Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-268/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum2 müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.X.Həsənzadə, hakimlər Ə.Q.Quliyev və A.İ.Paşayev ibarət tərkibdə) 1997-ci il iyulun 04-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzər də tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Məhkum2 müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 06 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiy a şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Məhkum1 və Məhkum2 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmışlar. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Məhkum2 müraciət etdiyi tanışı Məhkum1 satış məqsədi və tamah niyyəti ilə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamf etamin satmasını xahiş etdikdə Məhkum1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı bir ədəd bükümdə 3,156 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananı və iki ədəd bükümdə külli miqdarda ümumi çəkisi 5,806 qram olan kustar üsulla hazırlanan psixotrop maddə metamfetamini 100 manat müqabilində Məhkum2 satmış, sonuncu isə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq göstərilən çəkilərdə həmin narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımış, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mü təşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbirləri zamanı sonuncu 2021-ci il sentyabrın 17-də saat 10:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanıb idarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan cins şalvarın sağ yan cibindən Məhkum1 ona satdığı, sonuncunun üzərindən aşkar edilən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan bir ədəd bükümdə 3,156 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda 2,865 qram təmiz çəkidə və 2,941 qram təmiz çəkidə, ümumilikdə 5,806 qram təmiz çəkidə kustar üsulla hazırlanan psi xotrop maddə metamfetamin aşkar edilməklə götürülmüşdür. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr Məhkum2 əməlini Cinayət Məcəlləsinin – 234.1-ci maddəsinə tövsif edərkən onun tərəfindən törədilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığın - təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, Məhkum2 tərəfində n satış məqsədi ilə qanunsuz olaraq əldə edilən psixotrop maddənin külli miqdar təşkil etməsini, bu halın öz-özlüyündə onun tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək əksəriyyəti gənc olmaqla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayətin ictima təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsinin səbəblərini nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi öz yekun qərarlarında əsaslandırmamışlar. Apellyasiya instan siya məhkəməsi iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizəyə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hərhansı sübutlara əsaslanmadan və cinayət işinin materiallarında olan sənədləri təkzib edən dəlillləri gətirmədən təqsirləndirilən şəxsin əməllərini əsassız və qanunsuz olaraq tövsif etmişdir. Göründüyü kimi, məhkəmə qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mö vcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə yekun qərarının çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum2 ağır xəstədir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin reanimasiya şöbəsində müalicə alır. A zərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 12 dekabr 2022-ci il tarixli xx-xx/2115 nömrəli vəkil sorğusuna cavab məktubunda qeyd edir ki, Məhkum2 xx.xx.2022-ci il tarixində 16 saylı Cəzaçəkmə Müəssisəsindən “İnsult, sol tərəfli hemiparez” diaqnozu ilə Müalicə Müəssəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən sonra həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə laborator müayinə zamanı qanda şəkərin normadan yüksək olması, beyin qan dövranının pozulması izlənilmişdir. Xəstəyə aşkar edilmiş patoloqiyaya uyğun müalicə başlanılmışdır. Məhkum2 ölümlə üz-üzə qalmışdır, onun müalicəsi müalicə aldığı müəssənin səviyyəsində deyildir, eyni zamanda məhkumun anası da ağır xərçəng xəstəsidir. Odur ki, göstərilənlə ri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarını dəyişdirməklə Məhkum2 təyin edilmiş cəzanın yüngülləşdirilməsi və həbsdə olduğu müddətlə kifayətlənilərək məhkəmə zalından həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarının ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsini və kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv e tməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci ma ddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkum2 müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın həddindən artıq ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmi ş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibini n seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsip lərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edər ək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, kassasiya şikayəti isə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum2 verilmiş külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun cinayət əməli i stintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və işə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum2 qeyd olunan narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin tövsif ilə bağlı gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, is tehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərində aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, narkotik vasitənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtlərdən biridir. İş materiallarından və məhkəmələrdə tə dqiq olunan sübutlardan görünür ki, Məhkum2 üzərindən, 3,156 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuana, iki ədəd bükümdə külli miqdarda ayrıayrılıqda 2,865 qram təmiz çəkidə və 2,941 qram təmiz çəkidə, ümumilikdə 5,806 qram təmiz çəkidə kustar üsulla hazırlanan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Belə ki, Məhkum2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddə iki ədəd bükümdə saxlanılması sonuncunun həmin narkotik vasitəsini satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Eyni zamanda, iş üzrə şahidlərin if adələrindən də göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum2 barəsində olan əməliyyat axtarış məlumatı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, lakin sonradan onun narkotik vasitənin satışı ilə məşğul olmasının öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 01 noyabr tarixli 4233 №-li və 2021-ci il 25 oktyabr tarixli 4116 №-li rəylərindən müvafiq qaydada görünür ki, Məhkum2 kannabioidlərin qəbulu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunaraq məcburi müalicəyə ehtiyacı vardır. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum2 qeyd olunan narkotik vasitə və psixotrop maddələrini satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Na zirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 sentyabr tarixli 7/949 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Şübhəli şəxs Məhkum2 üzərindən aşkar olunmuş maddələr və kütlə» yazısı və imzalar olan zərfdəki bir ədəd polietilen paketdə olan siqaret sellofanındakı təmiz çəkisi 3,156 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik narkotik vasitə qurudulmuş marixuana olmaqla təqdiqatdan sonrakı qalığı 3,136 qram təşkil edir. Lakin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 28 iyun 2005-ci tarixli Qanununa əsasən çətən ə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5,000 qram müəyyən edilmişdir. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Məhkum2 üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 3,156 qram olmaqla şəxsi istehlak miqdarının yuxarı həddini keçmədiyini və bu səbəbdən cinayət tərkibi yaratmadığını nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 0 6 sentyabr 2022-ci il tarixli qərarından “Məhkum2 satış məqsədi olmadan təmiz çəkisi 3,156 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkotik vasitə qurudulmuş marixuananın əldə etmə, saxlama və daşıması ilə bağlı” müddəalar xaric edilməlidir. Kassasiya məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin Məhkum2 barəsində cəza ilə bağlı gəldiyi nəticə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza tə yin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ic timai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Kassasiya məhkəmə araşdırması zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 12 dekabr 2022-ci il tarixli xx-xx/2115 nömrəli vəkil sorğusuna cavab məktubuna əsasən, Məhkum2 ağır xəstəlikdən əz iyyət çəkdiyini, kliniki, laborator, instrumental müayinələrdən keçirildikdən, həkimlər tərəfindən konsultasiya aparıldıqdan sonra, qanda şəkərin normadan yüksək olmasının, beyin qan dövranının pozulmasının aşkar edildiyi müəyyən olunmuşdur. Bundan əlavə, məhkəmə hökmünə əsasən müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon MKTB-nin 85 saylı MKİS-inin tərtib etdiyi 2021-ci il 26 oktyabr tarixli 847 nömrəli arayışdan və eyni tarixli 46 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum2 ailəsi 1972-ci il təvəllüdlü atası X8, 1975-ci il təvəllüdlü anası X3 və 1999-cu il təvəllüdlü qardaşı X9 ibarətdir, Məhkum2 barəsində qeydiyyatda olduğu yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunan Milli Onkologiya Mərkəzinin 2022-ci il 21 yanvar tarixli ambulator kartdan arayışının kserosurətindən görünür ki, Məhkum2 anası X6 ilk dəfə 2019-cu il fevralın 18-də «C73- Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi pT1bN0M0 mərhələ 1 G1, diaqnoz qeydi: Qalxanabənzər vəzinin papilyar karsinoması, cərrahi əməliyyat və radioaktiv yod müalicəsindən sonrakı vəziyyət» və «Ağırlaşma: E89.0- Tibbi proseduralardan sonra meydana çıxan hipotiroidizm» diaqnozları qoyulmuşdur. Məhkəməyə təqdim olunan Bakı şəhərinin Yasamal rayonundakı 10 saylı Uşaq Poliklinikasının 2012-ci il 09 iyun tarixli ambulator xəstənin xəstəlik tarixindən çıxarışının kserosurətindən görünür ki, Məhkum2 «əsəbilik, gecə sidiyi saxlaya bilməmək, yaddaş zəifliyi» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «X22»in 2012-ci il 29 iyun tarixli müayinə protokolunun kserosurətindən gö rünür ki, Məhkum2 «keçirilmiş beyin qan dövranının pozulmasının qalıqları (sol yarımkürədə 12 mm ölçüdə pliotik ocaqtravmatik etiologiya inkar olunmur)» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin Uşaq Nevroloji Xəstəxanasının 2012-ci il 06 iyul tarixli 1013 №-li X10 kserosurətindən görünür ki, Məhkum2 «Vegetativ damar distoniyası. Simpato-adrenal kriz. Qalxanabənzər vəzinin diffuz hiperplaziyası. Sol payın xırda kistası. Neyroendokrin piylənmə İİ. Entireoz. Hiperinsulin. Hipoqlikemik vəziyyətlər» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «Bakı Klinikası»nın 2012-ci il 23 iyun tarixli Krainal KT Müayinəsi protokolunun kserosurətindən görünür ki, Məhkum2 «Solda kaudat nukleusda və internal kapsulanın genusunda 12 mm ölçüdə qliotik ocaq (postravmatik?)» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya və Statistik İdarəsinin 2012-ci il 02 iyul tarixli ambulator X12 çıxarışının kserosurətindən görünür ki, Məhkum2 «Astereol Hiperleksiuya ikincili. Neyro-endokrik piylənmə İİ dərəcə. Düyümlü toksik zob» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «Bakı Klinikası»nın 2012-ci il 03 iyul tarixli Krainal MR Müayinəsi protokolunun kserosurətindən görünür ki, Məhkum2 «Solda periventrikulyar dərin ağ maddədə sol lentiform nukleusa uzanan 15x7 mm ölçüdə xronik dövr lakunar infarkt sahəsi» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 6 saylı X11 2012-ci il 17 iyul tarixli 2098 №-li X12 Çıxarışının kserosurətind ən görünür ki, Məhkum2 «Hipotalamusun digər rubrikalarda təsnif olunmayan disfunksiyası E 23.3. Endokrin pozqunluqlarla münasibətinə görə ikimilli hipertenziya İ 15.2, piylənmə E 66.0.» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan «Medistyle Hospital»ın 2015-ci il 06 fevral tarixli Beyin MRT protokolunun kserosurətindən görünür ki, Məhkum2 «Solda periventrikulyar dərin ağ maddədə sol putamenə uzanan 15 mm ölçüdə xronik dövr işemik sahə» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Səhiyyə İdarəsinin Prof. Ə. F. Qarayev adına 2 saylı X13 2015-ci il 22 may tarixli 1474 №-li Xəstəlik Tarixindən çıxarışının kserosurətindən görünür ki, Məhkum2 «Dəqiqləşdirilməmiş qıcolma» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan X20 2015-ci il 02 iyun tar ixli Kompüter EQQ Müayinəsi protokolunun kserosurətindən görünür ki, Məhkum2 «Beynin paroksizmlərə (şik, anamnezini nəzərə alaraq qıcolma həddinin enməsi fonunda) meyilliliyi» diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasının 2016-cı il 20 may tarixli kompüter-tomoqrafiya müayinəsinin protokolunun kserosurətindən görünür ki, Məhkum2 baş-beynin kompüter-tomoqrafiya müayinəsi zamanı solda bazal qanqlionlar proyeksiyasında sol yan mədəciyin ön buynuzuna uzanan 7x14 mm ölçüsündə likvor tərkibli kist aşkarlanmaqla buna bağlı sol yan mədəciyin ön buynuzunun geniş izlənməsi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı Şəhər Klinik Xəstəxanasının 2016-cı il 20 may tarixli 3044 №-li çıxarışının kserosurətindən gör ünür ki, Məhkum2 «Nevrotik reaksiyalar funksional qıcolma tutmaları» diaqnozu qoyulmuşdur. Göstərilənlərə əsasən müəyyən olunur ki, yuxarıda göstərilən Məhkum2 əziyyət çəkdiyi çox saylı xəstəliklər məhkəmə hökmündə onun cəzasını yüngülləşdirən hallar kimi əks olunmasına baxmayaraq faktiki nəzərə alınmamışdır. Belə ki, cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsasla r müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngüll əşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmiş dir. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin cəzanın törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla, məsuliyyəti yüngülləşdirən halların xüsusilə də məhkumun yuxarıda sadalanan ağır xəstəliklərdən əziyyət çəkməsini kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının qismən əsaslı olduğu müəyyən edilir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcuddur, kassasiya protestinin dəlilləri əsassız, kassasiya şikayətinin dəlilləri isə qismən əsaslıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, Məhkum2 müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Cinayət Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini tələb edən əsas kimi təsbit edilmişdir. Cinayət Prosessual Məcəllənin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum2 müdafiəçisi İsmayılova Elmira Fətulla qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum2 aid hissədə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarından Məhkum2 satış məqsədi olmadan təmiz çəkisi 3,156 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan narkoti k vasitə qurudulmuş marixuananın əldə etmə, saxlama və daşıması ilə bağlı müddəalar xaric edilsin. Məhkum2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-268/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-268/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver