Məhkəmə qərarları › İş №1(102)-271/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-271/2019

27.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-271/2019 27.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 271/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "27" fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – fərdi fəaliyyət göstərən vəkil Məmmədov Pənah Murad oğlu nun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 12.1,218.2, 12.1,279.1, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi P.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim A.K.Orucov, hakimlər M.A.Bayramov və R.V.Salmanovdan ibаrət tərkibdə) xx xxxx 1979-cu il tarixdə Ermənistan SSR-nin Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər mə hkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1,218.2, 12.1,279.1, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 12.1,218.2-ci maddəsi ilə 09 il müddətə, CM-nin 12.1,279.1-ci maddəsi ilə 06 il müddətə, CM-nin 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla, qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib m əhkum edilmişdir ona görə ki, o, ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilati kimi tanınan “Cəhbət ən-Nusra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan, Suriya Ərəb Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “X1” ləqəbli Azərbaycan Respublikası vətəndaşı X2 rəhbərlik etdiyi “Mühacirin və Ansar” adlı silahlı birləşmənin fəaliyyətində cinayətkar birlik (təşkilat) halında dini düşmənçilik zəminində qəsdən iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təş kilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs dini düşmənçilik zəminində qəsdən Suriya Ərəb Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində cinayətkar birlik (təşkilat) halında iştirak etmək məqsədilə ilə 12 dekabr 2012-ci il tarixdə "Şixlı" nəzarət buraxılış mə ntəqəsindən keçməklə avtobusla Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Suriya Ərəb Respublikası ilə həmsərhəd olan Hatay şəhərinə gedərək şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsi ilə Suriya Ərəb Respublikasının Atma vilayətinə keçib Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikası ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanıman "Cəhbət ən-Nusra" adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olaraq Atma vilayətində bu cinayətkar birliyin (təşkilatın) Suriya Ərəb Respublikasının və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan "Mühacirin və Ansar" adlı silahlı birləşməsinin fəaliyyətində cinayətkar birlik (təşkilat) halında 14 yanvar 2013-cü ilə tarixədək iştirak edərək silahlı birləşmənin başçısı “X1” ləqəbli X2 rəhbərliyi altında Sfera qəsəbəsində "Kalaşnikov" markalı odlu avtomat silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər etmiş, bu əməllərə görə Suriya Ərəb Respublikasında məhkum olunmamış və 02 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi A.M.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Q.F.Məmmədov, hakimlər R.K.Səfərov və A.K.Abdinbəyovdan ibarət tərkibdə) 02 may 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2016-cı tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi P.M.Məmmədov kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, Təqsirləndirilən şəxs CM-nin 12.1,218.2, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə bəraət verilməsini, CM-nin 12.1,279.1-ci maddəsi ilə isə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi P.M.Məmmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elan olumnuş ittiham yalnız onun özünün verdiyi ifadədə öz əksini tapmış, ittiham başqa hər hansı dəlillərlə sübuta yetirilməmiş, istintaq təqsirləndirilən şəxsin ifadəsindən başqa əməliyyat məlumatlarına da istinad etmiş, hansı ki, həmin əməliyyat məlumatı da təqsirləndirilən şəxsin ifadəsinə uyğun olaraq tərtib olunmuşdur. Onun hər hansı bir terrorçu təşkilatın üzvü olması istintaqda müəyyən olunmamış, hər hansı rəsmi sənəddə öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs hələ ilkin təhqiqat zamanı izahat yazarkən izahatında göstərmişdir ki, 2012-ci ildə əhli-sünnə namazı qılmağa başlamış və internet vasitəsi ilə Suriya Ərəb Respublikasında gedən prosesləri izləməyə başlamışdır. O, orada günahsız insanların qətlə yetirildiyi görərək oraya getmək və cihada qoşulmaq qərarına gəlmişdir. Az bir vaxtda Suriyaya necə getməsi barədə məlumat toplamış və tanımadığı bir şəxsin məsləhəti ilə 2012-ci ilin dekabr ayında Türkiyə Respublikasına getmiş və soraqlaşdıqdan sonra oradan qeyri-rəsmi olaraq (pasportunda Suriyaya giriş-çıxış barədə möhürlər yoxdur) Suriya Ərəb Respublikasının ərazisinə keçmişdir. Orada soraqlaşaraq tapdığı döyüşən tərəflərdən birinin tərkibinə keçmiş, hansı ki, qabaqcadan həmin qrup barədə məlumatı olmamışdır. Hələ döyüşə başlamışdan güllə yarası almış və komaya düşmüşdür. Təxminən on iki gün sonra ayıldıqda özünün Türkiyə Re spublikasının Kayseri şəhərindəki xəstəxanada müalicə olunduğunu görmüşdür. O, Türkiyədə müalicəsini başa vurduqdan sonra 2013-cü ilin mart ayında rəsmi yolla Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycanda olduğu müddətdə iki dəfə cərahiyyə əməliyyatı olunmuş, bədənin müxtəlif nahiyələrindən ağır bədən xəsarətləri alması səbəbindən müalicə məqsədi ilə yenidən Türkiyəyə qayıtmışdır. O, aldığı xəsarətlərdən sol gözü görməz vəziyyətə düşmüş, hətta sağ gözündə görməni itirmə təhlükəsi ilə üzləşmişdir. Lakin cərrahi əməliyyata ehtiyacı olmasına baxmayaraq maddi imkansızlığı üzündən əməliyyat oluna bilməmişdir. Təqsirləndirilən şəxs gözü görmədiyindən O, həm ilkin təhqiqat zamanı, həm də ibtidai istintaq zamanı yazılan ifadələrini oxuya bilməmiş, yalnız yazılanlara ona imza etdirmişlər. Gör ündüyü kimi Təqsirləndirilən şəxs təhqiqat zamanı ilkin izahat verərkən “Cəhbət ən-Nusra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan Suriya Ərəb Respublikasının və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “Mühacirin və Ansar” adlı silahlı birləşmənin tərkibinə daxil olması barədə heç bir məlumat verməmiş, yalnız istintaqla ifadə alınarkən qeyd olunan təşkilata qoşulması barədə (hansı ki, yuxarıda qeyd etdiyim kimi həmin ifadəni oxuya bilməmiş, imza atdırmışlar) istiqamətləndirilmişdir. Onun Suriya Ərəb Respublikasına getməkdə məqsədi Əsəd rejiminə qarşı vuruşmaq olmuş, günahsız qan axıdılan xalqa kömək etmək məqsədi olmuşdur. O, Azad Suriya Ordusunun tərkibində vuruşmaq istəmiş, lakin ilk andan avtobusla gedərkən tanımadığı silahlı qrup tərəfindən m ühasirəyə düşmüş və aldığı güllə yaralarından iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə bilməmişdir. Lakin aşağı məhkəmələr tərəfindən hökm və qərar tərtib olunarkən bəzi şişirtməliyə yol verilməklə şahid və təqsirləndirilən şəxsin ifadələri ilə bağlı məlumatlar düzgün qeyd olunmamışdır. Həmçinin şikayətdə qeyd edilmişdir ki, məhkəmənin məhkum Təqsirləndirilən şəxs əməlinin CM-in 12.1, 218.2, 12.3, 214.2.1 və 12.3, 214.2.3-cü maddələri ilə tövsif edilməsi barədə gəldiyi nəticənin düzgün olmamış, belə ki, Təqsirləndirilən şəxs CM-nin 12.1, 218.2, 12.3, 214.2.1 və 12.3, 214.2.3-cü maddələri ilə təqsirli bilinməsinə aidiyyəti sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs nə İŞİD-in, nə də “Cəhbət ən-Nusra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan “Mühacir in və Ansar” adlı silahlı birləşməyə qoşulmamış, o, məhz Əsəd rejiminə qarşı Azad Suriya Ordusuna qoşulmuşdur ki, həmin ordu da nə terror təşkilatı, nə də cinayətkar birlikdən ibarət deyil. Hətta müdafiəçisinin iştirakı ilə yazılmış sonuncu ifadəsində Təqsirləndirilən şəxs etiraf etmişdir ki, Suriya ərazisinə keçdiyi həmin vaxtlarda məhz Azad Suriya Ordusuna qoşulmaq niyyətində olmuşdur. Amma ona da qoşula bilməmişdir. Bu faktlar onu göstərir ki, Təqsirləndirilən şəxs haqsız olaraq Cinayət Məcəlləsinin 12.1, 218.2, 12.1, 279.1, 12.3, 214.2.1 və 12.3, 214.2.3-cü maddələri ilə ittiham verilmiş və məhkəmələr tərəfindən bu hallar ciddi şəkildə araşdırılmamışdır. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ağır xəstədir və əmək qabiliyyətini tamamilə itirmiş, o, ailənin tə k övladı olmaqla özünün himayəsində 3 azyaşlı övladı vardır. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, Təqsirləndirilən şəxs CM-nin 12.1,218.2, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə bəraət verilməsini, CM-nin 12.1,279.1-ci maddəsi ilə isə daha yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hes ab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyə n edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 12.1,218.2, 12.1,279.1, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün ta mamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “... Təqsirləndirilən şəxs ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınan “Cəhbət ən- Nusra” adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan, Suriya Ər əb Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “X1” ləqəbli Azərbaycan Respublikası vətəndaşı X2 rəhbərlik etdiyi “Mühacirin və Ansar” adlı silahlı birləşmənin fəaliyyətində cinayətkar birlik (təşkilat) halında dini düşmənçilik zəminində qəsdən iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməsi özünün qismən etirafedici ifadəsilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin materiallarında olan digər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsi də əsaslı olaraq onu AR CM-nin 12.1,218.2, 12.1,279.1, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda təqsirli olması nəticəsinə gələrək, barəsində həmin maddələrlə ittiham hökmü çıxarmışdır. Apeilyasiya şikayətinin Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə dəlilinə gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassız olmaqla təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri müvafiq olaraq ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin ma ddələrin sanksiyalarında yeganə cəza növü azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, bununla belə, yalnız CM-nin 62-ci maddəsi tətbiq edilməklə məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növündən də yüngül cəza təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 62.1-62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhk əmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə yalnız müstəsna hallar olduqda, məhkuma bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Lakin, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 62-ci maddəsinin tətbiqi üçün apellyasiya şikayətində göstərilmədiyi kimi cinayət işinin materiallarında da əsas müəyyən edilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətin i, o cümlədən cəzasını yüngülləşdirən hal kimi ilk dəfə cinayət törətməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran hal kimi cinayətlərin dini düşmənçilik zəminində törədilməsini nəzərə almış, ona törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun məhkum olunduğu maddənin sanksiyası daxilində ədalətli cəza təyin etmiş, lakin məhkəmənin Təqsirləndirilən şəxs cəza təyin edərkən nəzərə aldığı cəzasını yüngülləşdirən hallar ayrı-ayrılıqda müstəsna hallar olmamaqla yanaşı, həmin halların məcmusu da müstəsna hal hesab olunmadığından, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ya ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair apellyasiya şikayəti də təmin edilə bilməz. Ona görə də, məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, hökm əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Kassasiya şikayətində ittihamın qeyri mötəbər sübutlarla əsaslandırıldığı, ibtidai araşdırma zamanı kobud səhvlərə yol verildiyi iddia edilsə də, bunların kon kret nədə ifadə edildiyi açıqlanmamışdır. İş materiallarında da belə bir məlumat yoxdur ki, sübutların mötəbər olmadığı, qanunsuz toplandığı və tədqiqində qanun pozuntusuna yol verildiyi qənaətinə gəlməyə əsas versin. Əksinə, iş materiallarından görünür ki, sübutlar tədqiq olunarkən və qiyməytləndirilərkən qanunun, o cümlədən şikayətdə istinad edilən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbləri rəhbər tutulmuşdur. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Təqsirləndirilən şəxs verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəm ə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 12.1,218.2, 12.1,279.1, 12.3,214.2.1 və 12.3,214.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2017-ci il tarixli qərarı dəyişd irilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar