Məhkəmə qərarları › İş №1(102)-271/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-271/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-271/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Əzizov Azər Mirzə oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Abdullayev, hakimlər M.Məmmədov və İ.Abdullayevdən ibarət tərkibdə) xx xxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi il) il 06 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X6 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən məhkumlar X6, Məhkum və onun müdafiəçisi Məmmədov Ələsgər Hüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Sirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.Camalov, hakimlər E.Əliyev və K.Bəşirovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü verilmiş a pellyasiya şikayətlərinə əsasən Məhkuma aid hissədə dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkuma CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 07 (yeddi il) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilə endirilmiş və həmin cəza ilə birinci instansiya məhkəməsinin hökmü ilə ona CM-nin 206.3.2-ci maddəsi ilə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Məhkumun üzərində cinayətlərin məcmuyu uzrə qəti olaraq 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Əzizov Azər Mirzə oğlu kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2019-cu ilin iyun ayının əvvəllərində İran İslam Respublikasında Azərbaycan Respublikası vətəndaşı X6 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, xx xxxx 2019-cu il tarixdə İran İslam Respublikasının Rəşt şəhərində cinayətkar qrupun üzvü X6la birgə qrupun istintaqla müəyyən olunmamış üzvü tərəfindən qabaqcadan mall arın aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə bir cüt ayaqqabının hər iki tayının altlıqlarının içərisində yerləşdirilərək gizlədilmiş 2 bağlamada, ayrı-ayrılıqda çəkiləri 176,366 qram və 180.841 qram olmaqla ümumilikdə külli miqdarda, 357,207 qram metamfetamin psixotrop maddəsi və 5 bükümdə tərkibindəki metadon narkotik vasitəsinin təsiredici miqdarı külli miqdarda, 1,84 qram təşkil edən 43 ədəd metadon həbləri və 6 ədəd metadon həbi parçalarını satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, Azərbaycan Respublikası Bakı şəhərinə gətirib cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə 800 manat pul müqabilində təhvil vermək üçün narkotik vasitənin yerləşdirildiyi ayaqqabıları X6 ayağına geyinərək saxlamış, daşımış və xx xxxx 2019- cu il tarixdə öz müşayiəti ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, həmin gün saat 10 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuşdur. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmədiyini, törədilmiş cinayət əməllərindən xəbəri olmadığını məhkəmə istintaqı zamanı bildirsə də, məhkəmələr onun ifadələrini həqiqətdən uzaq və məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirərək onun barəsində qeyri-obyektiv, əsassız və qanunsuz qərarlar qəbul etmişlə r. Məhkəmələrdə araşdırılmış sübutların məcmusu ilə ona qarşı irəli sürülmüş ittiham sübuta yetirilməmiş, əksinə onun ifadələrində qeyd etdiyi xüsusatlar təsdiq olunmaqla onun təqsirsizliyi tam sübuta yetirilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, barəsindəki apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkumun müdafiəçisi Əzizov Azər Mirzə oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi hökm və qərar qəbul edərkən kobud prosessual pozuntulara yol vermişlər. Belə ki, məhkəmələr məhkumun məhkəmə zamanı vermiş olduğu sərbəst ifadələrinə sübut kimi qiymət verməyərək, yalnız istintaq zamanı vermiş olduğu ifadələri inandırıcı və m ötəbər saymaqla kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmələrin məhkumun məhkəmədə verdiyi ifadələri deyil, yalnız istintaqda vermiş olduğu ifadələri daha mötəbər sayması barədə gətirdiyi dəlillər isə qanunsuz olmuşdur. Çünki heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verilmiş ifadələr sübut kimi yoxlanmalı və daha sonra qiymətləndirilməli olduğu halda, məhkəmələr bunu etməmişdir. Belə ki, Məhkum bildirmişdir ki, o, İran sərhədini keçərək Təbriz şəhərinə getmiş, dörd gün orada qalandan sonra geri qayıdarkən istifadəsində olan ***-***-**-** nömrəli telefonun watsapp proqramından X6nın İranda istifadə etdiyi telefonun watsapp proqramına səs atmış, X6 da həmin proqramla ona Azərbaycana qayıdacağı barədə məlumat verm işdir. Sonra Məhkum Təbrizdən Astara postuna gələrək sərhəddi keçmiş, yoxlama zamanı üzərində heç nə olmamışdır. Yalnız iki saat keçdikdən sonra Rəştdən gələn X6nın üzərinə baxış zamanı həmin narkotik vasitələr aşkar edilmişdir və Məhkum həmin narkotiklərə hər hansı bir aidiyyəti olmamışdır və bu aidiyyəti təsdiq edən bir dənə də mötəbər sübut iş materiallarında olmamışdır. Bu cür məlumatlar olmasına baxmayaraq, məhkəmələr həmin məlumat - sübutun yoxlanması üçün zəruri olan heç bir tədbir görməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkumun barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin apellyasiya instansiya məhkəməsində məhkəmə baxışına təyin olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən məhkumun müdafiəçisi A.Əzizov şikayətdə qeyd etdiyi xüsusatları bir daha qeyd edib şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən Məhkum özü və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməs inin qərarının Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət ha disəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəh ətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarınd an görünür ki, Məhkuma verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiy mət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və onun müdafiəçi tərəf indən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədə n təqsirləndirilən şəxs X6nın məhkəmə və ibtidai istintaq zamanı, Məhkumun isə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələr, şahidlər şahid1, şahid2, şahid3 ifadələri, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyi, xx xxxxxxxx 2019-cu il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, xx xxxx 2019-cu il tarixli şəxsi yoxlama aparılması haqqında protokol, xx xxxx 2019-cu il tarixli sərhədkeçmə hesabatlarına baxış keçirilməsi haqqında protokol və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayə tlərində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tamamilə haqlı olaraq Məhkumun qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında araşdırılıb qiymətləndirilən yuxarıda qeyd olunan sübutlara istinad etmiş, təqdim olunan sübutlar qanunla müəyyən edilmiş qaydada tədq iq edilmiş, onlara düzgün hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərində qeyd etdiyi xüsusatları məhkumun cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə deyilmiş özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı sərbəst şəkildə verdiyi bütün ifadələrində İİR-na məhz narkotik gətirib, pul qazanmaq üçün getdiyini, lakin onun əvvələrdə narkotik cinayətlərinə görə məhkum olunduğunu bilib, sərhəddən keçərkən onun üzərində olan narkotik vasitənin aşkar olunması ehtimalının yüksək olduğunu nəzərə alıb, narkotik vasitənin X6 tərəfindən keçirilməsi və əldə olunan qazancın isə aralarında bölünməsi razılaşdırılmışdır. Kassasiya şikayətlərində məhkum X6nın ibtidai istintaq zamanı döyülmə və işgəncə altında ifadə verməsi və bu zoraklığın nəticəsində Məhkumun cinayət əməllərini törətməsini söyləməyə məcbur edildiyi barədə göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, belə bir fakt öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan Astara rayon prokurorluğunun xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, X6nun döyülməsi faktı təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət-prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yox dur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunması), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətl i cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə şikayətlərin təmin olunmaması, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n xx xxxx 2020-ci il tarixli qərarı isə Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və onun müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum ol unmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkum və onun müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar