Məhkəmə qərarları › İş №1(102)-268/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-268/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-268/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X6 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və bəraət almış şəxs X3 iştirakı ilə, 1 iyul 1958-ci ildə Bərdə rayonu Əliyanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər mə hkum olunmamış, Bərdə rayonu Əliyanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 1(021)-33/2024 nömrəli hökmü ilə (sədrlik edən: G.Q.Abbasov) X4 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci ma ddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli 1(104)-308/2024 nömrəli qərarı ilə (hakimlər: Şahid1 (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya protesti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, 2021-ci ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023-cü ilin sentyabr ayının ortalarına kimi olan müddət ərzində qanunla m üəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əliyanlı kəndində yerləşən Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan 3 ha torpaq sahəsinin 2,5 ha sahəsini özbaşına tutaraq üzərində yonca və taxil bitkiləri əkib-becərərək torpaq üzərində Əliyanlı bələdiyyəsinin mülkiyyət huququnu pozmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmələr X3 törətdiyi cinayət əməlini təsdiq edən sübut növlərini işin bütun halları ilə bağlı surətdə düzgün qiymətləndirməmiş, yalnız təqsirləndirilən şəxs X3 Bərdə rayon u Əliyanlı Bələdiyyəsinin mülkiyyətində olan, kənd qəbiristanlığı üçün ayrılmış 3 ha torpaq sahəsini özbaşına tutmadığını, kənd bələdiyyəsinin və kənd sakinlərinin razılığı ilə qəbiristanlıqda abadlıq işləri aparılması üçün qəbiristanlıq torpağının istifadəsiz qalmış boş olan (faktiki olaraq qəbiristanlığın qəbirlər mövcud olan hissəsindən kənarda yerləşən) 2,5 ha hissəsini əkib-becərməklə əldə etdiyi gəliri qəbiristanlığın abadlaşdırılması və təmiz saxlanılması işlərinə xərclədiyini deməsini, zərər çəkmiş şəxs Bərdə rayon Əliyanlı Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsində X9 Bələdiyyəsinin mülkiyyətində olan, kənd qəbiristanlığına ayrılmış torpaq sahəsinin 2,5 ha hissəsini qanunsuz zəbt etmədiyini, bələdiyyənin və kənd sakinlərinin razılığı ilə qəbiristanlığın aba dlaşdırılması və təmiz saxlanılması məqsədi ilə ona verildiyini, Ənvər ibişovun həmin torpaq sahəsindən əldə etdiyi gəlirlə qəbiristanlığın abadlaşdırılmasını və təmiz saxlanılmasını təmin etdiyini bildirməsini əsas kimi qeyd etmişdir. Lakin faktiki olaraq həmin sahənin 2021-ci ildə mərhum Bərdə rayon Əliyanlı Bələdiyyəsinin sabiq sədri, təqsirləndirilən şəxsin doğma qardaşı tərəfindən heç bir qanunla müəyyən edilmiş mülkiyət, istifadə və ya icarə hüququ olmadan Ənvər İbişova verildiyini, habelə Azərbaycan Respublikasının Dövlət Kadastrı və X10 Şəxsinin 7 saylı Bərdə ərazi İdarəsi tərəfindən göstərilən koordinatda (x:681889.66; y:4467655.75) göstərilən 3.0 ha torpaq sahəsinin TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid qəbristanlıq ərazisi kimi qeyd olunmaqla "yaşayış kateqor iyasına aid olması” göstərildiyini, Bərdə rayonu Əliyanlı kənd ərazisində yerləşən kənd qəbiristanlığına ayrılmış, Bələdiyyə mülkiyyətində olan 3 ha torpaq sahəsinin 2.5 ha (koordinat x:681889: y:4467655.75) hissəsində bələdiyyə mülkiyyəti olan 3 ha torpaq sahəsinin 2,5 ha sahəsində qanunsuz olaraq istifadə, mülkiyyət və icarə hüququ olmadan əkib-becərilməsini əsassız şübhə altına alaraq təqsirləndirilən şəxsin 2,5 ha hissəsini əkibbecərməklə əldə etdiyi gəliri qəbiristanlığın abadlaşdırılması və təmiz saxlanılması işlərinə xərclədiyini qeyd etməklə, yalnız təqsirləndirilən şəxsin xeyrinə ifadə vermiş şahidlərin ifadələrinə əsaslanmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təm in edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, qərarın qüvvədə saxlanılması barədə bəraət almış şəxs Ə.İbişovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunl a kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsin də “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma”ya görə məsuliyyəti nəzərdə tuturlur və həmin əməl: “səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymət ləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliy ə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmal ı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa müm kün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, hər iki məh kəmə instansiyası tərəfindən iş üzrə bəraət almış şəxsin xeyrinə ifadə vermiş şahidlər Şahid4, Şahid3, Şahid5 ifadələri və “Hadisə yerinə baxış keçirilməsi haqqında” 7 sentyabr 2023-cü il tarixli protokolu tədqiq edilmişdir. Sözügedən protokol, şahid ifadələri və digər sənədlər əlaqəli şəkilə tədqiq edildikdə X3 əməlində cinayət tərkibinin olmasına əsas verəcək hər hansı bir sübut müəyyən edilməmişdir. Əlavə olaraq məhkəmələr müəyyən etmişdir ki, Bərdə rayonu Əliyanlı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 1998-ci ildə islahat aparılan zaman Əliyanlı kəndində yeni qəbiristanlıq salınması üçün 3.0 ha torpaq sahəsi ayrılmışdır. Yeni ayrılmış qəbiristanlıq ərazisi bir neçə il baxımsız qaldığı üçün alaq otları və kol bitkiləri ilə örtülmüşdür. Bələdiyyə yarandıqdan sonra Əliyanlı Bələdiyyəsi tərəfindən qəbiristanlıq ərazisi təmizlənmiş və abadlaşdırılmışdır. Əliyanlı kənd icma qrupunun fəaliyyəti nəticəsində Azərbaycan kənd İnvestisiya layihəsi xətti ilə qəbiristanlığın ərazisi tamamilə hasarlanmışdır. 2019-cu ildən Əliyanlı Bələdiyyəsinin və kənd sakinlərinin birgə iştirakı (təşəbbüsü) ilə qəbiristanlıq ərazisinin təmiz və abad saxlanılması işi Əliyanlı kənd sakini X4 tapşırılmışdır. X7 2019-cu ildən sözügedən qəbiristanlığa nəzarət edir və qəbiristanlığın boş olan sahəsindən istifadə edir. Odur ki, tərəflərindən kənd sakini X4 qəbiristanlığın boş qalan ərazisinə nəzarət edib, qəbiristanlığın ərazisinin təmiz (abad) saxlanılması həvalə olunmuşdur. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı ola raq, Ə.İbişova əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin faktiki olaraq torpaq sahəsinin 2021-ci ildə sabiq mərhum Bərdə rayon Əliyanlı Bələdiyyəsinin sədri, təqsirləndirilən şəxsin doğma qardaşı tərəfindən heç bir qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ənvər İbişova verilməsi barədə dəlillərinə qiymət verib hesab edir ki, göstərilən şəxsin verdiyi qanunsuz göstərişin Ənvər İbişov tərəfindən icra edilməsi sonuncunun əməlinin ictimai təhlükəli olmasına hər hansı təsir göstərməməklə yalnız həmin göstərişi verən şəxsin özü barəsində hər hansı nəticə yarada bilməsi ehtimalını istisna etmir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Cin ayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 140c-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İnsan Hüquqları Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X2rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa tə sdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız e lə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların v əzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsa sların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Ə.İbişovun əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar müəyyən etmir və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X7 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar