Məhkəmə qərarları › İş №1(102)-2693/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2693/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2693/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs x oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublika sı CM və ya CM) 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024cü il tarixli, 1(106)-780/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, L.Tolstoy küçəsi ev 1-də qeydiyyatda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pen itensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cinayət işinin faktiki hallarına əsasən, Məhkum, tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə silah qismində istifadə edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək qərarına gəlib 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində başlarına gözlük açılmış qara rəngli papaqlar geyinərək Salyan şəhəri, C.Cabbarlı küçəsi 49 saylı evin darvazasının açıq olmasından istifadə edib həyətə oradan isə evin giriş qapısının kilidlə bağlı olmadığı ndan istifadə edib yaşayış sahəsinə qanunsuz olaraq girməklə evə daxil olub orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, evin zal otağında gözləmiş, Təqsirləndirilən şəxs isə yataq otağına daxil olub çarpayda yatan hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib sonuncuya yaxınlaşıb yuxudan ayıldığını görüb üzərində olan bıçağı silah qismində istifadə edib tətbiq etməklə sonuncunun sinə nahiyəsinə tutub səs salmamağı işarə edib qonşu otaqda yatan yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs3 onun adamının əlində olduğunu, pul və qızılları verməyəcəyi halda onun və Zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediləcəyi ilə hədələmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 yataq otağından çıxıb qışqırdığın dan o, Təqsirləndirilən şəxsla evdən hər hansı bir əşya götürməyərək qaçıb getməklə quldurluq etmişdir.

3. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,363 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayıb daşımaqla, 18 dekabr 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 qarşı quldurluq cinayətini törətdikdən sonra hadisə yerindən qaçıb gedərkən saat 10:20 radələrində ünvan 2 ünvanında yerli sakinlər tərəfindən saxlanıldıqdan sonra, hadisə yerinə çağırılmış Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən quldurluq cinayəti törətməkdə şübhəli bilindiyi üçün tutulub Salyan Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - 0,363 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X6 və X3 ibarət məhkəmə tərkibində) 10 may 2024-cü il tarixli, 1(099)-126/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar ın qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya tam toplanılmaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum 30 yanvar 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün həbsdə saxlanılması müddətinin azadlıqdan məhrumetmə müddətinə hesa blanmaqla təyin olunmuş cəzadan çıxılması və Məhkum üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlnini 18 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunması və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin cinayət işi üzrə digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə mə srəfi məsələləri də həll edilmişdir.

5. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət məhkəmə tərkibində) 22 oktyabr 2024-cü il tarixli, 1(106)780/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli 1(099)-126/2024 saylı hökmünün Məhkum cəza təyin edilməsi hissəsində dəyişdirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.5-ci maddələrinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəzalar və ona Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası qismən toplanmaqla Məhkum qəti olaraq 9 (doqquz) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 30 yanvar 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddəti təyin edilmiş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 8 il 10 ay 03 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 dekabr 2022-ci il tarixdən hesablanması, hökmün apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 1(106)-780/2024 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində himayəsində yaşlı, ağır xəstə anasının olmasını, həmçinin özününpsixolojji disponserdə qeydiyyatda olmasını psixoloji gərginlik keçirməsini, vəziyyətinin nəzərə alınmasını qeyd edərək, barəsində təyin edilmiş cəzanın daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfi ndən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Abbasov Mövsümağa Ədalət oğlu kassasiya şikayətinin həlli məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. IV.Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum kassasiya şikayətində məhkəməl ər tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbi irəli sürsə də, tələbini Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hər hansı halla əlaqələndirməmişdir.

17. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 1(106)-780/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq mə qsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normal arında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

25. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsi z cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

26. Belə ki, Məhkum barəsində bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb, eyni zamanda məhkuma təyin edilmiş cəzanı qanuniliyi və ədalətliliyi baxımından araşdıraraq, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 1(099)-126/2024 nömrəli hökmü ilə CM-in 66.3, 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə razılaşmamış, onun üzərində CM-in 66.3, 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 8 (səkkiz) il 10 (on) ay 3 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanı lmasını qanuni və ədalətli hesab etmişdir.

27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı dəyişdirərkən Azərbaycan Respublikası CM-in 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd edərək hesab etmişdir ki, Məhkum cəzaların təyin edilməsi, cəzaların toplanması, hesablanması cinayət qanununun bu məsələləri tənzimləyən normalarına uyğun olmasa da, cəzanın həddi işin hallarına, əməlin ictimai təhlükəliliyinə, Məhkum şəxsiyyətinə uyğun olmuşdur.

28. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun barəsində bəraət hökmünün çıxarılması üçün onun əməlində bəraətverici əsasların mövcud ol madığı qənaətinə gəlmiş, həmçinin məhkum barəsində daha yüngül cəza növünün təyin edilməsinə əsas görməsə də, cəzaların toplanması, hesablanması cinayət qanununun bu məsələləri tənzimləyən normalarına uyğunlaşdırılması qənaətinə gəlmişdir.

29. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini t ənzimləyən normalarının pozuntularına yol verməmişdir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

31. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 1(106)-780/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayə t əməllərinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 1(106)-780/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar