Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-270/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 oğlunun, müdafiəçi- vəkil Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi x1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş x2 barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından x2nun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və Ə.N.Hacıyev) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə, x2- xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, xxxx-də sürücü işləmiş, Ü1-də qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 120.2.3, 120.2.4 və 221.1-ci maddələri ilə təqsirli bilinərək, CM- nin 120.2.3, 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il 06 (altı) ay müddətinə, CM-nin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar tam toplamaq yolu ilə o, qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xuliqanlıq etmiş, xuliqanlıq niyyətilə, zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən adam öldürmüş, hədənin icra edilməsi üçün real əsaslar olmaqla digər şəxsi öldürməklə hədələm iş və təkrarən xuliqanlıq etmişdir. Belə ki, o, qeyri-rəsmi surətdə sürücü işlədiyi xxxx-nin işləri ilə bağlı xx.xx.2017-ci il tarixdə saat 17 radələrində həmin MMC-nin faktiki olaraq icraçı direktoru vəzifəsini icra edən x1 və həmin MMC-də nümayəndə vəzifəsində işləyən x4 ilə birlikdə özünə məxsus "Toyota Corolla" markalı, 99-EK- dövlət nömrə nişanlı avtomobillə "Heydər Əliyev" adına X7 gedərkən, x1na “Sən demisən ki, hava limanında bilet satışı məntəqəsinin arxasında x2 dayanmasın?” sualına x5 “Bəli, demişəm!” cavabını aldıqdan sonra qəflətən avtomobili Ü2 ünvanda yerləşən "ü3" şadlıq sarayının qarşısında saxlayaraq aqressiv hərəkətlərini davam etdirərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib qabaq oturacaqda əyləşən x5 yaxasından tutub zorla dartaraq avtomobildən düşürdərək, onun sol üz nahiyəsinə yumruqla bir dəfə zərbə yetirmiş, bu zaman x5 onun qərəzli hərəkətlərinin qarşısını almaq və özünü müdafiə etmək məqsədilə sonuncuya sağlamlığa zərərvurmayan təpik zərbələri vurmuş, bundan sonra o, aralarında yaranmış mübahisə zəminində öz üstünlüyünü nümayiş etdirmək üçün xuliqanlıq niyyətilə x1nu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə xx.xx.2017-ci il tarixdə saat 20 radələrində yaşadığı Ü1 mənzilinə gələrək orada saxladığı, xx.xx.2016-cı il tarixli, 590 saylı şəhadətnamə ilə saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmiş, 12 kalibrli, "Cobalt" modelli, 15-4 352 nömrəli ov tüfəngini və yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilməsi üçün nəzərdə tutulmuş 35 ədəd patronu gizli yolla götürüb özünə məxsus qeyd olunan avtomobilin yük yerinə qoymuş, öz cinayətkar niyyətini həyata keçirmək üçün xx.xx.2017ci il tarixdə səhər evdən çıxaraq ü4 saylı ünvanda fəaliyyət göstərmiş "Ovçu" mağazasına gəlməklə oradan hər birinin içərisində 25 ədəd olan 2 qutu, ümumilikdə 50 ədəd 12 kalibrli patron alaraq xüsusilə ağır cinayəti törətmək üçün hazırlıq edib həmin gün saat 11 radələrində ü5 3-cü mərtəbəsində fəaliyyət göstərən xxxx-nin ofisinə gələrək x1nu öldürməsi üçün əlverişli məqamı gözləmiş, saat 13 radələrində ü5nın mənfi 1-ci mərtəbəsində yerləşən avtodayanacağa enərək özü ilə gətirdiyi qırma ilə doldurulmuş 12 kalibrli 6 ədəd patronu "C obalt" modelli, 15-4352 nömrəli ov tüfənginin sürgü pəncərəsindən dolduraraq silahı atəşə hazır vəziyyətə gətirib, yenidən ofisə qalxaraq xidməti vəzifəsini yerinə yetirən x1nun MMC-nin mühasibatlıq otağında olduğunu görərək aqressiv hərəkətləri ilə öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrar qərəzli xuliqanlıq hərəkətləri edərək, MMC-nin mühasibatlıq otağının qapısını təpiklə vurub açmaqla otağa daxil olmuş, əmək funksiyalarına görə müvafiq işi yerinə yetirən işçilər - baş mühasib x6, tərcüməçi X7 və maliyyə meneceri vəzifəsində işləyən x8 otaqda olmalarına baxmayaraq, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətraf dakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərib qərəzli hərəkətlər edərək xuliqanlıq niyyətilə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, xüsusi amansızlıqla və zərərçəkmiş şəxslə yanaşı bir neçə şəxsin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk edərək, x1nu qəsdən öldürmək məqsədilə əlində olan ov tüfəngindən 5 dəfə atəş açaraq sonuncuya sağ saidin, qara ciyərin, mədənin, dalağın, diafraqmanın, ürəyin zədələnməsi, sol bazunun dəri yumşaq toxumalarının sıyrılması ilə müşayiət olunan və sol yarıdan dəlib-keçərək bayıra çıxan 1 ədəd, döş qəfəsinin sağ yan hissəsinin orta qoltuq xətti üzrə Vİİİ-X qabırğalar səviyyəsində 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üz rə Vİ-Vİİ qabırğalar səviyyəsində həmin proyeksiyada döş fəqərələrinin cismi və yan çıxıntıları arasında kor qurtaran 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə İX-Xİ qabırğalar səviyyəsində həmin proyeksiya üzrə döş fəqərə cismi arasında kor qurtaran 1 ədəd, oturaq sümüyündə kor qurtaran sol sağrının aşağı-bayır kvadratında, çanaq boşluğuna nüfuz edərək sidik kisəsini zədələyən sağ sağrının aşağı-iç kvadratında 1 ədəd sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan bədən xəsarətləri yetirərək otaqdan bayıra çıxmış, otaqdan çıxarkən x1nun gözlərinin açıq olmasını gördüyündən sonuncunun sağ qalacağını ehtimal etmiş, bu səbəbdən də yenidən cibində olan qırma ilə doldurulmuş 12 kalibrli 1 ədəd patronu "Cobalt" modelli, 15-4352 nömrəli ov tüfənginin sürgü p əncərəsindən doldurub yenidən mühasibatlıq otağına daxil olub döşəmə üzərində üzü üstdə sağ vəziyyətdə uzanıqlı qalmış x1na yaxınlaşaraq zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədilə yaxın məsafədən geniş sahəli əzilibcırılmış yara, sağ alın-təpə-gicgah sümüklərinin qəlpəli sınıqları və beyinin hissəvi əzilibdağılması ilə müşayiət olunan kəllənin sağ yarısına dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə ümumilikdə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan 1 ədəd, ümumilikdə 6 ədəd atəş açaraq sonuncunu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bundan sonra, mühasibatlıq otağından çıxaraq, xüsusilə qərəzli xuliqanlıq həddində əlindəki silahı nümayiş etdirməklə mərhum x1nun xidməti otağına daxil olub sonuncu ya məxsus və masa üzərində olan sənədləri və digər əşyaları dağıdaraq yerə tökmüş, bundan başqa o, xüsusilə ağır cinayəti törətdikdən sonra xx.xx.2017-ci il tarixdə saat 13:08-də mühasibatlıq otağından xxxx-nin ümumi otağına çıxaraq xx.xx.2017-ci il tarixdə x1 ilə aralarında baş vermiş mübahisə zamanı x4nun onu tutub saxlaması və həmin vaxt x4 x1 tərəfində olmasını güman etdiyindən özünə məxsus ***-***-**-** nömrəli mobil telefonundan x4nun ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək 15 saniyə danışaraq sonuncuya "Əlini meyit eləmişəm, səni də bu günə qoyacam!" sözlərini deyərək onu da öldürməklə hədələmişdir. Hökmdən məhkum x2 müdafiəçiləri M.H.Cəbrayılov və Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi x1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim xxxx, hakimlər X6 və X2 ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından x2nun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsini, x2 Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissənin xaric edilməklə bu hissədə icraata xitam verilməsini, əməlini Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edərək bu maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x2nun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, AR CM-nin 120.2.3-cü maddəsi onda ifadə olunur ki, təqsirkar zərərçəkmiş şəxsi hər hansı digər motivlərlə deyil, məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə qətlə yetirir. Toplanmış sübutlar təsdiq edir ki, x2 x5 xidməti vəzifəsinin yerinə yetirməsi ilə yox, şəxsi zəmində baş vermişdir. x5 qaba tərzdə, özünü üstün şəxs kimi təqdim etməklə, özünün rəsmi heç bir səlahiyyəti olmadığı,(xx xxxxxx 2016-cı il tarixdən əmək müqaviləsi ləğv olunmuşdur) x xxxxxx 2017ci il tarixdə birbaşa funksional xidməti işlə bağlı olmayan narazılı ğı x2 kobud tərzdə bildirdikdən sonra, x5 şəxsi zəmində x2 ailəsinin ünvanına ağır təhqiredici və alçaldıcı ifadələr işlətmiş,eyni zamanda döyməklə,xəsarət yetirmiş,təkrarən yenədə şəxsi zəmində, nifrətin təzahuri halında x xxxxxx 2017-ci il tarixdə həmin qanunsuz hərəkətləri davam etməklə,yenədə ağır təhqiredici ifadələri x2 x2 ünvanına deyərək, özünün boyundan, çəkisindən, gücündən istifadə etməklə ofisin binasıdan çıxarmaqla haqq-hesabı həll etmək istəmişdir. Ağırlaşdıncı hallarda adam öldürmənin bu növünün təzahür formalarına daxildir: a) zəıərçəkmiş şəxsi onun qanuni fəaliyyətinə mane olmaq məqsədi ilə öz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirərkən qəsdən öldürmə; b) zərərçəkmiş şəxsi keçmişdə artıq yerinə yetirmiş olduğu qanuni fəaliyyətinə görə ondan qisas almaq niy yətilə öldürmə; c) zərərçəkmiş şəxsi gələcəkdə yerinə yetirəcəyi qanuni fəaliyyətinə görə öldürmə (məsələn, şəxsin istintaqda və ya məhkəmədə ifadə verməsinin qarşısını almaq üçün) zərərçəkmiş şəxs xidməti vəzifəsi və ya ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar təqsirkarda yaranan qisas motivi ilə qətlə yetirilir. x2nun x5 xidməti vəzifəsinin icrası ilə yox, aralarında davamlı olaraq x5 tərəfindən şəxsi zəmində ilkin olaraq x2 Bəşirova lüzumsuz iradını bildirməsi, bunun ardınca ağır təhqiredici ifadələrin işlətməklə və döyməklə xəsarətlər yetirməsi, təkrarən şəxsi zəmində həmin qanunsuz hərəkətlərin edilməsi halları olmuş və bu hallara məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə səhvən qərara gəlmişdir ki, zərərçəkmiş şəxsi keçmişdə artıq yerinə yetirmiş olduğu qanuni fəaliyy ətinə görə ondan qisas almaq niyyətilə öldürmüşdür. Qeyd olunan hal x2 x2 hərəkətlərində mövcud deyil. Buna görə x2 oğlu x2 AR CM-nn 120.3 maddəsi ilə məhkum olunması həcmində icraata xitam verilməlidir x2 x2 əməlinin 120.2.4-cü maddəsi ilə tövsüf etməsi məhkəmə istintaqının və eləcə də cinayət işinin materialları ilə öz təsdiqini tapmır. Belə ki, videogörüntülərdən açıq-aydın görünür ki, x2 aşağı düşərək avtomaşından müvafiq icazə əsasında istifadəsində olan 12 kalibrli, "Cobalt" modelli, 15-4352 nömrəli ov tüfəngi ilə iti addımlarla x1nun olduğu otağın qapısına təpiklə vuraraq içəri daxil olan andan şirkətin maliyyə meneceri vəzifəsində işləyən x8 bir az əvvəl otaqdan çıxandan sonra x2 otağa daxil olmuş, bundan təxminən 2-3 saniyə sonra şirkətdə baş mühasib işləyən x6 və tərcüməçi X7 əll əri ilə sifətini tutaraq otaqdan çölə qaçmışlar. Bundan təxminən 5-6 saniyə sonra x2 əlində olan silahla otaqdan çölə çıxmışdır. Bu hal cinayət işinə əlavə edilmiş videogörüntü ilə öz təsdiqini tapır, lakin məhkəmədə bu sübut növünə düzgün hüquqi qiymət verilmədən qərar qəbul olunmuşdur. x6 və tərcüməçi X7 dərhal çölə çıxmışlar. Məhkəmə istintaqında müəyyən edildi ki, x2 otağa daxil olarkən x1 ayaq üstə arxası giriş qapısına tərəf dayanmış vəziyyətdə olarkən, x2 onu çağıraraq silahdan atəş açmağa başlamışdır. x2 x1na yaxın məsafədən atəş açmışdır və bu məhkəməyədək icraat zamanı təyin edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli 04 saylı rəyində də öz əksini tapmışdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun xx xxxxxx 2002-ci il tarixli 3 №li qərarında qeyd edilir ki. «.... Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarmı aid etmək olar. Lakin E. x2 qısa müddətdə bu niyyətlə adam öldürməsi faktı sübuta yetirilməmişdir. Buna görə x2nun əməli AR CM -nin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsüf edilməklə bu maddənin sanksiyasının aşağı hədd ində cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə x2nun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının p redmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətinin dəlilləri x2nun cinayət əməllərində Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsinin əlamətlərinin olmaması, bu hissədə məhkəmə qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsi, əməlinin Azərbaycan Respublikası CM -nin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsüf edilməklə bu maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsi barədədir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 7-ci bəndində izah edilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilm iş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Həmin qərarın 8-ci bəndində izah edilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ağırlaşdırıcı halda adam öldürmənin təzahür formalarına daxildir: a) zərərçəkmiş şəxsi onun qanuni fəaliyyətinə mane olmaq məqsədi ilə öz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirərkən qəsdən öldürmə; b) zərərçəkmiş şəxsi keçmişdə artı q yerinə yetirmiş olduğu qanuni fəaliyyətinə görə ondan qisas almaq niyyətilə öldürmə; c) zərərçəkmiş şəxsi gələcəkdə yerinə yetirəcəyi qanuni fəaliyyətinə görə öldürmə (məsələn, şəxsin istintaqda və ya məhkəmədə ifadə verməsinin qarşısını almaq üçün) zərərçəkmiş şəxs xidməti vəzifəsi və ya ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar təqsirkarda yaranan qisas motivi ilə qətlə yetirilir. x2nun x5 xidməti vəzifəsinin icrası ilə yox, aralarında davamlı olaraq x5 tərəfindən şəxsi zəmində ilkin olaraq x2 lüzumsuz iradını bildirməsi, bunun ardınca ağır təhqiredici ifadələrin işlətməklə və döyməklə xəsarətlər yetirməsi, təkrarən şəxsi zəmində həmin qanunsuz hərəkətlərin edilməsi halları olmuş və bu hallara məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Məhkum x2 birinci instansiya məhkəməsindəki ifadəsində göstərmişdir ki, x5 demişdir ki, «sən yaxşı işçi kimi özünü göstər, sənin fikrini nəzərə alsın.» x5 elə o işə girəndən müdirin arxasınca danışmışdır. Bu söhbətlər də onu psixoloji olaraq əsəbləşdirirmiş, o da görürmüş ki, onun İsam müəllimlə münasibəti yaxşıdır. Hər dəfə ona deyirmiş ki, «tezliklə x10in axırına çıxacam və orada işləyən şəxslərin hamısını işdən cıxaracam, ürəyim kimi istəyir onları işdə saxlayacam.» Bu zəmində 2016-cı ilin dekabr ayının əvvəlində x10 x5 direktor vəzifəsindən azad etmişdir. Bundan sonra o onunla mübahisə etməyə başlamışdır. O, fikləşirmişdir ki, x9 onun yerinə keçəcək, o da işdə qabağa gedəcəkdir. Ondan sonra onunla ədavət aparmağa başlamışdır. Həmin ərəfələrdə onda psixoloji gərginlik yaranmış, əsəbləri yerində deyilmiş, dekabr ayının sonuna ya xın x4 tərcüməçi kimi işə qəbul edilmişdir. xx xxxxxx 2017-ci ildə saat 17 radələrində o ofisin işi ilə bağlı x5 və x4i maşınına mindirib hava limanına yola düşmüşlər. Ofislərinin yaxınlığında yerləşən “ü3” restoranının qarşısında yol ilə hərəkət edərkən x5 demişdir ki, «savadsızlarla iş görürlər, biz savadlı insanlar kənarda qalıb qammaz insanlar rəhbərliklə yaxınlıq edir,» bu səpkidə söhbətlər getmişdir. O da ona demişdir ki, «mənə iş tapşırılıb, fikrimi yayındırma qoy işimizi yerinə yetirək.» Sonra o başlamışdır söyüş soyməyə, x4 gülməyə başlamışdır. Bu da onu bir daha əsəbləşdirmişdir. O maşını saxlamış və x5 demişdir ki, «mən sənin kimi adamla işləyə bilmərəm, sabah işə gələrəm x10ə deyib işdən çıxıb gedərəm.» x5 maşından düşməmişdir. O özü gəlib maşının qapısını açmış və onun sinəsin dən tutub dartıb maşından düşürmüşdür. Yenidən maşına minib getmək istəyərəkən x5 maşınının qapısını möhkəm çırpmağa başlamışdır. Artıq vəziyyət dözülməz hala gəlib çatmışdır. Buna dözməyib o maşından düşmüş, düşən kimi onu təpiklə vurmağa başlamışdır. x4də sağ qolunu tutaraq ona imkan vermirmiş ki, ona cavab qaytarsın. O x4in əlindən çıxıb x5 bir zərbə vura bilmişdir. Ondan sonra aralaşmışlar. Sonra onlar ofisə qayıtmışlar, o isə maşınına minib çıxıb getmişdir. Bundan bir az sonra İsam ona zəng edib ofisə çağırmışdır. Sözsüz ki, onlar bu barədə özlərinə sərf edən variantda ofisdə danışmışlar. Ofisdə x10 ilə x11 olmuşlar, onlara hadisə necə baş verib olduğu kimi danışmışdır. O demişdir ki, artıq işləmək istəmir çıxıb getmək istəyir. Onlar ona demişlər ki, «sənin işindən narazı deyilik, ons uzda x5 işdən çıxarmışıq, qal öz işində işlə». x11 demişdir ki, x5 problemli adamdır, mənimlə də heç nə üstündə mübahisə edib, hətta ofisin qapısını da sındırıb. x5 ümumiyyətlə problemli bir adam imiş, ofisdə hər kəsin işinə qarşmışdır. Müdir demişdir ki, «gedə bilərsən səni işdən azad etmirəm, sabah gələrsən məsələni yoluna qoyarıq». Birinci instansiya məhkəməsi iclasında şahid x4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2017-ci il saat 17 radələrində o, x2 və x5 hava limanına getmək məqsədi ilə şirkətdən ayrılaraq x2in idarə etdiyi maşına minmişlər. “ü5”nın qarajından yenicə çıxmışlar ki, x2 x5 demişdir ki, «Sən demisən ki, hava limanında bilet satışı arxasında olan stolun arxasına keçməyək»? «x5 mən deyərək» cavabından sonra x2 maşını hərəkət yolunun sağ tərəfinə çəkib saxlamış və x5 maşın dan düşməsini bildirmişdir. O x2in bu hərəkətini görüb çaşıb qalmışdır. x2 ifadəsində bildirmişdir ki, o orada gülmüşdür. O bildirmək istəyir ki, nə Əli, nə x2 onun qohumu deyil, o qısa müddət ərzində onu tanımışdır. O nə üçün orada gülməliymiş, onu başa düşə bilmir. Həmin arada x5 gülməli bir söz deməmişdir ki, o gülsün. Bu zaman x2 maşından düşüb x5 oturduğu sağ tərəfə yaxınlaşmış və qabaq qapını açaraq x5 yaxasından tutub maşından bayıra çıxartmışdır. O, onların arasında mübahisə yaranacağını görüb dərhal maşından düşmüş və onları sakitləşdirməyə başlamışdır. Sakitləşdikdən sonra x2 maşına minib çıxıb getmək istəyərkən x5 onun maşınının qapısını möhkəm örtmüşdür. Qapının səsi bərk çıxmışdır. Mübahisə başlamışdır. x2lə x5 bir-birlərini tutub bir-birlərinə qarşılıqlı zərbələr vurmağa başl amışlar. Çətinliklə də olsa o x2i və x5 sakitləşdirmiş, yəni onları aralamış, x2ə get bir az sakitləş sabah ofisə gələrsən və x5 də ofisə yola salmışdır. Bir neçə dəqiqə sonra özü də ofisə qalxmışdır. x5 x10 hadisə barəsində danışmışdır. Bu hadisənin səhəri, x2 ona zəng etmiş və ona demişdir, «x5 meyit eləmişəm, səni də bu günə salacam.» Həmin vaxt x2 onun vaildeynlərini söymüşdür. Birinci instansiya məhkəməsi iclasında şahid x8 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə həftənin şənbə günü saat 10 radələrində o "xxxx" MMC-nin ofisinə işə gəlmiş, saat təxminən 12 radələrində x5 da işə gəlmişdir. x5 işə gəldikdən bir müddət sonra onun yanına gəlmişdir. O işləyə-işləyə hiss etmişdir ki, x5 ilə x2in arasında nə isə narazıçılıq var. Həmin vaxt o demişdir ki, yaxşı deyil, mübahisə etm əyin yeri deyil. O girişdə sağ tərəfdə oturub işini görürmüş, otağın giriş qapısı ilə üzbəüz sağ tərəfində x6 öz stolunun arxasında oturmuş, X7 isə giriş qapısı ilə üzbə-üz sol tərəfdə öz stolu arxasında olmuşdur. Bu zaman x5 də otağa daxil olmuş və arxası otağın giriş qapısına doğru, yəni pəncərənin qarşısında dayanıb qızlarla nə isə söhbət etməyə başlamışdır. Həmin vaxt görmüşdür ki, x2 əlində silahla bayırdan otağın qapısına çatır. O bunu görüb özünü itirmişdir. Elə bu zaman x2 bayırdan təpiklə otağın qapısına zərbə vurub qapını açmış və otağa daxil olmuşdur. O həyəcan və qorxudan dərhal x2in sağ tərəfindən otaqdan bayıra çıxmışdır. O otaqdan elə yenicə bayıra çıxmışdır ki, atəş səsləri eşitməyə başlamışdır. x6la X7in otaqdan çıxmaları yadında deyil, çünki o həmin vaxt həyacanlı imiş, ətrafı dərk edə bilməmişdir. O otaqdan çıxanda X7 xanım sol tərəfdə, x6 xanım isə sağ tərəfdə olmuşlar. Onların Əli ilə arasındakı məsafə təxminən 1 metr olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid X7 ifadəsində göstərmişdir ki, hadisə olan günü ofisdə hesabat günü imiş, İraqdan iki nəfər ərəb qadın gəlmişdir. Həmin vaxt x6 da Vüsalla birlikdə otaqda hərəsi öz yerlərində imişlər. Bu zaman Əli əlində telefonu ilə otağa daxil olmuş və onunla x6ın masasının arasına doğru gəlməyə başlamışdır. Həmin vaxt Əli telefonunu qurdalayırmış, Əlinin arxası giriş qapısına doğru imiş və telefonu ilə məşğul imiş, fikri telefonunda olmuşdur. Elə bu zaman o ani olaraq bayırdan x2in otağa yaxınlaşdığını və əlində nə isə qaraltı olduğunu görmüşdür. O düşünmüşdür ki, x2in əlindəki qovluqdur. Ani ola raq x2 əlində silahla otağa daxil olmuş və x5 doğru atəşlər açmağa başlamışdır. O bu səhnəni görüb özünü itirib ani olaraq şoka düşmüşdür. Heç otaqdan necə çıxmağını belə xatırlamır. Yalnız onu bilir ki, otaqdan çıxan kimi o x12 ilə birlikdə binanın 1-ci mərtəbəsinə enmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid x6 ifadəsində göstərmişdir ki O, X7 və Vüsal otaqda hərəsi öz yerlərində oturmuşlar. Bu zaman x5 əlində telefonu ilə otağa daxil olmuş və X7lə onun masasıın arasına doğru gəlməyə başlamışdır. Həmin vaxt x5 telefonunu qurdalayırmış. Elə bu zaman x2 otağa yaxınlaşdığını, təpiklə qapını açıb əlində silahla otağa daxil olduğunu, silahın x5 tuşlandığını görmüşdür. O buna görə də özünü itirib ani olaraq şoka düşmüşdür. x2in təpiklə qapını açması zərbəsinin səsinə x5 arxaya dönmüş, elə bu zaman x2 x5 ardıcıl atəşlər açmağa başlamışdır. İlk atəşdən sonra x5 əyilib X7in masasının altına girmişdir. Bundan sonra ardıcıl atəş səsləri eşidilmişdir. O həmin vaxt həyəcanlı və şokda olduğundan heç otaqdan hansı qaydada çıxmağını belə hazırda xatırlaya bilmir. Birinci instansiya məhkəməsi iclasında şahid x12 ifadəsində göstərmişdir ki, saat təxminən 13 radələrində o arxa sol tərəfindən möhkəm tappıltı səsi eşitmiş və dərhal həmin istiqamətə çönmüşdür. O arxaya çönəndə görmüşdür ki, x2 x6, X7 və Vüsalın oturduğu otaqdan içəri daxil olub və içəridə qapının ağzında əlində nə iləsə dayanıb. Elə bu zaman Vüsal otaqdan bayıra çıxmış və o atəş səsi eşitmişdir. Elə bu zaman X7in həmin otaqdan qışqırıb çıxdığını görmüşdür. O da dərhal ofisin çıxışına doğru qaçmışdır. O liftə çatıb X7 lə birlikdə binanın 1-ci mərtəbəsinə enmişlər, o orada olan mühafizə xidmətinin əməkdaşına polis və təcili yardım çağırmalarını deyib ofislərində atışma olduğunu demişdir. Bu ifadələrdən o cümlədən şahid x4nun ifadəsindən də göründüyü kimi “ü5”nın qarajından çıxdıqdan sonra x2 x5 demişdir ki, “Sən demisən ki, hava limanında bilet satışı olan stolun arxasına keçməyək.» «x5 mən demişəm» cavabından sonra x2 maşını hərəkət yolunun sağ tərəfinə çəkib saxlamış və x5 maşından düşməsini bildirmişdir. Bu zaman x2 maşından düşüb Əlinin oturduğu sağ tərəfə yaxınlaşmış və qabaq qapını açaraq Əlinin yaxasından tutub maşından bayıra çıxartmışdır. x5 onun maşınının qapısını möhkəm örtmüşdür. Mübahisə başlamışdır. x2lə x5 bir-birlərini tutub bir-birlərinə qarşılıqlı zərbələr vurmağa başlamışlar. Çətinlikl ə də olsa o x2i və x5 sakitləşdirmiş, yəni onları aralamış, x2ə get bir az sakitləş sabah ofisə gələrsən və Əlini də ofisə yola salmışdır. Beləliklə x5 xidməti vəzifəsinin icrası ilə əlaqədar verdiyi göstərişləri x2 qəbul etməmiş və bu zəmində aralarında yaranmış narazılıq sonuncunun təşəbbusu ilə əvvəl dava-dalaşa çevrilmiş, sonda isə x2 x2 x5 qətlə yetirməsinə səbəb olmuşdur. x2 öz üstünlüyünü nümayiş etdirmək üçün xuliqanlıq niyyətilə x1nu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı mənzilə gələrək orada saxladığı, 12 kalibrli, "Cobalt" modelli ov tüfəngini, 50 ədəd 12 kalibrli patronu götürərək xüsusilə ağır cinayəti törətmək üçün hazırlıq edib, ü5nın 3-cü mərtəbəsində fəaliyyət göstərən xxxx-nin ofisinə gələrək x1nu öldürməsi üçün əlverişli məqamı gözləmişdir. Hadisə zam anı x2 qapalı otaqda x5 istqamətində atəşlər açarkən əmək funksiyalarına görə müvafiq işi yerinə yetirən işçilər baş mühasib x6, tərcüməçi X7 və maliyyə meneceri vəzifəsində işləyən x8 otaqda olmalarına məhəl qoymadan onların həyatını da təhlükə altına almışdır. Göstərilən sübutlar və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş bütün sübutların məcmusu ilə zərərçəkmiş x5 xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, eləcə də ümumi təhlükəli üsulla öldürməsi sübut edilmişdir. Ona görə də məhkumun cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.2.3-cü və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkuma Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət əməli də Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə əsasən toplanıb, tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, x2nun cinayət əməllərinin hüquqi tövsifi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apellyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, x2nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Cinayət işi üzrə kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyas ının xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x2nun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. x2nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4 və 221.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı x2nun müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti
Məhkəmə qərarları › İş №1(102)-270/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-270/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver