Məhkəmə qərarları › İş №1(102)-2691/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2691/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2691/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum Baqavdinoviçin müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştiraklarıı ilə, Məhkum Baqavdinoviçin Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in və ya CM-in) 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilənərək məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli, 1(106)611/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Baqavdinoviç xx xxxxxx 1993-cü il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, sürücü işləmiş, Rusiya Federasiyası, Dağıstan Respublikası. Buynaks rayonu, Çirkey kəndində qeydiyyatda olmaqla yaşayıb.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Baqavdinoviç 13 mart 2024-cü tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən əldə etdiyi, tərkibindəki oreqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən 4 kapsul “Pfizer P G N 300” göstəricili dərman preparatını malların aşkar edilməsini çətinləşdirən üsullardan stifadə etməklə özünə məxsus siqaret qutusunun içərisinə yerləşdirərək idarə etdiyi “Volvo” markalı, K166DU123/VR805177 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında saxlamış, 13 mart 2024-cü il tarixdə İran islam Respublikasından gələrkən Azərbaycan Respublikasına daşımış və həmin tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsinin Astara rayonunun inzibati ərazisində yer ləşən Astara Gömrük İdarəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir.

3. Astara Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim: X7) 29 may 2024-cü il tarixli, 1(018)-49/2024 nömrəli hökmü ilə Məhkum Baqavdinoviç CM-in 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum Baqavdinoviçin 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin nəzərə alınaraq, cəzasından 02 (iki) gün çıxılması və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə zalından dərhal həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin 29 may 2024cü il tarixdən hesablanması, Məhkum Baqavdinoviçin yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, CM-in 52-ci maddəsi tətbiq edilməklə Məhkum Baqavdinoviçin əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, hökmün icrasının Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də hə ll edilmişdir.

4. Məhkum edilmiş şəxs Məhkum Baqavdinoviçin vəkili apellyasiya şikayəti verərək, onun barəsində CM-in 62-ci maddəsi tədbiq edilməklə ona maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddən də aşağı, yaxud azadlıqdan məhrum etməklə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət məhkəmə tərkibində) 06 avqust 2024-cü il tarixli, 1(106)611/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum Baqavdinoviçin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Astara Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(018)-49/2024 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Məhkum Baqavdinoviçin barəsində CM -in 62-ci maddəsi tədbiq edilməklə ona təqsirli bilindiyi CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 3 il 3 ay azadlıqdan məhrum etmə cəzasının 5000 (beş min) manat cərimə cəzası ilə əvəz olunması, CM-in 69.4-cü maddəsinə əsasən 13 mart 2024-cü il tarixdən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin və 29 may 2024-cü ildən 06 avqust 2024-cü il tarixədək həbsdə saxlanılma müddətinin nəzərə alınaraq təyin olunmuş 5000 (beş min) manat miqdarda cərimə cəzasının yüngülləşdirilərək Məhkum Baqavdinoviçin üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzasının saxlanılması, Məhkum Baqavdinoviçin barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək həbsdən dərhal azad edilməsi və qərarın bu hissədə icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət in Umbakı Penitensiar Müəssisəsinə, təyin olunmuş əsas cəza olan cərimə cəzasının icrasına aid hissədə isə qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum Baqavdinoviçin ona təyin olunmuş əsas cəzanı icra etdikdən sonra CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması, Astara Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 1(018)-49/2024 nömrəli hökmünün apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli, 1(106)-611/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protest i verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək qeyd edilmişdir ki, apellyasiya məhkəməsi hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum Baqavdinoviçin barəsində CM-in 62-ci maddəsi tətbiq edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də Məhkum Baqavdinoviçin şəxsiyyətinə əhəmiyyət verilməmiş, apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik də rəcəsini nəzərə almamış, güclü təsiredici maddəni qaçaqmalçılıq yolu ilə keçirmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum Baqavdinoviçin barəsində əsassız olaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi CMnin 206.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cəzadan yüngül cəza - cərimə cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum Baqavdinoviçin islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriya dan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir.

8. Bununla da, dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21 maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət 06 avqust 2024-cü il tarixli, 1(106)-611/2024 nömrəli qərarının cəza təyininə dair hissədə ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə i clasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kass asiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum Baqavdinoviçna təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndir ilən qərarın cəza təyini hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli, 1(106)-611/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hə r bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərə liliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa b ir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məc buri olan əlavə cəzanı təyin etməyə bilər.

23. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

24. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

25. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

26. Dövlət it tihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya inst ansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

27. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum Baqavdinoviçna təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

28. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

29. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum Baqavdinoviç Dağıstan Respublikasının vətəndaşıdır, himayəsində 3 azyaşlı uşağı var, 3 aya yaxın müddətdə azadlıqdan məhrum etmə növdə cəza çəkməklə islah yolundadır, Rusiya Federasiyası Dağıstan Respublikası “Çirkey kəndi” bələdiyyəsinin vəsatətində də qeyd edilmişdir ki, X4 Camaldinov tərbiyəli, zəhmətkeç ailədə doğlub boyabaşa çatıb, uşaqlıqdan qanuna və əxlaqi dəyərlərə riayət etmə ruhunda tərbiyə almışdır, onun yaşadığı Dağıstan Respublikası. Buynaks rayonu, Çirkey kəndindinin bələdiyyə nüayəndələri onun nümunəvi vətəndaş olmasını, xəstə ata anasının və 3 azyaşlı uşağının onun himayəsində olmasını göstərərək X1 münasibətdə humanizmlik göstərilməsini xahiş etmişlər.

30. Bundan əlavə apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Baqavdinoviçnaya cəza təyin edilərkən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.

31. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum Baqavdinoviçna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını, onun barəsində CM-in 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını qeyd edərək ona azadlıqdan məhrum etmə növündə cəza təyin etməkdə haqlı olmamışdır. Bununla da yuxarıda qeyd edilən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən müstəsna hallar kimi qiymətləndirilərərk Məhkum Baqavdinoviçnaya barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 206.2-ci maddəsi ilə 5000 manat cərimə cəzası təyin edilmişdir.

32. Qeyd olunan hallar baxımından Məhkum Baqavdinoviçə apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu m əsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CMin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz

33. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Beləliklə, məhkəmə kollegiyası ic lasda iştirak etmiş dövlət ittihamçısının və müdafiəçinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum Baqavdinoviçin barəsində olan 06 avqust 2024-cü il tarixli, 1(106)-611/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Baqavdinoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə məhkum olunmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 avqust 2024-cü il tarixli, 1(106)-611/2024 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı 3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar