Məhkəmə qərarları › İş №1(102)-2688/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2688/2025

02.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2688/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2, Bəraət almış şəxslər – bəraət almış şəxs1 və bəraət almış şəxs2 iştirakları ilə, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əsgərova-X4, hakimlər X3 və X5 ibarət tərkibdə) ## #### 2024-cü il tarixli 1(101) ***/**** saylı hökmü ilə, ## ###### 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv ev 12-də qeydiyyatda olan və yaşayan bəraət almış şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2022-ci il tarixdən hesablanmış, ## ###### 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv ev 27A-da qeydiyyatda olan və yaşayan bəraət almış şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən iki gün şübhəli şəxs qismində tutulduğu müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısının Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etməsi əsası ilə, bəraət almış şəxs1 və bəraət almış şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Həmin hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı3 tərəfindən apellyasiya protesti, habelə təqsirləndirilən şəxs bəraət almış şəxs2 mənafeyinə aid hissədə müdafiəçi müdafiəçi3 və təqsirləndirilən şəxs bəraət almış şəxs1 mənafeyinə aid hissədə müdafiəçi müdafiəçi1 və məhkum bəraət almış şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) *(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin olunmamış, müdafiə tərəfin apellyasiya şikayətləri təmin olunmuş, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ləğv edilmiş, bəraət almış şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, bəraət almış şəxs1 barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilmiş, məhkəmə iclas zalından həbsdən azad olunmuş, bəraət almış şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, bəraət almış şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-**/**** saylı, ## #### 2025ci il tarixli hökmündən dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən kassasiya protesti verilmişdir. Hökmdən kassasiya şikayəti yaxud kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuşdur ona görə ki, bəraət almış şəxs1 tanışı bəraət almış şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək «Siyavuş» adlı şəxsin bəraət almış şəxs1 ilə arasında olan razılaşmaya əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə qoyulmuş külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1.090 qram olan heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımış, ## ###### 2022-ci il tarixdə Xəzər rayonu X19 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı bəraət almış şəxs1 tanışı bəraət almış şəxs2 ilə birlikdə həmin gün, saat 12:00-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunun sol tərəfində saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Xəzər Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən özünün üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməsə də, onunla birlikdə saxlanılan bəraət almış şəxs2 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən birlikdə əldə etdikləri 01 ədəd şəffaf rəngli bükümdə, təmiz çəkisi 1.090 qram olan qəhvəyi rəngli, tozşəkilli və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlar Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilərək qiymətləndirilməmiş, nəticədə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmış sübutların məcmusu təqsirləndirilən şəxslər – bəraət almış şəxs1 və bəraət almış şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşımasını təsdiq edir. Belə ki, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, əməliyyat məlumatları, saxlanılma şəraiti, şəxsi axtarış protokolları, videoyazılar, ekspertiza rəyi və mobil telefonlara baxış nəticələri bir-biri ilə uzlaşmaqla ittihamı təsdiq edən ardıcıl sübutlar sistemi təşkil edir. Xüsusilə qeyd olunur ki, ## ###### 2022-ci il tarixli əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər Mərdəkan-Qala yolunda saxlanılmış, bəraət almış şəxs2 üzərindən 1 kq-dan artıq heroin aşkar olunmuşdur ki, bu da məhkəmə-kimyəvi ekspertizanın rəyi ilə təsdiq edilmişdir. Həmçinin hər iki şəxsin ilkin ifadələrində narkotik vasitənin əldə edilməsi və daşınması ilə bağlı halları etiraf etmələri, bu ifadələrin sonradan dəyişdirilməsinin isə müdafiə mövqeyi ilə əlaqəli olması vurğulanır. Protestdə əsaslandırılır ki, məhkəmə təqsirləndirilən şəxslərin ilkin etirafedici ifadələrinin guya fiziki təzyiq nəticəsində verilməsi barədə iddialarını əsassız olaraq qəbul etmişdir. Belə ki, iş materiallarında onların ibtidai istintaq mərhələsində bu barədə müvafiq dövlət orqanlarına şikayət etməmələri, tibbi sənədlərdə xəsarətlərin istintaq hərəkətləri ilə əlaqəsini təsdiqləyən obyektiv məlumatların olmaması, eləcə də ekspertiza rəylərinin belə nəticəni təsdiq etməməsi göstərilir. Bu baxımdan, protest müəllifi hesab edir ki, həmin ifadələrin sübut kimi qəbul edilməməsi qanunsuz olmuşdur. Bundan əlavə, məhkəmə mobil telefon danışıqları və anten məlumatlarını düzgün qiymətləndirməmiş, texniki xüsusiyyətlər nəzərə alınmadan həmin məlumatlara əsassız şəkildə istinad etmişdir. Halbuki, mobil rabitə şəbəkələrinin xüsusiyyətləri nəzərə alınmaqla, telefonun konkret antenə qoşulması şəxsin dəqiq yerləşmə yerini birmənalı müəyyən etməyə imkan vermir və bu səbəbdən həmin məlumatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Protest müəllifi həmçinin vurğulayır ki, məhkəmə CPM-nin 145.1-ci maddəsinin tələblərini pozaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, sübutların məcmusuna onların kifayətliliyi baxımından düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda CPM-in 353.3.3-cü maddəsinin tələblərinə zidd olaraq, bəraət hökmündə ittihamı təsdiq edən sübutların rədd edilməsinin motivləri göstərilməmişdir. Kassasiya protestində bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair, bəraət almış şəxslərin kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bəraət almış şəxs1 və bəraət almış şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından bəraət almış şəxs1 və bəraət almış şəxs2 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən tədqiq olunmuş bəzi mühüm məqamları qeyd etməyi zəruri hesab edir: Belə ki, bəraət almış şəxs1 və bəraət almış şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ##.##.2022-ci il tarixdə saat “12:00”da saxlamış və istintaq orqanı tərəfindən iş üzrə şahid qismində dindirilmiş əməliyyat qrupunun rəhbəri şahid7 və qrupun üzvü şahid6 ifadələrində, bəraət almış şəxs2 saxlanılarkən anket məlumtlarının onlara məlum olmadığını qeyd etmişlər. Halbuki, işdə olan və bəraət almış şəxs2 haqqında “Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” məlumat vərəqindən görünür ki, həmin sənəd ##.##.2022-ci il tarixdə saat 09:35-də sistemdən çıxarılmış və işə əlavə edilmişdir (cild 1, i.v.31). Həmçinin, işdə olan və bəraət almış şəxs1 haqqında “Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” məlumat vərəqindən görünür ki, həmin sənəd ##.##.2022-ci il tarixdə saat 09:34də sistemdən çıxarılmış və işə əlavə edilmişdir (cild 1, i.v.53). Qeyd olunan xüsusatlardan belə məlum olur ki, Bakı şəhəri Xəzər RPİ-nin NMB-nin əməkdaşları şahid7 və şahid6 tərəfindən bəraət almış şəxs1 və bəraət almış şəxs2 heç də ##.##.2022-ci il tarixdə saat “12:00”da tutulmamış və sonuncular ##.##.2022-ci il tarixdə saat 09:34-də Bakı şəhəri Xəzər RPİ-də saxlanılmışlar. Bundan başqa, birinci instansiya məhkəməsinin ## ### 2023-cü il tarixli iclas protokolundan görünür ki, bəraət almış şəxs1 verilmiş suallara cavab olaraq gecə saat 01 radələrində tutulduğunu və həmin vaxt istifadəsində olmuş ********* nömrəli mobil telefonun üzərində olduğunu bildirmişdir. Eyni zamanda, bəraət almış şəxs2 verilmiş suallara cavab olaraq, tutularkən ona fiziki təzyiq göstərildiyini, yalan ifadə verməyə məcbur edildiyini, polis əməkdaşlarının onu aldatdığına görə oxumadan istintaq sənədlərinə imza etdiyini, istifadəsində olmuş ********* nömrəli mobil telefonun tutularkən üzərində olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarından görünür ki, bəraət almış şəxs1 istifadəsində olmuş 55 8564819 və bəraət almış şəxs2 istifadəsində olmuş ********* nömrəli mobil telefon nömrələrinin ## ###### 2022-ci il saat 00:00 tarixdən ## ###### 2022-ci il saat 00:00 tarixədək anten dairəsinə, habelə həmin nömrələr vasitəsi ilə # ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək aparılan danışıqlara dair məlumatlar “xxxx” MMC-dən götürülmüşdür. İttihama əsasən, bəraət almış şəxs1 ## ###### 2022-ci il tarixdə saat “12:00-da” Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunda, Bakı şəhəri Xəzər rayon RPİ-nin X19 əməkdaşları tərəfindən tutularkən üzərində olmuş mobil telefon nömrəsinə dair “xxxx” MMC-dən daxil olmuş anten dairəsi haqqında məlumatlardan görünür ki, 55 758 98 ** nömrəli mobil telefon ##.##.2022-ci il tarixdə saat 01:04:33-02:07:58 arası, “LABS745O6/LABS5745 Qala Qoruğu/” Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi” /Khazar/ (40.44294/50.16015) ərazidə yerləşən anten əhatə dairəsinə siqnal ötürmüşdür. Daha sonra, ********* nömrəli mobil telefon yenidən aktivləşərək- ##.##.2022-ci il tarixdə saat 05:01:09; 05:01:18; 05:55:23; 06:01:53; 06:05:36; 06:55:22; 07:05:37; 07:06:17; 07:55:22; 08:00:56; 08:06:17; 08:10:31; 08:12:39; 08:13:09; 08:13:39; 08:16:41; 08:55:23; 09:13:41; 09:18:14; 09:18:15; 09:18;19; 09:18:22; 09:18:47; 09:20:25; 09:43:40; 09:43:47; 09:54:49; 10:14:57; 10:15:02; 10:24:42; 10:28:06; 10:36:16; 10:46:57; 11:36:06; 11:36:19; 11:50:10; 11:53:08; 12:01:18; 12:03:01; 12:03:29; 12:15:24; 12:15:25; 12:15:26; 12:15:27; 12:15:43; 12:16:05; 12:16:06; 13:08:54-də, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi 87 ünvanda yerləşən Bakı şəhər Xəzər RPİ yə ən yaxın, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi 102 A, ATS- 54 ünvanda yerləşən anten əhatə dairəsinə siqnal ötürmüşdür. İttihama əsasən, bəraət almış şəxs2 ## ###### 2022-ci il tarixdə saat “12:00-da” Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunda, Bakı şəhəri Xəzər rayon RPİ-nin X19 əməkdaşları tərəfindən tutularkən üzərində olmuş mobil telefon nömrəsinə dair “xxxx” MMC-dən daxil olmuş anten dairəsi haqqında məlumatlardan görünür ki, 55 856 48 ** nömrəli mobil telefon ##.##.2022-ci il tarixdə aktivləşdikdən sonra saat 09:39:48; 10:15:00; 10:26:28; 13:11:28; 13:16:39; 13:17:15; 13:19:43-də, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi 87 ünvanda yerləşən Bakı şəhər Xəzər RPİ-yə ən yaxın, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi, 102 A, ATS-54 ünvanda yerləşən anten əhatə dairəsinə siqnal ötürmüşdür. Apellyasiya baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş, bəraət almış şəxs1 anası X9 ifadəsində göstərmişdir ki, ##.##.2022-ci il tarixdə saat 08-09 arası istifadəsində olan ********* saylı mobil nömrədən oğlu Mehmanın istifadəsində olan ********* nömrəli mobil telefona zəng etmiş, zəngə başqa şəxs cavab vediyi üçün səhv düşdüyünü zənn etmiş, lakin cavab verən şəxs telefonun Mehmana aid olduğunu qeyd edərək, Mehmanın axşamdan saxlanıldığını və saxlanılmasının səbəbini gəlib öyrənə biləcəklərini bildirmişdir. İşə əlavə olunmuş və “xxxx” MMC-nin ##.##.2010-cu il tarixli, mobil nömrənin satışına dair məlumat vərəqəsindən görünür ki, *** ******* saylı mobil nömrə X9 adına rəsmiləşdirilmişdir. İşdə olan və bəraət almış şəxs1 istifadəsində olmuş ********* nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair “xxxx” MMC-dən götürülmüş məlumatlardan görünür ki, X9 adına “xxxx” MMC-də qeydiyyatda olan ********* saylı mobil nömrədən ##.##.2022-ci il tarixdə saat 08:16:41-də, bəraət almış şəxs1 istifadəsində olmuş və Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi, 102 A, ATS-54 ünvanda yerləşən anten əhatə dairəsinə siqnal ötürmüş ********* nömrəli mobil telefon nömrəsinə zəng daxil olmuş və 44 saniyə danışıq aparılmışdır. Qeyd olunan fakt onu göstərir ki, istintaq orqanının qeyd etdiyi kimi, bəraət almış şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunda, Bakı şəhəri Xəzər rayon RPİ-nin X19 əməkdaşları tərəfindən ## ###### 2022-ci il tarixdə “12:00-da” tutulmamışdır. Yəni, bəraət almış şəxs1 ##.##.2022-ci il tarixdə saat 08:16:41-də Bakı şəhəri Xəzər rayon RPİ-də saxlanmışdır. Bundan başqa, apellyasiya baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş, şahid4 ifadəsində göstərmişdir ki, bəraət almış şəxs1 əmisi oğludur. bəraət almış şəxs1 ##.##.2022-ci il tarixdə təxminən saat 10 radələrində istifadəsində olan 55 758 98 ** nömrəli mobil nömrədən onun istifadəsində olan 55 448 77 ** saylı mobil telefon nömrəsinə zəng edərək, Bakı şəhəri Xəzər rayon RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanıldığı barədə məlumat vermişdir. İşdə olan və bəraət almış şəxs1 istifadəsində olmuş 55 758 98 ** nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqlara dair “xxxx” MMC-dən götürülmüş məlumatlardan görünür ki, bəraət almış şəxs1 istifadəsində olmuş və Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi, 102 A, ATS-54 ünvanda yerləşən anten əhatə dairəsinə siqnal ötürmüş 55 758 98 ** nömrəli mobil telefon nömrəsindən ##.##.2022-ci il tarixdə saat 09:43:47-də, şahid4 istifadəsində olan 55 448 77 77 mobil telefon nömrəsinə zəng daxil olmuş və 62 saniyə danışıq aparılmışdır. Belə ki, telefon danışıqlarına dair məlumatların analizindən məlum olur ki, bəraət almış şəxs1 və bəraət almış şəxs2, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan- Qala yolunda, Bakı şəhəri Xəzər rayon RPİ-nin X19 əməkdaşları tərəfindən ## ###### 2022ci il tarixdə saat “12:00”da deyil, daha əvvəl gecə saatlarında tutulmuş və onların polisin nəzarəti atında qalması prosesi uzun müddət davam etmişdir. Lakin, istintaq orqanının mülahizəsinə görə, bəraət almış şəxs1 və bəraət almış şəxs2, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunda, Bakı şəhəri Xəzər rayon RPİ-nin X19 əməkdaşları tərəfindən ## ###### 2022-ci il tarixdə “12:00-da” tutulmuşdur. Belə olan halda, bəraət almış şəxs1 və bəraət almış şəxs2 tutularkən onların istifadəsində olmuş mobil telefon nömrələri texniki qurğuların göstəricilərinə əsasən, ## ###### 2022-ci il tarixdə “12:00-da”n başlayaraq, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi 87 ünvanda yerləşən Bakı şəhər Xəzər RPİ-nə ən yaxın, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi, 102 A, ATS-54 ünvanda yerləşən anten əhatə dairəsinə siqnal ötürməli idi. Lakin, telefon danışıqlarına dair məlumatlardan göründüyü kimi, bəraət almış şəxs2la eyni vaxtda tutulmuş bəraət almış şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi texniki qurğuların göstəricilərinə əsasən, ##.##.2022-ci il tarixdə gecə saat 01:04:33-02:07:58 arası, “LABS745O6/LABS5745 Qala Qoruğu/” Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi” /Khazar/ (40.44294/50.16015) ərazidə yerləşən anten əhatə dairəsinə siqnal ötürmüş, daha sonra aktivləşərək saat 05:01:09-dan başlayaraq, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi 87 ünvanda yerləşən Bakı şəhər Xəzər RPİ-nə ən yaxın, Mərdəkan Qəsəbəsi, Sergey Yesenin küçəsi, 102 A, ATS-54 ünvanda yerləşən anten əhatə dairəsinə siqnal ötürmüşdür. Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara əsasən, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala yolunda, Bakı şəhəri Xəzər rayon RPİ-nin X19 əməkdaşları tərəfindən ## ###### 2022-ci il tarixdə saat “12:00”dan daha əvvəl gecə saatlarında tutulması, uzun müddət polisin nəzarəti altında heç bir istintaq hərəkətləri aparılmadan saxlanılması və fundamental müdafiə hüquqlarının kobud şəkildə pozulması haqqında müdafiə tərəfinin dəlillərini əsaslı hesab edir. Bundan başqa, istintaq hərəkətlərinin keçirilməsinə dair, daha doğrusu ## ###### 2022ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, bəraət almış şəxs2 barəsində qeyd olunan istintaq hərəkətinin keçirilməsinin başlama vaxtı protokolda saat 13:00 qeyd olunmuşdur. Halbuki, Bakı şəhəri Xəzər RPİ-nin MSY-dən verilmiş sənədlərdən görünür ki, bəraət almış şəxs2 və bəraət almış şəxs1 ## ###### 2022-ci il tarixdə saat 13:00-da MSY-nə qəbul olunmuşdur. Eyni zamanda, işdə olan ## ###### 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, bəraət almış şəxs1 barəsində qeyd olunan istintaq hərəkəti saat 14:10-da başlamış və 14:25-də başa çatmışdır. Göründüyü kimi, bəraət almış şəxs2 barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin keçirilməsi saatı ilə, Bakı şəhəri Xəzər rayon RPİ-nin MSY nə qəbul olunması saatı arasında ciddi ziddiyyət və uyğunsuzluq aşkar olunur ki, bu da qeyd olunan istintaq hərəkətinin sübut qismində nəzərə alınmasının mümkünlüyünü əhəmiyyətsiz edir. Yəni, ## ###### 2022-ci il tarixdə saat 13:00-da MSY-nə qəbul olunmuş bəraət almış şəxs2 barəsində eyni saatda (saat 13:00-da) “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı hal, həmin hərərkətin sübutu əhəmiyyətinə müstəsna dərəcədə təsir göstərməklə, mötəbərliyinə təsir edən ciddi şübhə yaradır ki, bu da həmin hərəkətin fonunda yaranan hüquqi nəticəni əhəmiyyətsiz edir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, ## ###### 2022-ci il tarixdə saat 13:00da MSY-nə qəbul olunmuş bəraət almış şəxs1 barəsində sonradan saat 14:10 və 14:25 arası “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin keçirilməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, həmin protokolun sübutu əhəmiyyətinin qəbul edilməz göstəricisi kimi qiymətləndirilməli və qəbul olunmalıdr. Belə ki, ## ###### 2022-ci il tarixdə saat 13:00-da MSY-nə qəbul olunmuş bəraət almış şəxs1 barəsində sonradan saat 14:10 və 14:25 arası “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin keçirilməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, bəraət almış şəxs2 barəsində “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin keçirilməsi haqqında ##.##.2022-ci il tarixli protokolun başlama və qurtarma saatlarının rəqəmlərində düzəlişlərin aparıldığı müəyyən edilmişdir (cild 1, i.v.29-30). Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 148.5-ci maddəsinə əsasən, cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. İşdə olan ## ###### 2022-ci il tarixli (cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında) protokoldan görünür ki, bəraət almış şəxs1 saat 13:55-də şübhəli şəxs qismində tutulmasına baxmayaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən barəsində tutulma haqqında protokol tərtib edilmədən saat 13:00-da Bakı şəhəri Xəzər RPİ-nin MSYnə qəbul olunaraq saxlanılması ilə, qanunvericiliyin tələbi istintaq orqanı tərəfindən kobud şəkildə pozulmuşdur. Bundan əlavə, bəraət almış şəxs1 və bəraət almış şəxs2 ## ###### 2022-ci il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin X19 əməkdaşları tərəfindən tutulduqdan sonra və Bakı şəhəri Xəzər RPİ-də saxlandıqları müddətdə qanuna zidd davranışa və təzyiqə məruz qaldıqlarını qeyd etmişlər. Bu istiqamətdə aparılmış məhkəmə araşdırması zamanı həmin halların mümkünlüyünə dəlalət edən kifayət qədər əsasların olması ilə bağlı məlumatlar müəyyən edilmişdir. bəraət almış şəxs1 Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən qanuna zidd davranışa məruz qalması ilə bağlı iddialara münasibətdə qeyd olunmalıdır ki, onun barəsində “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilərkən sağ qulaq nahiyəsində xəsarət izinin olması müşahidə edilmişdir. İşdə olan və Bakı şəhəri Xəzər RPİ-dən verilmiş ## ###### 2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin MSY-nə qəbul olunarkən bəraət almış şəxs1 bədəni üzərində xəsarət aşkar olunmamışdır. İşdə olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xirmətinin * saylı İstintaq Təcridxanasından daxil olmuş ##.##.2023-cü il tarixli məktubdan və tibbi müayinə sənədlərindən görünür ki, bəraət almış şəxs1 Təcridxanaya daxil olarkən həkim müayinəsindən keçirilmiş və xəsarət aldığını bildirmiş, sonuncunun sağ bazu nahiyəsində bənövşəyi rəngli qançır, başın sol təpə nahiyyəsində 1 (bir) ədəd çapıq toxuma aşkar edilmişdir. bəraət almış şəxs1 barəsində keçirilmiş ##.##.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizanın ** saylı rəyindən görünür ki, onun bədənində aşkar edilmiş xəsarət- sağ bazu qançırı küt əşya təsirindən törənmiş, törəmə müddəti * saylı İstintaq Təcridxanasının tibb məntəqəsinə müraciətindən və müayinəsindən 4-5 gün əvvəl olmaqla qərarda göstərilən ## ###### 2022-ci il tarixə uyğun gələ bilər. Aşkar olunmuş xəsarətlər müxtəlif şəraitdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə kollegiyası tədqiq olunmuş iş materiallarına əsasən, bəraət almış şəxs1 Bakı şəhəri Xəzər RPİ-də saxlanıldığı müddətdə qanuna zidd davranışa məruz qalması ilə bağlı halların istisna olunmadığını nəzərə alır. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar saxlanılmış bəraət almış şəxs1 ibtidai istintaq zamanı qanuna zidd davranışa məruz qalması ilə bağlı məlumatlar məhkəmə araşdırması zamanı işin müəyyən olunmuş faktiki halları ilə təkzib olunmamış, əksinə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə, Azərbaycan Respublikası CPM-in 125.2-ci maddəsində nəzərdə tutulan və yuxarıda qeyd olunan qanun pozuntuları ilə aparılmış ibtidai istintaq hərəkətləri ilə toplanmış ittiham sübutları üzrə, narkotik vasitələrin qanunsuz dövriyyəsində bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi son dərəcə yolverilməzdir. Belə ki, istintaq orqanı tərəfindən cinayət işinin ibtidai istintaqı zamanı yol verilmiş və yuxarıda qeyd olunan ciddi qanun pozuntularına münasibətdə, bəraət almış şəxs1 və bəraət almış şəxs2 hazırki iş üzrə təqsirliliyi qanunla istisna olunur. İstintaq orqanı tərəfindən iş üzrə ittihamın əsası kimi qəbul olunmuş sübutların mötəbərliyi və mümkünlüyü qanuni hesab olunsa da, həmin sübutlar tədqiq və təhlil olunarkən onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilmə üsullarına dair kifayət qədər ciddi və əsaslı şübhələr müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən bəraət almış şəxs1 və bəraət almış şəxs2 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, bəraət almış şəxs1 və bəraət almış şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə onlara istinad edilən əməldə təqsirsizliklərinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. bəraət almış şəxs1 və bəraət almış şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** saylı, ## #### 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar