Məhkəmə qərarları › İş №1(102)-268/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-268/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-268/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Heydərov Vüqar Heydər oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: M.A.Bayramov (sədrlik edən və məruzəçi), R.V.Salmanov və S.İ.Əliyevdən ibarət tərkibdə) 18 fevral 2019-cu il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs - xx xxxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin 10 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, daşıyıb özündə və yaşadığı evdə saxlamışdır. Belə ki, o, 2018-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu ərazisində «Papanin» kimi tanınan yerdə istintaqa məlum olmayan şəxsdən çəkisi 1406,04 qram olan narkotik vasitəni - heroini və çəkisi 0,504 qram olan narkotik vasitəni tiryəki satış və şəxsi istehlak məqsədilə qanunsuz olaraq əldə edib yaşadığı evə (Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, 152 nömrəli ünvana) daşımışdır. Təqsirləndirilən şəxs onun bir hissəsini bükümlərə ayırmaqla üstündə, digər hissəsini isə həmin qara rəngli polietilen torbada, yaşadığı evdə qanunsuz olaraq satış və istehlak məqsədilə saxlamışdır. O, həmçinin həmin narkotik vasitənin (heroinin) 0,209 qramlıq hissəsini 10.01.2018-ci il tarixdə təqsirləndirilən şəxs X1a 20 manata satmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Bölməsinin əməkdaşlarının 10.01.2018-ci il tarixdə keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılaraq 29-cu polis bölməsinin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı onun əynindəki gödəkçəsinin yan cibindən on ədəd, şəffaf rəngsiz polietilen bükümlərdə, müvafiq olaraq ayrı-ayrılıqda: 0,041 qr., 0,055 qr., 0,067 qr., 0,050 qr., 0,066 qr., 0,043 qr.,0,052 qr., 0,048 qr., 0,032 qr. və 0,050 qr., ümumi təmiz çəkisi 0,504 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryək; həmçinin həmin gün saat 20:00 radələrində onun yaşadığı - Ünvan 2 nömrəli evdən (mənzildəki çarpayının altından) beş ədəd qızılı rəngli siqaret kağızı bükümləri ndə, müvafiq olaraq ayrı-ayrılıqda: 0,295 qr., 0,365 qr., 0,141 qr., 0,283 qr. və 0,320 qr., ümumi təmiz çəkisi 1,404 qram olan kustar üsulla hazırlanmış heroin; həmçinin bir ədəd polietilen bükümdə, təmiz çəkisi 1405 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokollaşdırılıb götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), H.H.Əhmədov və K.H.Əkbərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək heç vaxt narkotik satışı ilə məşğul olmadığını, polislər tərəfindən üzərindən aşkar edilərək götürülmüş 1.5 qram heroin və 0.5 qram tiryəki öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının barəsində təyin etdiyi sərt və ağır cəza müddətini dəyişərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərin i müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassa siya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək heç vaxt narkotik satışı ilə məşğul olmadığını, polislər tərəfindən üzərindən aşkar edilərək götürülmüş 1.5 qram heroin və 0.5 qram tiryəki öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirər ək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının barəsində təyin etdiyi sərt və ağır cəza müddətini dəyişərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında ittiham olunduğu cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinməklə onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövs if edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalə t prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə Kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmələr tərəfindən bu məsələnin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin edilmişdir. İş materiallarından görünür ki, Təqs irləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin bu məhkumluqlar qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. O, sonuncu dəfə “az ağır” cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəzadan 12.01.2013-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Birinci instansiya məhkəməsi hökmündən Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməklə onun sübuta yetirilməsinə köməklik etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təqsirli bilindiyi maddələrin sanksiyası həddində olmaqla Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58-ci maddələrlə müəyyən edilmiş tələblərə cavab verdiyindən, cəzanın yüngülləşdirilməsi üçün başqa qanuni əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, məhkum Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar