Məhkəmə qərarları › İş №1(102)-269/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-269/2021

08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-269/2021 08.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X15, Məhkum2 və onun müdafiəçisi X1, Məhkum1 müdafiəçiləri X5 və Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarından Məhkum1 müdafiəçisi X11 və Müdafiəçi2 və digər Məhkum2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 10 fevral 1977-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Məhkum2 13 may 1957-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamışdır. 3. 23 aprel 2019-cu il tarixli ittiham aktı ilə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Məhkum2 və Məhkum1 İran İslam Respublikasının (bundan sonra – “İİR”) sakini – şəxsiyyəti məlum olmayan Mövsüm adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, şəxsiyyəti məlum olmayan həmin şəxslərə bu məqsədlə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla keçiriləcək həm in maddələri əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermişlər, bundan sonra Mövsüm adlı şəxs onlarla 2019-cu ilin yanvar ayının əvvəllərində mobil telefon nömrələri, eləcə də, “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladıqdan sonra müəyyən edilməmiş vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri – ümumi təmiz çəkisi 1 kq 087,88 qram heroini, 940,54 qram həşiş qətranını, 956,15 qram tiryəki, təsir maddəsinin ümumi miqdarı 7,22 qram təşkil edən 181 ədəd metadon dərman həblərini, tərkibində quru maddəsinin miqdarı 0,47 qram olan 470 ml metadon siropunu və külli miqdarda psixotrop maddəni – ümumi təmiz çəkisi 296,5 qram metamfetamini iki ədəd sellofan paketdə qablaşdırmaqla müəyyən edilməmiş vaxtda və müəyyən edilməmiş şəxs lər vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib İİR-dən Azərbaycan Respublikasına daşınaraq 10 yanvar 2019-cu ildə Astara rayonu Kijəbə kəndinin yaxınlığındakı sahibsiz feyxoa bağlarının olduğu ərazidən bir qədər kənardakı iri köklü ağacın gövdəsinə gizlədərək saxlanılmasını təşkil etmiş və bu barədə 11 yanvar 2019-cu ildə Məhkum1 mobil telefon vasitəsilə əlaqə saxlamaqla məlumat verdikdən sonra, sonuncu qeyd olunan gün saat 20 radələrində həmin yerdən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi iki ədəd sellofan paketdə qablaşdırılmış narkotik vasitələri və psixotrop maddəni idarə etdiyi “Mercedes-Benz 180” markalı, 90ZS158 qeydiyyat nişanlı avtomobillə yaşadığı Astara rayonu Ərçivan qəsəbəsinə daşıyıb evinin yaxınlığındakı zibilxanada gizlət məklə saxlamış, buna dair Mövsüm adlı şəxsə və Məhkum2 mobil telefonla məlumat verdikdən sonra, yəni 12 yanvar 2019-cu ildə saat 18 radələrində həmin narkotik vasitələri və psixotrop maddəni sonuncunun yaşadığı Lənkəran şəhəri V.Hüseynov küçəsi 35 yerləşən evə avtomobili ilə daşıyıb maddələrin ona çatacaq hissəsini, yəni 1 (bir) ədəd sellofan paketdə olan külli miqdarda narkotik vasitələri – ümumi təmiz çəkisi 632,15 qram olan heroini, 956,15 qram tiryəki, təsir maddəsinin ümumi miqdarı 4,02 qram təşkil edən 101 ədəd metadon dərman həblərini və tərkibində quru maddəsinin miqdarı 0,47 qram olan 470 ml metadon siropunu Məhkum2 təhvil verdikdən sonra, sonuncu ona Mövsüm adlı şəxsə çatdırılması üçün narkotik vasitələrin bir hissəsinin pulunu – 5.000 ABŞ dolları vermiş, daha sonra qanunsuz olar aq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələri yaşadığı evin qonaq otağında masanın üzərinə qoyaraq saxladıqdan sonra metadon həbinin bir ədədinin məlum olmayan çəkidə olan yarı hissəsini istifadə etmiş, təsir maddəsinin ümumi miqdarı 0,02 qram olan digər yarısını əynindəki şalvarın sağ cibində saxlamış, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 12 yanvar 2019-cu ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Məhkum2 yaşadığı ünvan 3 ünvanında yerləşən evindən 1 sellofan paketdə qablaşdırılmış külli miqdarda narkotik vasitələr – ümumi təmiz çəkisi 632,15 qram olan heroin, 956,15 qram tiryək, təsir maddəsinin ümumi miqdarı 4 qram təşkil edən 100 ədəd metadon dərman həbləri və tərkibində quru maddəsinin miqdarı 0,47 qram ol an 470 ml metadon siropu, Astara rayonu ərazisində isə Məhkum1 idarə etdiyi «Mercedes-Benz 180” markalı, 90ZS158 qeydiyyat nişanlı avtomobildən 1 sellofan paketdə qablaşdırılmış külli miqdarda narkotik vasitə – ümumi təmiz çəkisi 455,73 qram heroin, 940,54 qram həşiş qətranı, təsir maddəsinin ümumi miqdarı 3,2 qram təşkil edən 80 ədəd metadon dərman həbləri və külli miqdarda psixotrop maddə – ümumi təmiz çəkisi 296,5 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Bundan başqa Məhkum2 13 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına qəbul olunarkən üzərinə keçirilmiş baxış zamanı onun şalvarının sağ cibindən Məhkum1 satış məqsədi ilə qanunsuz Lənkəran şəhərində əldə etdiyi təsir maddəsinin ümumi miq darı 0,02 qram olan narkotik vasitə – metadon həbinin yarısı aşkar olunaraq götürülmüşdür.

6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcın ın 12 yanvar 2019-cu ildən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji dispanserində qeydiyyata alınması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2019-cu ildən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

7. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi X8 apelyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2019-ci il tarixli, 1-(99)-190/2019-nömrəli hökmünü dəyişərək, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə daha aşağı cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

8. Hökmdən təqsirləndirilən şəxs Məhkum1 apelyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü dəyişdirilməsini və barəsində qanunvericilikdə nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsi ilə bağlı qərar qəbul olunmasını xahiş etmişdir.

9. Təqsirləndirilən şəxs Məhkum2 apelyasiya şikayəti verərək, birinci dəfə həbs edildiyini, yaşını, ailə vəziyyətini nəzərə alıb onun barəsində olan hökmü dəyişdirib cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2019-cu il tarixli ilkin baxış iclasının qərarı ilə Məhkum1 müdafiəçisi X8, Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə cinayət işi məhkəmə baxışına təyin edilmiş, məhkəmə baxışının açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan keçirilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiya məhkə məsinin qərarında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən göründüyü kimi, məhkəmə ittiham hökmü çıxararkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 birinci instansiya məhkəmə verdikləri ifadələri, şahidlər X9, X13, X6, X3 ifadələri, 12 yanvar 2019cu il tarixli «Baxış» protokolları, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşları tərəfindən tərtib olunmuş 13 yanvar 2019-cu il tarixli akt, Dövlət təhlükəsizlik Xidmətinin Vİ Baş İdarəsinin beşinci şöbəsi tərəfindən 13 yanvar 2019-cu il tarixdə tərtib edilmiş 3 nöm rəli arayış, 28 yanvar 2019-cu il tarixli, 1613 nömrəli ekspert rəyi, 29 yanvar 2019-cu il tarixli 1614 nömrəli ekspert rəyi, “Kompakt diskə baxış keçirilməsi barədə” 15 yanvar 2019-cu il tarixli protokol, 05 mart 2019-cu il tarixli 2776 nömrəli ekspert rəyi, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən Məhkum2 və Məhkum1 barələrində 17 yanvar 2019-cu il tarixdə çıxarılmış sərhəd keçmə hesabatı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 14 fevral 2019-cu il tarixli, 7451 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının mobil və şəhər operatorları arasında aparılmış danışıqlar və sms yazışmalarının kompüter açıqlamalarına və "xxxx" MMC-nin 08 fevral 2019-cu il tarixli 7-381 nömrəli məktubuna əla və olunmuş CD-yə baxış keçirilməsi haqqında 15 və 16 fevral 2019-cu il tarixli protokollar, "xxxx" MMC-nin 26 fevral 2019cu il tarixli, 7-566 nömrəli və "xxxx" MMC-nin 02 mart 2019-cu il, tarixli 7-606 nömrəli məktublarına əlavə olunmuş CD-yə baxış keçirilməsi haqqında 27 fevral və 02 mart 2019-cu il tarixli protokollar, məhkəmə-narkoloji ekspertizası ilə bağlı tərtib olunmuş 24 yanvar 2019-cu il tarixli, 127 və 153 nömrəli rəyləri və iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərinə aidiyyəti və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməllərinin cinayət olmasını aradan qaldıran halların, həmçinin onların cinayət m əsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin maddələrlə təqsirili bilinib cəzalandırlmalı olmasına dair yekun nəticəyə gəlmişdir.

12. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum1 və Məhkum2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onların tərəfindən törədilmişdir, məhkum edilmiş şəxslərin hərəkətlərində qeyd olunan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir.

13. Nəticə etibarilə, Şirvan Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmündən məhkum edilmiş şəxs Məhkum1, müdafiəçisi X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən və məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apelyasiya şikayət tam təmin olunmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 7 (yedd i) ilə endirilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum1 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, eyni hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il 6 (altı) ay azadlıqdan mərhum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il, 6 (altı) ay müddətə azad lıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Məhkum2 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)190/2019 nömrəli, 29 may 2019-cu il tarixli hökmü apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçiləri X11 və Müdafiəçi2 və digər Məhkum2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Həmçinin Məhkum1 müdafiəçiləri X11 və Müdafiəçi2 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

15. Məhkum1 müdafiəçiləri X11 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətində qeyd e dilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarı ləğv edilməli, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətdə təqsirliliyi sübuta yetirilmədiynə görə cinayət işinə bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 8-36-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarının, eləcə də həmin Məcəllənin 145-ci (sübutların qiymətləndirilməsi), 146-cı (sübutların kifayət etməsi) ma ddələrin tələbinə uyğun deyildir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkuma təyin edilmiş cəza ədalətli deyil. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarının Məhkum1 münasibətdə ləğv edilərək, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə cinayət işinə onunla bağlı hissədə bəraətverici əsasla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum1 müdafiəçiləri X11 və Müdafiəçi2 tərəflərindən verilmiş kassasiya şikayətinə əlavəyə hal şahidi X4 mütəmadi olaraq hal şahidi kimi iştirak etməsini təsdiq edən məhkəmə aktları əlavə edərək, məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 10 sentyabr 2019-cu i l tarixli, 1(106)-417/2019 nömrəli qərarının Məhkum1 münasibətdə ləğv edilərək, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyinə görə cinayət işinə onunla bağlı hissədə bəraətverici əsasla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. 16.Məhkum2 kassasiya şikayətində qeyd etmişdir ki, barəsindəki ittiham ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam sübuta yetirilməyib. Məhkəmə istintaqı zamanı hal şahidlərinin iştirakı tam təmin edilməmişdir. Məhkəmə kollegiyasından barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir.

17. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin h üdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir f aktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Məhkum1 müdafiəçisi X11 və Müdafiəçi2 kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən cinayət-prosess ual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, Məhkum2 da kassasiya şikayətində eyni məsələləri mübahisələndirərək faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.6 və 416.1.8-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

23. Odur ki, kollegiya Məhkum1 müdafiəçilərinin və digər Mə hkum2 kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Məhkum1 və Məhkum2 ona hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarda təsvir edilmiş cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Apellyasiya məhkəməsinin s özügedən məsələlər üzrə gəldiyi nəticələr (bax, paraqraflar 11-13) işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 və Məhkum2 əməlinin Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum1 cəza tə yin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin məhkum edilmiş şəxs Məhkum2 və Məhkum1 cəza təyin edərkən Məhkum2 ahıl yaşda olmasını və Məhkum1 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını və təyin ediləcək cəzanın ailələrinin ailəsinin həyat şəraitinə və onların islah olunmalarına təsirini kifayət qədər nəzərə almadığını hesab edərək, məhkum edilmiş şəxslərə CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəza sının müddətini 7 (yeddi) ilə endirərək qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPMnin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 müdafiəçiləri X5 və Müdafiəçi2 və digər Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının oğlunun barəsində olan 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçiləri X5 və Müdafiəçi2 və digər Məhkum2 kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 1(106)-417/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar