Məhkəmə qərarları › İş №1(102)-2698/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2698/2025

09.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2698/2025 09.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum, Müdafiəçi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağstafa rayonu, Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 20 avqust tarixli 1(103)-1461/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bak Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 15 may tarixli 1(101)-195/2025 nömrəli hökmü ilə (hakimlər F.A.Namazov (sədrlik edən), T.Q.Hüseynov və A.A.Qurbanova) Məhkum Azərbaycan Respublikası CM-in 32.5,200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, barəsində CM-in 62 -ci maddəsi tətbiq edilməklə CM-in 32.5, 200-1.2.2 və 32.5, 200-1.2.3-cü maddələri ilə 3000 (üç min) manat miqdarda cərimə cəzası, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 4000 (dörd min) manat miqdarda cərimə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplanılmaqla ona qəti olaraq 5000 (beş min) manat miqdarda cərimə cəzasının təyin edilməsi, CM-in 69.4-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) gün müddətin nəzərə alınmaqla, təyin edilmiş cəzanın yüngülləşdirilərək üzərində 4500 (dörd min beş yüz) manat cərimə cəzasının saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də hökmdə öz həllini tapmışdır. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 avqust tarixli 1(103)-1461/2025 nömrəli qərarı ilə (hakimlər E.E.Rəhimov (sədrlik edən), Z.V.Əhmədov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti və ona əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 15 may tarixli 1(101)-195/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayəti və ona əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 avqust tarixli 1(103)-1461/2025 nömrəli q ərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İttihama əsasən, Məhkum oğlu 2023-cü ilin iyun ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 ilə bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən külli miqdarda dərman vasitələrini Türkiyə Respublikasında əldə edib satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 18 iyun 2023 -cü il tarixədək olan müddət ərzində İstanbul şəhərində istintaqa məlum olmayan mənbədən birlikdə əldə eldikləri qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 501 manat dəyərində 1 qutu (60 həb) “Citovir 450 mg” (Farmatek), 1 flakonun qiyməti 381 manat olmaqla 4953 manat dəyərində 13 flakon “Herceptin 150 mg”, 1 qutusunun (63 kapsulun) qiyməti 1393 manat olmaqla 5572 manat dəyərində 4 qutu “Valamor 200 mg” markalı, dövlət qeydiyyatından keçmiş 1 qutusunun qiyməti 1833 manat olmaqla 3666 manat dəyərində 2 qutu “Perjeta 420 mg/14 ml” (Roche) markalı dərman xasitələri, “Herceptin 150 mg” markalı dərman vasitəsinə aid 17 ədəd boş qutu və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd istif adə kağızını Teymur Marghany, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1 qutusunun qiyməti 74 manat olmaqla 370 manat dəyərində 5 qutu “Mirena 52 mg” (Bayer), 1393 manat dəyərində 1 qutu (63 kapsul) “Valamor 200 mg” (Farmanova) markalı dərman vasitələri və “Herzuma 150 mg” markalı dərman vasitəsinə aid 10 ədəd boş qutunu Təqsirləndirilən şəxs1, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən 1989 manat dəyərində 1 qutu (112 kapsul) “Xtandi 40 mg” (Atellas), 1 qutusunun qiyməti 501 manat olmaqla 1503 manat dəyərində 3 qutu “Citovir 450 mg (Farmatek), 1 flakonun qiyməti 133 manat olmaqla 4256 manat dəyərində 32 flakon “Zirabev 100 mg/4 ml”, 1 flakonun qiyməti 550 manat olmaqla 5500 manat dəyərində 10 flakon “Eylea 40 mg/ml” (Ba yer), 1 flakonun qiyməti 381 manat olmaqla 1524 manat dəyərində 4 flakon “Herceptin 150 mg”, 1 flakonun qiyməti 1325 manat olmaqla 3975 manat dəyərində 3 flakon “Opdivo 100 mg/10 ml”, 1 flakonun qiyməti 624 manat olmaqla 3120 manat dəyərində 5 flakon “Mvasi 400 mg/16 ml”, 1 qutusunun qiyməti 624 manat olmaqla 1248 manat dəyərində 2 qutu “Bevax 400Mg/16 ml” markalı, dövlət qeydiyyatından keçmiş 1 flakonun qiyməti 1833 manal olmaqla 7332 manat dəyərində 4 flakon “Perjeta 420 mg/14 ml” markalı, dövlət qeydiyyatından keçməsi müəyyənləşdirilməmiş 1 flakonun qiyməti 381 manat olmaqla 6477 manat dəyərində 17 flakon “Herzuma 150 mg” markalı dərman vasitələri və “Herceptin 150 mg” markalı dərmanlara aid 17 ədəd istifadə kağızını Ayləkin Bəxtiyarovanın öz əl yüklərinə yerləşdirərək onlardan ümumil ikdə külli miqdarda, 37893 manat dəyərində dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədilə saxlanılmasına və 18 iyun 2023-cü il tarixdə həmin şəxslər tərəfindən TK 332 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına birgə gətirilib saat 12:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X4 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” X7 gömrük postunda (hazırda Sərnişin şöbəsi) ümumilikdə xeyli miqdarda, 55368 manat dəyərində qeyd edilən malların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş, daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı sözügedən predmetlər saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum törətdiyi cinayət əməli düzgün tövsif edilməmişdir. Belə ki, ittihamda qeyd edilən həmin cinayətlərin törədilməsində iştirak edən şəxslərdən yalnız üçü, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında dərman vasitələrini və malları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla, yəni bəyan etməməklə bilavasitə keçirmiş, digəri, yəni Məhkum isə CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə, yəni Təqsirləndirilən şəxs3 çantasında aşkarlanmış müvafiq predmet ləri sonuncunun çantasının yerləşdirməklə cinayətin törədilməsinə köməklik göstərmişdir. Bu səbəbdən, icraçıların, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Məhkum əməli isə CM-in 32.5-ci maddəsinə istinad edilməklə icraçıların əməllərinə uyğun olaraq CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməlidir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində, birinci instansiya məhkəməsi tərəfindən cinayət işinin hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamasını, bununla da qanunssuz və əsassız məhkəmə hökmünün çıxarıldığı qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqsirləndirilən şəxs Məhkum barəsində hökm çıxarılarkən C M-in 32.5-ci maddəsinə istinad edilmişdir. Halbuki, CM-in 32.5-ci maddəsində qeyd edilmişdir ki, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qanunun qeyd edilən normasından göründüyü kimi, təqsirləndirilən şəxs o halda köməkçi hesab edilə bilərdi ki, qaçaqmalçılıq cinayətinin predmetləri ilə bağlı təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərdən ən azı biri törədilmiş olsun. Lakin qeyd edilən faktı təsdiq edən heç bir mötəbər sübut isə iş materillarında mövcud deyildir. Şikayət olunan məhkəmə hökmündə isə qeyd edilmişdir ki, “Məhkum inkar etsə belə, Təqsirləndirilən şəxs3 isə ifadəsində gömrük yoxlaması zamanı onda aşkarlanmış dərman vasitələrini onun çantasına Məhkum və Təqsirləndirilən şəxs1 birlikdə yerləşdirdiklərini söyləmişdir”. Halbuki, digər Təqsirləndirilən şəxs3 qeyd etdiyi hallar heç bir mötəbər sübut ilə təsdiqini tapmamışdır, həmçinin iş üzrə digər təqsirləndirilən şəxs Sakit Ayhan Təqsirləndirilən şəxs3 verdiyi həmin ifadəni təsdiq edəcək heç bir ifadə söyləməmişdir. Bundan əlavə, cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ifadəsində ümumiyyətlə Məhkum tanımadığını və bu dərman vasitələrinin qaçaqmalçılığı və satışı ilə bağlı he ç bir əlaqəsinin olmadığını bildirmişdir. Yalnız cinayət işi üzrə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 ilkin ifadəsində dərman vasitələrinin özünə məxsus olduğunu bildirsə də, sonrakı vaxtlarda dəqiq bilinməyən səbəblərdən ifadəsini dəyişdirirərək Məhkum Ayhanın evində gizli şəkildə dərman vasitələrinin onun çantasına yerləşdirdiyini bildirmişdir. Göründüyü kimi iş materiallarında digər təqsirləndirilən şəxslərin verdiyi ifadələr, həmçinin Təqsirləndirilən şəxs3 3-cü dəfə ibtidai istintaq dövründə belə bir ifadə verməsi kifafət qədər ziddiyyət və şübhə yaradır. Mübahisəsiz olaraq təsdiq olunur ki, Məhkum cinayətlərin törədilməsi üçün qabaqcadan birləşməmiş, hər hansı bir cinayət törətməmiş və törədilmiş cinayətlərdə iştirakı və hər hansı bir əlaqəsi olmamışdır və məhkəmə tərəfində n sübuta yetirilməmişdir. Beləliklə, belə bir nəticəyə gəlmək olur ki, ittiham əsassızdır, Məhkum əməlində cinayət tərkibinin əlamətləri yoxdur, məhkəmə araşdırması nəticəsində onun təqsirliliyi sübuta yetirilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 20 avqust tarixli 1(103)-1461/2025 nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişd irməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən Məhkum əməlinin CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona bəraət verilməsi haqqında kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.6cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələ bləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 20 avqust tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsvi olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübut lara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təq siri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığı və təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiə tərəfinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apelly asiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində CM-in həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibini n olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Məhkum CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini törətməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin i ştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. Qanunverici iştirakçılığın aksessor (müstəqil olmayan) nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Vahid cinayətkar nəticə iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Səbəbli əlaqə isə bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edir. Burada qeyd olunmalıdır ki, iştirakçılıqla törədilən cinayət əməlində səbəbli əlaqə icraçının hərəkətləri ilə ictimai təhlükəli nəticə arasında olan obyektiv əlaqəni nəzərdə tutmur. Sözügedən əlaqənin xüsusiyyəti cinayət tərkibinin əlamətləri çərçivəsindən kənar hərəkət edən (cinayətin obyektiv tərəfini icra etməyən), Cinayət Məcəlləsinin 32.3-32.5-ci maddələrində göstərilən təhrikçi, təşkilatçı və köməkçi ilə (mürəkkəb iştirakçılıq) icraçının hərəkə tləri arasındakı obyektiv əlaqədən ibarətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 6 may 2022-ci il tarixli Qərarı). Cinayət hüquq nəzəriyyəsində cinayətin iştirakçısı kimi köməkçi dedikdə, cinayətin obyektiv cəhətinin icrasında bilavasitə iştirak etməyən, lakin icraçının əməlini törətməsi imkanını yaradan, onun əməlinin icrasını asanlaşdıran şəxs başa düşülür. Üsulundan asılı olaraq köməkçiliyin maddi və mənəvi növləri növləri fərqləndirilir. Maddi mənada köməkçilik dedikdə, cinayətin tö rədilməsinə fiziki köməkliyin edilməsi nəzərdə tutulur. Belə köməkçilik alət və vasitələri verməyə, maneələri aradan qaldırmağa, cinayətin törədilməsini asanlaşdıran digər əlverişli şərait yaratmağa yönələn hərəkətlərin edilməsini və.s nəzərdə tutur. Mənəvi mənada köməkçilik dedikdə isə, cinayətin törədilməsi ilə əlaqədar məsləhətlər, göstərişlər verməni, cinayətkarı, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə kimi alternativ hərəkətlər nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin faktiki halları da qeyd olunan təfsirə uyğun gəlir və Məhkum hərəkətləri ittihamda qeyd edilən cinayətlərin törədilməsin də köməkçi kimi iştirak etməsi ilə bağlı qənaətə gəlməyə əsas verir. Belə ki, Məhkum vahid cinayətkar nəticəyə nail olmaq məqsədi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçmədən külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlama və xeyli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmə) iş üzrə digər Təqsirləndirilən şəxs3 çantasında aşkarlanmış dərman vasitələrini sonuncunun çantasına yerləşdirməklə cinayətin törədilməsinə köməklik göstərmiş, bu səbəbdən məhkəmələrin Məhkum əməlinin CM-in 32.5-ci maddəsinə istinad edilməklə icraçıların əməllərinə uyğun olaraq CM-in 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməsi ilə bağlı gəldikləri nəticə işin faktiki hallarına tam uyğun olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin onun CM-in 32.5, 200-1.2.2, 32.5, 200-1.2.3 və 32.5, 206.3.2-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 62, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununu n 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları birinci instansiya məhkəməsinin hökmünü Məhkum aid hissədə dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.3 və 416.1.6-cı maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmi n edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 avqust tarixli 1(103)1461/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 avqust tarixli 1(103)-1461/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə mün

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar