Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2671/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Kazımov Osman Əlişirin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Y.C.Hüseyn tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərt erminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru vəzifəsinə ezam olunmuş və həmin vəzifədə işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilib 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən ed ilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 04 avqust 2017-ci il tarixli, 182/373Ş nömrəli əmrlə Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 23 yanvar 2020-ci il tarixli 1000/053Ş nömrəli əmrlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru vəzifəsinə təhkim olunmaqla həmin vəzifədə işləyərkən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük idarəsinin “Şirvanlı” gömrük postu haqqında Əsasnamə”yə əsasən, gömrük sərhədindən keçirilən malların, o cümlədən sərnişinlər tərəfindən keçirilən müşayiət oluna n və olunmayan baqaj üzərində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin həyata keçirilməsi, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlamasının həyata keçirilməsi, gömrük prosedurlarına uyğun olaraq idxal olunan mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsum və vergiləri, digər gömrük ödənişlərinin tam həcmdə və vaxtında alınması, gömrük rəsmiləşdirilməsinin qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada aparılması, gömrük nəzarəti prosesində texniki nəzarət vasitələrinin istifadə edilməsinin təmin edilməsi, malların gömrük dəyərinin düzgün müəyyən olunması üçün qanunvericilikdə nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi, gömrük hüquqpozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməsi, gömrük nəzarəti zonasında rejim qaydalarına əməl olunmasına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni 14 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Qusar rayonu, Şirvanovka kəndində yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postundan “Ford” markalı “Tranzit” modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə keçid etmək istəyən Şahid1 idarə etdiyi avtomobilinə tərəfindən ediləcəyi yoxlamanı səthi etməklə, gömrük nəzarət postundan keçiş üzrə yoxlama prosedurlarını sürətli icra edəcəyinə köməklik göstərilməsi müqabilində həmin tarixdə Qusar rayonu, Ş irvanovka kəndində yerləşən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Şahid1 təklif etdiyi maddi nemət olan 40 manat məbləğində pul vəsaitini təklifi qəbul etməklə özü üçün birbaşa yolla şəxsən rüşvət qismində alıb, verdiyi vədə uyğun olaraq Şahid1 idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə sonuncunu həmin tarixdə Qusar rayon ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postundan buraxmışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi “Fiziki şəxslər tərəfindən istehsal, yax ud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarının 01 nömrəli əlavəsinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısının 6-cı bəndinə əsasən 10.000 ABŞ dolları ekvivalentindən artıq xarici valyutanı gömrük orqanında yazılı formada bəyan etməli olmasına baxmayaraq, 15 dekabr 2022-ci il tarixdə 11.500 ABŞ dolları pul vəsaitini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postundan Rusiya Federasiyasına keçirtməyə köməklik göstərilməsi ilə əlaq ədar tanışı Şahid1 vasitəsi ilə özünə müraciət edən Şahid2 xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, yəni Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunu Rusiya Federasiyası istiqamətində tərk edərkən üzərində olacaq qanunla yazılı formada bəyan etməli olduğu 11.500 ABŞ dolları məbləğində pulun qanunda nəzərdə tutulmuş miqdardan artıq məbləğini yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan tam həcmdə keçirilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 200 manat məbləğində pul vəsaitini 15 dekabr 2022-ci il tarixdə Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” mobil internet tətbiqi vasitəsi ilə danışaraq təkrarən rüşvət qismində istəyib sonuncunun razılığını almaqla, həmin niyyətlə Şahid2 tərəfindən 18 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Nar” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 200 manat məbləğində pul vəsaitini özünün "xxxx" ASC-nə məxsus 4169********1752 nömrəli kart hesabına göndərməsinə nail olub, həmin pul vəsaitini elektron xidmətlərdən istifadə etməklə onlayn qaydada müxtəlif istiqamətlərə köçürmə edərək şəxsi məqsədlərinə sərf edib, Şahid2 maddi nemət olan 200 manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən təkrarən rüşvət qismində almış, cinayətkar vədinə əməl edərək 23 dekabr 2022-ci il tarixdə Şirvanlı Gömrük Postunda xidmətə olacağı və həmin tarixdə postdan keçməsi ilə bağlı onu təlimatlandırıb, 23 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Şahid2 öz üzərində 9. 500 ABŞ dolları məbləğində pul vəsaitini Qusar rayonu, Şirvanovka kəndində yerləşən həmin postdan keçirdikdən sonra, həmin gün Şirvanlı Gömrük Postundakı gömrük yoxlanış məntəqəsinə daxil olmamış sonuncudan götürmüş olduğu 2.000 ABŞ dolları məbləğində pul vəsaitini gömrük postundan kənar keçirərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Samur Sərhəd Nəzarəti şöbəsinin Şirvanlı Bölməsinin pasport qeydiyyatı otağında Şahid2 təqdim etməklə sonucunun 11.500 ABŞ dolları məbləğində pul vəsaitini yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan keçirilməsini təmin etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi “Fiziki şəxslə r tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarının 01 nömrəli əlavəsinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısının 6-cı bəndinə əsasən 10.000 ABŞ dolları ekvivalentindən artıq xarici valyutanı gömrük orqanında yazılı formada bəyan etməli olmasına baxmayaraq, 23 yanvar 2023-cü il tarixdə 11.500 ABŞ dolları pul vəsaitini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postundan Rusiya Federasiyasına keçirtməyə kömə klik göstərilməsi ilə əlaqədar özünə müraciət edən Şahid2 Şirvanlı Gömrük Postunda xidmətdə olacağı 25 yanvar 2023-cü il tarixdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postundan Rusiya Federasiyası istiqamətində tərk edərkən üzərində olacaq qanunla yazılı formada bəyan etməli olduğu 11.500 ABŞ dolları məbləğində pulun qanunda nəzərdə tutulmuş miqdardan artıq məbləğinin yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan keçirilməsi üçün 23 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə “WhatsApp” mobil intertnet tətbiqi vasitəsi ilə danışaraq özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 400 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Səmədov Orxan Emin oğlu tərəfindən verilmiş apelyasiya protestinə və məhkumun müdafiəçisi Y.C.Hüseyn tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 28 sentyabr 2023-cü il tarixli qərarı ilə məhkumun müdafiəçisi Y.C.Hüseynin apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı O.E.Səmədovun isə apellyasiya protesti təmin edilərək Məhkum CM-nin 311.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinay ətlər Məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində icraat zamanı həbsdə saxlanıldığı cəmi 06 (altı) ay 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ümumi cəza müddətinə hesablanıb hökmlə təyin olunan əsas cəzadan çıxılaraq üzərində 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 28 sentyabr 2023-cü il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında dərhal həbs edilməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Y.C.Hüseyn kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək, hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 311.3.2-ci maddəsindən 311.2-ci maddəsinə tövsif olunmasını, məhkum olunmuş şəxsə həmin maddə əsasında minimum həddə cəza müəyyən edilməsini və CM-nin 70-ci maddəsinə əsasən təyin olunacaq cəzanın 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, C M-nin və Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin), “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra maddələrinə, və,müddəalarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Y.C.Hüseyn kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum təqsirli bilindiyi ittiham, bununla bağlı məhkəmələrin gəldikləri nəticə qanunvericiliyin tələblərinə cavab vermir və işin faktiki halları nöqteyinəzərindən obyektiv gerçəkliyi əks etdirmir. Məhkum Şahid2 200 manat məbləğində pul vəsaitini rüşvət qismində alması faktı toplanm ış sübutlarla öz təsdiqini tapmış olsa da, onun Şahid1 40 manat məbləğində pul vəsaitini rüşvət qismində alması, habelə Şahid2 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclaslarında tərəflərin təqdim etdiyi dəlil və sübutlar tam, hərtərəfli olaraq araşdırılmış olsa da, bu dəlil və sübutlara qanunvericiliyin tələbləri nöqteyi-nəzərindən obyektiv və ədalətli qiymət verilməmişdir. Araşdırılmış sübutlardan görünür ki, Məhkum özü də istintaq orqanına və məhkəmələrə səmimi ifadələr vermiş, 200 manat məbləğində pulu rüşvət kimi almasını etiraf etmiş, lakin Şahid1 40 manat məbləğində pulu rüşvət kimi almaqda və Şahid2 400 manat məbləğində pulu rüşvət olaraq istəməkdə özünü təqsirli bilməmiş, araşdırılmış sübutlar da onun bu iddiasının işin hallarına və qanunvericiliyinin tələblərinə uyğun olması barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas yaratmış, ittihamın bu epizodlarını təsdiq edən mötəbər sübutlar isə əldə edilməmiş və araşdırılmamışdır. Həmin epizodlar üzrə ittiham tərəfinin və məhkəmələmin gəldikləri qənaət üzrə istinad etdikləri başlıca sübut isə Məhkum ibtidai araşdırmanın ilkin mərhələsində şahid qismində verdiyi etirafedici ifadələri olmuşdur ki, o, da iş materialları ilə tanış olduqdan sonra belə bir ifadələr vermədiyini, dindirmə protokolunu isə oxumadan imzaladığını bildirmişdir. Bu xüsusatla bağlı kassasiya şikayətinin müəllifi həm də qeyd etmişdir ki, şahid qismində dindirilmiş Məhkum ifadələri müdafiəçinin iştirakı olmadan, yəni onun müdafiə hüququ pozulmaqla alınmışdır. Halbuki, cinayət-prosessual q anunvericiliyin tələblərinə əsasən, sübutlar yetərli olmalı və hətta təqsirləndirilən şəxs etirafedici ifadələr versə də, (Məhkum təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində 40 manat məbləğində pulu rüşvət kimi almaqda və 400 manat məbləğində pulu rüşvət kimi istənilməkdə özünü təqsirli bilməmişdir) belə ifadələr başqa sübutlarla da öz təsdiqini tapmalıdır. Məhkum müdafiəçisinin iştirakı ilə ibtidai araşdırma zamanı 01 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, habelə məhkəmə iclaslarında göstərmişdir ki, o, Şahid1 idarə etdiyi avtomobilə yoxlamanı ittihamda göstərilən şəkildə heç də səthi aparmamış və həmin şəxsə gömrük nəzarət postundan keçid üzrə yoxlama prosedurlarını sürətli icra edəcəyinə köməklik göstərilməsi müqabilində ondan pul istəməmişd ir. İşin faktiki hallarından, o cümlədən Məhkum ifadələrindən bəlli olur ki, Məhkum Şahid1 idarə etdiyi avtomobilə gömrük-keçid məntəqəsində baxış keçirərkən həmin vatimobildə kompyuter oyun aparatının (playstation) və onun 2 ədəd pultunun olduğunu aşkar edərək oyun aparatının sərhəddən keçirilməsinin qanunla qadağan olunduğunu, lakin 2 ədəd pultun keçirilməsinə yol verildiyini bildirmiş və Şahid1 gömrükkeçid məntəqəsindən geri qayıdaraq kompyuter oyun aparatını avtomobilindən götürüb yalnız 2 pultu avtomobilində saxlamaqla yenidən gömrük-keçid məntəqəsinə yaxınlaşmışdır. Şahid1 tərəfindən Məhkum 40 manat məbləğində pulun verilməsi məsələsinə gəldikdə isə, müəyyən edilmişdir ki, Məhkum Şahid1 həmin pulu istəməmiş, onların arasında sözügedən məbləğdə pulun veriləcəyi barədə əvvəlcədən heç b ir razılaşma olmamış, Məhkum sonuncunun xeyrinə qanunvericiliyə zidd hər hansı bir hərəkətə etməmiş və o, özü bu pulu xoş davranışına görə Məhkum israrla hədiyyə olaraq vermişdir. Müdafiəçinin qənaətinə görə, göstərilən halda qanunvericiliyin tələblərinə əsasən Məhkum əməli rüşvət alma kimi qiymətləndirilə bilməz. Cinayət işinin faktiki hallarından, o cümlədən iş üzrə toplanmış sübutlardan həmçinin aydın olur ki, Məhkum Şahid1 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı qanuni və yaxud qanunsuz hərəkətə (hərəkətsizliyə) görə pul, o cümlədən məlum 40 manatı istəməmiş, tələb etməmiş və almamış, bu pulu iş üzrə şahid öz istəyi ilə və könüllü olaraq ona hər hansı vəzifə səlahiyyətlərinə aid olmayan, eləcə də qanunazidd olmayan köməkliyi göstərdiyinə görə mükafat (hədi yyə) olaraq vermiş, Məhkum tərəfindən həmin məbləğin qəbul edilməsi onun xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmiş və həmin məbləğ qanunvericilikdə nəzərdə tutulan şəkildə cinayət məsuliyyəti yarada biləcək 55 manat məbləğindən artıq həddə olmamışdır. Bundan başqa, iş üzrə toplanmış sübutlarla, o cümlədən Məhkum verdiyi ifadələrlə təsdiq olunur ki, o, ona qarşı irəli sürülən ittihamda, o cümlədən birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarında göstərilən şəkildə, heç də Şahid2 Şirvanlı Gömrük Postunda xidmətdə olacağı 25 yanvar 2023-cü il tarixdə xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Şirvanlı Gömrük Postundan Rusiya Federasiyası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edərkən üzərində olacaq qa nunla yazılı formada bəyan etməli olduğu 11.500 ABŞ dolları məbləğində pulun qanunda nəzərdə tutulmuş miqdardan artıq məbləğinin yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan keçirilməsi üçün 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəməmişdir. Həmin məbləğdə pulu rüşvət olaraq Şahid2 özü təklif etmiş, lakin Məhkum hər hansı formada da olsa bu rüşvəti qəbul etməyə razılığını bildirməmiş və konkret olaraq onun göstərilən hal üzrə Şahid2 rüşvət almaq niyyəti və məqsədi olmamışdır. Məhkum işin ibtidai araşdırması zamanı 01 mart 2023-cü il tarixdə və məhkəmə baxışları zamanı verdiyi ifadələrində göstərdiyi kimi, o, Şahid2 2-ci dəfə qanunda nəzərdə tutulmuş miqdardan artıq məbləğdə pulun yazılı formada bəyan etməməklə gömrük nəzarət postundan keçirilməsi üçün rüşvət təklif etməsindən şübhələnərək qorxmuş və sonuncunun onun birinci dəfə rüşvəti qəbul etməsi səbəbindən hüquq-mühafizə orqanlarına məlumat verə biləcəyindən ehtiyatlanaraq əsl həqiqətdə ona təklif olunan əməli törətmək və bunun müqabilində ona vəd edilən 400 manat məbləğində pul vəsaitini rüşvət qismində qəbul etmək istəməyərək yalnız Şahid2la ehtiyatlı davranmağa, özünün dediyi kimi, Şahid2 tez-tez zəng edərək israrla ona köməklik göstərməsini tələb etməsini nəzərə alaraq hər dəfə “görüşərik”, “hə, yaxşı” deməklə özünün degiyi kimi, onu “yola verməyə” və müxtəlif üsul və vasitələrlə Şahid2 təkliflərini yerinə yetirməkdən boyun qaçırmağa çalışmışdır. Ən nəhayət, 25 yanvar 2023-cü il tarixdə Məhkum növbədə olan zaman Şahid2 ona zəng edib Şirvanlı gömrük postuna çatdıgnı bildirməklə ye nə də 400 manat məbləğində pul alıb üzərində olan 11.500 ABŞ dollarının 2000 ABŞ dollarım gömrükdən kənar keçirməsinə yardımçı olmasını xahiş etmiş, lakin Məhkum qətiyyətlə təklif olunan pulu götürməkdən və Şahid2 köməklik göstərməkdən imtina etmişdir. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi Y.C.Hüseyn onun həmin şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və onun müdafiəçisi Y.C.Hüseyn qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum olunmuş şəxs məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, müdafiəçi Y.C.Hüseyn isə naməlum səbələrdən məhkəməyə gəlməmişdir. Məhkəmə bununla bağlı dövlət ittihamçısı H.B.İm ranovun və müdafiəçi O.Ə.Kazımovun rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və onun müdafiəçisi Y.C.Hüseynin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi Y.C.Hüseyn həmin şikayətində məhkəm ələr tərəfindən araşdırılmış sübutlara düzgün qiymət verilmədiyini və buna görə də, hüquqlarını müdafiə etdiyi Məhkum elan olunmuş ittihamın onun Şahid1 40 manat məbləğində pul vəsaitini rüşvət qismində alması və Şahid2 400 manat məbləğində pulu rüşvət qismində istəməsi epizodları üzrə təqsiri sübuta yetirilmədiyi halda onun əməlinin əsassız olaraq CM-nin 311.3.2-ci maddəsi ilə tövsif edildiyini, buna görə onun ağır cəzaya məruz qalmasını, onun törətdiyi cinayətinin həmin maddədən CM-nin 311.2-ci maddəsinə tövsif edilməli olmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində göstərilən hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məc əllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, yaxu da məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Y.C.Hüseynin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə həmin kassasiya müraciətinin dəlillərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası əvvə lki qərarlarında olduğu kimi, növbəti dəfə xatırladır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sada lanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxıla rkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qa ydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keç irən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə ictimai təhlükəliliyinə görə yüngül cinayət törətmiş şəxslərin törətmədikləri ağır cinayətlərə görə məhkum edilmələrinin və cəzalandırılma larının yolverizməzliyini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılma sını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktik i isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hə rəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün töv sif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunveiciliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci m addəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk nö vbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan R espublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 19.4-cü maddəsinin tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutu lduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 19.4.3. öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; 19.4.4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; 19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri d igərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərində n görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-ni n 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqd a əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və ş əxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli ha llar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərər çəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadəl ərin də sübut kimi qəbul edilməsini və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin, digər tərəfdən isə bu ifadələr toplanmış və araşdırılmış digər sübutlarla da təsdiq edilsin. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilm əyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kim i, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya d igər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qə rarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qan uni hesab edilə bilməz. Həmçinin məhkəmə kollegiyası onu da vurğulayır şərh olunan tələblərə nəinki cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında verilmiş şikayətlərə birinci instansiya məhkəməsində baxılarkən, həmçinin həmin məhkəmənin çıxardığı hökmdən və ya qəbul etdiyi qərardan verilmiş apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən də əməl olunmalıdır. Bu zaman apellyasiya instansiyası məhkəməsinin yerinə yetirməli əsas vəzifələrdən biri də qəbul etdiyi yekun məhkəmə aktında apellyasiya müracitələrində əksini tapmış bütün dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməli olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıq ların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, həmin sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl olunması və törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlam aq vəzifəsi düşür. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və cəza təyini məsələsi istisna olmaqla qalan hissədə hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onu n tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, cinayət-hüquq nəzəriyyəsində CM-nin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin mahiyyəti və hüquqi təbiəti ondan ibarətdir ki, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkət (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülür. Rüşvət alma cinayətinin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal keçirilməsini təmin edən ictimai münasibətlərdir. Rüş vət alma cinayəti obyektiv cəhətdən aşağıdaki əməllərin törədilməsi ilə xarakterizə olunur: - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi, - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması, - vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və y a laqeydlik müqabilində özü yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyazı və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Məhkəmə kollegiyası təhlil edilən dispozitiv şərtlərin işığında qeyd edir ki, təqsirkar şəxsin əməlində rüşvət alma və ya rüşvət vermə əməllərinin (CM-nin 311 və 312-ci maddələri) tövsifi məsələsi həll edilərkən şəxsin rüşvət alması və ya verməsi, eləcə də belə təklifi və ya vədi qəbul etməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə zərər vurulması, bu zərərin həcminin nədən ibarət olması xüsusatları üzrə, yəni baş vermiş ictimai təhlükəli nəticəyə uyğun olaraq hüquqi dəyələndirmə aparılmalıdır. İbtidai araşdırma Məhkum istinad olunan cinayət əməllərini CM- nin 311.3.2-ci maddəsi ilə tövsif etsə də və aşağı instansiya məhkəmələri əməlin tövsifinə münasibətdə istintaq orqanının gəldiyi nəticə ilə razılaşsalar da, ona qarşı irəli sürülmüş ittihamın Şahid1 maddi nemət olan 40 manat məbləğində pul vəsaitini rüşvət qismində alması və Şahid2 maddi nemət olan 400 manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində istəməsi epizodları üzrə öz nəticələrini müvafiq sübutlar vasitəsilə, habelə qanunvericiliyin tələblərinə istinad etməklə kifayət qədər əsaslandırmamış, bununla da 353.2.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasına yol vermişdir. CPM-nin 353.2.1-ci maddəsinin tələbləri isə ondan ibarətdir ki, ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməlidir. Məhkum barəsindəki cinayət işinin materiallarından isə qanunvericiliyə verilmiş təfsirə uyğun olaraq yuxarıda göstərilən tələblər üzrə sübutların toplanması və onların məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılması görünmür və məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona qarşı CM-nin 311.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə Şirvanlı gömrük postunda növbədə olduğu zaman ölkə ərazisindən Rusiya Federasiyası istiqamətində dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Ford Tranzit” markalı, ağ rəngli yük avtomobili Şirvanlı sərhədkeçmə postundan ölkə ərazisini tərk edərkən tərəfindən avtomobildə yoxlama aparılaraq avtomobilin salonundakı oturacağın altında “Playstation 5” oyun aparatının, həmin aparatın 2 ədəd idarəetmə pultunun və markasını bilmədiyi avtomobilin sürət ötürücüsü qutusunun olmasını aşkar etmişdir. Avtomobilin sahibi həmin gün tanış olduğu Şahid1 olmuş, Anar Məmmədov isə növbə rəisi olmuşdur. O, Şahid1 rəhbərlik tərəfindən verilmiş təlimatlara əsasən oyun aparatının və avtomobil ötürücüsü qutusunun ölkə ərazisindən çıxarılmasına icazə verilmədiyini bildirib, yalnız pultları özü ilə bir likdə apara biləcəyini demişdir. Onun məlumatlandırmasından sonra Şahid1 avtomobili ilə birlikdə ölkə ərazisi istiqamətində geri qayıtmış və oyun aparatı ilə avtomobil sürət ötürücüsü qutusunu postun ərazisindən çıxardıqdan sonra təkrarən avtomobillə posta yaxınlaşmış və o, yəni Məhkum təkrar yoxlama zamanı avtomobildə yalnız 2 ədəd oyun pultlarının olmasını müəyyən etmişdir. O, Şahid1 avtomobilini ikinci dəfə yoxlayarkən tək olmuş, sonuncunun postdan keçməsinə razılıq verdikdən sonra Şahid1 israrla ona “şirinlik” olaraq 2 ədəd 20 manatlıq olmaqla ümumilikdə 40 manat məbləğində pulu maşının oturacağına atmış, sonuncuya lazım olmadığını desə də, maşından düşüb getdiyindən məcbur olaraq həmin 40 manat məbləğində pulu götürmüşdür. Lakin o, götürdüyü pulun müqabilində Şahid1 xeyrinə hər hansı bir hərəkət etməmişdir. Bundan başqa, 2022-ci ilin dekabr ayının təxminən ortalarında işdə olarkən Şahid1 Rusiya Federasiyası operatoruna məxsus mobil telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib danışarpkən Şahid2 adlı tanışının olduğunu, həmin şəxsin 2022-ci ilin dekabr ayında onun işlədiyi Şirvanlı gömrük postundan Rusiya Federasiyası istiqamətində keçəcəyini, üzərində qanunvericiliklə icazə verilmiş 10.000 ABŞ dollarından əlavə 2.000 ABŞ dolları olacağını, həmin məbləğin 9.500 ABŞ dolları məbləğində pulu bəyan etməklə üzərində keçirəcəyini, həmin puldan əlavə də postu keçməmiş 2.000 ABŞ dolları məbləğində pulu da yoxlama zamanı üzərində aşkar edilməməsi üçün ona verəcəyini, onun da həmin pulu yoxlamadan keç dikdən sonra neytral zonada Şahid2 qaytarmasını bildirmişdir. O, Şahid2 xeyrinə edəcəyi hərəkətə görə 200 manat məbləğində pulu ona verməsini təklif etmiş, Şahid1 də bu təkliflə razılaşmışdır. Razılıqları əsasında da o, “Whatsapp” proqramı vasitəsilə "xxxx" ASC-dən təqdim edilmiş özünə məxsus plastik əməkhaqqı kartının nömrəsi olan hissəsinin şəklini çəkib Şahid2 göndərməsi üçün Rafael Şərifliyə göndərmişdir. 18 dekabr 2022-ci il tarixdə günorta vaxtlarında ödəmə terminalı vasitəsilə onun əmək haqqı kartına razılaşdıqları 200 manat pul köçürməsi edilmişdir. Pulun onun kart hesabına köçürülməsinə dair qəbzin də fotoşəklini Şahid1 ona göndərmişdir. Lakin hansı ödəmə terminalından və pulun kimin adından onun kartına göndərildiyini o, dəqiq bilməmiş, həmin pulla isə sonradan onlayn ödənişlər etmişdir. Həmçinin razılıqlarına əsasən də həmin iş müqabilində ona yalnız 200 manat pul verilmiş, yəni işin yekununda da əlavə olaraq ona hər hansı maddi nemət və sair vəd verilməmişdir. Onun hesabına Şahid2 tərəfindən 200 manat məbləğində pulun köçürülməsindən və 23 dekabr 2022-ci il tarixdə də sonuncuya məxsus pulun gömrük məntəqəsindən keçərkən aşkar olunmaması üçün üzərində saxlayıb gömrük məntəqəsi yoxlamasını keçdikdən sonra Şahid2 verəcəyi barədə heç kimə məlumat verməmişdir. Onun kartına pul köçürüldükdən sonra Şahid2 dəqiq xatırlamadığı Azərbaycan Respublikasının mobil operatorlarından birinə məxsus nömrə ilə onun nömrəsinə zəng edib onun növbə vaxtını dəqiqləşdirib həmin növbə müddətində keçməsi ilə bağlı danışıq aparmışdır. Danışıq zamanı da Şahid2 21 dekabr 2022-ci il tarixdə keçə bilməsinin mümkün olub-olmadığını soruşmuş, o da İham Əsgərova 23 dekabr 2022-ci il tarixdə növbədə olacağını demiş və həmin tarixdə gəlməsi ilə bağlı razılıq əldə etmişlər. Razılıqları əsasında 23 dekabr 2022-ci il tarixdə Şirvanlı gömrük postunda növbədə olarkən saat təxminən 20-21 radələrində Şahid2 onun mobil nömrəsinə zəng edib Şirvanlı gömrük postuna çatdığını bildirmişdir. O, da Şahid2la danışdıqdan sonra sonuncu dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Ford Transit” markalı, ağ rəngli yük avtomobili ilə Şirvanlı gömrük postuna daxil olmuşdur. Şahid2 posta daxil olduqda əvvəlcədən əldə etdikləri razılıq üzrə təklikdə avtomobilindən 2.000 (iki min) ABŞ dolları məbləğində pulu götürüb ona vermiş, həmin puldan əlavə də üzərindəki 9.500 ABŞ dolları məbləğində pulla yoxlama m əntəqəsinə daxil olmuşdur. Yoxlama məntəqəsinə daxil olmamışdan əvvəl o, Dövlət Sərhəd Xidmətinin əməkdaşı və onunla birlikdə yoxlama aparacaq Şahid3 Şahid2 qohumu kimi təqdim etmişdir. Lakin, buna baxmayaraq sonuncunun avtomobili qanuna müvafiq qaydada yoxlanılmışdır. Şahid2 üzərindəki 9.500 ABŞ dollar məbləğində pulu postda bəyan etmiş və müvafiq sənədləşdirmə işləri də aparılmış, sonuncu gömrük yoxlama məntəqəsindən keçdikdən sonra postun ərazisində olan Dövlət Sərhəd Xidmətinin xidməti otağında həmin xidmətin əməkdaşı Xun yanında o, 2.000 ABŞ dolları məbləğində pulu Şahid2 özünə qaytarmış və sonuncu ölkə ərazisini Rusiya Federasiyası istiqamətində tərk etmişdir. Bundan başqa 23 yanvar 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında evdə olarkən Şahid2 ona təkrarən eyni mobil telefon nömr əsindən zəng edib özünə məxsus 11.500 ABŞ dolları məbləğində pulu Şirvanlı gömrük postundan Rusiya Federasiyası istiqamətində keçirmək istədiyini, əvvəlki qayda ilə ona köməklik göstərməyini, yəni bəyan edilməli olan məbləğdən əlavə olan pul vəsaitini postdan keçirməyini xahiş etmişdir. Şahid2 onun xeyrinə edəcəyi hərəkətə görə, yəni qanunvericiliyə əsasən icazə verilən məbləğdən artıq məbləğdə pulu ölkə ərazisindən çıxarıb neytral ərazidə ona verəcəyi hərəkətə görə ona 400 manat məbəğində pul verəcəyini demişdir. Bundan sonra Şahid2 bir neçə dəfə zəng edərək əl çəkmədiyinə görə, həmçinin 23 dekabr 2022-ci il tarixdə qanunla icazə verilən məbləğdən artıq məbləğdə pulu keçirdiyinə görə şikayət edə biləcəyindən qorxub məcbur qalıb razı olduğunu demiş, lakin həmin pulu Şahid2 almaq fikri olma mışdır. 25 yanvar 2023-cü il tarixdə o, növbədə olan zaman Şahid2 ona zəng edib Şirvanlı gömrük postuna çatdığını bildirərək müraciəti üzrə həmin məsələnin həllinə köməklik etməsini xahiş etmiş, lakin o, sonuncuya köməklik etmək istəməmiş və bundan imtina etmişdir. Bundan başqa Məhkum ifadələrində qyed etmişdir ki, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd disk yazısındakı “Refail 40 manat” adlı fayldakı, Şahid2 istintaqa təqdim etdiyi 01 ədəd disk yazısındakı “WhatsApp Audio 11.56.26 adlı” adlı fayldakı, “WhatsApp Video at 16.23.41” adlı fayldakı səs yazıları və “WhatsApp Audio at” 09.17.37 saylı video görüntülü səs yazısında səs yazıları ona məxsus olmuşdur. Şahid1 ona 40 manat məbləğində, Şahid2 isə 200 manat məbləğində pul vermələrindən heç kimin xəbəri olmamış, həmçinin həmin pulların hər hansı məbləğini o, başqa şəxslərə verməmişdir. Məhkum təqsirli bilindiyi ittiham üzrə yalnız ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, o, Azərbaycan Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Məhkum 2022-ci ilin noyabr ayında tanımışdır. Belə ki, o, həmin ay ərzində öz istifadəsində olan “Ford Transit” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir neçə dəfə Şirvanlı gömrük postundan Rusiya Federasiyasına keçmək istəmiş, həmin zaman sənədlərində problemlərin olması səbəbi ilə bir neçə dəfə posta gedib geri qaytarılması əsnasında postun əməkdaşı Məhkum tanıdıqdan sonra onunla münasibəti yaranmışdır. 14 noyabr 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində o, növbəti dəfə özünün istifadəsində olan “Ford Tranzit” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvanlı gömrük postuna yaxınlaşmışdır. Həmin vaxt onun avtomobili gömrük yoxlanış məntəqəsindən keçən zaman Məhkum da orada olmuşdur. Avtomobilinə Məhkum tərəfindən baxış keçirilən zaman avtomobilində mühərrik yağı, parfum, 02 ədəd “Sony” markalı “playstation 5” modelli oyun cihazı, avtomobil sürət qutusu aşkar olunmuşdur. Bu zaman Məhkum tərəfindən ona “Sony” markalı “playstation 5” modelli oyun cihazının və avtomobil sürət qutusunun keçirilməsinin qadağan olduğu bildirilmişdir. Həmçinin o, mühərrik yağı və parfumların da keçirilməsinin qadağan olunduğunu bildirərək onların avtomobilin içərisində görünməyən yerə yerləşdirməsini təkl if edmiş, yenidən postdan keçən zaman avtomobilini səthi yoxlamaqla ona köməklik göstərəcəyinə söz verərək bunun müqabilində ona yüngülvari hörmət etmək lazım olduğunu demişdir. Bu səbəbdən o, geri qayıdıb Məhkum dediyi kimi edib, yəni “Sony” markalı “playstation 5” modelli oyun cihazını və avtomobil sürət qutusunu evə qoyaraq, mühərrik yağını və parfumları isə avtomobilinin görünməyən hissələrində gizlədib həmin tarixdə, yəni 14 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində yenidən Rusiya Federasiyasına keçmək məqsədilə posta yaxınlaşmışdır. Bu vaxt Məhkum tərəfindən avtomobil yenidən yoxlanılmış, o, əvvəlcədən vəd etdiyi kimi, avtomobilini bilərəkdən səthi yoxlamış və o, buna görə 40 manat, yəni iki ədəd 20 manatlıq əskinazdan ibarət pulu avtomobilinin yan qabaq sərnişin oturaca ğına Məhkum götürməsi üçün atmışdır. Həmin vaxt avtomobilin yan qapısı açıq olmuş və Məhkum sərnişin oturacağına qoyduğu həmin pulu götürüb cibinə qoymuşdur. Azərbaycan Respublikasına qayıtdıqdan sonra 08 dekabr 2022-ci il tarixdə Məhkum qanunsuz hərəkətləri barədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra, 09 dekabr 2022-ci il tarixdə yenidən Rusiya Federasiyasına keçid etmişdir. Rusiya Federasiyasından geri qayıdan zaman o, Məhkum mobil telefonlar gətirmək istədiyini, onların keçirilməsində ona köməklik göstərməsini xahiş etmiş, sonuncu isə bu barədə sonradan söhbət etmələrini ona bildirmişdir. Həmin vaxt biri-birilndən mobil nömrələrini də götürmüşlər. Bundan sonra o, Məhkumla bir neçə dəfə telefon əlaqəsi yaratmış və yenə də, telefonda Azərbaycan a gələn zaman bir neçə telefon gətirməsi ilə bağlı ona köməklik göstərməsini xahiş etmiş, Məhkum da onun xahişini yerinə yetirəcəyini vəd etmişdir. 05 yanvar 2023-cü il tarixdə o, Məhkumla telefon əlaqəsi yaradıb Azərbaycana keçid edəcəyini, lakin telefon gətirmək məsələsinin alınmadığını ona bildirmişdir. Həmin tarixdə təxminən gecə saat 01 radələrində o, Şirvanlı postundan keçən zaman postun əməkdaşları tərəfindən avtomobili hərtərəfli yoxlanılmış, lakin avtomobilində heç bir qanunsuz əşya müəyyən edilməmişdir. Bu vaxt Məhkum da orada olmuşdur. Bundan sonra o, Şirvanlı postuna getməmiş və Məhkumla əlaqəsi olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində Rusiya Federasiyasında olan zaman xatırlamadığı tanışları vasitəsilə tanış olduğu Şahid2 ilə birlikdə mobil telefonların alqı-satqısı nı həyata keçirmək məqsədilə Azərbaycandan Rusiya Federasiyası ərazisinə pul vəsaiti keçirib oradan mobil telefonlar alıb geri qayıtmaq istəmişlər. Bu məqsədlə o, 2022-ci ilin dekabr ayının əvvəlində Məhkumla mobil telefon vasitəsilə əlaqə yaradıb onlara bu məsələdə köməklik göstərməsini bildirib, tanışı Şahid2 tərəfindən ya 14.000, ya da 12.000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası istiqamətində keçirmək istədiklərini demişdir. Məhkum da onunla razılaşıb köməklik göstərəcəyini bildirmişdir. Daha sonra Şahid2 Məhkum mobil telefon nömrəsini verərək sonuncu ilə onun adından danışmağı təklif edib sərhəddən keçmək istədiyi vaxt, sərhəddən keçirəcəyi pulun məbləği barədə məlumat verməyi və Cavidə edəcəyi köməkliyə görə verəcəyi pulun məbləği barə də razılaşmağını demişdir. Məhkum Şahid2la danışıb sonuncunun qanunla nəzərdə tutulmuş 10.000 ABŞ dolları məbləğindən artıq məbləğdə, yəni, 11.500 ABŞ dolları məbləğində pulu gömrük postundan keçirilməsinə görə 200 (iki yüz) manat pul istəmişdir. Məhkum onu daha yaxşı tanıdığından və Şahid2 ehtiyatlandığından onun istifadəsində olan hazırda xatırlamadığı Rusiya Federasiyasına məxsus olan mobil nömrənin “WhatsApp” proqramına 18 dekabr 2022-ci il tarixdə plastik kart şəkli göndərərək 200 manat məbləğində pulun həmin karta göndərilməsini bildirmiş, o, da öz növbəsində həmin kartın şəklini Şahid2 yadında qalmayan mobil nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə göndərmiş, sonuncu isə elə həmin tarixdə 200 (iki yüz) manatı həmin karta yükləmişdir. 23 dekabr 2022-ci il tarixdə Şahid2 11.500 (on bir min beş yüz) dolları məbləğində pul vəsaitini öz üzərində Rusiya Federasiyasnına Şirvanlı Gömrük postundan keçirmiş və bu zaman Məhkum ona köməklik göstərmişdir. Yeni il ərəfəsində qiymətlər baha olduğundan Şahid2 Rusiyaya apardığı pula heç nə almadan Azərbaycan Respublikasına geri qayıtmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, Şirvan şəhəri Kommunal Kombinat müəssisəsində dalandar işləməklə bərabər ailəsinin dolanışığını təmin etmək üçün Rusiya Federasiyasından müxtəlif ərzaq və əşya gətirib Şirvan şəhərində satmaq qərarına gəlmişdir. Buna görə, Rusiya Federasiyasından mal gətirib Azərbaycan Respublikasında satışını həyata keçirən tanışı Şahid1 ilə əlaqə saxlamış və sonuncudan məsləhət istədikdən sonra və onlar bu i stiqamətdə birlikdə fəaliyyət göstərmələri barədə razılığa gəlmişlər. Həmçinin Şahid1 ona alış-veriş üçün təxminən 12.000-14.000 ABŞ dolları məbləğində pulu özü ilə birlikdə Rusiya Fedarasiyasına keçirməsini, həmin pula mal alaraq geri qayıtmasını təklif edib sərhəddən 10.000 ABŞ dollarından artıq pulun keçirilməsinə icazə verilmədiyindən bununla bağlı Dövlət Gömrük Komitəsinin Şirvanlı postunda işləyən tanışı Məhkum adlı gömrük əməkdaşı ilə danışaraq nəticəsi barədə xəbər verəcəyini demişdir. Bir müddətdən sonra Şahid1 ona zəng edərək Məhkumla danışdığını, Məhkumun bu işdə ona kömək edəcəyini, 10.000 ABŞ dollarından artıq pulun keçirilməsi üçün 100-120 ABŞ dollar arası pul verməli olduğunu deyib, Məhkumun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini verərək sonuncu ilə danışma sını və sərhəddən keçiriləcək məbləğ, vaxt və Məhkuma verəcəyi pulun məbləği barədə sonuncu ilə razılaşmasını demişdir. O, təxminən 15 dekabr 2022-ci il tarixdə Məhkuma öz istifadəsində olan ***-***-**-** telefon nömrəsindən zəng edərək ona telefon nömrəsini Şahid1 verdiyini, Rusiya Federasiyasına keçib mal gətirmək istədiyini bildirdikdə Məhkum ona sərhədi keçən zaman üzərində 9.500 ABŞ dollardan artıq pul keçirməyin mümkün olmadığını demiş, o, isə 12.000 ABŞ dolları məbləğində pulun keçirilməsi üçün ona köməklik göstərməsini xahiş etmiş, sonuncu da ona telefonda köməklik göstərə bilməyəcəyini demişdir. Sonra Məhkum özü “whatsapp” tətbiqi vasitəsi ilə ona zəng edərək telefonda danışmağın məsləhət görmədiyini, “whatsapp” tətbiqi vasitəsi ilə danışmaq lazım olduğunu bildirmiş, o, isə ilkin olaraq 12.000 ABŞ dolları keçirmək istədiyini desə də, sonradan əlində cəmisi 11.500 ABŞ dollar məbləğində pulun olması barədə ona məlumat vermişdir. Məhkum ondan ilk növbədə əvvəllər sərhədi keçib-keçmədiyini soruşmuş, o, isə əvvəllər sərhədi keçmədiyini, ilk dəfə keçəcəyini bildirmişdir. Bundan sonra Məhkum ona 9.500 ABŞ dolları məbləğində pulu üzərində həmin məbləği bəyan etməklə keçirmək lazım olduğunu bildirmiş, qalan 2.000 ABŞ dolları məbləğində pulu isən özü keçirdib neytral zonada ona verəcəyini vəd etmiş, bunun da müqabilində ondan 200 manat pul istəmiş, o, da bununla razılaşmışdır. Sonra Məhkum Şahid1 özünün bank kartının şəklini göndərmiş və istədiyi pulu həmin karta yükləmək lazım olduğunu bildirmiş, Şahid1 isə həmin şəkli ona göndərdikdən sonra o, 18 dekabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Nar” Marketdə quraşdırılmış “E manat” elektron ödəmə terminalı vasitəsi ilə "xxxx"a aid olan üzərində “Məhkum” sözləri yazılan 4169********1752 nömrəli karta 200 manat pul yükləmiş və bu haqda Məhkum məlumat vermişdir. Daha sonra 19 dekabr 2022-ci il tarixdə o, Gömrük Komitəsinin əməkdaşının belə qanunsuz hərəkətindən əsəbləşib Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və həmin İdarənin əməkdaşları tərəfindən əməliyyataxtarış tədbirlərinə cəlb olunmuşdur. O, əməliyyat axtarış tədbirinə cəlb olunduqdan sonra 22 dekabr 2022-ci il tarixdə Məhkumla əlaqə saxlayaraq sərhəddi keçmək istədiyini bildirmiş, lakin sonuncu ona həmin tarixdə növbədə olmayacağını bildirib 23 dekabr 2022ci il tarixdə növbədə olduğundan həmin tarixdə Şirvanlı postund an keçmək üçün gəlməsini təklif etmişdir. 23 dekabr 2022-ci il tarixdə keçirilən əməliyyat tədbiri ilə əlaqədar olaraq əməliyyatçılar tərəfindən ona kamera çəkilişi imkanı olan xüsusi qol saatı verilmiş, o, da həmin günü Qusar rayonunda yerləşən Dövlət Gömrük Komitəsinin Şirvanlı Gömrük postuna yaxınlaşıb Məhkum zəng etmişdir. Məhkum gömrük yoxlanış məntəqəsinin qarşısında onu qarşılamış və üzərində olan özünə məxsus 11.500 ABŞ dolları puldan 2.000 ABŞ dollarını götürmüş və neytral zonaya çıxdıqda həmin pulu ona qaytaracağını bildirmişdir. O, bundan sonra üzərində olan 9.500 ABŞ dollarını bəyan edərək deklarasiya almış və neytral zonaya keçmişdir. Məhkum onu xidməti otağa dəvət etmiş və orada ona verdiyi 2.000 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Bütün baş verənlər kamerası olan q ol saatı vasitəsi ilə qeydə alınmış və o, həmin görüntüləri araşdırmaya təqdim etmişdir. Sərhədi keçəndən sonra o, Rusiya Federasiyasına getmiş, bir gün orada qalmış və orada Yeni il qabağı qiymətlər baha olduğundan heç bir mal almadan Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan başqa, 18 yanvar 2023-cü il tarixdə o, Məhkumla yenidən telefonla danışmış və bir daha Rusiya Federasiyasına keçmək istədiyini, keçən zaman isə üzərində 11.500 ABŞ dolları məbləğində pul olacağını bildirib həmin pulun da keçirilməsində ona köməklik göstərməsini xahiş etmişdir. Məhkum isə cavabında həmin pulun 8.500 ABŞ dollarını üzərində, qalan 3.000 ABŞ dollarının isə onun tərəfindən keçiriləcəyinə kömək edəcəyini bildirmiş, edəcəyi bu hərəkətə görə onlar aralarında 400 manat məbləğində pulu Məhkuma verməsi barədə razılığa gəlmişlər. Bununla əlaqədar də bütün danışıqlarının hamısının səs yazısını araşdırmaya təqdim etmişdir. Məhkum ona 25 yanvar 2023-ci il tarixdə postda olacağını və həmin tarixdə gələrək postdan keçməsini bildirmişdir. O, 25 yanvar 2023-cü il tarixdə səhər saatlarında yenidən Xaçmaz rayonunda yerləşən Şirvanlı postuna getmiş və oradan Məhkum zəng etdikdə sonuncu ona 2 saat ərzində gözləmək lazım olduğunu bildirmiş, lakin 2 saatdan sonra onunla görüşməkdən imtina etmiş, bu haqda da o, əməliyyatçılara məlumat vermişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid2 ibtidai araşdırma zamanı da eyni məzmunlu ifadələr vermiş, lakin məhkəmə iclasında Məhkum ondan 400 manat məbləğində pul şəklində rüşvət istəməsini bildirməmiş və yalnız bu məbləğdə pulun verilməsi haqda sonun cu ilə razılığa gəldiklərini bildrmişdir. İstər cinayət işinə birinci instansiya məhkəməsində baxılmasına, istərsə də apellyasiya icraatına aid olan materiallardan, habelə apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum qarşı ibtidai istintaq zamanı ifadə vermiş Şahid1 (ittihamın birinci və ikinci epizodları üzrə) məhkəmə iclaslarında dindirilməsi üçün aşağı instansiya məhkəmələri tərəfindən kifayət qədər səy göstərilməmiş və lazımi qaydada səmərəli tədbirlər görülməmiş, Məhkumun ona qarşı ifadələr vermiş həmin şahidi dindirmək hüququ təmin edilməmiş, nəticədə isə həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiysının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin, həm də CPM-nin 19.4.5-ci maddəsinin tələbləri pozulmuş, digər tərəfdən isə A zərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri nəzərə alınmamışdır. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. CPM-nin 19.4.5-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndində nəzərdə tutulm uş hüquqa həsr olunmuş bir çox Qərarlarında, o cümlədən “Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı iş” üzrə 15 dekabr 2011-ci il tarixli, “Matisına Rusiyaya qarşı iş” üzrə 27 mart 2014-cü il tarixli, “Scholer Almaniyaya qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Yevgeniy İvanov Rusiyaya qarşı iş” üzrə 25 aprel 2013-cü il tarixli Qərarlarda bütövlükdə məhkəmə prosesinin “ədalətli məhkəmə araşdırması” standartına uyğun olub-olmamasının müəyyən edilməsi baxımından təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüququna əməl olunmasının xüsusi əhəməyyət kəsb etdiyini vurğulamış və bir sıra işlərdə, o cümlədən “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli Qərarda məhk əmənin ibtidai istintaqda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməməsinin həqiqi səbəblərini (bunu istisna edən halların gerçəkdən də olubolmamasını) araşdırmadan, məhkəmə iclasında iştirakını təmin etmək üçün kifayət qədər və səmərəli tədbirlər görmədən onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin elan edilməsi ilə kifayətlənməsini və həmin sübuta ittihamı təsdiq edən material kimi məhkəmə qərarlarında istinad edilməsini Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsinə görə, ilk növbədə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməsini gercəkdən də istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tə rəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi hər hansı səbəblə bağlı olursa-olsun işə baxan məhkəmə şahidin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərməlidir (“Yevgeniy İvanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərar). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 10-cu bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla m üqayisə edilmiş olsun... Həmin Qərarın 12-ci bəndinə görə, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329cu maddələri ilə yanaşı Avropa Məhkəməsinin Qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin də nəzərə alınması vacibdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və əd alətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (AlKhawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. Qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq mat eriallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir (Hazırki iş üzrə şahid Xin məhkəmə iclasında iştirak etməməsinin qaçılmaz olduğunu göstərən hallar, digər tərəfdən isə məhkəmənin onun iştirakının təminedilməsi lazımi səylər göstərməsi iş materialları ilə müəyyən edilmir). İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham ya lnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” Qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dind irilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarı n icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-nin 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvv əlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması h üquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsində Şahid1 dolğun ifadələri (onun hərətrəfli dindirilməsi) iş üçün əhəmiyyət kəsb etmişdir və onun məhkəmə iclasında dindirilməməsi nəticəsində iş üzrə müəyyən edilmiş bir sıra hallar üzrə ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında qeyd etmişdir ki, o, Şahid1 avtomobilini ikinci dəfə yoxlayarkən tək olmuş, sonuncunun postdan keçməsinə razılıq verdikdən sonra o, israrla ona “şirinlik” olaraq 2 ədəd 20 manatlıq olmaqla, ümumilikdə 40 manat məbləğində pulu maşının oturacağına atmış, Şahid1 bu pulun ona lazım olmadığını desə də, maşınd an düşüb getdiyindən məcbur olaraq həmin 40 manat məbləğində pulu götürmüşdür. Eyni zamanda məhkum bildirmişdir ki, bundan əvvəl o, Şahid1 onun xeyrinə görəcəyi hərəkətə görə hər hansı bir məbləğdə pul istəməmiş və ümumiyyətlə onun xeyrinə istər qanuni, istərsə da qanunsuz heç bir hərəkət etməmişdir. Şahid1 isə ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində o, istifadəsində olan “Ford Tranzit” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvanlı gömrük postuna yaxınlaşmışdır. Həmin vaxt onun avtomobili gömrük yoxlanış məntəqəsindən keçən zaman Məhkum da orada olmuşdur. Nəqliyyat vasitəsinə Məhkum tərəfindən baxış keçirilən zaman avtomobildə mühərrik yağı, parfum, 02 ədəd “Sony” markalı “playstation 5” mo delli oyun cihazı, avtomobil sürət qutusu aşkar olunmuşdur. Bu zaman Məhkum tərəfindən ona “Sony” markalı “playstation 5” modelli oyun cihazı və avtomobil sürət qutusunun keçirilməsinin qadağan olduğu bildirilmişdir. Həmçinin o, mühərrik yağı və parfumların da qadağan olunduğunu, onların avtomobilin içərisində görünməyən yerə yerləşdirməyi təklif edərək yenidən postdan keçən zaman avtomobilini səthi yoxlamaqla ona köməklik göstərəcəyini, bunun müqabilində isə ona yüngülvari hörmət etmək lazım olduğunu bildirmişdir. Bu səbəbdən o, geri qayıdıb Məhkum dediyi kimi edib, “Sony” markalı “playstation 5” modelli oyun cihazını və avtomobil sürət qutusunu evə qoyub, mühərrik yağı və parfumları isə Məhkum dediyi kimi avtomobilinin görünməyən hissələrində gizlədib həmin tarixdə, yəni 14 noyabr 2022-c i il tarixdə saat təxminən 23 radələrində yenidən Rusiya Federasiyasına keçmək məqsədilə posta yaxınlaşmışdır. Bu vaxt Məhkum tərəfindən avtomobil yenidən yoxlanılmış, o, qabaqcadan dediyi kimi avtomobilini bilərəkdən səthi yoxlamış və o, buna görə 40 manat, yəni iki ədəd 20 manatlıq əskinazdan ibarət pulu avtomobilinin yan qabaq sərnişin oturacağına Məhkum götürməsi üçün atmışdır. Həmin vaxt avtomobilin yan qapısı açıq olmuş və Məhkum sərnişin oturacağına qoyduğu pulu götürüb cibinə qoymuşdur. Şahid1 ifadəsindən göründüyü kimi o, 40 manat məbləğində pul vəsaitini gömrük əməkdaşı olan Məhkum mühərrik yağı və parfumların (ətirlərin) gömrük sərhəddindən keçirilməsinə köməklik etməsi və bu məqsədlə gömrük yoxlanışının səthi aparılması üçün vermişdir. İttihamın təsvirinə əsasən isə, Şahid1 ida rə etdiyi avtomobilinə gömrük yoxlanışının səthi həyata keçirilməsi ona münasibətdə gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra edilməsi ilə bağlı olmuş və buna görə Məhkum ondan 40 manat məbləğində pul vəsaitini rüşvət qismində aldığı göstərilmişdir. Şahid1 ifadəsinə nəzər yetirilərkən həmçinin qeyd edilməlidir ki, Məhkum Şahid1 gömrük sərhədindən keçirmək istədiyi “Sony” markalı “playstation 5” modelli oyun cihazının və avtomobil sürət qutusunun keçirilməsinə köməklik göstərməkdən ümumiyyətlə imtina etmiş, parfumların və mühərrik yağının Azərbaycan Respublikasının ərazisindən xarici ölkəyə keçirilməsinin həqiqətən qadağan edilib-edilməməsi ilə bağlı isə heç bir araşdırma aparılmamışdır. Lakin Məhkum ifadəsinə əsasən Şahid1 idarə etdiyi nəqliyyat vasitəsi ilə gömrük sərhə dindən keçərkən gömrük yoxlanışı zamanı onun avtomobilində “Playstation 5” oyun aparatına aid olan 2 ədəd idarəetmə pultu aşkar olunmuşdur. Məhkum təqsirli bilindiyi ittihamın Şahid1 ilə bağlı epizodun yalnız sonuncunun ifadələri üzərində qurulduğunu nəzərə alaraq məhkəmə kollegiyası eyni zamanda vurğulayır ki, onun həmin ifadələri ittihamın məzmununu ilə də uyğunsuzluq təşkil edir. Yəni Şahid1 ifadələrindən, ittihamda göstərildiyi kimi, Məhkum tərəfindən avtomaşının səthi və ya sürətli yoxlanılması görünmür, Məhkum qəbul etdiyi 40 manat pul vəsaitinin isə onun xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası çərçivəsində qəbul edilib-edilməməsinə və CM-nin 311-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmetinə aid olubolmaması halı məhkəmələr tərəfindən kifayət qədər ətraflı şəkildə araşdırılmamış və bu hala qiymət verilməmişdir. Məhz bu baxımdan yuxarıda göstərilən məsələlərə aydınlaq gətirilməsi, yəni həqiqətin müəyyən edilməsi üçün Şahid1 məhkəmə iclaslarında dindirilməsi, eyni zamanda məhkumun da onu dindirmək hüququnun təmin edilməsi zəruri olmuşdur ki, məhkəmələr tərəfindən də bu çatışmazlıq aradan qalddırılmamışdır. Şahid2 qanunla qadağan olunmuş məbləğdən artıq məbləğdə xarici valyutanın gömrük nəzarətindən gizli olaraq keçirilməsinə köməklik göstərməsi, yəni qanunsuz hərəkəti etməsi müqabilində onun Məhkum 200 manat məbləğində pul şəklində rüşvət verməsi və eyni hərəkətə görə 400 manat məbləğində pulu sonuncudan rüşvət qismində istəməsinə dair ittihamın epizodları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin epizodlardan birincisi toplanmış və araşdır ılmış sübutlarla tamamilə təsdiqini tapsa da (bu məsələ kassasiya şikayətində də mübahisələndirilmir və müdafiə tərəfi həmin epizod üzrə məhkəmələrin gəldikləri nəticə ilə razılaşırlar), sonuncu epizod üzrə Məhkum təqsirli bilindiyi ittihamda göstərilən əməli törətməsi ziddiyyətli sübutlara əsaslanmamış və məhkəmələr tərəfindən bu ziddiyyətlər də aradan qaldırılmamışdır. Belə ki, ibtidai araşdırma zamanı Şahid2 göstərmişdir ki, o, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat tədbiri çərçivəsində 2023-cü ilin yanvar ayında yenə də Məhkum 11.500 ABŞ dolları məbləğinə pulun Rusya Federasiyasına keçirilməsində köməklik göstərməsi üçün Məhkum müraciət etmiş və sonuncu buna razılığını bildirərək ondan rüşvət kimi 400 mana t məbləğində pul vermək lazım olduğunu bildirmişdir. Lakin sonradan Məhkum onun telefon zənglərinə cavab verməmiş, onun xeyrinə heç bir hərəkət etməmitş, istədiyi pulu almamış və o, bu barədə əməliyytçılara məlumat vermişdir. Məhkəmə iclasında isə, Şahid2 göstərmişdir ki, Məhkum onun xeyrinə görəcəyi hərəkətə görə (xarici valyutanın qaçaqmalçılıq yolu ilə xarici ölkəyə keçirməkdə köməklik göstərməsi müqabilində) onlar sonuncuya 400 manat məbləğində pulun rüşvət kimi verilməsi barədə razılığa gəlmiş, lakin Məhkum onun xahişini yerinə yetirməkdən imtina etməsi səbəbindən keçirilən əməliyyat baş tutmamışdır. Bu ifadələrin məzmunundan isə Məhkum Şahid2 rüşvət qismində 400 manat məbləğində pulu ona verməsini istəməsi görünmür, məhkəmələr də bu halı da sonacən araşdırmayaraq adları çəkilən şəxsl ərin razılıqlarının kimin təşəbbüsü ilə əldə edilməsinə, Məhkum isə ona edilən təklifin qəbul edib-etməməsinə aydınlıq gətirməmişlər. Hərçənd, Məhkum məhkəmə iclasında göstərmşdir ki, Şahid2 təhlil edilən məsələ ilə bağlı ona müraciət etsə də, o, sonuncudan ehtiyatlanıb bu təklifə uyğun olaraq hər hansı hərəkət etmək niyyətində olmamış, Şahid2 isə gösərilən məbləğdə pulu rüşvət qismində istəməmişdir. İş materiallarına görə, ibtidai araşdırma orqanının və məhkəmələrin təhlil edilən epizod üzrə də Məhkum təqsirli bilinməsi barədə qənaətləri məhz Şahid2 ifadələrinə və sonuncunun əməliyyat tədbirinin həyata keçirilməsi zamanı yazdığı telefon danışıqlarının məzmununa əsaslanmışdır. Məhkəmə kllegiyası məhkumun və Şahid2 ifadələri ilə yanaşı həmçinin bu danışıqların məzmununa da müraciət etməyi z əruri bilir. Belə ki, iş materiallarında olan səs yazılarının köçürüldüyü 01 ədəd diskə baxış keçirilməsinə dair 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində səs yazıları olan 1 ədəd “WhatsApp Audio at 09.17.37” adlı və videogörüntü olan 1 ədəd “WhatsApp Video at 16.23.41” adlı fayllar,“WhatsApp Audio at 09.17.37” adlı faylda isə aşağıdakı məzmunda dialoq var: K1- Hay can qardaş K2- Narahat eləmədim Cavid? K1- Yox-yox xoşdu o nə deməkdi K2-deməli mənim malımda, furamda hazırdı uje eşidirsən ? K1-hə K2- can hə, mən deməli tezdən keçib axşama qayıtmalıyam malnan uje eşidirsən? K1- hə, hə K2-Hə can hə deməli səninlə tezdən mən qıraqda görüşüm, danışdığımız kimi üç min dolları qıraqda bir kəndəmi, çayçıdamı verim sənə, pulu nasosnuda əmioğludan götürəcəm, doqq uz min dolları qoyum üstümə eşidirsən? K1- hə K2- üç min dolları qıraqda verim, dörd yüz manatıda üstündə çörəyivi verim. K1- hə onu qoy qırağa K2- içəridə hər yer kameradı, keçən dəfə pulu alt paltarıma qoydum, balamın baloun canı pul tökülmüşdü nə yaxşı ki dizlik geyinmişdim onun üstündən corab, rusun tamojnusunda çəkə bildim, yoxsa pul səpələnək idi, orada nə günə qaldım, bir stress keçirdim orda, yox olanı deyirəm, birdən orda pul tutulsaydı sizə də söz gələrdi, quran haqqı mən ölmüşdüm. Sizdə də hər yer kamera, birini keçirsən ikisini keçirsən adam qorxur, hamıda göz-gözədi. Qıraqda görüşək üç min dolları verim sənə, sənin çörəyin dörd yüz manatı da verim sənə danışdığımız kimi K1-hə hə K2- doqquz min dolları qoy rahat keçirim mən qurban olum sənə, səninlə içəridə görüşüm üç mini götü rüm. K1- hə problem yoxdu K2- birdə bizim işləməyimizdən Rəfailin xəbəri olmasın sən canı K1 ayıb olar e, mənim onunla əlaqəm yoxdur o, məni yığırdı ki, onu edə bilərik ? ya yox ya hə deyirdim K2- mənim çörəyimə dəyər məni tanıdar səni tanıtdırar K1 narahat olma onun mini mənim telefonuma yığır atval verirəm K2- Allah canıvu sağ eləsin K1-problem yoxdu, sən sabah yox biri gün gəl həll eliyək K2-mən qıraqda səninlə görüşüm, qoy rahat keçə bilim K1- onda sən bir az tez çıxarsan mən işə çatmamışdan qabaq yolda səninlə görüşüm promoy gedim işə K2-mən sənə zəng edəcəm hardayam ordan keçəndə görüşək üç mini və dörd yüz manatı verim, doqquz min dollarla rahat keçim K1-bildim bildim sən indi rayondasan? Elə bildim şəhərdəsən K2- hə yoxsa şəhərdə olsaydım indi görüşərdik K1-hə elə onu deyirdim K2-n asosnuda pulda götürməliyəm axı kəsrim var axı dedim K1- hə ola bilərki yoda rastlaşarıq K2- problem yoxdu mən o zonada zəng eliyəcəm tamojnudan aralıda görəşək səninlə K1- problem yoxdu K2-görüşüm mən səninlə mən rahat keçim K-1 yaxşı-yaxşı K2-oldu Cavid sənə qurban K1-əsas o tərəfdə yoxlamırlar hə çox? K2-yox yox keçən dəfə soruşdular dedim bir belə yoxlamadılar heç K1-yaxşı sabah yox birisi gün inşallah görüşək K2 Sübhdən görüşəcəm səninlə işə girməmişdən K1-onsuzda mən səhər altıda şəhərdən çıxıram K2- neçədə olursan işdə? K1- doqquzun yarısı K2- onda doqquza işləmiş tamojnudan qıraqda görüşək canım qurban K1-yaxşı ay sağol-sağol-sağol K2- sağol. Baxışda iştirak etmiş Şahid2 səs yazısını dinləyərək K1 kimi işarələnmiş diktorun səsi və nitqinin Məhkum, K2 kimi işarələnmiş diktorun səsi və nitqinin ona məxsus olduğunu, həmin səs yazısının Məhkum 25 yanvar 2023-cü il tarixdə onun tərəfindən gömrük sərhədindən qanunla icazə verilən məbləğdən artıq məbləğdə pul vəsaitinin keçirilməsi üçün ondan rüşvət istəməsinə dair aralarında olan səs yazısı olduğunu bildirmişdir. Şərh olunan ifadələrin, səs yazılarının Məhkum elan olunmuş ittihamla müqayisəli təhlili məhkəmə kollegiyasına belə fikir yürütməyə əsas verir ki, məhz natamam (nəticəsiz) qalmış əməliyyat tədbiri çərçivəsində Şahid2 gömrük inspektoru Məhkum rüşvət qismində təklif etdiyi 400 manat pul vəsaitinin onun tərəfindən qəbul edilməsi ilə bağlı razılığının olmasına dair mötəbər sübutlar istər ibtidai araşdırma orqanı tərəfindən iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilərkən, istərsə də dövlət ittihamçı ları tərəfindən həmin işə mahiyyəti üzrə baxılarkən məhkəmələrə təqdim olunmamış, məhkəmələr də həmin ehtimal xarakterli məlumatların yoxlanılmasına və araşdırılmasına təşəbbüs göstərməmişlər. Məhkəmələr tərəfindən sözügedən epizod üzrə araşdırılmamış və ziddiyyətli digər məqam ondan ibarətdir ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində 400 manat pul vəsaitini ondan rüşvət qismində Məhkum özünün tələb etdiyini qəti şəkildə göstərdiyi halda, məhkəmə istintaqı zamanı “400 manat müqabilində razılaşdıqlarını” göstərmişdir. Telefon danışıqlarının məzmununda da görünür ki, Məhkum Şahid2 ona 400 manat məbləğində pulu rüşvət qismində istəməsi barədə heç bir ifadə işlətmir, bu pulu ona verməyi Şahid2 təklif edir, əvvəlcə Məhkum bu təklifi qəbul etməsinə razılaşsa da, sonradan bundan imtin a etmiş və Şahid2 xeyrinə heç bir qanuni və ya qanunsuz hərəkət etməmişdir. İş materiallarının öyrənilməsi və qəbul edilmiş yekun məhkəmə aktlarının təhlili göstərir ki, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında işin bu faktiki hallarına milli qanunvericiliyinin və beynəlxalq müqavilənin yuxarıda təsvir edilmiş tələbləri baxımından heç bir qiymət verməmiş və müdafiə tərəfinin mübahisələndirdiyi ittihamın iki epizodu üzrə gəldikləri nəticələri tutarlı şəkildə əsaslandırmamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsindəki cinayət işi üzrə sübutetməyə, sübutların qiymətləndirilməsinə və onların kifayət etməsinə dair prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərinin birinci instansiya məhkəməsi tərəfindən p ozulmasını həm də apellyasiya instansiyası məhkəməsi də təkrarlamış və hər iki məhkəmə zəruri olan sübutların tədqiqindən əsassız olaraq imtina edərək araşdırılmış sübutlara CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada lazımi qiymət verməmişlər ki, bu hallar da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində göstərilən pozuntulara yol verilməsinə və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinin qismən əsaslı olmasına dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin pozuntularla və ehtimal xarakterli sübutlar əsasında qəbul edilmiş qərar qüvvəsində saxlanıla bilməz və belə qərar ləğv edilməklə iş ye ni apellyasiya baxışına təyin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından müdafiəçi Y.C.Hüseynin kassasiya şikayətinin dəlilləri və həmin dəlillər əsasında irəli sürülmüş tələblə bağlı məhkəmə kollegiyası yuxarıda göstərilənlərə, yəni iş üzrə araşdırılmış sübutlara lazımi qiymət veilməməsinə əsaslanaraq bu vəziyyətdə 28 sentyabr 2023-cü il tarixli qərarın ləğv edilməklə Məhkum əməlinin tövsifinin dəyişdirilməsini, habelə ona hər hansı cəzanın təyin olunması ilə bağlı qərarın qəbul edilməsini mümkün bilmir və buna görə də, şikayətin həmin dəlilləinə ətraflı cavab verilməsini zəruri saymayaraq şikayətin bu hissələrdə təmin edilməməsini məqsədə uyğun hesab edir. Məhkəmə kollegiyası həmçinin CPM-nin 419.1-ci maddəsinin tələbinə əsaslanaraq kassasiya şikayətinin dəlillər indən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini də yoxlamış və bunun nəticəsində müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin 27 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı O.E.Səmədov tərəfindən verilmiş apellyasiya protestində Məhkum barəsində CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəaların həmin hökmdən xaric edilməsi tələbi irəli sürülsə də, apellyasiya protestinə və məhkumun müdafiəçisi Y.C.Hüseyn tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi yalnız apellyasiya protestinin təmin edilməsi barədə qəbul etdiyi 28 sentyabr 2023-cü il tarixli qərarının istər təsviri-əsaslandırıcı, istərsə də nəticəvi hissəsində məhkumun barəsind ə tətbiq edilmiş şərti məhkumetməyə dair müddəaların xaric edilməli olması barədə qənaətini əks etdirməmiş və bu haqda müddəaları xaric etmədən onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının (həbsdə saxlama müddəti cəzadan çıxılmaqla) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini və barəsində həbs qətimkan tədbirinin seçilməsini, onun dərhal məhkəmə iclas zalında həbs edilməsini müəyyən etmişdir. Bu halı da qanun pozuntusu kimi qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təsvir edilmiş əsaslarla yanaşı həmçinin təhlil edilən əsasa görə də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, cinayət işi isə yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən isə məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəz ərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirib təhlil edərək, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi O.Ə.Kazımovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Məhkum CM-nin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilməli və cinay ət işi yeni apellyasya baxışına təyin olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi Y.C.Hüseyn tərəfindən verilmiş kasssiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli qərarı onun barəsində həbs qətimkan tədbirinin seçilməsi hissəsi istisna olmaqla qalan hissələrdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-2671/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2671/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver