Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2686/2025 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov X4 Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X5 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-119/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli hökmü ilə (hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi ilə), xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 13A, mənzil 54-də qeydiyyatda olan və orada yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəs ində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, CM-in 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli 23 iyun 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddia qismən təmin edilmiş, Məhkum maddi zərərin əvəzi olaraq 4 0000,00 (qırx min) manat məbləğində pul və mənəvi zərərin əvəzi olaraq 500,00 (beş yüz) manat, cəmi 40500,00 (qırx min beş yüz) manat məbləğində pul alınaraq zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələsi də həll olunmuşdur. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1963/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarı ilə (hakim Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-119/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkum qəsdən cinayət törətməyə görə əvvəllər, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə ağır cinayət törətməyə görə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 9 (doqquz) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Penitensiar Xidmətin 6 saylı cəz açəkmə müəssisəsinin 24 noyabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edildikdən sonra məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda yenidən qəsdən cinayət törətmək, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını ələ keçirməklə dələduzluq etmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs1 övladı Nurlan Abdullayevin Azərbaycan Respublikası CM-nin 145.1 və 149.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Pirallahı rayon prokurorluğunda ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılmasını mobil telefon vasitəsilə tanışı Şahid2 ilə danışarkən sonuncudan eşidib öyrəndikdən sonra aldatma və etibarından sui-istifadə etmə yolu ilə özgə, yəni Zərərçə kmiş şəxs1 məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədilə 5 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində sonuncu ilə Bakı şəhəri Səbail rayonu İçərişəhər Qoruğu ərazisində yerləşən kafelərdən birində görüşmüş, aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs1 prokurorluq və məhkəmə sistemində yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin və kifayət qədər geniş əlaqələrinin olduğunu bildirib, Nurlan Abdullayevin barəsində olan cinayət işinin tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra guya Nurlan Abdullayevə sınaq müddəti ilə şərti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə nail olacağına görə həmin məhkəmənin hakiminə guya 13.000 (on üç min) manat məbləğində pul verəcəyini, bu üsulla da məqsədlərinə nail olacaqlarını bildirib inandıraraq Zərərçəkmiş şəxs1 aldatmış, inandırıcı danışmaqla aralarında yaranmış etibardan sui-istifadə edib həmin gün, yəni 5 noyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Səbail rayonu, İçərişəhər Qoruğu ərazisində yerləşən kafelərdən birində 13000 manat məbləğində pulu alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda, yəni 13.000 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, X2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın aparılmasını sonuncunun baldızı Zərərçəkmiş şəxs2 ilə 28 noyabr 2022-ci il, saat 12:5 9-da mobil telefon vasitəsilə danışarkən eşidib öyrəndikdən sonra həmin gün, saat 13 radələrində Bakı şəhəri Səbail rayonu İçərişəhər Qoruğu ərazisində yerləşən “Pendir Çörək” adlı restoranda sonuncu ilə görüşmüş, orada Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində istintaq olunan cinayət işləri üzrə çalışdığı idarə tərəfindən nəzarətin həyata keçirildiyini bildirərək, özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Baş X1, Fövqəladə Hallar və Sərhəd Xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işləyən prokuror kimi təqdim etmiş, bundan sonra aldatma və etibarından sui-istifadə etmə yolu ilə özgə, yəni Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda əmlakı ələ keçirmək məqsədilə 29 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində sonuncu ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “My Friends” adlı restoranda görüşərkən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə yanaşı, eləcə də vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə, guya qeyd olunan idarənin prokuroru vəzifəsində işləyən vəzifəli şəxs olduğundan səlahiyyət hüdudlarına uyğun olaraq həmin cinayət işini tələb edib öyrəndiyini, 40000 (qırx min) manat məbləğində pulun verilməsi müqabilində Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Vladislav Eduardoviçin ibtidai istintaq dövründə Bakı İstintaq Təcridxanasına köçürülərək orada saxlanılması və Vladislav Eduardoviçin əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsi, yəni Vladislav Eduardoviçə daha yüngül Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilərək həmin maddələrlə cinayət işinin məhkəməyə göndərilməsini müsbət həll edə biləcəyini bildirməklə Zərərçəkmiş şəxs2 aldatmış, aralarında yaranmış etibardan suiistifadə edib sonuncudan 29 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində Buzovna qəsəbəsində yerləşən “My Friends” adlı restoranda 40000 manat məbləğində pulu alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda, yəni 40000 manat məbləğində ziyan vurmaqla Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, eyni zamanda özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə hüquqi şəxsin hüquqlarının, yəni cəmiyyətdə formalaşmış prokurorluq orqanı nın yüksək mənafeyinə xələl gətirən, ictimaiyyət arasında nüfuzdan salan hərəkətlər etməklə qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum şikayətində göstərmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi zamanı onun barəsində olan yüngülləşdirici hallar, ailə vəziyyəti nəzərə alınmamışdır. Belə ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassas iya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi və məhkumun barəsində amnistiya aktının tətbiq edilməsinə dair dövlət ittihamçısı Zəminə Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hans ı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını və ona ağır cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğu n olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzə rdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun is lah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Ci nayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın ş əxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü mad dəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yara nan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, məhkumun kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxs iyyəti, yüngülləşdirən halları, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Təsvir olunanlar məhkəmələr tərəfindən CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin qərarından sonra “Konst itusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın Məhkum barəsində tətbiq edilməsi məsələsini müzakirə edərək kollegiya aşağıdakıları qeyd edir: CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəz a növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3-cü hissəsində göstərilmişdir ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılsın (3.1-ci bənd). Həmin qərarın 9-cu hissəsinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Qeyd olunan qərarın 27-ci hissəsinə əsasən kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Məhkəmə kollegiyası təsvir edilən amnistiya aktının tələblərindən çıxış edərək, digər tərəfdən isə cəzanı icra edən orqan tərəfindən amnistiya aktının tətbiq edil məməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 19 dekabr 2025-ci il tarixə çəkilməmiş hissəsi 06 ay azaldılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda qeyd olunanlara əsaslanaraq, kassasiya şikayətinin təmin edilməməsi, lakin məhkum barəsində amnistiya aktının tətbiq edilməsi haqda dövlət ittihamçısının çıxışını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2024-cü il tarixli qərarı dəyişdirilməli, məhkum barəsində “Konstitusi ya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 02 il 06 ay 04 gün hissəsi 06 ay azaldılmalı, həmin tarixə onun çəkilməmiş cəzası 02 il 04 gün müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 28 avqust 2024-cü il tarixli, 1(103)-1963/2024 saylı qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 02 il 06 ay 04 gün hissəsi 06 ay azaldılsın və həmin tarixə onun çəkilməmiş cəzası 02 (iki) il 04 (dörd) gün müəyyən edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2686/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2686/2025
26.02.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver