Məhkəmə qərarları › İş №1(102)-269/2017

Ali Məhkəmə Qərar — İş №1(102)-269/2017

18.05.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-269/2017 18.05.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-269/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X9 oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, məhkum X7 oğlu, müdafiəçisi Nağıyev Faiq Yavər oğlu, Məhkum1, müdafiəçisi X4 və digər Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 178.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş X7 oğlu, Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2016-cı tarixli qərarından dövlət ittihamçısı Azadəliyev Seyhun tərəfindən verilmiş protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci (sədrlikedənhakimƏ.N.Hacıyev, hakimlərF.A.Qəribov və R.Ə.Sadıxov) il tarixli hökmü ilə xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “xxxx” MMC-nin təsisçisi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ş.Bədəlbəyli k üçəsi ev 8, mənzil 6-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş xxxAsəf Faiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-in) 28, 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət işi üzrə həbsdə saxlandığı 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddət təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 3 (üç) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Barəsində AR CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilən cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş və barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək, də rhal məhkəmə iclas zalından həbsdən azad edilməklə, haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Bricksfone” tikinti şirkətində təchizatçı işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, dalan 5, ev 27, mənzil 30-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Məhkum1 oğlu AR CM-in 28, 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət işi üzrə həbsdə saxlandığı 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddət təyin edilən cəzaya hesablanaraq həmin cəzadan çıxılmaqla üzərin də qəti olaraq 5 (beş) il 3 (üç) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və barəsində AR CM-in 70-ci maddəsi tətbiq olunmaqla təyin edilən cəza 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxx” MMC-nin direktoru işləmiş, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 9-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 49, mənzil 217-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum2 AR CM-in 28, 178.3. 2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən F.A.xxxAR CM-in 28, 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq cinayəti törətməyə hazırlıq görmüş, lakin iradəsindən asılı olmayaraq bu cinayəti başa çatdıra bilməmişdir. Belə ki, A.F.xxxtanışları Məhkum2 və Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs halında «xxxx» MMC adlı şirkəti təsis edərək xx xxx 2014-cü il tarixdə n ünvan 1 ünvanda yerləşən «xxxx» MMC-nin ofisində özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədiylə kompyuter vasitəsi ilə internetdə «Köhnə Bakılılara yeni ev» şüarı altında müstəqil sayt yaratmış, həmin sayta «Sizə ev lazımdır, yenidən hamınız yan-yana yaşayın» və sair reklam xarakterli məlumatlar yerləşdirərək Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.2 və 75-ci maddələrinin tələblərini pozub, müvafiq kadr potensialının və maddi-texniki bazasının imkan vermədiyini bilə-bilə, tikintiyə icazə almaq üçün müvafiq yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edib müvafiq sənədlər təqdim edib icazə almadan qanunsuz olaraq xx xxxx 2014-cü il tarixdə Yasamal rayonu Mətbuat prospektində yerləşən X2 yeni binanın tikiləcəyi barədə mətbuat konfransı keçirərək məl umatlar vermiş və eyni zamanda, Yasmal rayonu «Sovetski» adlanan ərazidə söküntüsü aparılan evlərin sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onlara Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti 2980/81-ci məhəllədə yerləşən «Fərid-S» firmasının təsisçisi X1 adına rəsmiləşdirilmiş «İdman-sağlamlıq kompleksi» tikintisi üçün nəzərdə tutulan 2,98 hektar ərazidə 16 mərtəbəli, 9 bloklu, 810 mənzilli, ümumi sahəsi 78,119.70 kvadrat metr olan ev tikilməsi ilə bağlı sifarişçi, layihəçi və podratçının funksiyalarını öz üzərlərinə götürərək gələcəkdə tikilməsi nəzərdə tutulan evin 1, 2 və 3 otaqlı mənzillərinin hər kvadrat metrini 380 manata satacaqlarını yalandan vəd edib aldadaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkm iş şəxs5 ərizələrini alıb formal xarakterli müqavilələr bağlamaqla vahid niyyətlə müxtəlif vətəndaşların ümumilikdə 29.685.486 (iyirmi doqquz milyon altı yüz səksən beş milyon dörd yüz səksən altı) manat külli miqdarda əmlaklarını dələduzluq yolu ilə qanunsuz ələ keçirməyə hazırlıq görmüş, lakin Yasamal rayon hüquq mühafizə orqanı əməkdaşları tərəfindən həmin cinayətin qarşısı alınmış və onlar iradəsindən asılı olmayaraq bu cinayəti başa çatdıra bilməmişlər. Hökmlə razılaşmayan dövlət ittihamçısı Fərid Nağıyev apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxx 2015-ci il tarixli hökmünün Məhkum1 və A.F.Hacı-İsmayılova münasibətdə AR CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə cinayət qanununun normasının düzgün tətbiq edilməsi ilə dəyişdir ilməsini xahiş etmişdir. Hökmü mübahisələndirən müdafiəçi Əfsər Talıbov Məhkum1 mənafeyinə aid hissədə apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxx 2015-ci il tarixli hökmünü Məhkum1 aid hissədə ləğv edib bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmü mübahisələndirən digər müdafiəçi İradə Cavadova apellyasiya şikayəti verərək, Məhkum2 münasibətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxx 2015-ci il tarixli hökmünün ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən müdafiəçi Faiq Nağıyev apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxx 2015-ci il tarixli hökmünü ləğv edərək, A.F.Hacı-İsmayılova və qeyrilərinə AR CM-in 28, 178.3.2-ci maddəsi ilə verilmiş ittiham öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlikedənhakimƏ.İ.Qasımov, hakimlərƏ.N.Bayramov və V.K.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü A.F.xxxvə Məhkum1 aid hissədə dəyişdirilərək, hökmdən onlar barəsində AR CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmişdir. Qeyd olunan qərardadan məhkumların müdafiəçiləri F.Nağıyev, Ə.Talıbov və İ.Cavadovanın verdikəri kassasiya şikayətləri əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət kollegiyasının (sədrlikedənhakimİ.M.Cəfərov, hakimlərH.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) xx xxx 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı qismən ləğv edilərək, cinayət işi yeni məhkəmə baxışına təyin edilməsi üçün qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlikedənhakimS.A.Mirzəyev, hakimlərF.A.Qasımov və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsin xx xxxxx 2015-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmiş, həmin hökmlə Məhkum2 AR CM-in 28, 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 il azadlıqdan məhrum etmə cəzası AR CM-in 62-ci maddəsi tətbiq olunmaqla 02 il 06 aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət ko llegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı S.Azadəliyev kassasiya protesti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında məhkumlar A.F.xxxvə Məhkum1 barələrində AR CMin 70-ci maddəsinin, Məhkum2 barəsində isə AR CM-in 62.1-ci maddəsinin tətbiq edilməsi ədalətli hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi hökmündə əməllərində peşman olmalarını A.F.xxxvə Məhkum1 münasibətdə AR CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas kimi nəzərə almaqda haqlı olmamışdır. Hər iki təqsirləndirilən şəxs məhkəmə hökmündə əks olunan ifa dələrində özlərini törətdikləri cinayət əməllərində təqsirli bilmədiklərini göstərmiş, bu mövqelərini əsaslandırmaq üçün isə həm məhkəmə istintaqında, həm də birinci instansiya məhkəməsində son sözlərini söyləyərkən çox aktiv formada qanunsuz və əsasız olaraq onlara dələduzluq cinayətinə hazırlığa görə ittiham verilməsini, həbsdə qanunsuz saxlanılmalarını əsaslandırmağa və məhkəməni buna inandırmağa çalışmışlar. Qeyd olunanlara baxmayaraq A.F.xxxvə Məhkum1 özlərini hər hansı cinayət əməlinin törədilməsində təqsirli bilmədikləri müəyyən olunduğu bir şəraitdə onların hasnı əməllərindən peşman olmaları və məhkəmənin bunda onların təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real surətdə çəkilməsini istisna edən nəyi müəyyən etməsi istər hökmdə, istərsə də yekun qərardan aydın deyildir. Hə mçinin onlar cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almamış, cinayətin üstünün açılmasına fəal kömək etməmiş, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma əlamətlərinin isə onlara aidiyyəti olmamışdır. A.F.xxxvə Məhkum1 nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə baxışında hər hansı bir cinayət əməli törətmədiklərini, özlərini heç bir cinayətin törədilməsində təqsirli bilmədiklərini göstərmişlər. Qeyd edilənlər, məhkəmənin A.F.xxxvə Məhkum1 münasibətdə əmələrindən peşman olmaları əsasını AR CM-in 70-ci maddəsinin tətbiq əsası kimi müəyyən etməkdə qanuni tələbləri nəzərə almadığını göstərir. Bundan başqa məhkəmənin hər iki təqsirləndirilən şəxsin ilk məhkumluğunu həm yüngülləşdirici hal, həm də azadlıqdan məhrum etmə cəzasını n şərti tətbiq edilməsi üçün əsas kimi nəzərə alınması da onun düzgün hüquqi mövqeyi ilə bağlı olmamışdır. Belə ki, AR CM-in 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Bundan başqa apellyasiya instansiyası məhkəməsinin qərarında Məhkum2 barəsində AR CM-in 62-ci maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı gətirilən əsaslandırma, həmin məcəllənin 28, 178.3.2-ci maddəsi ilə təyin olunan cəzanın həcmi cəza təyini zamanı əsassız olaraq cəzanı yüngülləşdirən hallara üstünlük verilməklə cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə, cəzanın məqsədlərinə lazımi əhəmiyyət verilmədiyini göstərir. Törətdiyi cinayət əməlini etiraf belə etməyən Məhkum2 barəsində AR CM-in 62-ci maddəsinin tətbiq edilməsi şübhəsiz ki. Cəza təyin etmənin ümumi prinsiplərinə zidd olmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin A.F.xxxvə Məhkum1 münasibətdə həm yüngülləşdirici hal qismində, həm də AR CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas götürdüyü hallar tam əsassız, qanunsuz və işin xarakterinə uyğun olmayan hallar olmuş, məhkəmələr həmin xüsusatlara olduqaca səthi yanaşmış, formallıqdan kənara çıxa bilməmiş, iş üzrə obyektiv sübutlar və qanun normaları ilə təkzib olunan hallara yüngülləşdiri hallar kimi yanaşaraq qanunsuz olaraq iki təqsirləndirilən şəxs barəsində AR CM-in 70-ci maddəsinin tətbiqi üçün düzgün olmayan əsaslar yaratmış və həmin maddəni tətbiq etməklə cəmiyyətdən təcrid olunması o lan şəxsləri azadlıqda saxlaması, həmçinin törətmiş olduğu cinayət əməlini etiraf belə etməmiş Məhkum2 barəsində AR CM-in 62-ci maddəsini tətbiq etməsi şübhəsiz ki, cəza təyin etmənin ümumi prinsiplərini pozmaqla yanaşı qanunsuz və əsassız yekun qərarın qəbul edilməsi ilə nəticlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, məhkumlar və onların müdafiəçilərinin isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıl malıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumların əməllərinin tövsifi və təqsirlilik məsələsi mübahisələndirilməmiş, ilkin olaraq məhkumlar A.F.xxxvə Məhkum1 AR CM-in 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin düzgün olmayaraq tətbiq olunması iddia edilməklə buna dair bir sıra dəlillər irəli sürülmüşdür. Protestin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellaysiya məhkəməsi məhkumlar A.F.xxxvə Məhkum1 barəsində şərti mə hkum etmənin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməklə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək məhkumlara ittiham olunmuş cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlini AR CM-in 28, 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Hökmdən görünür ki, məhkəmə məhkumlara cəza təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan AR CM-in 58.3-cü maddəsinin tələblərinə əməl edərək, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, o cümlədən onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın oların islah olunmasına və a ilələrinin həyat şəraitinə təsirini müzakirə edərək, belə qənaətə gəlmişdir ki, A.F.xxxvə Məhkum1 əməllərindən peşman olmaları, əvvəllər məhkum olunmamaları, zərəçəkmiş şəxslərin onlardan şikayət və tələblərini olmaması, eləcə də iş üzrə zərərli nəticələrin olmaması kimi halların məcmusu nəzərə alınmaqla onların cəmiyyətdən təcrid etmədən islah olunmalarını mümkün hesab edilərək barələrində AR CM-in 70-ci maddəsini tətbiq etmişdir. Apellaysiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və qanun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, məhkumlar A.F.xxxvə Məhkum1 AR CM-in 70-ci maddəsinin tətbiq edilməli olduğuna dair həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Belə ki,AR CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. AR CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə AR CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şər ti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə və cəzanı yüngülləşdirən hallar kimi məhkumlar A.F.xxxvə Məhkum1 ilk məhkumluğunu, etdikləri hərəkətlərdə cinayət tərkibinin olduğunu bilmədiklərini, buna baxmayaraq əməllərindən səmimi peşman olduqlarını, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını, onların müsbət xarakterizə olunmalarını AR CM-in 59.1.10 və 59.2-ci maddələrinə əsasən cəzalarını yüngülləşdirən hal kimi nəzər almışdır. Bundan başqa məhkəmə hər iki məhkuma münasibətdə AR CM-in 61-ci maddəsində nəzərədə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir. Həm çinin, kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə AR CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protestinin bu barədəki dəlilləri əsassızdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, cəza təyin etmənin ümumi əsaslarına, həmçinin şərti məhkum etməyə dair cinayət qanunvericiliyinin yux arıda qeyd olunan müddəalarına əsaslanaraq məhkumlar A.F.xxxvə Məhkum1 barəsində müəyyən edilmiş yüngülləşdrici halların məcmusunu nəzərə alaraq onlar barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını istisna edən hər hansı hal görmür. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, şərti məhkum etmə zamanı məhkum cinayət məsuliyyətindən azad olunmur və onun əsasını məhkum edilmiş şəxsin öz davranışı ilə islah və tərbiyə olunduğunu sübut etməsi təşkil edir. CM-in 71-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında sına q müddətini bir ildən çox olmayaraq uzada bilər. CM-nin 71-ci maddəsi həmçinin müvafiq hallarda şərti məhkum etmənin ləğv edilməsini və hökmlə təyin olunmuş cəzanın icra olunmasının əsaslarını və qaydasını nəzərdə tutur. Protestdə həmçinin Məhkum2 AR CM-in 62-ci maddəsinin düzgün olmayaraq tətbiq olunması iddia edilir və buna dair bir sıra dəlillər göstərilir. Məhkəmə kollegiyası kassasiya protestinin qeyd edilən dəlili ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 barəsində AR CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini və mümkünlülüyünü kifayət qədər nəzərə almış və bunu qəbul etdiyi qərarında əsaslandırmışdır. İş materiallarından görünür ki, əvvəla törədilmiş cinayətin hazırlıq mərhələsində olması, ictimai təhlükəli nəticələrin baş verməməsi, faktiki olaraq ziyanın vurulmamsı, zərəçəkmiş şəxslərin şikayət və tələblərinin olmaması hallarının mövcudluğu iş üzrə müstəsna hal kimi, Məhkum2 himayəsində üç azyaşlı uşaqların olması isə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, AR CM-in 62-ci maddəsinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunm ası ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, AR CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq yuxarıda sadalanan bu halların məcmusunu AR CM-in 62.2-ci maddəsinin tələbinə əsasən müstəsna hal hesab etmiş, Məhkum2 residivi nəzərə alınmadan ona cəza təyin edilməsini qanuni və ədalətli hesab etmiş, bu səbəbdən onun barəsində AR CM-in 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddən aşağı cəza təyin edilməsini əsaslı saymışdır. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Göründüyü kimi, kassasiya protestinin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Qərarda göstərilən nəticələr tam qanuni olmaqla protestdə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının və cinayət qanunvericliyinin müvafiq olaraq izahları və müddəaları ilə ziddiyyət təşkil etmir. Bunları nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (AR CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkumlar X8 oğlu, Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar