Məhkəmə qərarları › İş №1(102)-2679/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2679/2023

15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2679/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində döv lət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Goranboy Rayon Məhkməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim T.M.Mustafayev) Məhkum (xx xxxx 1988-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan3ndə qeydiyyatda olmaqla faktiki ünvan4ndə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 2 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Gəncə A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.B.Hüseynov, hakimlər Ə.G.Abdullayev və N.T.Əliyevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Goranboy Rayon Məhkməsinin 12 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2 sentyabr 2022-ci il tarixdə saat 9 radələrində tanışı X8 ünvan4ndə yerləşən fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan tanışları- Zərərçəkmiş şəxs və X7 ilə mübahisə edərək əl çantasında saxladığı, kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən özünə məxsus cib bıçağını çıxardıb özünü, habelə Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxsu öldürməklə hədələyərkən Namiq İsalının onun evinin həyətində mübahisə etmələrinə imkan verməyəcəyini bildirdikdən sonra, ictimai yer sayılan adsız küçəyə çıxaraq orada olan insanlara əhəmiyyət verməyib ətrafdakılara özünün üstünlüyünü, müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərmək məqsədilə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq gös tərməklə uca səslə qışqırıb nalayiq söyüşlər söyərək əlindəki bıçağı nümayiş etdirərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, öz hərəkətləri ilə ətrafda olan şəxslərin dincliyini pozmaqla, heç bir əsaslı səbəb olmadan X5 yaxınlaşaraq ictimai qaydanı kobud surətdə pozub, silah qismində istifadə etdiyi həmin cib bıçağı ilə sonuncuya zor tətbiq edərək qəsdən bir dəfə vurub ona sol əlin İİ barmağının cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan yüngül dərəcəli bədən xəsarəti, bundan əlavə heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi həmin bıçaqla tərəfindən ictimai qaydanı n pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs qəsdən bir dəfə vurub müqavimət göstərməklə ona sağ saidin və sol əlin səthi kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsi isə hökmə əsasən işin faktiki hakları barədə belə nəticəyə gəlmişdir ki, Məhkum xuliqanlıq motivi ilə deyil, evində çatışmayan əşyaların özünü və ya dəyərini ona qaytarmaq barədə X25a qarşı irəli sürdüyü tələblə əlaqədar yaranmış mübahisəsnin gedişində, yəni şəxsi münasibətlər zəminində əlindəki bıçaqla qəsdən zərərçəkmiş şəxs X25a dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət, bıçağı onun əlindən almaq istəyən Zərərçəkmiş şəxs isə dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu hallara görə birinci instansiya məhkəməsi Məhkum əməllərinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişmiş, Zərərçəkmiş şəxs qəsdən dərəcəsi təyin edilməyən xəsarətin yetirilməsi isə cinayət məsuliyyəti yaratmadığından həmin epizodu ittihamdan xaric etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində tədiqiq olunmuş sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsi rliliyi kifayət qədər sübut olunduğu halda, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, yalnız təqsirkarın özünü müdafiə xarakterli ifadələri əsasında onun əməli həmin maddələrdən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilmiş, apellyasiya instansiyası məhkəməsi isə bu əsassız və qanunsuz nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini x ahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişd irilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə tövsif edilməli olduğu halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əmə lin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının di spozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilm əli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən etdiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hallar gerçəkdən də Məhkum hərəkətlərini silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilən xuliqanlıq kimi - Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas vermir. Belə ki, xuliqanlığın əsas tərkibini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzr ə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə i fadə olunmalı, həmin hərəkətlər isə şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərin i şərtləndirən (cinayətə sövq edən), hərəkətverici amil kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə davranmaq, eqoizmini nümayiş etdirib özünü başqalarının fövqündə qoymaq kimi ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətləri törətmək istəyini ehtiva edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birba şa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörm ətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa ci nayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Hazırki işdə isə müəyyən edilən hallar odur ki, Məhkum əvvəl ki məhkumluğu ilə əlaqədar cəzaçəkmə müəssisəsində cəza çəkərkən ünvan6ndə yerləşən evinin açarlarını həmin evə baxması və evin kirayəsindən əldə olunan pulu ona göndərməsi üçün həmkəndlisi X25a vermiş, cəzaçəkmə müəssisəsindən qayıtdıqdan sonra evdə olan bəzi əşyaların çatışmadığını müəyyən etdikdə onunla X25 arasında sonuncudan həmin əşyaları və yaxud onların dəyərini tələb etdiyi üçün münaqişəli vəziyyət yaranmış, hadisə günü də (02 sentyabr 2022-ci ildə) o, həmkəndlisi X35nın evinin həyətində olarkən ora gələn X2 X45la və daha sonra əlində yaba ilə həyətə gəlmiş X25un özü ilə eyni səbəbdən (aralarındakı münaqişəli vəziyyətdən törəyən) mübahisə yaranmış və bu mübahisə küçədə davam etdirilmiş, mübahisənin gedişində Məhkum üzərində gəzdirdiyi bıçağı çıxardaraq bıçağı ondan almağa cəhd gös tərdikləri vaxt qəsdən X25un sol əlinin İİ barmağına sağlamlığa yüngül zərər vuran xəsarət (deşilmiş-kəsilmiş yara), Zərərçəkmiş şəxs sağ saidin və sol əlin səthi kəsilmiş yaraları şəklində sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, X25 isə əlindəki yaba ilə Məhkum vurmuşdur. Hadisənin bu cür inkişaf etməsi Məhkum cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. İbtidai istintaq orqanının Məhkum hərəkətlərini “heç bir əsaslı səbəb olmadan” törədilən əməl kimi qiymətləndirməsi isə faktlarla uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Xuliqanlıq niyyətinin olmaması Məhkum ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş X25a, habelə Zərərçəkmiş şəxs qarşı, onların sağlamlığına zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Bunların müəyyən olunmaması isə Məhkum əməlinin xuliqanlıq kimi qiymətləndirilib Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Kassasiya protestində iddia olunanların əksinə olaraq, məhkəmələrin müəyyən edilmiş saydıqları faktiki hallar yalnız Məhkum ifadəsindən deyil, məhkəmədə cinayətprosessual qanunun 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmiş bir-biri ilə uzlaşan digər sübutların məcmusundan, o cümlədən: evində çatışmayan əşyalara görə özü ilə Məhkum arasında münaqişəli vəziyyətin olduğunu, Məhkum hadisə günü X35nın evinin həyətində Zərərçəkmiş şəxs la mübahisə edərkən ora əlində yaba ilə gəldiyini, Məhkum bıçağı çıxartdıqda onunla özünə xəsarət yetirmək istədiyini, yalnız oğlu Zərərçəkmiş şəxs və onun özü bıçağı Məhkum almağa cəhd göstərdikdə Məhkum bıçaqla onları əllərindən yaraladığını, bıçağı almaqdan ötrü özünün də yaba ilə Məhkum vurduğunu göstərən zərərçəkmiş şəxs X3 ifadəsindən; hadisə vaxtı baş verənlərə dair anoloji məlumatlar verən şahid X8 və Zərərçəkmiş şəxs ifadələrindən; səthi kəsilmiş yaraların (sağlamlığa zərər vurmayan xəsarətlərin) Zərərçəkmiş şəxs sağ said və sol əl nahiyələrində, deşilmiş-kəsilmiş yara şəklində sağlamlığa yüngül zərər vuran xəsarətin də zərər çəkmiş X1 əl nahiyəsində yerləşməsinə dair məhkəmə-tibbi ekspertizaların 02 sentyabr 2022-ci il tarixli rəylərindən; Məhkum üzərində - döş qəfəsinin arxa s əthində bərk küt predmetlə 02 sentyabr 2022-ci il tarixdə yetirilməyə xarakterik olan sağlamlığa zərər vurmayan xəsarətlərin müəyyən edilməsinə dair məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2022-ci il tarixli rəyindən irəli gəlir. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin faktik məzmununa və həmin əməlin hüquqi tövsifinə dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunduğundan, eyni zamanda məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə ğörə cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən bütün hallar tarazlaşdırılmış şəkildə nəzərə alındığından, Məhkum həmin maddə əsasında 6 ay müddətə azad lıqdan məhrum etmə cəzasına məhkum edilməsi də qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar kassasiya protestinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas ola biləcək halların, o cümlədən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar