Məhkəmə qərarları › İş №1(102)-2673/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2673/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2673/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü mad dələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust tarixli, 1(103)-571/2024 nömrəli qərarından maraqlara toxunan şəxslər Şahid11 və Şahid7 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (X8) 1(011)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, xx xxxxxx 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Şahbuz qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, X2 Azərbaycan Respublikası CM-in 178.2.2 və 1 78.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsinin təmin edilməsi, "Mercedes Benz 240” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qaytarılması, dövlət rüsumuna görə ödədiyi 126 manat pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsinin təmin edilməsi, "Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 qaytarılması, dövlət rüsumuna görə ödədiyi 88 manat pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs4 ödənilməsi, zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsinin təmin edilməsi, "Mercedes Benz 240” markalı, ** RT *** (hazırda ** EB ***) dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 qaytarılması, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddia ərizəsinin təmin edilməsi, X9 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 qaytarılması, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsinin təmin edilməsi, KİA Pride markalı ** BP *** (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 qaytarılması, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs8 mülki iddia ərizəsinin qismən təmin edilm əsi, 2645 manat pulun Məhkum tutularaq Zərərçəkmiş şəxs8 ödənilməsi, iş üzrə KİA Pride markalı 77BP894 (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, "Mercedes Benz 240” markalı, ** RT *** (hazırda ** EB ***) dövlət qeydiyyat nişanlı, Changan SG7151F markalı, ** OE *** dövlət qeydiyyat nişanlı, Toyota Carolla markalı ** FX *** dövlət qeydiyyat nişanlı, X9 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasının nəzərə alınması, iş üzrə maddi sübutlar - 9900 manat pul vəsaitinin Zərərçəkmiş şəxs5 qaytarılmasının nəzərə alınması, Zərərçəkmiş şəxs2 götürülmüş Məhkum məxsus şəxsiyyət vəsiqəsi, Mirheydər Seydiliyə məxsus "Kapital Bank” ASC tərəfindən verilmiş **********575981 nömrəli elektron bank hesab kartı, Hakan Altuna məxsus ”YapıKredi” bank tərəfindən verilmiş ********* nömrəli elektron hesab kartı və "BMW” markalı, "5281” modelli, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobilə aid BAİ64853 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin cinayət işinin materiallarında saxlanmasının nəzərə alınması, "Mercedes E 220” markalı **-HK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs6 qaytarılmasının nəzərə alınması hökm edilmişdir. Hökmdən narazı qalan maraqlarına toxunan şəxslər Şahid7 nümayəndəsi Nümayəndə2 və Şahid11 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimovdan ibarət tərkibdə) 2024-cü il 7 avqust tarixli, 1(103)-571/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edil mədən, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkuma 8 epizod üzrə ittiham irəli sürülmüşüdür. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏRİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Maraqlarına toxunan şəxs Şahid11 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2022-ci ildə o, nəqli yyat vasitəsini alqı-satqı yolu ilə əldə etmişdir. Nəqliyyat vasitəsi hazırda onun mülkiyyətindədir. Onun hazırki cinayət işinə və təqsirləndirilən şəxs qismində cəlb edilən şəxsə heç bir aidiyyətı yoxdur, onu tanımır, eyni zamanda təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayətlə əlaqədar “üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs” kimi tanınmamışdır. Eyni zamanda o nəqliyyat vasitəsini Məhkum və ya Zərərçəkmiş şəxs2 almamış, tam qanuni əsaslarla alqı-satqı qaydasında nəqliyyat vasitəsinə dair mülkiyyət hüquqlarını əldə etmişdir. Təqsirləndirilən şəxsə verilmiş ittihama görə, o, Zərərçəkmiş şəxs2 məxsus olan nəqliyyat vasitəsini 15300 manata alacağına dair sonuncu ilə razılıq əldə edib və həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları pulu Zərər çəkmiş şəxs2 avtomobilə görə beh olaraq ödəyib qalan 11900 manat hissəsini isə ödəməyib və beləcə Zərərçəkmiş şəxs2 11900 manat olmaqla xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs2 dəymiş zərər 11900 manat təşkil edir və nəqliyyat vasitəsinin qiyməti 15300 manat olaraq müəyyən edilib. Zərərçəkmiş şəxs2sa verdiyi mülki iddiada təqsirləndirilən şəxsdən 15000 manat və ya nəqliyyat vasitəsinin ona qaytarılmasını xahiş edib. Zərərçəkmiş şəxs2 dəymiş zərər 11900 manat olduğuna görə məhkəmənin nəqliyyat vasitəsinin ona qaytarılmasına dair nəticəyə gəlməkdə haqlı olmayıb və ittihamdan kənara çıxmasını əsaslandırmayıb. Ümumiyyətlə, Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsi qüsurlu olaraq tərtib edilib. Mülki iddia təqsirləndirilən - Məhkum qarşı qaldırılıb, o, cav abdeh qismində göstərilib, iddia tələbi Məhkum qarşıdır, ondan pulun tutulması və ya nəqliyyat vasitəsinin alınması tələb edilir. Həmin iddia üzrə o, cavabdeh şəxs deyil, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Digər tərəfdən, mülki iddia tələbi konkret olmalıdır, alternativ tələb ola bilməz, ya nəqliyyat vasitəsinin qaytarılması, ya da zərərin əvəzi olaraq pul tələbi qeyd edilməlidir. Əgər cavabdeh qismində Məhkum göstərilibsə, məhkəmə ona qarşı iddiaya baxıb müvafiq qərar qəbul etməlidir. Əgər məhkəmə hesab etsə ki, nəqliyyat vasitəsi Məhkum deyil və cavabdeh qismində başqa şəxs göstərilməyibsə, məhkəmə nəqliyyat vasitəsinin geri qaytarılmasına dair qərar qəbul edə bilməz. Göründüyü kimi, o, mülki iddia üzrə hər hansı tərəf deyil, cavabdeh qismində cəlb edilməmiş, təqsirləndirilən şəxsin əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs də deyildir, bu halda məhkəmənin onun mülkiyyətində olan nəqliyyat vasitəsinin zərərçəkmiş şəxsə qaytarması qərarına gəlməsi tamamilə qanunsuzdur. Bundan əlavə, Kia Pride markalı nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasına dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi hazırda qüvvədədir, onun ləğv və ya etibarsız hesab edilməsinə dair məhkəmə qərarı mövcud deyil və ona qarşı mülki iddia da qaldırılmamışdır. O, nəqliyyat vasitəsini tam qanuni əsaslarla əldə etmişdir, vicdanlı alıcı sayılır. Onu əldə edərkən mübahisəli olmasını bilməmiş, bilmək ehtimalı da olmamışdır. Maraqlarına toxunan şəxs Şahid11 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini, Xətai rayon Məhkəməsinin hökmündə - “Kia Pride” markalı ** BP *** (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 qaytarılması, Kia Pride markalı ** BP *** (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması” ifadəsi “Kia Pride” markalı ** BP *** (hazırda ** CL ***) dövlət qeydiyyat nişanlı avtomobilin Şahid11 qaytarılması” ifadəsi ilə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs Şahid7 nümayəndəsi Elçin Mahmudov kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, Məhkum tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Buna görə də təqsirləndirilən şəxs ittiham olunduğu maddə məhkum edilmişdir. Lakin, birinci instansiya məhkəməsi Şahid7 mülkiyyətində olan X9 CDİ markalı 99 GJ 20 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs7 və Changan markalı ** OE *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin isə zərərçəkmiş Zərərçəkmiş şəxs4 sahibliyinə qaytarılması hökm etmişdir. Apellyasiya instansiyası da məhkəmənin hökmlə gəldiyi nəticə ilə raz ılaşmış, həmin nəticəni qanuni və əsaslı hesab etmişdir. O, məhkəmə hökmünün və qərarının mülki iddiaya dair hissəsi ilə razı deyildir. Birinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası da cinayət işi üzrə mülki iddia hissəsini əsaslandıra bilməmiş və iş üzrə düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə qərarda mülki iddiaya aid hissəsini tam əsaslandıra bilməmiş və iş üzrə obyektiv olmayan nəticəyə gəlmişdir. Qərarda göstərilir: məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan normalardan da aydın olur ki, cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxsin məhrum olunduğu daşınar əmlakın kimdə, o cümlədən onu əldə etmiş hər hansı şəxsdə aşkarlanmasından asılı olmayaraq qanuni sahibinə qaytarılmalıdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi həmin av tomobilləri öz qanuni sahiblərinə qaytarmaqla düzgün və əsaslı nəticəyə gəlmişdir. Belə ki, həmin əmlaklar mülkiyyətçilərin iradəsinə zidd olaraq, başqa şəxslərə satılmış və onların sahibliyinə verilmişdir. Odur ki, bu barədə verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla təmin edilməməlidir. Lakin məhkəmə yenə nəzərə almamışdır ki, X9 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs7 mülkiyyətində olmamışdır. Məhkəmə xüsusi müsadirə fəslində olan maddi hüquq normalarına isnad etmişdir. Halbuki bu cinayət yolu ilə əldə edilmiş əmlaklara aid bir məsələdir və cinayət yolu ilə əldə edilmiş əmlaklar dövlət nəfinə müsadirə olunmalıdır. Həmçinin qanun burada müsadirə olunacaq əmlak onun qanuni sahibinə vurulmuş zərərin ödənilməsinə yönəldilməsini də nəzərd ə tutmuşdur. Lakin nəzərə almaq lazımdır ki, Məhkum zərərçəkmiş şəxslərdən əldə etdiyi əmlakları başqa şəxslərə sataraq pul vəsaiti əldə etmişdir. Təqsirləndirilən şəxsin əldə etdiyi əmlaklar satılana qədər onun sərəncamında və sahibliyində olmuşdur. Təqsirləndirilən tərəfindən satıldıqdan sonra isə onun cinayət əməlindən bixəbər adamların sahibliyinə və mülkiyyətinə keçmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin sahibliyində və mülkiyyətində olmayan, cinayət yolu ilə əldə edilən əmlak hesab edilə bilməyən əmlakları müsadirə etməsi tamamilə əsassızdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, X9 CDİ markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı predmeti olmuşdur, hazırda həmin alqı-satqı müqaviləsi qüvvədədir və avtomobil Şahid7 mülkiyyətindədir. Belə olan hald a məhkəmə Şahid7 mülkiyyətində olan avtomobili başqa şəxsə verilməsi tamamilə qanunsuz və əsassızdır. Maraqlarına toxunan şəxs Şahid7 nümayəndəsi Elçin Mahmudov kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-571/2024 saylı qərarının zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs7 “X9 CDİ” markalı ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılma barədə, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 “Changan SG7151F” markalı, 99 Oe 189 dövlət qeydiyyat nişan avtomobilin ona qaytarılması barədə mülki iddialarını təmin olunması hissəsində ləğv edilməsi və mülki iddiaların təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş ş əxs2, Zərərçəkmiş şəxs7 kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli Kassasiya şikayətlərinin təmin olunmamasını, Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassa siya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə gör ə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Maraqlarına toxunan şəxslər kassasiya şikayətlərində mülki iddianın təmin olunmamasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalə tsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çı xarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, maraqlarına toxunan şəxslər kassasiya şikayətlərində vicda nlı əldə edən olduqlarını iddia edərək mülkiyyərlərində olan avtomaşınların qanunsuz olaraq zərərçəkmiş şəxslərə qaytarılmasını mübahisələndirmişlər. İşin hallarından göründüyü kimi mübahisələndirilən avtomaşınlar zərərçəkmiş şəxslərin mülkiyyətlərindən cinayət yolu ilə qanunsuz çıxarılmışdır. Maraqlarına toxunan şəxs Şahid7 kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, o, Məhkum qısa müddət ərzində iki avtomaşını bazar dəyərindən aşağı qiymətə almışdır. Lakin bu alqı-satqının real şəkildə rəsmiləşdirilməsinə dair kassator heç bir sübut təqdim etməmişdir. Yəni Şahid7 tərəfindən Məhkum pul vəsaitinin ödənilib-ödənilməməsi, əgər ödənilmişdirsə hansı qaydada ödənilməsi, hansı səbəbdən Məhkum avtomaşınları real dəyərindən aşağı qiymətə satmasının səbəblərini aradırmaması məhkəmə kollegiyasına bu qənaətə gəlməyə əsas verir ki, Şahid7 vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz. Məhkum bütün maşınları etibarnamə əsasında özgəninkiləşdirmişdir və Şahid7 Məhkum mülkiyyətçi olmadığını bilmiş və qısa müddət ərizndə Məhkum dəyərindən aşağı qiymətə iki avtomaşını satması onda haqlı olaraq şübhə yaratmalı idi. Maraqlarına toxunan şəxs Şahid11 kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 “Kia” markalı, “Pride” modelli avtomaşını 15300 manata dələduzluq yolu ilə almış, dəyərindən ucuz qiymətə, yəni 9500 manata Şahid9 etibarnamə ilə satmışdır. Həmin avtomaşın naməlum qaydada X3 adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə həmin avtomaşın Şahid11 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi qısa müddət ərzində, yəni 51 gün ərzində avtomaşının sahibi 5 dəfə dəyişmişdir. Maraqlıdır ki, Şahid11 kassasiya şikayətində vicdanlı əldə edən olmasını təsdiq edən məlumatları kassasiya şikayətində bildirməmişdir. Yəni avtomaşın barədə hansı qaydada məlumat əldə etməsini, avtomaşının axırıncı sahibi ilə hansı qaydada əlaqə saxlamasını, avtomaşını harada yoxlamasını, harada əldə etməsini, ən əsası avtomaşını hansı məbləğ müqabilində almasını, pul vəsaitini harada, hansı qaydada, yəni nağd və ya köçürmə yolu ilə satıcıya verməsini və bu faktları təsdiq edən zəruri sübutları, eləcə də sair məlumatları bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182-ci maddəsi vicdanlı əldə edən adlanır. Həmin maddəyə əsasən: 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, la kin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, marağına toxunan şəxslərin vicdanlı əldə edən olması cinayət işi üzrə toplanmış sübutların məcmuyu ilə sübuta yetir ilmir və MM-in 182-ci maddəsinin müddəlarından və işin hallarından da göründüyü kimi Şahid11 və Şahid7 vicdanlı əldə edən kimi qiymətləndirilə bilməzlər. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, marağına toxunan şəxslərin kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlara toxunan şəxslər Şahid11 və Şahid7 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 7 avqust tarixli, 1(103)-571/2024 nömrəli qərarı maraqlara toxunan şəxslər Şahid11 və Şahid7 kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar