Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-271/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8, (sədrlik edən), X5 və X3 ibarət tərkibdə) 14 aprel 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, İmişli şəhəri, Müşfiq küçəsi, ev 4 ünvanında qeydiyyatda olub Abşeron rayonu, Məhəmmədli qəsəbəsi X7 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 34.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə) 7 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(101)-671/2022 sa ylı hökmü Məhkum barəsində onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(101)-671/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq dörd ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 0,373 qram; 0,337 qram; 0,242 qram; 0, 365 qram o lmaqla, ümumi çəkisi 1, 317 qram psixotrop maddə-metafetamini və bir ədəd bükümdə təmiz çəkisi 4, 710 qram narkotik vasitə-heroini külli miqdarda əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində "Məmmədyarov” adlanan dairəyə kimi daşımış, xx.xx.2021 -ci il tarixdə saat 07:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin ərazisində "Məmmədyarov” adına dairənin yaxınlığında özünü şübhəli apardığına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki boz rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd sarı rəngli qutunun içərisindən şəxsi istehlak miqdarından artıq miqdar da dörd ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,373 qram, 0,337 qram, 0,242 qram, 0,365 qram olmaqla, ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristalşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metafetamin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,710 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, o cümlədən bir ədəd üzərində "AOSAİ pocket scale” yazısı və psixotrop maddə metafetaminin izləri olan 5x8 sm ölçüdə qara rəngli elektron tərəzi ondan aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini qismən etiraf edərək peşmançıl ıq çəkməsini rəhbər tutub onun cəzasını endirmişdir. Məhkum 20 il ərzində narkotik vasitələrini daimi əldə edib qəbul etdiyini göstərsə belə, onların hansı mənbədən əldə etdiyini göstəməmişdir. Həmçinin, ibtidai istintaq zamanı özünü CM-nin 234.4.3-cü maddəsi təqsirli bilməsinə baxmayaraq, məhkəmə istintaqı zamanı qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Belə olan halda, Məhkum heroin və metamfetamin maddələrini ona satan şəxslərin müəyyən edilməsi üçün heç bir məlumatın göstərməməsi onun ibtidai, eləcə də məhkəmə istintaqı zamanı qeyri-səmimi olduğunu dəlalət edir və ifadənin bu hissəsi açıq-aşkar yalan olmaqla, məqsədinin heroin və metamfetamin maddələrini ona satan şəxsin ifşa edilməməsini daşıyır. Apellyasiya instansiya məhkəməsinin Məhkum əməlini qismən etiraf edər ək peşmançılıq çəkməsini qərarda qeyd edilməsi heç də düzgün deyil. Məhkum törətdiyi cinayət əməli birinci və apellyasiya instansiyası məhkəmələrində sübuta yetirilməsinə baxmayaraq, sonuncu onu nəinki etiraf etmiş, hətta özünü müdafiə etmək məqsədi ilə həqiqətə uyğun olmayan və iş materialları ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Həmçinin Məhkum dəfələrlə qəsdən bir sıra cinayətlər törətmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum haqqında qəbul edilmiş qərar əsassızdır. Məhkumdə aşkar edilmiş metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 9 dəfə, heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 31 dəfə, külli miqdardan isə təxminən 2,5 dəfə çoxdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndi rilməsinə dair cinayət işi üzrə Bakı Apeliyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apeliyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü və Bakı Apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur, cəzanın ağırlığına görə ədalətsizdir, təqsirləndirilən şəxsin cinayət əməli cinayət qanunvericiliyi ilə düzgün tövsüf edilməmiş, hökm və qərar maddi və prossesual hüquq normalarını pozulması ilə qəbul edilmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, iş üzrə obyektiv araşdırma aparılmamış, Azərbaycan Respublikası CM-nin 8, 9, 41, 56, 59cu tələbləri kobud surətdə pozularaq təqsirləndirilən şəxs Məhkum ona aid olmayan cinayə t əməlinə görə əsassız ağır cəza təyin edilmişdir. Məhkum həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində vəsatət qaldıraraq onun saxlandığı yerdəki müşahidə kamerasındakı görüntüləri götürməyi və həmin görüntüyə baxmaqla həqiqəti görmələrini xahiş etdi, lakin məhkəmələr heç bir əsas gətirmədən bu vəsatəti heç müzakirə və təmin etmədilər. Həmin epizod üzrə obyektiv araşdırma aparılmasını təmin edilməmişdir. Bundan başqa, Məhkum verilmiş ittihamla bağlı sübutlarda onun telefon nömrəsinə ***-***-**-** saylı telefon nömrəsindən gəlmiş sms-lərdə narkotik vasitəinin adı çəkilmir, bir yerdə zəhrimar sözü işlənmişdir. Təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, həmin ailə kasıb bir ailədir, daim onlara maddi yardım göstərmişdir, SMS yazan ailənin qadınıdir, yolda şı spirtli içki aludəçisidir, ona bir ədəd araq almaq mənasında zəhrimar yazmışdır. ittiham sübutlarında qeyd olunan bu dəlil nə İbtidai araşdırma, nə də məhkəmə araşdırmaları zamanı araşdırılmamış, SMS-ləri göndərən şəxs məlum olduğu halda istintaqa cəlb edilməmiş, dindirilməmiş, onun Məhkum “zəhrimar” deyerkən nə istəməsi aydınlaşdırılmamışdır. Hüquqi əsasları müəyyən edilməmiş SMS yazışması sübut kimi qəbul edilmiş, yanlış olaraq Məhkum narkotik vasitənin satışi ilə məşğul olması kimi qiymətləndirilmişdir. Polis orqanında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat olmamışdır. Cinayət işinin ibtidai araşdırılması zamanı da bu xüsusat əməliyyat yolu ilə də müəyyən edilməmişdir. Məhkum üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olmasını özü könüllü etir af etmişdir. Məhkum hər hansı bir formada narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübut cinayət işində yoxdur və məhkəmə araşdırılmaları zamanı da müəyyən edilməmişdir. Məhkum üzərində olan narkotik vasitələri özünün istifadəsi üçün 40 manata aldığını göstərmişdir. Məhkumun üzərində gəzdirdiyi tərəzidən satış məqsədilə istifadə etməsinin təsdiq edən hər hansı bir sübut işdə yoxdur. İş üzrə təyin edilmiş narkoloji ekspertizanın rəyindən də görünür ki, Məhkum narkomaniyadan əzab çəkir, məcburi müalicəyə ehtiyacı vardır. Yəni onun narkotik vasitələrin istifadəçisi olması ekspertizanın rəyi ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, Məhkum əvvəllər CM-nin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitədən istifadəyə görə məhkum olunmuşdur. Cin ayət işinin materiallarından göründüyü kimi, Məhkum cinayət əməli Bakı Ağir Cinayətlər məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən düzgün tövsuf edilməmiş, ona əsassız və qanunsuz olaraq CM-nin 234.4.3-cu maddəsi ilə ittiham verilərək maddi və prossesual hüquq normalarının tələbləri pozularaq ona aidiyyəti olmayan cinayət əməlinə görə ağır cəza təyin edilmiş, 5 il müddətə azadlıqdan məhrum edilmişdir. Müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cu maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli 1(103)-1144/2022 saylı Qərarını dəyişdirib, Məhkum əməlini CM-in 234.4.3-cu maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməklə bu maddənin sanksiyasına müvafiq olaraq barəsi ndə ədalətli cəza təyin edilməsi və məcburi müəliyyə müəsissəsinə yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiy yətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ gör ə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hök mdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəza landırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, biri nci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edi lən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum məhkəmədə verdiyi ifadəsində göstərdiyi - satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi, üzərində aşkar edilmiş həmin maddələri şəxsi istifadəsi üçün əldə etməsinə dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlmişlər. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 23 4.4.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərin ə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni s übutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmək də şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyə tli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini n 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən olunan hallar əsasında məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkumun narkotik vasitələri satış məqsədi olmadan əldə etməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya müraciətlərində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayə t cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, moti v, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqınd a» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə c əza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi islah təsiri baxımından əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri kifayət qədər nəzərə alınmamış və ağır cəza təyin edilməklə sosial ədalət prinsipi pozulmuşdur. Apellyasiya məhkəməsi Məhkum əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini onun cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və qeyd etmişdir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmalı idi və Məhkum daha aşağı müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olardı. Apellyasiya Məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ağı r cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və haqlı olaraq Məhkum təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını sanksiya həddində endirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkuma təyin edilmiş cəzanın yüngül, kassasiya şikayətinin dəlillərinə əsasən isə ağır olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzanın həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəs inin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçir ilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, hab elə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ic timai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanını həddinini dəyişdirilməsi (ağırlaşdırılması və yüngülləşdirilməsi) barədə kassasiya müraciətlərinini dəlillərini əsassız hesab edir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin qərar qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinəkassasiya şikayətinə münasib
Məhkəmə qərarları › İş №1(102)-271/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-271/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver