Əvvəlki direktorun əmr verməsi Məhkum əməlində cinayət tərkibinin yaranmasını istisna etmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, ümumi orta təhsil almalı olan məhkumların təhsilə cəlb edilməsini təmin etmək üçün müvafiq işlər aparmağa, məhkum-şagirdlər barədə onların oxuduqları məktəbin direktorlarına və ya müvafiq təhsil şöbələrinə (idarələrinə) sorğular göndərilməsinə və onların təhsili haqqında sənədlərinin əldə edilməsi üçün tədbirlər görməyə səlahiyyətli şəxs kimi öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etmişdir. Təqsirləndirilən şəxs Məhkum xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək məktəbin direktoru işləmişdir, istintaq orqanı, həmçinin cinayət işinə baxmış birinci və apellyasiya instansiya məhkəmələrinin mövqeyinə görə 115 nömrəli xüsusi məktəbin müvafiq siniflərinə qanunsuz qəbul edilmiş Şahid5, Şahid6, X10, X9 və Şahid4 qəbul edilmələrinə dair xx.xx.2018-ci il tarixli 2 nömrəli əmr, 4 sentyabr 2018-ci il tarixli 1 nömrəli əmr, xx.xx.2019-cu il tarixli əmr, xx.xx.2018-ci il tarixli əmr və xx.xx.2018-ci il tarixli əmrlər Məhkum tərəfindən deyil, ondan əvvəlki direktor tərəfindən verilmişdir. Həmin şəxslərin ümumi orta təhsil müəssisələrində müvafiq təhsil pillələri üzrə attestat almaları, bu barədə göndərilmiş sorğulara cavablar daxil olduqda məlum ola bilərdi. İş materiallarından göründüyü kimi, həmin sorğulara cavablar koronavirus pandemiyasına görə karantin rejiminin tətbiqi ilə əlaqədar büt ün təhsil müəssisələrində tədris prosesi dayandırıldıqdan (xx.xx.2020-ci il) sonra 115 saylı xüsusi orta məktəbə daxil olmuşdur. Nəzərə alınmalı hallardan biri də odur ki, təhsil haqqında qanunvericilikdə şagirdin məktəbdən xaric edilməsinin normativ əsası yoxdur. Buna görə, məhkumların attestatlarının mövcud olduğu təqsirləndirilən şəxsə məlum olsa belə, həmin şagirdlərin (məhkumların) məktəbdən xaric edilməsi hüquqi cəhətdən mümkün olmaycaqdı. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004- cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”nda, xüsusi məktəblərdə siniflərin komplektləşməsi üçün 15 şagirdin olması şərt kimi göstəri lsə də, müstəsna hallarda 15 nəfərdən az şagirdlə də siniflərin təşkil edilməsinin mümkün olduğu göstərilmişdir. Qaydalarda, müstəsna hal kriteriyasının nədən ibarət olduğu açıqlanmamışdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlı əhəmiyyət kəsb etməsinə baxmayaraq, ibtidai istintaq və məhkəmə istintaqı zamanı müstəsna halın hansı hal olduğu aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsində iştirak etmiş zərərçəkmiş Bakı şəhər təhsil idarəsinin nümayəndəsi də qaydalarda göstərilmiş müstəsna hal anlayışına aydınlıq gətirməmişdir. Təqsirləndirilən şəxsin rəhbərlik etdiyi məktəbdə şagird 15 nəfərdən az siniflərin təşkil edilməsi, həmin siniflərə dərs keçmiş müəllimlərə ödənilmiş əmək haqqı, Məhkum tərəfindən vurulmuş ziyan kimi qiymətləndirilmişdir. Yəni, həmin siniflərin açılması yolu ilə müəllimlərə əmək haqqı ödənilməsi ittihamın əsasını təşkil edir. Bununla bağlı hüquq münasibətlərini yuxarıda göstərilmiş qaydalarla tənzimləndiyi üçün, həmin qaydalarda müstəsna hallarda 15 nəfərdən az şagird sayı olduqda siniflərin təşkil edilməsinin mümkün olduğu təsbit edildiyindən, lakin müstəsna hal anlayışına qanunvericilikdə aydınlıq gətirilmədiyindən, 15 nəfərdən az şagirdlə siniflərin təşkil edilməsinə görə təqsirləndirilən şəxsə ittiham verildiyindən, Məhkum təqsirli bilinməsinə əsaslı şübhə var. Məhkum istinad olunan əməldə, cinayət tərkibinin bütün əlamətləri mövcud deyil. Belə ki, cinayət tərkibinin əlamətlərindən biri də subyektiv cəhətdir. Təsirləndirilən şəxsə istinad olunan əməl qəsdən törədilən cinayətlərə aiddir və qəsdin növü bi rbaşa qəsddir. Buna görə də subyekt əməli törətməzdən əvvəl onun ictimai təhlükəli nəticəyə yönəlmiş niyyəti olmalıdır. Təqsirləndirilən şəxs siniflərin tərkibinin təsdiq edilməsinə dair əmrlər verərkən, şagirdlərin ümümtəhsil məktəblərində attestat almalarına dair məlumatı olmadığı üçün, onun attestatı olan məhkumları tədrisə cəlb etməklə bağlı niyyəti ola bilməzdi. Məhkum CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi üçün, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yəni vəzifə funksiyalarının icrasını bilavasitə özü və 3-cü şəxslər üçün qanunsuz üstünlük əldə etmək niyyətilə icra etməlidir. Ona istinad olunan bilavasitə hərəkət - əvvəlki direktor tərəfindən siniflərə qəbul edilmiş şagirdlərin də daxil olduğu sinif tərkibinin təsdiq edilməsi barədə əmrlərin verilməs idir. Bu hərəkətin icrası zamanı, şagirdlərin attestata malik olduğunu bilə bilməzdi. Apellyasiya məhkəməsinin qərarında mülki iddia ilə bağlı hissəyə qiymət verilməsə də, birinci instansiya məhkəməsinin hökmü həmin hissədə qüvvədə saxlanılmışdır. Hesab edirik ki, mülki iddia da əsassızdır. Məhkəmə mülki iddianı təmin etməklə cinayət prosessual və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkumun müdafiəçisi kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024cü il tarixli 1(103)-1380/2024 saylı qərarının ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında Məhkum bəraət verilməsi, həmçinin zərərçəkmiş tərəfindən verilmiş mülki iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Məhkum CM-in 308.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 avqust tarixli qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərind ən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və müdafiəşi kassasiya şikayətində və əlavədə məhkumun əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.11 və 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini və əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında gös tərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun təl əblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Belə ki, cinayət işini n materiallarından görünür ki, məhkuma qarşı CM-in 308.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu maddə vəzifə səlahiyyətlərindən sui-istifadə adlanır. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrini həyata keçirməsi ilə bağlı olan hərəkətlərdə ifadə oluna bilər. Lakin belə hərəkətlər qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə təhlil edilən cinayət tərkibi yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi çox geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları çox müxtəlif ola bilər. Bu həm hərəkətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi yolu ilə, həm də hərəkətsizliklə vəzifəli şəxsin qulluq mənafeyi tələb etd iyi halda öz qulluq səlahiyyətlərindən istifadə etməməsi yolu ilə edilə bilər. Hazırki cinayət işinin hallarından görünür ki, Məhkum ittiham, onun şagirdləri qanunsuz qəbul etməsi ilə bağlı deyil, qanunsuz şagird kimi qəbul edilmiş, lakin müxtəlif səbəblərdən sagird sıralarında saxlanılmalı olmayan məhkumları qanunsuz olaraq sagird kimi saxlamaq, bununla da, siniflərdə şagirdlərin sayını qanunsuz və süni olaraq artırmaqla dövlət vəsaitinin qanunsuz israf edilməsinə nail olmaqla əlaqədar verilmişdir. Məhkum bilə-bilə ki, həmin məhkumlar sağırd kimi təhsil almalı deyil, bu məsələni həll etməmiş, bununla bağlı heç bir təşəbbüs irəli sürməmiş, həmin şagirdlərin siniflərdə saxlanmasının normativ sənədlərin tələblərinə zidd olamasına baxmayaraq, direktor olduğu müddət ərzində öz vəzifə səlahiyyə tlərindən istifadə etməməklə qəsdən dövlət vəsaitinin israf edilməsinə şərait yaratmışdır. Müdafiə tərəfi, eyni zamanda, müstəsna halın nədən ibarət olmasının normativ sənədlərdə qeyd edilmədiyinə istinad edərək məhkumun təqsirsiz olması barədə iddia irəli sürmüşdür. Müstəsna hal, müstəsnalıq ümumi qaydalardan, adi normalardan xaric, istisnalıq təşkil edən, misilsiz, görünməmiş, qeyri-adi, fövqəladə, nadir, istisna təşkil edən, yalnız müəyyən şəxsə, müəyyən yerə, yaxud hadisəyə xas olan bir hal kimi başa düşülür. Yəni hər bir halı müstəsna kimi qiymətləndirərək normativ sənədin verdiyi səlahiyyətdən sui-istifadə edilməsi də yolverilməzdir. Bundan əlavə, səlahiyyətli şəxs yaranmış vəziyyətin müstəsna kimi qiymətləndirilməsi üçün əsasların olduğu qənaətinə gəlirsə, bu zaman müvafiq normativ aktlara istinad etməklə əsaslandırılmış qərar qəbul etməklə vəziyyətin hansı səbəbdən müstəsna kimi qiymətləndirdiyini göstərməlidir. Hazırki işin halları baxımından isə hər hansı müstəsnalığın mövcud olduğunu demək mümkün deyil. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və həmin dəlillər məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlar a münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Mülki iddiaya münasibətdə də məhkəmə kollegiyası qeyd edir ki, təmin edilmiş mülki iddia məbləği məhkumun cinayət əməli nəticəsində dövlətə vurulmuş maddi zərərdir. Həmin zərərin məbləği müvafiq sübutlarla tam sübuta yetirilmişdir və məhkəmələr mülki iddianı təmin edərkən iş üzrə toplanmış mötəbər sübutların məcmusuna və aidiyyəti qanunvericiliyə düzgün istinad etmişlər. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza t əyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şik ayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 1(001)-8/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 19 avqust tarixli, 1(103)-1380/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar