Məhkəmə qərarları › İş №1(102)-27/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-27/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-27/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2019-cu il tarixli qərarından zərərç əkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim C.V.Hüseyn) Məhkum (xx xxxxxx 1957-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törədilməsində təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 16 yanvar 2017-ci il tarixdən 17 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 1 (bir) gün, 17 mart 2017-ci il tarixdən 16 may 2017-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 1 (bir) ay 29 (iyirmi doqquz) gün, tutulduğu 24 avqust 2018-ci il tarixdən 25 avqust 2018-ci il tarixədək olan 1 (bir) gün, ümumilikdə 4 (dörd) ay 1 (bir) gün bir günə iki gün hesabı ilə hesablanaraq 8 (səkkiz) ay 2 (iki) gün hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla Məhkum üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, cəza çəkdiyi müddətdə ünvan3 ərazisini tərk etməmək, həmin müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və h əmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, cəzanın icrasına nəzarətin Məhkum yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Məhkum yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər İ.M.Murquzov və H.H.Əhmədovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zə rərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin Məhkum barəsində olan 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, oğlu XX22ni keçmiş XX80nə işə düzəlməsinə köməklik edə cəyinə və bununla bağlı həkim komissiyasından keçirəcəyinə vəd verib aldadaraq, iki dəfəyə ünvan 4 ünvanında 2011-ci ilin aprel ayının ortalarında 5000 manat, 25 fevral 2013-cü ildə isə 3000 manat olmaqla, ümumilikdə 8000 manat pulunu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, nəvəsi X1 dövlət hesabına XXXX44nda müalicə almasına köməklik edəcəyinə vəd verib aldadaraq 2013-cü ilin noyabr ayının sonlarında ünvan 5 ünvanında həmin dövrün məzənnəsi ilə 15688 manat təşkil edən 20000 ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar ən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək onun qızı XXX33nin təhsil aldığı XXX65ndən Azərbaycan Respublikası X7 köçürülməsinə köməklik edəcəyinə vəd verib aldadaraq 2014-cü ilin avqust ayında cinayətə aidiyyəti olmayan X2 vasitəsilə ünvan5 ünvanında 14000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək qızı XX43nın təhsil aldığı XXX77ndən həmin universitetin “Müalicə İşi” fakultəsinə köçürülməsinə köməklik edəcəyinə vəd verib aldadaraq iki dəfəyə cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə ünvan7 ünvanın da yerləşən XX88 ticarət mərkəzində 18 dekabr 2014cüildə 7500 manat, 24 yanvar 2015-ci ildə 10000 manat olmaqla ümumilikdə 17500 manat pulunu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun dostu X5 tanışının X6 direktor vəzifəsinə təyin edilməsinə köməklik edəcəyinə vəd verib aldadaraq 2015-ci ilin aprel ayında ünvan9 ünvanında yerləşən XXX99 ticarət mərkəzində Zərərçəkmiş şəxs1 30000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, Məhkum şəxsiyyəti, o cümlədən onun cinayət nəticəsində onlara vurduğu ziyanın ödənilməsi üçün səy göstərməməsi nəzərə alınmamış, Məhkum azadlığın məhdudlaşdırılması növündə islah olunması üçün yetərli olmayan həddindən artıq yüngül cəza təyin edilmişdir. Zərərçəkmiş şəxslər kassasiya şikayətlərində göstərilənlərə əsasən Məhkum azadlıqdan məhrum cəzasının təyin edilməsini təmin etmək üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddəd ə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilmə hallarına uyğun olmayan azadlığın məhdudlaşdırılması növündə yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız və qanunsuz olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini m əhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayə tin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onu n ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində cəzanı yüngülləşdirən hal olaraq “zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışığın əldə edilməsi” nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində isə “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması” cəzanı yüngülləşdirən hal qismində təsbit edilmişdir. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq m addəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birlikdə götürülməklə Cinayət Məcəlləsinin 60.1, 59.1.12, 59.1.13-cü maddələrinin məzmunundan aydın olur ki, Cinayət Məcəlləsinin istər 59.1.12-ci maddəsində, istərsə də 59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi üçün (təqsirkarın davranışını Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilən qaydanın tətbiqinə əsas yaradan CM-in 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmək üçün) həmin maddələrdə təsvir edilən hərəkətlərin təqsirkarın törətdiyi cinayətlərdən zərər çəkmiş bütün şəxslərə münasibətdə yerinə yetirilməsi, yəni zərərçəkmiş şəxslərin hamısı ilə barışığın əldə olunması və yaxud onların hamısına ziyanın könüllü olaraq tam şəkildə ödənilməsi tələb olunur. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən halların məhz bu cür təfsir edilməsi həm də ondan irəli gəlir ki, Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsində ayrıca olaraq (yəni CM-in 59.1.12-ci maddəsində göstərilən haldan fərqlənən) “cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi” halları nəzərdə tutulmuşdur ki, qanunverici bu halları Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilən güzəştli qaydanın tətbiqinə əsas verən yüngülləşdirici halların sırasına aid etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdı ran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müfaviq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənasına görə, təyin edilən cəza vasitəsilə təqsirkar şəxsin islah olunacağına, sosial ədalətin bərpa ediləcəyinə dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və icti mai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, təqsirkarın şəxsiyyətinin düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə - islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə bu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalardan (müəyyən müddətə azadlıqdan məhrum etmə ilə müqayisədə) nisbətən yüngülünü – 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin edərkən (apellyasiya instansiyası mə hkəməsi həmin cəzanı dəyişdirilmədən saxlayarkən) öz nəticələrini cəzanın təyini məsələsi üzrə düzgün qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, xüsusilə təqsirkarın şəxsiyyətini kifayət qədər araşdırmamışdır. Belə ki, təqsirkarın şəxsiyyəti barədə nəticələri digər hallarla yanaşı onun cinayətin törədilməsindən sonrakı davranışından, yəni əməlinə tənqidi münasibətin formalaşıbformalaşmamasından, cinayətin zərərli nəticələrinin aradan qaldırılması, maddi və mənəvi təsirlərinin azaldılması yönündə hərəkətlər edib-etməməsindən hasil etmək olar. Lakin, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instanasiyası məhkəməsinin qərarından hazırki işdə belə halların kifayət qədər olduğu və yaxud onların mövcudluğu barədə nəticələrin baxılmış sübutlar dan hasil olunduğu görünmür. Belə ki, birinci instanasiya məhkəməsi tərəfindən Məhkum əməlini qismən etiraf edərək səmimi peşmançılıq çəkməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilmişdir. Afət İbarimovanın hökmdə təsvir edilmiş ifadəsindən isə aydın olur ki, o, birinci instansiya məhkəməsində dindirilərkən özünü ittihamın üç epizodu üzrə təqsirli bilməmiş, bir neçə zərərçəkmiş şəxsin pul vəsaitlərini ümumiyyətlə ələ keçirmədiyini, bəzilərinə münasibətdə isə ittihamda göstərildiyindən az miqdarda pul taladığını göstərməklə, faktiki olaraq əməllərinin əhəmiyyətli hissəsini etiraf etməmişdir. Cinayət törətməsini qəbul etməyən şəxsin cinayətə görə peşman olmasını bildirməsini həqiqət kimi qəbul etmək – bu məhkəmə kollegiyasının fikrincə ziddiyyətli yanaşmadır. Çünki, səmimi peşmançılıq şəxsin öz davranışına tənqidi münasibətindən, o cümlədən belə davranışın yolverilməz olmasını qəbul etməsindən, bu davranışa görə özüözünü məzəmət etməsindən irəli gəlməlidir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 ifadələrindən, onların verdikləri apellyasiya və kassasiya şikayətlərindən aydın olur ki, Məhkum cinayət nəticəsində onlara vurduğu ziyanın ödənilməsi, azaldılması istiqamətində heç bir hərəkət etməmiş, onların arasında barışıq əldə edilməmişdir. Bu səbəblərdən qeyd olunan zərərçəkmiş şəxslər bütün icraat boyunca Məhkum şikayətçi olmuş, ona ağır cəzanın təyin edilməsi üzərində israr etmişlər. Həmçinin, bir zərərəçəkmiş şəxs (XX22) istisna olmaqla digər zərərçəkmiş şəxslərə (o cümlədən kassasiya şikayətlərinin müəlliflərinə) vurulmuş ziyan tam ödənilmədiyi, onlarla barışıq əldə olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin cəzanın müəyyən edilməsi məsələsini həll edərkən baxılan işdə Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində göstərlən cəzanı yüngülləşdirən halların olmasına istinad etməsi (apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlamaqla birinci instansiya məhkəməsi ilə razılaşması) onu göstərir ki, məhkəmələr həm də həmin normaların təfsirində səhvə yol vermiş, göstərilən cinayət qanunu normalarını düzgün tətbiq etməmişlər. Məhkəmələrin yuxarıda qeyd olunanları nəzərə almadan Məhkum 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə islah olunacağını mümkün saymaları onun göstərir ki, əslində məhkəmələrin bu qənaəti Azərbaycan Respublikası Ci nayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutların məcmusundan, baxılan məsələnin həlli üçün əhəmiyyətli olan (cəzanın müəyyən edilməsinə təsir göstərən) bütün halların nəzərə alınmasından və cinayət qanunu normalarının düzgün tətbiq edilməsindən irəli gəlmir. Bu qaydada, yəni Cinayət Məcəlləsinin CM-in 8, 58.3, maddələrində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması, cəzanı yüngülləşdirən hallara dair cinayət qanunu normalarının düzgün təfsir və tətbiq edilməməsi ilə təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə - Cinayət Məcəlləsinin 41.2-ci maddəsində t əsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Təsvir edilənlər zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin əsaslı olduğunu, məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiklərini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 iyun 2 019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 07 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar