Məhkəmə qərarları › İş №1(102)-268/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-268/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-268/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X11, zərərçəkmiş hüquqi şəxs “XXX” KFT-nin nümayəndələri S S S oğlu və Əliyev Namiq Qadir oğlu, bəraət almış şəxs Məhkum, müdafiəçisi X1 iştirakları ilə, Məhku m Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş hüquqi şəxs «XXX» X4 nümayəndəsi S S S oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin (hakim: X7) xx xxxxxx 2019-ci il tarixli hökmü ilə xx xxx 1978-ci ildə Sabirabad rayonunda anadan olmuş, ali təhsilli, ailəli,fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 306.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq h üququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, cəzasının əvvəlinin yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Məhkum qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə məhkum olunmuş şəxs Məhkum apelyasiya şikayəti təmin olunmamış, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti təmin edilmiş, Məhkum CM-nin 306.2-ci maddəsi ilə məhku m edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ləğv olunmuş və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum oğluna CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 306.2-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum CM-nin 306.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, vəzifəli şəxs kimi “xxxx” MMC-nin direktoru olarkən nnn küçəsində yerləşən torpaq sahəsindən və onun üzərində yerləşən obyektdən qanunsuz olaraq 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyun ayına kimi istifadədən məhrum olması nəticəsində dəymiş 17.300 (on yeddi min üç yüz) manat məbləğində maddi ziyanın “XXX” kəndli fermer təsərrüfatına ödənilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2013-cü il tarixli, 2-1(106)-117/2013 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 3(106)-99/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məc əlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına, həmçinin məsuliyyəti barədə xx xxxxxx 2017-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2-1(106)-117/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən zərərçəkmiş hüquqi şəxs «XXX» X4 nümayəndəsi S S S oğlu kassasiya şikayəti verərək qeyd olunan qərarının ləğv edilməsini və işin yeni Apellyasiya baxışına tə yin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiya məhkəməsinin Məhkum bəraət verməsinə dair göstərdiyi arqumentlər tam əsassızdır. İşin halları araşdırılmadan, Prosessual qanunvericiliyin tələbləri pozulmaqla Apellyasiya məhkəməsi tərəfindən bəraət hökmü çıxarılmışdır. Belə ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi çıxarılarkən, ondan əvvəl və sonra kı dövrdə, 2016-cı ilin avqust ayına kimi “xxxx” MMC-nin direktoru vəzifəsində olmuşdur. Həmin Cəmiyyətin nizamnaməsindən isə görünür ki, direktor Cəmiyyət adından vəkalətnaməsiz fəaliyyət göstərir, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirir, üçüncü şəxslərə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil edir. Odur ki, Məhkum borclu Cəmiyyəti n vəzifəli şəxsi kimi Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsini icra etməli idi. Lakin o, həmin qətnamənin icrası istiqamətində ümumiyyətlə heç bir tədbir görməmiş, buna cəhd belə etməmişdir. Halbuki o, borclu müəssisəsinin hesabına əldə etdiyi gəlirlər hesabına, yaxud həmin müəssisəsinin inventarları hesabına borcu ödəyə bilərdi. Vergi orqanı Məhkum külli miqdarda qazanc əldə edib 20737,57 manat vergiyə ödəməli olduğu vəsaiti ödəməməsini müəyyən etsə də, onun bank hesabında heç bir vəsait olmadığından yalnız barəsində vergidən yayınma ilə bağlı məsuliyyət məsələsi gündəmə gələrkən tələb olunan məbləği dərhal ödəmişdir. Halbuki Məhkum məhkəmə qərarına əsasən hazırkı iş üzrə ödəməli olduğu vəsait ona hesablanmış vergi ilə bağlı ödədiyi vəsaitdən azdır. Bundan başqa, Məhkum m əhkəmənin qətnaməsini qərəzli olaraq icra etməməsi istiqamətində gördüyü işlərdən biri də, direktoru olduğu “xxxx” MMC-nin inventarlarının gizlətməsi ilə bağlıdır. Baş Mə.ğulluq İdarəsinin məktubunda Cəmiyyətə xx xxxx 27800 manat dəyərində inventar ayrılmaqla hazırda da “xxxx” MMC-nin balansında olması göstərilsə də. Məhkum icra məmuruna həmin inventarların silinməsinə dair akt təqdim etmiş,lakin inventarları hara qoymasını belə bildirməmişdir. Həmçinin. Baş Dövlət Yol Polisinin xx xxxxx 2014-cü il tarixli məktubunda Məhkum sahibliyində iki ədəd Mitsubishi Airtrek markalı və bir ədəd VAZ 2102 markalı avtomobil olduğu göstərilmiş, lakin Məhkum icra prosesində həmin avtomobilləri adından çıxarmışdır ki, bu da onun məhkəmə qətnaməsininin icrası qaydasında sahibliyində olan avtomobillərə tutma yönəldilməməsindən ötrü qərəzli olaraq hərəkət etməsini göstərir. Bundan başqa, müəyyən edilmişdir ki, Məhkum özünün adına Sabirabad rayonunun Şəhriyar kəndində 1.55 ha və 1.95 ha torpaq sahələri, ünvan 1 ünvanında fərdi yaşayış evi, ünvan 2i vardır. Bu isə Məhkum qətnaməni icra etmək üçün real imkanların olduğu halda, həmin qətnaməni icra etməməsini göstərir. İşdə olan digər məhkəmə qərarlarının məzmunundan da göründüyü kimi, 7 il öncə verilmiş icra sənədinin icra edilməməsi icra məmurunun təqsiri deyil, borclu müəssisəsinin direktoru işləmiş Məhkum təqsiri səbəbindən baş vermişdir. Lakin Apellyasiya məhkəməsi həmin qərarları ümumiyyətlə nəzərə almamışdır. Həmçinin, Apellyasiya məhkəməsi ekspert rəyinə düzgün qiymət verməməklə və bununla həm də Ali məhkəmənin göstərişini icra etməyərək p rosessual qanunvericiliyin tələblərini pozmaqla qərar qəbul etmişdir. Zərərçəkmiş şəxsin hüquqi şəxsin nümayəndəsi qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməsini, Çirvan Apellyasiya Məhkəməsinin Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsinə dair zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı, bəraət almış şəxs və müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası m əhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 4 19.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cin ayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkuma əsassız yerə bəraət verilməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlı q hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi haqlı olaraq Məhkum bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiya məhkəməsi Məhkum Dövlət Məşğulluq Xidmətinin xx xxxxxx 2016-cı il tarixli 02-177/1 saylı əmrinə əsasən “xxxx” MMC-nin direktoru vəzifəsindən azad edilməsi, birinci instansiya məhkəməsi tərəfindən müdafiə tər əfinin qətnamənin icrasından yayınmadığını sübut edə biləcək dəlillərinin nəzərə alınmaması, borcun ödənilməsi ilə bağlı müəssisənin vəsaiti olan materiallara qiymət qoyulması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlərinin əsassız olaraq təmin olunmaması, borcluya həmin əmlaklar təklif olunsa da, icra məmurları və tələbkarın formal mülahizələrinə əsasən yararsız halda olması bəhanə gətirilərək götürülməkdən imtina edilməsi və həmin əsaslarla da məhkum olunmuş şəxs Məhkum barəsində heç bir təqsiri olmadan və təqsirliyi sübut olunmadan əsassız və qanunsuz ittiham hökmü çıxarması, nə ittiham aktında, nə də məhkəmə hökmündə onun cinayət törətməsi barədə göstərilənləri təsdiq edən heç bir mötəbər sübutun olmaması və birinci instansiya məhkəməsinin hökmünün Məhku m təqsirli olmasını təsdiq edən mötəbər sübutlarla deyil, mülahizələr əsasında qəbul olunmasına dair dəlillərini əsaslı saymaqla düzgün nəticəyə gəlmişdir. İş materiallarından olan ibtidai istintaq və birinci instansiya məhkəmə istintaqında verdiyi ifadələrdən görünür ki, təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 17300 (on yeddi min üç yüz) manat məbləğində maddi ziyanı “XXX” kəndli fermer təsərrüfatına ödənilməsinə məsuliyyət daşımır, məhkəmə qətnaməsi ilə həmin məbləğin «xxxx» MMC-dən alınması qət olunmuşdur, «xxxx» MMC xx.xx.2010-cu ildən sahibkarlıq fəaliyyətini dayandırmışdır, MMC-nin təsisçisi o, deyildir. Baş Məşğulluq İdarəsi nəzdində “xxxx” MMC-nin Nizamnaməsinin 5.1-ci bəndinə əsasən Cəmiyyət öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehlik daşıyır, o, Dövlət Məşğulluq Xidmətinin xx xxxxxx 2016-cı il tarixli 02-177/1 saylı əmrinə əsasən “xxxx” MMC-nin direktoru vəzifəsindən azad edilmişdir, qətnamənin icrası ilə bağlı direktor olduğu dövrlərdə İcra Şöbəsinin çağırışlarına getmiş, müəssisənin fəaliyyətinin dayandırmasını və müəssisənin borcunun müəssisə öz fəaliyyətini bərpa etdikdən sonra icra edəcəyini bildirmişdir, o, cümlədən, icra məmurlarına müəssisənin əmlakının siyahısını təqdim edərək satılması və borcun ödənilməsi istiqamətində hərəkətlər aparılmasını xahiş etmiş, lakin onun xahişi yerinə yetirilməmişdir, “xxxx” MMC-nin əmlakları olan Şirvan şəhəri nnn küçəsində y erləşən qeyri yaşayış sahəsi avqust 2014-cü il tarixdə “XXX” kəndli fermer təsərrüfatına təhvil verilmiş, “xxxx” MMC-nin əmlakları həmin obyektdə qalmış və bu barədə fermer təsərrüfatının nümayəndəsi S Sun məlumatı olmuş və obyektin açarları da onda olmuş, dəfələrlə icraçılara həmin əmlakların siyahiya alınmasını bildirmiş, lakin heç bir tədbir görülməmişdir. Axırıncı dəfə İcraçılar həmin obyektə getmiş, lakin Fermer təsərrüfatının nümayəndəsi gəlmədiyinə və obyektin açarını vermədiyinə görə əmlaklar siyahıya alınmamışdır və qeyd olunan məhkəmə aktının icrası ilə bağlı məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə o, yox, «xxxx» MMC İXM-inin 313-1.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-117/2013 saylı xx xxxx 2013 -cü il tarixli qətnaməsini qərəzli olaraq icra etməməsi və yaxud icraya mane olan hərəkətlərə yol verməsinə dair birinci instansiya məhkəməsinin nəticəsinin əsassız olması, sonuncu tərəfindən qətnamənin icra olunmasına hər hansı bir maneçilik törədilməməsi, həmin qətnamə ilə 17300 manat pulun Məhkum deyil, “xxxx MMC”-dən alınaraq “XXX KFT”xxxx“xxxx MMC”-nin öhdəlikləri üçün Məhkum məsuliyyət daşımaması, icra prosesində “xxxx MMC”-nin tələbin yönəldilə biləcəyi əmlakların olmasına baxmyaraq, həmin əmlakların müəyyən edilərək, tələbin qeyd olunan əmlaklara yönəldilməsi istiqamətində hər hansı bir tədbrinin görülməməsi, həmin əmlakların gizlədilməsi və yaxud məhv edilməsi istiqamətində Məhkum tərəfindən hər hansı bir hərəkətə yol verilməməsi, “xxxx” MMC-nin xx.xx.2010-cu ildən xx.xx.2020-ci il tarixinədək sahibkarlıq fəaliyyətini dayandırması, qətnamənin icrası ilə bağlı direktor olduğu dövrlərdə çağışırşalar gedərək müəssisənin fəaliyyətnin dayandırmasını və müəssisənin borcunun müəssisə öz fəaliyyətini bərpa etdikdən sonra icra edəcəyini bildirməsi, icra məmurlarına müəssisənin əmlakının siyahısını təqdim edərək satılması və borcun ödənilməsi istiqamətində hərəkətlər aparılmasını xahiş etməsi, qeyd olunan məhkəmə aktının icrası ilə bağlı məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə Məhkum yox, «xxxx» MMC İXM-inin 313-1.1ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilməsi, Məhkum “xx xxxxxxx 2017-ci ildə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini dav am etdirməklə Şirvan Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2-1(106)-117/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsinə görə CM-nin 306.2-ci maddəsi ilə ittiham elan olunsa da, sonuncunun Dövlət Məşğulluq Xidmətinin xx xxxxxx 2016-cı il tarixli 02-177/1 saylı əmrinə əsasən “xxxx” MMC-nin direktoru vəzifəsindən azad edilməsi, birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin qətnamənin icrasından yayınmadığını sübut edə biləcək dəlillərinin nəzərə alınmaması, borcun ödənilməsi ilə bağlı müəssisənin vəsaiti olan materiallara qiymət qoyulması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətlərinin əsassız olaraq təmin olunmaması, borcluya həmin əmlaklar təklif olunsa da, icra məmurları və tələbkarın formal mülahizələrinə əsasən yararsız halda olması bəhanə gətirilərək götürülməkdən imtina edilməsi və həmin əsaslarla da məhkum olunmuş şəxs Məhkum barəsində heç bir təqsiri olmadan və təqsirliyi sübut olunmadan əsassız və qanunsuz ittiham hökmü çıxarması, nə ittiham aktında, nə də məhkəmə hökmündə onun cinayət törətməsi barədə göstərilənləri təsdiq edən heç bir mötəbər sübutun olmaması və birinci instansiya məhkəməsinin hökmünün Məhkum təqsirli olmasını təsdiq edən mötəbər sübutlarla deyil, mülahizələr əsasında qəbul olunmasına dair dəlillərini əsaslı sayaraq Məhkum təqsirsiz olmasına dair düzgün nəticəyə gəlmişdir. Apellyasiya bu nəticəyə gələrkən qeyd etmişdir ki, iş materiallarına əsasən Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-117/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə 17300 manat məbləğində maddi ziyanın cavabdeh “xxxx” MMC-dən alınaraq iddiaçı “XXX” KFT-na ödənilməsi qət edilmiş, həm qətnamənin icrası üçün xx xxxxxx 2014-cü il tarixdə verilmiş icra vərəqində, eləzə də icraya başlamaq haqqında icra məmurunun xx.xx.2014cü il tarixli qərarında borclu-cavabdeh kimi “xxxx” MMC, “Tələbkar” isə “XXX” KFT göstərilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52-ci maddəsinin və xxxx” MMC-nin Nizamnaməsinin Cəmiyyətin öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehlik daşımasına dair müddəalarını nəzərə almamış, Məhkum Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)117/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsi üzrə “Borclu” “xxxx” MMC-nin öhdəlikləri üçün məsuliyyət daşımasına dair səhv nəticəyə gəlmişdir. “Tələbkar”-“XXX ” KFT-nın nümayəndəsinin xx xxxxxxx 2014-cü il tarixdə və məhkum olunmuş şəxs Məhkum müdafiəçisinin xx.xx.2017-ci il tarixdə Şirvan şəhər İcra və Probasiya şöbəsinə “xxxx” MMC-nin balansında olan əsas vəsaitlərin və sair materialların qiymətləndirmə siyahısını təqdim edərək, həmin əmlakların “XXX” KFT-na məxsus torpaq sahəsi və onun üzərində yerləşən obyektdə olmasını bildirməsinə, habelə məhkum olunmuş şəxs Məhkum 2014-cü ildə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə qarşı xx.xx.2014-cü il tarixli Qərarın ləğv olunması və icrasının dayandırılmasın dair iddia ərizələrində həmin “xxxx” MMC-yə məxsus əmlakların siyahıya alınmamasını göstərməsinə və həmin ərizələrin Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən İcra Şöbəsinə göndərməsinə baxmayaraq, həmin vaxtdan keçeən 3 il 3 ay müddətində “x xxx” MMC-yə məxsus əmlakların müəyyən olunaraq, tələbin həmin əmlaklara yönəldilməsi istiqamətində hər hansı bir hərəkət həyata keçirilməmiş, yalnız həmin müddət keçdikdən sonra borcludan (Məhkum) alınmış izahatda İnventarizasiya Aktında göstərilən əmlakların qeyri yaşayış obyektinin anbarında olduğu göstərməsinə istinad olunaraq anbara baxış keçirilməsi qərara alınsada tələbkar “XXX” KFT-nin nümayəndəsi S S S oğluna çağırış göndərilməsinə və telefonla məlumat verilməsinə baxmayaraq, o, anbarın açarları ilə birlikdə baxış yerinə gəlməməsinə görə baxış keçirilməsi mümkün olmamasına dair Akt tərtib olunmuş, baxış keçirilməsinin vaxtı və yeri barədə XXX” KFT-nın rəhbəri S Sa çağrış vərəqəsi göndərilsədə, baxışda Məhkum iştirakı təmin olunmamış, iş materiallarında ona baxış keçirilməsinin vaxt ı və yeri barədə məlumat verilməsinə dair hər hansı bir sənəd aşkar olunmamış, Şirvan şəhər İcra və Probasiya Şöbəsinin xx xxxxxxx 2017-ci il tarixli təqdimatına əsasən fakta görə xx xxxxxx 2017-ci il tarixdə CM-nin 306.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və xx xxxxxx 2018-ci il tarixdə Məhkum CM-nin 306.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarından görünür ki, Apelyasiya məhkəmə baxışında zərərçəkmiş hüquqi şəxs “XXX” KFT-nın nümayəndəsi Nicat İslamovun vəsatəti qismən təmin olunaraq, işi üzrə kompleks məhkəmə mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.xxxx MMC-nin balansında olmaqla hazırda Şirvan şəhəri nnn küçəsində yerləşən “XXX” KFT-na məxsus obyek tə olan 1 ədəd kustar üsulla yığılmış BKS 25 çörək bişirən soba, 8 ədəd çörək şkafı (xəmir arabası), 5 ədəd Paddon (taxta), 1 ədəd dəmir stol, 1 ədəd T 28 traktorun başlıqsız (qolovkasız) mühərriki, 1 ədəd KV 300 buxar qazanı, 1 ədəd sökülmüş vəziyyətdə kündə kəsən, xəmir yoğuranın gövdəsi və qapağı, 3 ədəd dəmir list, 1 ədəd 3 faza işıq sayğacı (NO-**********) və 1 ədəd su çəninin texniki vəziyyəti (istifdadəyə yararlı olub-olmamaları) müəyyən edilsin. 2.Şirvan şəhəri nnn küçəsində yerləşən “XXX” KFT-na məxsus obyektə olan 1 ədəd kustar üsulla yığılmış BKS 25 çörək bişirən soba, 8 ədəd çörək şkafı (xəmir arabası), 5 ədəd Paddon (taxta), 1 ədəd dəmir stol, 1 ədəd T 28 traktorun başlıqsız (qolovkasız) mühərriki, 1 ədəd KV 300 buxar qazanı, 1 ədəd sökülmüş vəziyyətdə kündə kəsən, xəmir yoğ uranın gövdəsi və qapağı, 3 ədəd dəmir list, 1 ədəd 3 faza işıq sayğacı (NO-**********) və 1 ədəd su çəninin mövcud texniki vəziyyətdə hazkı bazar dəyəri nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzindən daxil olmuş 28879/28890 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspertiza rəyil ilə birinci sual üzrə: “xxxx” MMC-nin balansında olmaqla hazırda Şirvan şəhəri nnn küçəsində yerləşən “XXX” KFT-na məxsus obyektə olan şkafın, paddon taxtanın, dəmir stolun və su çənin texniki vəziyyətinin müəyyən edilməsinin mühəndis-texniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmaması; T 28 traktorun başlıqsız (qolovkasız) mühərriki, sökülmüş vəziyyətdə kündə kəsən, xəmir yoğuranın gövdəsi və qapağının, 1 ədəd 3 faza işıq sayğacının texniki vəziyyətinin müəyyən ed ilməsi üçün həmin avadanlıqların konstruktiv xüsusiyyətləri üzrə xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən tərtib olunmuş sənədlər (akt və s.) ekspertiziya təqdim edilmədiyindən, həmn avadanlıqların texniki vəziyyətinin müəyyən edilməsinin mümkün olmaması; Baxış zamanı kustar üsulla yığılmış BKS 25 çörək bişirən sobanın və KV 300 buxar qazanının sökülmüş vəziyyətdə olmaqla istifadə edilmədiyi, lakin qeyd olunur ki, həmin avadanlıqların müvafiq vəziyytdə bərpa işləri aparılıb təbii qaz və elaektrik enerjisi ilə təmin edilməklə yenidən istifadə edilməsinin mümkün olması müəyyən edilmişdir. İkinci sual üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş avadanlıqların yenidən istifadə edilməsini nəzərə alaraq kustar üsulla yığılmış BKS 25 çörək bişirən sobanın orta bazar qiymətinin 11000,0 manat, çörək şkafının (xəmir arabası) orta bazar qiymətinin -8 ədəd (100x8) 800,0 manat, paddonun (taxta) orta bazar qiymətinin- 5 ədəd -(15x5) 60 manat, dəmir stolun orta bazar qiymətinin -1 ədəd, 2.7 metr, eni 0,75 metr-200 manat, T 28 traktorun başlıqsız (qolovkasız) mühərrikinin- 1 ədəd qiymətsiz, KV 300 buxar qazanıın, 1 ədəd orta bazar qiymətinin-2000 manat, sökülmüş vəziyyətdə kündə kəsənin-, 1 ədəd1200 manat, xəmir yoğuranın gövdəsi və qapağının orta bazar qiymətinin 550 manat, dəmir listin- 3 ədəd-(100x3) 300 manat və 1 ədəd su çəninin orta bazar qiymətinin 900 manat, cəmi 17010,0 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2014-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106)-03/2012 saylı, xx xxxxxxx 2012-cü il tarixli qətnaməsinə əsasən Şirv an şəhəri nnn küçəsində yerləşən torpaq sahəsi və icarə obyektindən “Borclu”-“xxxx” MMC çıxarılarkən sonuncunun balansında olan yuxarıda qeyd olunan əmlaklar “Tələbkar”“XXX” KFT-na təhvil verilmiş və o vaxtdan sonuncunun istifadə və sahibliyində olan obyektin anbar adlanan hissəsində olmuş, həmin əmlakların orada olmasını “Tələbkar”“XXX” KFT-nın nümayəndələri bilmiş, bu barədə İcra və Probasiya şöbəsinə həm tələbkar, həm məhkum olunmuş şəxs və onun müdafiəçisi tərəfindən məlumat verilməsinə baxmayaraq İcra orqanı həmin avadanlıqların müəyyən edilərək siyahiya alınması və tələbin həmin əmlaklara yönəldilməsinə dair “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn tədbirləri həyata keçirməmiş, istintaq orqanı da öz növbəsində həmin halları nəzərə almadan əsassız olaraq Məhkum qarşı CM-nin 306.2-ci maddəsi ilə ittiham elan etməsinə dair Apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgündür və işin faktiki hallarına uyğundur. Apellyasiya məhkəməsi cinayət və İcra işinin materiallarını nəzərdən keçirərək, əsaslı olaraq Məhkum barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi s übut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. “X6rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yaln ız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası Məhkum CM-nin 306.2-ci maddəsi ilə qanunsuz olaraq bəraət verilməsinə dair kassasiya şikayətində qeyd olunan müddəaları əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə Apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Məhkəmələr tərəfindən Məhkum təqsirsiz olması cina yət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirlənd irilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstit usiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin ed ilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş hüquqi şəxs «XXX» X4 nümayəndəsi S S S oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar