Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-270/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1994-cü ildə Naxçıvan MR, Şərur rayonu, Yuxarı Daşarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Naxçıvan MR, Şərur ra yonu, Yuxarı Daşarx kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.1-1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair və Azərbaycan Respublikası CM-nin 221.1 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-8/2024 nömrəli, 7 mart 2024-cü il t arixli hökmü ilə (hakimlər: H.M.Məmmədov (sədrlik edən), F.İ.Heydərov və İ.S.İbrahimov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221,1, 228,1, 228,4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə, 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə, 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə, 234.1-1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilməsi və Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ağı r Cinayətlər Məhkəməsinin 1(109)-8/2024 nömrəli, 7 mart 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.M.Məmmədov (sədrlik edən), F.İ.Heydərov və İ.S.İbrahimov) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs Məhkum cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Məhkum barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata CM-nin 134-cü maddəsinə aid hissədə xitam verilmişdir. Həmin qərarlada həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyan tamamilə ödənildiyindən həmin Məcəllənin 73.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən barəsində başlanılmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-21/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: F.M.Abbasov (sədrlik edən), İ.M.Mirzəyev və V.K.Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 1(109)-8/2024 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Məhkum təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə Azə rbaycan Respublikası CPM-nin 42.1.4cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə, 228.4-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilmiş, Məhkum cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2023-cü il tarixdən hesablanmaqla o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum 2023-cü ildə tarixini dəqiq xatırlamadığı vaxtda Bakı şəhərindən bir ədəd kustar üsulla h azırlanmış soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı əldə edib daşıyaraq özünə məxsus “Vaz-2107” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobili qabaq oturacaqlarının arasındakı saxlanc yerinə qoymaqla saxlaması, 15 mart 2023-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Sahil” restoranının yanında olan çaylaq ərazidə Türkiyə Respublikasında onun dostlarına qarşı söyüş söymüş Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələməsi, təkrarən 28 iyun 2023-cü il tarixdə, saat 13:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən çaylaq ərazidə sosial şəbəkədə kriminal aləmlə bağlı yazı paylaşmış Zərərçəkmiş şəxs3 qisas almaq məqsədilə sonuncuya zor tətbiq edib dizi üstə yerə oturtduqdan sonra onun boğazına soyuq silah hesab olunan deşici-kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı dayayıb hədənin icra ediləcəyi üçün real əsas yaratmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələməsi, 23 avqust 2023-cü il tarixdə, saat 01:00 radələrində Şərur rayonu, Yuxarı Daşarx kəndi ərazisində yerləşən “Şərur” restoranında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə ed ən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib orada aşpaz işləyən Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb restorandakıların gözü qarşısında onu söyüb təhqir etdikdən sonra sifət nahiyəsindən yumruqla vuraraq ona sol göz yarığını əhatə edən hematoma, ağlı qişada qansızma və burnunda yara kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etməsi, satış məqsədi olmadan bir ədəd keçmiş SSRİ-də Tula silah zavodunda zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli patronluğunun uzunluğu 70 mm olan TOZ-BM modelli seriya nömrəsi silinmiş xarici çaxmaqlı qoşalüləli ilkin təyinatı dəyişdirilməklə konstruktiv dəyişikliyə məruz qalmış saz vəziyyətdə olan odlu silahı əldə edib özünə məxsus “Vaz 2107” markalı, **-BD*** qeydiyyat nişan lı avtomobildə saxlamaqla daşıması Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsini təsdiq edir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 04 sentyabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum qeyd olunan maddələr üzrə əsassız olaraq bəraət verildiyindən, mübahisələndirilən hökm ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası ittiham tərəfinin təqdim etdiyi sübutlar siyahısını, yəni şahid ifadələrini, avtomobiliə baxış keçrilməsi haqqında protokolu, ekspertiza rəylərini və digər sənədlərin rədd edilməsinin motivlərini göstərə bilməmişdir, hökmündə birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə kobud pozuntulara yol verdiyini göstərmişdir. Lakin Cinayət kollegiyası ittiham hökmündə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan hökm çıxarmış, tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestin in təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, qərarın qüvvədə saxlanılması barədə məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsəl ələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM -in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər: “min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaql a: “iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla: “üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllər külli miqdarda törədildikdə: “üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifay ət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbul unu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında g östərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəs i)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı apellyasiya instansiya məhkəməsinin hökmünü, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, apellyasiya instansiyası tərəfindən iş üzrə düzgün olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Ape llyasiya instansiyası məhkəməsi öz hökmündə müəyyən etmişdir ki, 15 sentyabr 2023- cü il tarixli şəxsi axtarış və götürülmə aparılması haqqında protokoldan aydın olur ki, ibtidai istintaq aparılan zaman kobud pozuntulara yol verilmiş, əvvəla Məhkum Sahil restoranında tutulan zaman stolun üstündə qalan şəxsi əşyaları, o cümlədən avtomobilin pultu polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməzdən az əvvəl həmin əşyalar, o cümlədən avtomobilin pultu onun cibinə qoyularaq təkrar götürülmüşdür. Həmçinin Məhkum üzərinə baxış da Polis İdarəsinə gətirildiyi zaman keçirilmiş, təqsirləndirilən şəxs Məhkum avtomobili o tutulan zaman Şərur Rayon Polis İdarəsinə aparılmamış, avtomobilin yanında post qurularaq “Sahil” restoranı ərazisində saxlanılmış, təqsirləndirilən şəxsin 15 sentyabr 2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində tutulmasına baxmayaraq, onun avtomobilinə baxış hərəkətləri 16 sentyabr 2023-cü il tarixdə, təxminən saat 04:00-dan sonra həyata keçirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cinayət işinin materiallarına əlavə olunmuş avtomobilə baxış protokolunun videoyazısının tədqiqi zamanı müəyyən edilmişdir ki, avtomobilə baxış istintaq hərəkətləri keçirilən zaman da Məhkum avtomobilinin pultu müstəntiq Abbas Quliyevdə olmuş, müstəntiq avtomobilin baqajına baxış keçirərkən baqaj pultla açılmamış, Məhkum müstəntiq Abbas Quliyevin göstərişi ilə avtomobilin içərisindən açarı götürərək baqajı açmışdır. Avtomobilə baxış A.Quliyev tərəfindən yalın əllə, heç bir qaydaya riayət etmədən aparılmış, hadisə yerindən aşkar edilmiş əşyaların üzərindəki izlərin qorunub ekspertizaya təqdim edilməsi üçün heç bir tədbir görməmişdir. Bundan əlavə apellyasiya məhkəməsinin hökmündə müəyyən edilmişdir ki, məhkəmə-daktiloskopik ekspertizasının keçirilməsi haqqında 13 iyun 2024-cü il tarixli, 1(108)-21/2024 nömrəli qərarı əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 701 nömrəli məhkəmədaktiloskopik ekspertizası rəyinə əsasən: 1(108)-21/2024 nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş “TOZ-BM” modelli odlu silahın və qara rəngli sellofanın səthindəki əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdi rilməsi üçün yararsızdır. 1(108)-21/2024 nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş “TOZ-BM” modelli odlu silahın və qara rəngli sellofanın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Məhkum daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparıla bilməmişdir. Apellyasiya instansiyasında məhkəmə istintaqı zamanı dindirilən şahid qismində dindirilmiş X5 və X3 verdikləri ifadələrində Şərur Rayon Polis əməkdaşlarının 15 sentyabr 2023-cü il tarixdə, Məhkum Polis İdarəsinə aparıldıqdan sonra “Sahil” restoranında olan kameraları söküb aparmalarını bildirmişlər. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən 02 avqust 2024-cü il tarixdə Şərur Rayon Polis İdarəsinə sorğu məktubu yazılaraq kamera sisteminin sökülməsi ilə bağlı məlumat verilməsi, eləcə də Şərur Rayon Polis İdarəsinin növbətçi hissəsində və Polis İdarəsinin qarşısında olan kamera görüntülərinin məhkəmə təqdim olunması xahiş edilmişdir, Şərur Rayon Polis İdarəsi tərəfindən 08 avqust 2024-cü il tarixli sorğuya cavab məktubunda 15 sentyabr 2023-cü il tarixdə Sahil restoranının kamera sisteminin polis əməkdaşları tərəfindən heç bir məqsədlə sökülmədiyi, 15-16 sentyabr 2023-cü il tarixində Şərur Rayon Polis İdarəsinin növbətçi hissəsində və polis idarəsinin qarşısında olan təhlükəsizlik kameraları görüntülərinin aradan uzun müddət keçdiyindən yaddaş qurğusundan silindiyini və buna görə də görüntüləri təmin etməyin mümkün olmadığı bildirilmişdir. İş mate riallarındanda aydın olur ki, Məhkum tərəfindən 23 avqust 2023-cü il tarixdə, 01:00 radələrində Şərur rayonu ərazisində yerləşən Sahil restoranında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, habelə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu nümayiş etdirərək ictimai yer olan Sahil restoranında Zərərçəkmiş şəxs1 qarşı ucadan nalayiq ifadələr işlədərək yumruq atmış, yəni xuliqanlıq etmişdir. Qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İnsan Hüquqları Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X4rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən ş əxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlil ik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətm əkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulmas ı, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-21/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Döv lət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(108)-21/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli hökm kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-270/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-270/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver