Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-27/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə3, məhkumlar Məhkum2, Məhkum1, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Məhkum2 və məhkum X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Kərimov (sədrlik edən), hakimlər Rasim Sadıxov və Azər Paşayev) 21 fevral 2022-ci il tarixli, 1(101)-67/2022 nömrəli hökmü ilə xx xxxx 1987-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2020-ci il tarixdən hesablanmış; xx xxxxxxxx 1989-cu ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmamış, Sabirabad rayonu, H.Əliyev prospekti, ev 2Q, mənzil 29-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76B, mənzil 13- də yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 11 (on) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 dələduzluqla, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmə barədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum2 2018-ci ilin ortalarında “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi “Baxıcı” adlı səhifəyə müraciət edən Şahid1 xüsusi istedadlarının olmasını bildirərək özünü Maya, Məhkum1 isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı falçı kimi təqdim edib kart vasitəsi ilə fala baxdıqlarını və qadınların gələcək taleyi barədə məlumat verdiklərini söyləməklə Şahid1 inamını qazanıb sonuncunun övladı X1 öləcəyinə və bəxtinin bağl anılması üçün caduların edildiyini və həmin caduların təmizlənməsi üçün guya «Dmitri» ləqəbli falçı ilə birlikdə müxtəlif falçılıq üsullarından istifadə edəcəyini demiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Məhkum1 xarici mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə “Dmitri” adı ilə Şahid1 ilə yazışaraq tezliklə qızı Fəxmirə Ağarzayevanın bəxtinin açılacağının təmin olunacağını yalan vəd verməklə onu aldatmış, Məhkum2 28 avqust 2018-ci il tarixdən 03 fevral 2020-ci il tarixə qədər olan müddətdə Şahid1 və sonuncunun əri Zərərçəkmiş şəxs tərəfindən Kapital Bank Açıq Səhmdar Cəmiyyətində öz adına açılmış ******************** saylı bank hesabına «Milliön» ödəmə terminalı vasitəsi ilə bir neçə dəfəyə köçürülmüş ümumilikdə 369.692 manat və 04 sentyabr 2018-ci il tarixdən 19 sentyabr 2019-cu il tarixə qədər olan müddət ərzində isə cinayətkar sövdələşməyə əsasən Məhkum2 Bakı şəhərinin müxtəlif yerlərində Rəna və Zərərçəkmiş şəxslərlə ayrı-ayrılıqda görüşüb sonunculardan cəmi 1.628.410 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək qrupun digər üzvü Məhkum1 ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs ümumilikdə 1.998.102 manat məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hökmünə əsasən, Məhkum1 dələduzluqla, yəni, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmə barədə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Məhkum2 ilə əvvəlcədən ra zılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum2 2018-ci ilin ortalarında “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi “Baxıcı” adlı səhifəyə müraciət edən Şahid1 xüsusi istedadlarının olmasını bildirərək özünü Maya, Məhkum1 isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı falçı kimi təqdim edib kart vasitəsi ilə fala baxdıqlarını və qadınların gələcək taleyi barədə məlumat verdiklərini söyləməklə Şahid1 inamını qazanıb sonuncunun övladı X1 öləcəyinə və bəxtinin bağlanacağına dair caduların edildiyini və həmin caduların təmizlənməsi üçün guya «Dmitri» ləqəbli falçı ilə birlikdə müxtəlif falçılıq üsullarından istifadə edəcəyini demiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Məhkum1 xarici mobil telefon nömrəsi ilə q eydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə “Dmitri” adı ilə Şahid1 ilə yazışaraq tezliklə qızı Fəxmirə Ağarzayevanın bəxtinin açılacağının təmin olunacağını yalan vəd verməklə onu aldatmış, Məhkum2 28 avqust 2018-ci il tarixdən 03 fevral 2020-ci il tarixə qədər olan müddətdə Şahid1 və sonuncunun əri Zərərçəkmiş şəxs tərəfindən Kapital Bank Açıq Səhmdar Cəmiyyətində öz adına açılmış ******************** saylı bank hesabına “Milliön” ödəmə terminalı vasitəsi ilə bir neçə dəfəyə köçürülmüş ümumilikdə 369.692 manat və 04 sentyabr 2018-ci il tarixdən 19 sentyabr 2019-cu il tarixə qədər olan müddət ərzində isə cinayətkar sövdələşməyə əsasən Məhkum2 Bakı şəhərinin müxtəlif yerlərində Rəna və Zərərçəkmiş şəxslərlə ayrı-ayrılıqda görüşüb sonunculardan cəmi 1.628.41 0 manat məbləğində nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək qrupun digər üzvü Məhkum1 ilə öz aralarında bölüb Zərərçəkmiş şəxs ümumilikdə 1.998.102 manat məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 29 mart 2023-cü il tarixli, 1(103)-31/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 1(101)-67/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum2 və onun müdafiəçisi X4 və Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasi ya şikayətləri təmin edilməmişdir. Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətləri verərək hər iki şikayətdə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və məhkumlara təqsirli bilindikləri maddələr ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması 28 fevral 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılarkən, yəni Ali Məhkəmənin məhkəmə iclasında mə hkumlar Məhkum2 və Məhkum1 yazılı ərizələri məhkəmə kollegiyasına təqdim etmişlər. Həmin ərizələrdə məhkumlar göstərmişlər ki, onlar kassasiya şikayətlərini geri götürür və məhkəmədən xahiş etmişlər ki, kassasiya şikayətləri məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri g ötürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosesinin iştirakçılarını dinləyib kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarından Məhkum2 və məhkum X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-27/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-27/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver