Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-268/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 oğlunun iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təq sirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Cəbrayılov Bəybala Rza oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakim: X4) Məhkum -xx xxxx 1969-cu ildə Biləsuvar rayonu Ovçubərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Ovçubərə kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Məhkum üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdi r. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xxxx 2019-cu il tarixdə saat 09:50 radələrində Biləsuvar rayonu ərazisində “Acı qışlaq” adlanan yerdə yerləşən otlaq sahəsində tanışı X3 ilə şəxsi münasibətlər zəminində, yəni oğlu x2 ona xxx tərəfindən döyülməsini deməsinə görə mübahisə edib dalaşaraq sonuncunu bir dəfə kəllə ilə burun, yumruqla iki dəfə sifət nahiyəsindən, ağac parçası ilə 2-3 dəfə sol bud nahiyəsindən vuraraq dodaq, burun, sol gözaltı və sol bud nahiyəsinin şişkinliyi və qançırları, hər iki burun dəliklərinin yaraları, burun qanaxması ilə nəticələnən xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: K.S.Bəşirov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Cəbrayılov Bəybala Rza oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istər birinci instansiya məhkəməsinin, istərsə də apelyasiya instansiya məhkəməsinin onun törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, iş üzrə özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində ye tkinlik yaşına çatmayan uşağının olmasını, ailə üzvlərindən birinin ruhi xəstə olmasını və işin digər faktiki hallarını nəzərə almadan onun haqqında yüngül cəza kimi cərimə cəzasını deyil, azadlığın məhdudlaşdırılması cəza növünü tətbiq etməsi məqsədəmüvafiq deyildir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il qərarının cəza növünün ağırlığına görə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kas sasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində konkret dəlillər göstərilməsə də məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası məhkumun cinayət əməlinin hüquqi tövsifi barədə müdafiə tərəfinin dəlillərini tədqiq edərək hüquqi qiymət vermişdir. Qərarda göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, özünün məhkəməyədək icraat zamanı, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələri, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq və məhkəmə iclas protokolları, məhkəmə-tibb ekspertizasının rəyi, maddi sübut və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair dəlilləri birinci instansiya məhkəməsinin hökmündə geniş şəkildə təsvir və tədqiq olunduğunu nəzərə alaraq apelyasiya məhkəməsi həmin xüsusatları təkrar sadalamağı zəruri hesab etməmişdir. Apellyasiya Məhkəmə kollegiyasının qənaətinə görə ibtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış sübutları tam araşdırmaqla Məhkum ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi qanuni, ədalətli və əsaslı olmuşdur. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Toplanmış sübutların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim ed ilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkum edilmiş şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işi üzrə Biləsuvar Rayon Məhkəməsinin hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarından müəyyən edilmişdir ki, cinayət işi üzrə toplanmış sübutlar müzakirə edilərək, müdafiə tərəfinin apelyasiya şikayətində və məhkəmə çıxışları zamanı göstərdiyi xüsusatlar, yəni Məhkum törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, iş üzrə özünü təqsirli bilməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ailə üzvlərindən birinin ruh i xəstə olmasını və işin digər faktiki hallarını kifayət qədər nəzərə alaraq ona ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşır və hesab edir ki, məhkumun cinayət əməlinin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi istiqamətində kassasiya şikayətində göstərilən dəlillərin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaq və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Beləliklə kassasiya şikayətinin təmin edilməsi üçün və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA Kassasiya şikayəti təmin edilməsin. A L D İ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-268/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-268/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver