Məhkəmə qərarları › İş №1(102)-270/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-270/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-270/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi İsgəndərova Leyla Aqşin qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən və məruzəçi), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) 19 may 2022-ci il tarixli hökmü ilə Məhkum, xx xxxxx 1985-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı ola n, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2011-ci il tarixli hökmü ilə CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3-cü və 204.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli, qərarı ilə CM-nin 29,177.2.1,,177.2.3, 177.2.1, 177.2.2, 177.2.3cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum məhrum etmə cəzası 3000 (üç min) manat miqdarında cərimə cəzası ilə əvəz edilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən bu cəza birinci instansiya məhkəməsinin hökmü ilə CM-nin 204.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə topla nmaqla qəti olaraq 05 (beş) 06 (altı) ay azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzaları təyin olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 318.1 və 29,318.1-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 3000 (üç min) manat miqdlarında cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilərək üzərində qəti olaraq 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarında cərimə cəzaları saxlanılmış, 01 noyabr 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmiş, 3000 (üç min) manat miqdarında cəriməni tam ödədiyindən 30 yanvar 2018-ci il tarixdə icra qurumunun qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə nömrəsiz evdə yaşamış, CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı cinayət işi üzrə barəsində CM-nin 318.1ci maddəsilə aparılan cinayət təqibinə CPM-nin 39.1.6-cı və 43.1.2-ci maddələrinə əsasən xitam verilmiş, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əs asən, Məhkum qəsdən adam öldürməyə cəhd etmiş, dövlət sərhədini qanunsuz olaraq keçmişdir. Belə ki, o, arvadı Şahid2 dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sevgili olub ona xəyanət etdiklərini öyrəndikdən sonra qısqanıb ailə münasibətlərinin pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmasını düşünərək şəxsi münasibətlərin pozulması zəminində ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan vaxtda və mənbədən bıçaq əldə edib üzərində gəzdirmiş, 28 avqust 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi istiqamətindən çıxıb piyada ünvan 3 ünvanına doğru hərəkət etdiyini görərək qəflətən arxadan Zərərçək miş şəxs yaxınlaşıb, sonuncunun onunla əlbəyaxa olub aktiv müqavimət göstərməsinə baxmayaraq qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə 3 ədəd deşilmiş-kəsilmiş y aralar kimi xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyindən, qışqırıq səsinə ətrafda şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdırdığını zənn edib hadisə yerindən qaçdığından, habelə sonuncunun vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Məhkum, onun müdafiəçiləri Əsədov İlham Fərhad oğlu və Almuradov Rasim Allahverdi oğlu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiy a şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının və həmin qərarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün ləğv olunmasını və ona bəraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmi şdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işi tam, hərtərəfli və obyektiv araşdırılmamış, Azərbaycan Respublikası Konstitusiyasında, cinayət qanunvericiliyində, beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsinə dair tələblər kobud şəkildə pozulmuş və nəticədə məhkəmələr tərəfindın qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Başqa heç bir dəlil irəli sürməyən və öz kassasiya tələblərini hər hansı şəkildə əsaslandırmayan Məhkum yalnız qeyd olunanları nəzərə alaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək, ona b əraət verilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçirələcəyi yer və vaxt barədə cinayət prosesinin bütün iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibi nə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi onun barəsində ittiham hökmü çıxararkən, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edərkən iş üzrə sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq edilməmiş və iş üzrə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq o, əsassız və qan unsuz olaraq məhkum edilmişdir. Bununla da, məhkum onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının ləğv edilərək ona bəraət verilməsi haqqında qərarın qəbul edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi gö rür və buna görə onun məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddəyə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya insta nsiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansi ya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, o nların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinay ət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpa olunmasını, onlara vurulmuş zərərin ara dan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirlili yinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmı ş vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət t ərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli a raşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kob ud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə ci nayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun b arəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq ş ərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Kon stitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfəl ərlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta y etirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qayda da toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 d ekabr 1992-ci il tarixli qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Məhz buna görə məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış halları deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Məhkum barəsindəki cinayət işinin öyrənilməsi və həmin iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkə mələrinin həmin sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum arvadı Şahid2 dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sevgili olub ona xəyanət etdiklərini öyrəndikdən sonra qısqanıb ailə münasibətlərinin pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmasını düşünərək şəxsi münasibətlərin pozulması zəminində ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan vaxtda və mənbədən bıçaq əldə edib üzərində gəzdirmiş, 28 avqust 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi istiqamətindən çıxıb piyada ünvan 3 ünvanına doğru hərəkət etdiyini görərək qəflətən arxadan Zərərçəkmiş şəxs yax ınlaşıb, sonuncunun onunla əlbəyaxa olub aktiv müqavimət göstərməsinə baxmayaraq qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə 3 ədəd deşilmiş-kəsilmiş yaralar kimi x əsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyindən, qışqırıq səsinə ətrafda şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdırdığını zənn edib hadisə yerindən qaçdığından, habelə sonuncunun vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 1 38-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxsin, şahidlərin dindirilmələri, zəruri olan ekspertizalar keçirilərək həmin ekspertizaların rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl edilmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən yol verilməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə b axılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi barədə gəldikləri nəti cə ilə razılaşaraq Məhkum həmin əməlinin CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməsini və sonuncunun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır və onun şübhə altına alınması üçün heç bir hal iş materialları ilə müəyyən edilmir. Həm kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, həm də öz qənaətini əsaslandırmaqdan ötrü məhkəmə kollegiyası iş üzrə araşdırılmış bir sıra sübutlara müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona CM-nin 29,120.1-ci və 318.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə deyil, həmin Məcəllənin 129-cu maddəsi özünü təqs irli bilərək ifadəsində göstərmişdi ki, o, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsi 2017-ci ildən tanımış, onlar birlikdə işləmişlər. Onların münasibətləri ilk vaxtlar yaxşı olmuşdur. O, 2005-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Ailəli olduğu müddətdə arvadı ilə münasibəti yaxşı olmuş, aralarında mübahisələr olsa da, heç vaxt Şahid1ə əl qaldırmamışdır. Hətta Şahid1in Zərərçəkmiş şəxs ilə olan münasibətləri barədə bildikdən sonra da arvadına qarşı münasibətlərinin yaxşı olması üçün çalışmışdır. 2020-ci ilin mart ayında ona Şahid1in Zərərçəkmiş şəxs ilə yaxın münasibətlər saxlaması bəlli olmuşdur. Belə şübhəyə görə o, Şahid1in telefonuna proqram yazdırmış və sonuncunun Zərərçəkmiş şəxs ilə danışıqları barədə məlumat əldə etmişdir. Bu zəmində Şahid1 at asının evinə getdikdən sonra onunla Zərərçəkmiş şəxs arasında isə telefonla sözlü mübahisə olmuş və o, dəfələrlə Zərərçəkmiş şəxsnu danışmaq üçün çağırsa da, Zərərçəkmiş şəxs hər dəfə müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. O, daha sonra psixiatrik xəstəxanada 1 ay müalicə almış və oradan çıxandan sonra kirayə ev tutmuş, Şahid1 və uşaqlarla birlikdə həmin evdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs onunla görüşməkdən boyun qaçırdığına görə o, sonuncunun nə vaxtsa kirayədə qaldığı evə gələcəyini düşünmüş, buna görə də o, evi güdməyə başlamışdır. Hadisənin baş verdiyi gün o, kirayədə qaldıqları evdən Zərərçəkmiş şəxsin çıxdığını görmüş, buna görə də əsəbləşərək Zərərçəkmiş şəxsi izləməyə başlamışdır. Zərərçəkmiş şəxs izləndiyini bilib arxaya baxdıqda o, sonuncudan onun yaşadığı evə gəlməsinin səbəbini soruşmuş, lakin Zərərçəkmiş şəxs ona cavab verməmişdir. Belə olan halda o, da əsəbiləşib Zərərçəkmiş şəxsin üzünə yumruq zərbəsi vurmuş və onlar əlbəyaxa olmuşlar. Zərərçəkmiş şəxs onu vurduğuna, ona gücü çatmadığına görə o, yerə basdırılmış dəmir parçasını götürüb Zərərçəkmiş şəxsi ayaqüztə olan zaman bir neçə dəfə vurmuşdur. Sonuncu yerə yıxılan zaman qolunu qaldırmış və o, Zərərçəkmiş şəxsnun sol qolunun altından qan axdığını görmüşdür. Bunu gördükdən sonra daha Zərərçəkmiş şəxsi vurmamış və hadisə yerindən getmişdir. Onun məqsədi Zərərçəkmiş şəxsi öldürmək olmamış, sadəcə onu evlərinin yaxınlığında görüb əsəbiləşərək cəzalandırmaq olmuşdur. Bu münaqişə zamanı onların yanında heç kim olmamış və həmin münaqişə cəmisi 2-3 dəqiqə davam etmişdir. Daha sonra məhkəmə də verilən suallara cavab olaraq Məhkum bildirmişdir ki, hadisəyə qədər Zərərçəkmiş şəxslə telefonla danışarkən sonuncu Şahid1 ilə arasında heç bir münasibətinin olmamasını bildirsə də, hadisə günü onu evinin yaxınlığında gördükdən sonra Zərərçəkmiş şəxsnun onu aldatdığını başa düşüb əsəbiləşmiş, buna görə də onların arasında təsivr etdiyi münaqişə baş vermişdir. Münaqişə zamanı onun üzərində bıçaq olmamış, zərər çəkmiş şəxsə xəsarətləri isə o, yerdən tapdığı dəmir parçası ilə yetirmişdir. Bu münaqişədən sonra o, cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk etmək istəmiş və bu məqsədlə Yardımlı rayonundan İran İslam Respublikasını keçmiş, buna isə tanışı olan İran İslam Respublikasının vətəndaşı köməklik göstərmişdir. Lakin İranın Rizə şəhərində o, həbs olunaraq məhkum edilmiş və ona 6 müddətə həbs cəzası təyin olunsada, cinayəti etiraf etdiyinə görə bu müddət 4 ay 15 gün həddində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadələrindən görünür ki, o, Məhkum 2018-ci ildən tanıyır. Onlar X adlı ortaq dostları vasitəsilə tanış olmuş, bundan sonra da onunla Məhkum arasında iş münasibətləri yaranmışdır. İşlər ilə bağlı isə zaman-zaman onların bir-birilərinə borcları olmuşdur. 2019-cu ilin əvvəllərində onların aralarlında borc məsələlərinə görə konfliktləri olmuş, bu da onların münasibətlərinin soyumasına gətirib çıxarmış və onlar iş münasibətlərini sonlandırmışlar. Məhkum ona cəmisi 52000 manat məbləğində pul borcu yarandığına görə o, Məhkumdan bu borcunu tələb etdikdə sonuncu ondan gizlənməyə başlamış və onun telefon zənglərinə cavab verməmişdir. Buna görə o, X adlı tanışı ilə birlikdə Məhkumun yaşadığı evin yerini müəyyən edərək oraya getmiş, həmin vaxt Məhkum evinin qarşısında dayandığın görüb ona yaxınlaşmış,sonar isə birlikdə çayxanaya gedib borcla bağlı söhbət etmişlər. Orada Məhkum borcunu ödəməsini vəd etsə də bu vədinə əməl etməmiş və ondan gizlənməyə başlamışdır. Bu müddət ərzində isə Məhkum həyat yoldaşı Şahid1in telefonu vasitəsilə əlaqə saxladığından o, da Məhkumla əlaqə yaratmaq üçün həmin nömrəyə zəng etmiş və SMS-lər yazmışdır. Bir gün o, yenə Məhkum borcunu qaytarmasını tələb etdikdə Məhkum onu bıçaqla hədələmiş və pulu verməyəcəyini bildirmişdir. O, Məhkum barəsində məlumat almaq üçün Məhkumun əvvəllər onunla əlaqə saxladığı və həyat yoldaşı Şahid1ə məxsus telefona zəng etmiş, onunla yazışmağa başlamış və bu zəmində onların arasında dostluq münasibələri yaranmışdır. Məhkum isə onların biri-biri ilə əlaqə saxladıqlarını və dost olduqlarını bilib bu münasibəti başqa mənada qəbul etmişdir. Onunla Şahid1 arasında yalnız dostluq münasibətləri olmuşdur. Hadisənin baş verdiyi gün, yəni 28 avqust 2020-ci il tarixdə Məhkumun atası Şahid1 Nərimanov rayon Polis İdarəsində guya onun saxta sənədlə onlara ev satması barədə şikayət etmişdir. O, bunu bildikdən sonra Məhkuma zəng edib ondan şikayətin geri götürülməsini tələb etmiş, lakin sonuncu bunu etməkdən imtina edərək sonrakı zəngələrinə cavab verməmişdir. Buna görə o, Məhkumun yaşadığı evə getmiş, bundan əvvəl isə sahə müvəkkilinə zəng edərək bu barədə məlumat vermiş, lakin sahə müvəkkili ərazid ə olmadığına görə o, həmin ünvana Evə çatdıqda Məhkumun həyat yoldaşı qapının arxasından ona ərinin evdə olmadığını bildirdikdə o, evdən aralanıb maşınına tərəf gedərkən kiminsə “səni vurur” deyə qışqırdığını eşitmişdir. O, arxaya dönüb baxdıqda Məhkum əlindəki bıçaqla onu sol qolundan zərbə vurmuşdur.ö O, Məhkuma müqavimət göstərmiş, onlar əlbəyaxa olub yerə yıxılmış, bu vaxt səslərinə görə küçəyə başqa şəxslər də yığışmış, sonuncular onları ayağa qaldırıb aralamağa çalışarkən Məhkum yenidən onun sinəsinin sol nahiyəsinə bıçaqla daha 2 zərbə vurub hadisə yerindən qaçmışdır. O, 102 Xidmətinə zəng etmiş və hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. İbtidai araşdırma zamanı keçirilmiş və və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə -tibbi ekspertizasının 31 avqust 2020-ci il tarixli 1348 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd, döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyəri n yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd cəmi iki ədəd kəsilmiş-deşilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Döş qəfəsində olan yaralarda yara kanallarının istiqaməti əsasən öndən-arxaya doğrudur. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Xəsarətləri alarkən Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş (ayaq üst ü, oturaq və s.) vəziyyətlərində ola bilərdi. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin 03 sentyabr 2020-ci il tarixli, 07-14474-1220 saylı məktubundan göründüyü kimi, 28 avqust 2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsində yerləşən 192 nömrəli orta məktəbin qarşısında 1985-ci il təvəllüdlü, ünvan 4 ünvanında qeydiyyatda olan, əvəllər məhkum olunmuş Məhkum, 1988-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Baki şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 38, mənzil 4-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əlində olan bıçaqla sonuncunun döş qəfəsinə və sol bazunun arxa səthinə kəsilmiş-deşilmiş yaraları ilə müşayiət oluna n bədən xəsarətləri yetirmiş, Məhkum həyat yoldaşı - 1986-ci il təvəllüdlü Şahid2 ilə birlikdə "Saipa" markalı, **-PX-*** dövlət nömrə nişanlı taksi ilə Sabunçu rayonu, Məhəmmədi dairəsi yaxınlığında düşərək dövlət nömrə nişanı məlum olmayan London taksisinə əyləşərək Abşeron rayonu Yanardağ istiqamətində getmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olumuşdur ki, Məhkum əvvəllər Zərərçəkmiş şəxslə iş birliyi qurmuş, bir müddətdən sonar iş birliyi pozularaq Məhkum sonuncuya 45000 (qırx beş min) manat pul borcu yaranmışdır. Zərərçəkmiş şəxs pulunu almaq üçün dəfələrlə Məhkum yaşadığı ünvana gəlmiş, həmin müddət ərzində Zərərçəkmiş şəxsla Məhkum həyat yoldaşı Şahid2 arasında isti münasibətlər yaranmışdır. Daha sonra isə Məhkum həyat yoldaşının mobil telefonuna baxark ən Şahid2 ilə Zərərçəkmiş şəxs danışdıqlarını, eləcə də görüşdüklərini bilmiş və bu səbəbdən aralarında dəfələrlə mübahisə baş vermişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə dair məlumat olan faylı açdıqda müəyyən edilmişdir ki, bu müddət ərzində onunla təqsirləndirilən şəxs Məhkum arasında danışıq olmuş, hadisə baş verən günü yəni xx.xx.2020-ci il tarixdə yalnız GPRS xidmətindən istifadə edilmişdir. Məlumatlarda Zərərçəkmiş şəxs istifadəsində olmuş telefona nö mrəsinə daxil olan və çıxan sms mətnlərindən görünür ki, onun əsas danışıqları Şahid2 ilə olmuş, sonuncu yazışma xx.xx.2020-ci il tarixdə qeydə almışdır. Danışıqlarının məzmunundan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs ad günü münasibəti ilə təbrik edərək əzizləyir, sonrakı danışıqlar isə Zərərçəkmiş şəxsnun arvadının bu münasibətdən xəbər tutub ondan boşanmaq istəməsi ilə bağlıdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş telefon nömrəsinin anten məlumatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17:30-dan saat 18:37-ə qədər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şossesi, 50 saylı binanın damı antenin əhatə dairəsində olmuşdur. "xxxx" MMC-dən daxil olmuş 1 ədəd diskin yaddaşında olan məlumatlarda iş üçün əhəmiyyət kəsb edən başqa məlumat aşkar edilməmişdir. Həmçinin iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş üzləşdirmə haqqında 05 iyun 2021-ci il tarixli protokoldan göründüyü kimi, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Məhkum ifadəsində göstərdiklərini Zərərçəkmiş şəxs üzünə qarşı bildirib onun yalan danışdığını, hadisə vaxtı əlində bıçaq olmadığını, qabaqcadan özü ilə bıçaq gətirmədiyini, mübahisə zamanı Zərərçəkmiş şəxsə birinci dəfə yumruq zərbəsi vurduğunu, bundan sonra əlbəyaxa olub yerə yıxıldıqlarını, ona gücünün çatmadığını görüb yerdə olan dəmir parçası ilə bədən nahiyəsinə bir neçə zərbə endirdiyini bildirmişdir. Hadisə vaxtı onları heç kim ayırmamış, Zərərçəkmiş şəxsə zərbələr vurandan sonra onun yerə yıxıldığını görüb növbəti zərbələri vurmağa imkanı olsa da, vurmay ıb çıxıb getmişdir. Mübahisə Zərərçəkmiş şəxsin onun arvadı Şahid1 ilə münasibətdə olması səbəbindən baş vermiş, hadisə vaxtı əsəbi olduğu üçün zərbələri Zərərçəkmiş şəxsin ürək nahiyəsinə məqsədli şəkildə yetirməmişdir. Zərərçəkmiş şəxs isə ifadəsində göstərdiklərini təsdiq edərək Məhkumun onu dəmir parçası ilə deyil, bıçaqla öldürmək məqsədi ilə vurduğunu, hadisə vaxtı ətrafda olan şəxslərdən kimsə araya girib onları ayırdıqlarını, buna görə də ona daha çox bıçaq zərbəsi vurmağa imkanı olmadığını, əks halda Məhkumun onu öldürəcəyini demişdir. Cinayət işinin materiallarından, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr ibtidai araşdırma orqanı kimi belə nəticəyə gəlmişlər ki, Məhkum Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə qəsdən həyatdan məhrum e tməyə cəhd etmiş, yəni CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş və bu nəticə təsvir olunanlardan başqa digər sübutlarla tam təsdiq edilir (həmin sübutların hamısı birinci instansiya məhkəməsinin hökmündə, həmçinin bir qismi apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunaraq onlaraq qiymət verildiyindən məhkəmə kollegiyası həmin sübutların hamısının hazırki qərarında təsvirinə ehtiyac görmür). Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-nin 416-cı maddəsində sadalanan pozuntulara yol verilmədiyini göstərir. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəy ə gəlir ki, baxılan işdə CPM-nin 42ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı da maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanı qanuni və əda lətli hesab edərək həmin cəzanın hər hansı şəkildə yüngülləşdirilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə onun özünün və müdafiəçisi L.A.İsgəndərovanın, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar