Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2682/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tö rədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları
1. Məhkum xx.xx.1972-ci ildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx. xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 228.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 1 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuş, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, 6 saylı evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İttiham aktına əsasən, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq vahid niyyətlə əldə etdiyi külli miqdar təşkil edən ümumi təmiz çəkisi 2420,673 qram olan narkotik vasitə hesab edilən heroinin 45,673 qram çəkidə olan hissəsini əynində olan qara rəngl i qış gödəkcəsinin sağ cibində ayrı-ayrılıqda təmiz çəkiləri-10,502 qram, 7,227 qram, 9,978 qram və 17,966 qram olmaqla 04 ədəd sellofan kəsiyi bükümündə, heroinin qalan 2375 qram çəkidə olan hissəsini isə 01 ədəd sellofan torbada qablaşdırılmış halda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altında daşıyaraq saxlamış, 14 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən 45,673 qram heroin, əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı ünvan 2 ünvanında yerləşən evində baxış və götürmə aparılan zaman heroinin qalan 2375 qram çəkidə olan hissəsi evinin yataq otağındakı çarpayının altından aşkar edilərək götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X9 və X4 ibarət məhkəmə tərkibində) 18 iyul 2023-cü il tarixli, 1(099)-415/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcının 14 yanvar 2023-cü il tarixdən hesab edilməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməməsi, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin iş üzrə maddi sübutlar və məhkəmə məsrəfləri məsəl ələri də həll edilmişdir.
4. Hökmdən Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən), X8 və X1 ibarət məhkəmə tərkibində) 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(099)-415/2022 nömrəli hökmünün dəyişdirilməsi, Məhkum əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi və onun CMin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törərtməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, hökmdən Məhkum yaşadığı evdən aşkar edilməsi göstərilən 2375 qram çəkidə narkotik vasitə olan heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi ilə bağlı müddəaların xaric edilməsi, həmin narkotik vasitənin qanunsuz dövriyyəsində təqsirli olan şəxslərin müəyyən edilməsi üçün hazırkı qərarın surətinin və müvafiq iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna göndərilməsi, hökmün apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri və etir azlar:
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, işin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmusu ilə inkar olunan Məhkum özünü müdafiə xarakterli verdiyi ifadəsi məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmişdir. Hansı ki, iş materiallarında onun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlini təsdiq edən özü tərəfindən ibtidai istintaq zamanı, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Bununla da, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət prosessual qanunvericiliyin tə ləblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
8. Qərardan kassasiya şikayəti verilməmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyad a işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları q eyd edir.
18. Cinayət işinin materiallarına əsasən, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq vahid niyyətlə əldə etdiyi külli miqdar təşkil edən ümumi təmiz çəkisi 2420,673 qram olan narkotik vasitə hesab edilən heroinin 45,673 qram çəkidə olan hissəsini əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində ayrı-ayrılıqda təmiz çəkiləri - 10,502 qram, 7,227 qram, 9,978 qram və 17,966 qram olmaqla 04 ədəd sellofan kəsiyi bükümündə, heroinin qalan 2375 qram çəkidə olan hissəsini isə 01 ədəd sellofan torbada qablaşdırılmış halda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının altında daşıyaraq saxlamış, 14 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilm iş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən 45,673 qram heroin, əməliyyat axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı ünvan 2 ünvanında yerləşən evində baxış və götürmə aparılan zaman heroinin qalan 2375 qram çəkidə olan hissəsi evinin yataq otağındakı çarpayının altından aşkar edilərək götürüldüyündən, ona qarşı hazırkı ittiham irəli sürülmüşdür.
19. İbtidai istintaq orqanı Məhkum satış məqsədi ilə narkotik vasitə heroin əldə etməsi, saxlaması və daşıması barədə nəticəyə gələrkən onun üzərindən və evindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarına və çəkisinin şəxsi istehlak miqdarından artıq olmasına istinad edərək, Məhkum satış məqsədi ilə narkot ik vasitə heroini əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən başqa sübutlar əldə etməmişdir.
20. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, məhkumun əməlində narkotik vasitə heroinin satış məqsədi ilə əldə olunması faktının sübuta yetirlməməsi qənaətinə gəlinməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmuşdur.
21. Narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi faktının təsdiqi üçün aşkar edilən narkotik vasitənin kütləsi, bükümlərinin sayı və şəxsi istehlak miqdarından çox olması o vaxt həlledici rol oynayır ki, bu narkotik vasitənin miqdarı şəx si istehlak miqdarından əhəmiyyətli dərəcədə artıq olsun, bükümlərin sayı kifayət qədər çox olsun və digər sübutlarla onun məhz bu narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas versin.
22. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin narkotik vasitələrin nəinki satışı ilə, hətta narkotik vasitələrin yayılması ilə belə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası m əhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir. Həmçinin, kassasiya protestinin dəlillərindən də göründüyü kimi dövlət ittihamçısının bununla bağlı dəlilləri “hesab edirəm” kimi subyektiv mülahizələrdən ibarət olmuşdur.
23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Şə xsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi q iymətdir.
27. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
28. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
29. Qeyd edilən nəticəyə g ələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
30. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan ş übhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).
31. Kollegiya eyni zamanda məhkumdan aşkar edilərək götürüldüyünə istinad edilən narkotik vasitənin çəkisinin külli miqdarda olmasının məhkumun əməlini narkotik vasitələrin (psixotrop maddənin) satışı ilə tövsif edilməsi üçün yetərli olmasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişd ir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.
32. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsinin qərarlarında qeyd edilən, eləcə də bir sıra, o cümlədən Rusiya və Ukrayna kimi dövlətlərin hüquq mühafizə orqanlarının geniş istifadə etdiyi, “Əməliyyat axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulmuş, nəzarət qaydasında mal alınması qəbul edilmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğ unu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).
33. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin hər hansı həddə şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.
34. B eləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyun 2024-cü il tarixli, 1(106)-28/2024 nömrə li qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.