Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-269/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə və X2 Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X7 və onun nümayəndəsi X6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Şirvan Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Elçin Qurbanov) X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İş üzrə zərərçəkmiş şəxs X3 Şi rvan Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpasına dair vəsatəti Şirvan Şəhər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Elçin Qurbanov) təmin edilməmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İsmayıl Əhmədov, hakimlər Rafiq Cəfərov və Fuad Soltanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs X7 və onun nümayəndəsi X 6 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorlar kassasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, Şirvan Şəhər Məhkəməsinin hökmünün surətini zərərçəkmiş 10 may 2019-cu il tarixdə almışdır. 15 gün sonra 25 may 2019-cu il tarixdə apellyasiya şikayətini poçt vasitəsilə Şirvan Şəhər Məhkəməsinə göndərmişdir. 10 iyul 2019-cu il tarixdə Şirvan Şəhər Məhkəməsindən buraxılmış müddətin bərpası ilə bağlı bildiriş almışdır. Kassator qeyd etmişdir ki, 12 iyul 2019-cu il tarixdə Şirvan Şəhər Məhkəməsinə buraxılmış müddətin bərpası ilə bağlı ərizə göndərmiş, lakin müddət bərpa olunmamışdır. Kassator bildirmişdir ki, CPM-nin 384-cü maddəsinin tələblərini pozmadığı halda apellyasiya şikayəti əsassız olaraq təmin olunmamışdır. Kassator kassasiya şikayət ində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı A6 çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs X7 və onun nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs X3 Şirvan Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmündən apellyasi ya şikayəti verilmə müddətinin bərpasına dair vəsatəti Şirvan Şəhər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarı ilə təmin edilməmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 25 iyul 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərində də göstərilmiş və apellyasiya instansiya məhkəməsinin araşdırma predmeti olmuşdur. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Şirvan Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmünün surəti 03 may 2019-cu il tarixdə zərərçəkmiş şəxs X5 göndərilmişdir (cild 2, iş vərəqə 196). Cinayət işinin materiallarından sifarişli poşt qəbzindən müəyyən olunur ki, zərərçəkmiş şəxs X7 10 may 2019-cu il tarixdə hökmün surətini qəbzə imza etməklə almışdır (cild 2, iş vərəqə 197). Kollegiya qeyd edir ki, zərərçəkmiş şəxs X7 30 aprel 2019-cu il tarixdə çıxarılmış hökmün surətini 10 may 2019-cu il tarixdə alarkən onun hökmdən apellyasiya şikayəti vermək üçün hələ 10 gün vaxtı var idi. Lakin zərərçəkmiş şəxsin iş materiallarındakı apellyasiya şikayətindən görünür ki, o, hökmdən apellyasiya şikayəti vermə müddətini (iyirmi günü) ötürmüş və 27 may 2019-cu il tarixdə (iyirmi yeddi gündən sonra) apellyasiya şikayəti vermişdir (cil d 2, iş vərəqə 213-214). Zərərçəkmiş şəxs istər apellyasiya şikayətində, istərsə də müddətin bərpasına dair müraciətində hökmün surətini 10.05.2019-cu il tarixdə aldığını və onun təqsirindən buraxılmayan müddətin bərpa olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətində də CPM-in 384-cü maddəsinin tələblərini pozmadığını və vaxtında apellyasiya şikayəti verdiyini vurğulayaraq apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi zərərçəkmiş şəxs hökmün surətini aldıqdan sonra 20 gün müddətində apellyasiya şikayəti verdiyindən müddəti buraxmadığını zənn edir və bu səbəbdən apellyasiya məhkəməsinin qərarını qanunsuz hesab edir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Res publikası CPM-in 384.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən çıxarılmış hökmdən apellyasiya şikayəti və apellyasiya protesti apellyasiya şikayəti və apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Bu maddəni mətnindən görünür ki, şikayət və protest verilməsi müddəti şikayətçinin apellyasiya şikayətində göstərdiyi kimi hökmün və ya qərarın verildiyi və ya alındığı gündən deyil, elan olunduğu gündən hesablanır və bu müddət üzrlü səbəbdən buraxıldıqda bərpa oluna bilər. Qeyd edilməlidir ki, yalnız həbsdə saxlanılan məhkuma istisna nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti əsasında cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilə bilər. Göründüyü kimi zərərçəkmiş şəxsə hökmün surəti vaxtında təqdim edilmiş və onun apellyasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkəmə kollegiyasının qənaəti belədir ki, zərərçəkmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Kolleg iya qeyd edir ki, iş materiallarında və kassasiya şikayətində zərərçəkmiş şəxsin Şirvan Şəhər Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə şikayət verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin qənaətlərini əsaslı hesab edir və kassatorların bununla bağlı dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli surətdə tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs və onun nümayəndəsi tər əfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs X7 və onun nümayəndəsi X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-269/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-269/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver