Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-27/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-27/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar Mikayılov (məruzəçi), Əliövsəd Abasov və Azər Orucovdan ibarət tərkibdə) 16 noyabr 2016-cı il tarixli hökmü ilə xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə saxlanıldığı 8 (səkkiz) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumet mə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 31 oktyabr 2016-cı il tarixdən hesablanmışdır. İş üzrə mülki iddia qismən təmin olunmuş, təqsirləndirilən şəxs, mülki cavabdeh Məhkumdan 21.433,45 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində vəsait X3, 16.050,40 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində vəsait X6 xeyrinə tutulması, 19.635 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində vəsait X7, 1.568,40 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində vəsait X9 xeyrinə tutulması qərara alınmışdır. İşin halları: İttihama əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmiş ona görə ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 etibarından sui-istifadə edib Bakı şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş müvafiq etibarnamə əsasında X5 təmsil edərək ona məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 29,0 kv.m ibarət olan iki otaqlı mənzili 52230 manata satıb pulunu X6-ya ödəməli olduğu halda, 05 mart 2011-ci il tarixdə Bakı şəhər 12 saylı Dövlət Notariat Kontorunda qeyd edilən mənzili alqı-satqı müqaviləsi əsasında X13-ə sataraq mənzilin satışından əldə etdiyi X6-ya məxsus 52230 (əlli iki min iki yüz otuz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçə kmiş şəxs X6 külli miqdarda yəni 52230 (əlli iki min iki yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2012-ci ilin iyul ayının ortalarında Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospektində yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşı tərəfində tanışı X7-nin etibarından sui-istifadə edərək ona 15 mart 2006-cı il tarixdə «xxxx» ASC-nin Sumqayıt filialına girov qoyulmaqla tanışı X8 məxsus ünvan 4 ünvanda yerləşən 2 otaqlı mənzilini girovdan çıxaracağına dair yalan vəd verib aldadaraq X9 manata nisbətdə məzənnə ilə 15710 (on beş min yeddi yüz on) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulunu aldadıb ələ keçirdikdən sonra X10-a vəd etdiyi X11-ə məxsus mənzili girovdan çıxarmayaraq zərərçəkmiş şəxs X10 külli miqdarda yəni 15710 (on beş min yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2012-ci ilin oktyabr ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən mənzilində tanışı X7 etibarından sui-istifadə edərək ona Gürcüstan Respublikasının Tbilisi şəhərindən Bakı şəhərinə avtomobil gətirib satdıqdan sonra əldə etdiyi qazanca onu da şərik edəcəyinə dair yalan vəd verib aldatmaqla onun manata nisbətdə məzənnə ilə 3925 (üç min doqquz yüz iyirmi beş) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pulunu aldadıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxs X10 xeyli miqdarda yəni 3925 (üç min do qquz yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X6 etibarından sui-istifadə edib ona məxsus «Mersedez-Benz» markalı C-180 modelli **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili «xxxx»-ə girov qoyub bankdan 3500 (üç min beş yüz) manat pul götürüb bankın kreditini özü ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2013-cü ilin avqust ayının axırlarında ünvan 5 ünvanda yerləşən «xxxx»ın Bakı filialının qarşısında X11 3500 (üç min beş yüz) manat nağd pulu alıb ələ keçirdikdən sonra onu aldadaraq zərərçəkmiş şəxs X4 3500 (üç min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan ba şqa, Məhkum özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 16 avqust 2014-cü il tarixdə ünvan 7 ünvanda yerləşən evin qarşısında X9 etibarından suiistifadə edib, ona qardaşı X10 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla ondan manata nisbətdə məzənnə ilə 1568 (bir min beş yüz altmış səkkiz) manat 40 (qırx) qəpik təşkil edən 2000 (iki min) ABŞ dollarını aldadıb ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək zərərçəkmiş şəxs X5 xeyli miqdarda yəni 1568 (bir min beş yüz altmış səkkiz) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2014-cü ilin iyul ayında ünvan 2 ünvanda yerləşən evdə tanışı X6 etibarından sui-istifadə edib ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində torpaq sahəsini satın alıb həmin torpaq sahəsində ərzaq mağazası açdıracağına dair yalan vəd verib aldatmaqla, ona məxsus ünvan 1 ünvanda yerləşənevini 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pula satdırdıqdan sonra 2014-cü ilin iyul ayında ünvan 1 ünvanda yerləşənevdə ondan manata nisbətdə məzənnə ilə 3922 (üç min doqquz yüz iyirmi iki) manat təşkil edən 5000 (beş min) ABŞ dollarını, bundan bir neçə gün keçdikdən sonra həmin vədlə yenidən onu aldadaraq ünvan 1 ünvanda yerləşənevdə manata nisbətdə məzənnə ilə 3137 (üç min bir yüz otuz yeddi) manat 60 (altmış) qəpik təşkil edən 4000 (dörd min) ABŞ dollarını və 30 sentyabr 2014-cü il tarixdə həmin vədlə yenidə n onu aldadaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanda yerləşən 6 saylı Dövlət Notariat Kontorunda manata nisbətdə 12550 (on iki min beş yüz əlli) manat 40 (qırx) qəpik təşkil edən 16000 (on altı min) ABŞ dollarını vahid niyyətlə aldadaraq ələ keçirdikdən sonra vəd etdiyi işin müqabilində heç bir iş görməyərək, zərərçəkmiş şəxs X4 külli miqdarda, yəni cəmi 19610 (on doqquz min altı yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, zərərçəkmiş şəxs X8 etibarından sui-istifadə və aldatma yolu ilə ona məxsus mənzilin dəyəri olan 52.230 (əlli iki min iki yüz otuz) manat məbləğində pul vəsaitini ona tam ödəməli olduğu halda, həmin məbləğdən cəmi 30.796,55 (otuz min yeddi yüz doxsan alt ı manat, əlli beş qəpik) manat pul vəsaitinin onun tərəfindən ödənilməklə son nəticədə iş üzrə zərərçəkmiş şəxs X8-ə külli miqdarda, yəni 21.433,45 (iyirmi bir min dörd yüz otuz üç manat, qırx beş qəpik) manat məbləğində, maddi ziyan vurmuş olduğu, yuxarıda qeyd edilən şəraitdə 2012-ci ilin iyul ayının ortalarında X7 etibarından sui-istifadə edərək onun tanışı X8 məxsus mənzilini girovdan çıxaracağına dair yalan vəd verib aldadaraq X9 manata nisbətdə məzənnə ilə 15.710 (on beş min yeddi yüz on) manat təşkil edən 20000 (iyirmi min) ABŞ dolları məbləğində pulunu aldadıb ələ keçirdiyi, sonra isə 2012-ci ilin oktyabr ayının əvvəllərində onun yaşadığı mənzildə tanışı X7 etibarından sui-istifadə edərək ona Gürcüstan Respublikasından avtomobil gətirib satdıqdan sonra əldə etdiyi qazanca onu da şə rik edəcəyinə dair yalan vəd verib aldatmaqla onun manata nisbətdə məzənnə ilə 3.925 (üç min doqquz yüz iyirmi beş) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pulunu aldadıb ələ keçirmiş olduğu və bununla da onun iş üzrə zərərçəkmiş şəxs X10 cəmi 19.635 (on doqquz min altı yüz otuz beş) manat məbləğində maddi ziyan vurduğu, 2014-cü ilin sentyabr ayında yuxarıda qeyd edilən şəraitdə X9 etibarından sui-istifadə edib ona qardaşı X10 Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla digər şəxsin vasitəsi ilə ondan manata nisbətdə məzənnə ilə 1.568 (bir min beş yüz altmış səkkiz) manat 40 (qırx) qəpik təşkil edən 2000 (iki min) ABŞ dollarını aldadıb ələ keçirdiyi, bununla yanaşı öz tanışı X6 etibarından sui-istifadə edib on a məxsus «Mersedez-Benz» markalı avtomobili «xxxx»a girov qoyub bankdan 3500 (üç min beş yüz) manat pul götürüb bankın kreditini özü ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 2013-cü ilin avqust ayının axırlarında onun 3500 (üç min beş yüz) manat nağd pulu alıb ələ keçirdiyi, daha sonra isə X6 etibarından sui-istifadə edib ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində torpaq sahəsini satın alıb həmin torpaq sahəsində ərzaq mağazası açdıracağına dair yalan vəd verib aldatmaqla, 30 sentyabr 2014-cü il tarixdə yuxarıda qeyd edilən şəraitdə onun manata nisbətdə 12.550 (on iki min beş yüz əlli) manat 40 (qırx) qəpik təşkil edən 16.000 (on altı min) ABŞ dollarını aldadaraq ələ keçirdiyi və bu kimi hərəkətləri ilə zərərçəkmiş şəxs X4 cəmi 16.050,40 (on altı min əlli manat qırx qəpik) manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Camal Ramazanov (məruzəçi), Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) 01 mart 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2017-ci il tarixli qərarı ləğv edilsin və ona bəraət verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə istint aqı zamanı o, əsassız və qanunsuz olaraq təqsirli bilinmişdir. Belə ki, bütün epizodlarla bağlı ibtidai istintaq, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən heç bir araşdırma aparılmamış, işdə olan sənədlərə düzgün qiymət verilməmiş və işə vacib şahidlər cəlb olunmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsəl ələr üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun o lmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum kassasiya şikayətinin başlıca dəlili təqsirsiz olması əsası ilə barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiall arından görünür ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, məhkəmə xətşünaslıq ekspertizalarının rəyləri, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiyası məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməllərini töv sif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməllərinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində müdafiə tərəfinin bütün dəlillərinə ayrı ayrılıqda qiy mət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almış və ona təqsirli bilindiyi maddələrin orta həddində cəza təyin edilmişdir. Belə cəzanı ağır hesab etmək qeyrimümkündür. Həmçinin təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutl arın tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 01 mart 2017-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən həmçinin Məhkum barəsində hökmün icrası qaydasında çıxarılmış qərarı da nəzərə alır. Belə ki, işə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsinə dair məhkumun ərizəsinə baxılması barədə qərarından görünür ki, CM-nə edilmiş dəyişiklik Məhkum barəsində tətbiq edilərək təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, həmin maddələrlə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 8 ay cəzadan çıxılmaqla üzərində 4 il 4 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 01 mart 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-27/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-27/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver