Məhkəmə qərarları › İş №1(102)-271/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-271/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-271/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Samir Əliyevdən ibarət tərkibdə) 09 avqust 2022-ci il tarixli, 1(101)-1146/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1981-ci il tarixdə Ağdam rayonunun Pərioğullar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sürücü işləmiş, Ağdam şəhəri, Pərioğullar sahəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.4-cü maddəsi ilə təqsirli bilinərək, 4 (d örd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 21 mart 2022-ci il tarixdə saat 10:20 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-si maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, etibarnamə əsasında yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi MAN TGS 33.360 markalı **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Kənar Dairəvi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 12,2-ci kilometrliyində Bak ı şəhəri istiqamətində üçzolaqlı yolun sol zolağı ilə 67 km/saat sürətlə hərəkətdə olarkən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu olduğu halda bu tələblərə əməl etməyərək, sükan arxasında yuxuladığından sola əks hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə və eyni istiqamətdə hərəkət edən Şahid2 idarə etdiyi «Hyundai Sonata» markalı **-UF-*** dövlət qeydiyya t nişanlı avtomobillə toqquşmuş, zərbədən hərəkət hissədən kənara çıxaraq çökəkliyə aşmış, nəticədə ehtiyatsızlıqdan iki şəxsin ölümünə, yəni «Mercedes Benz E270 CDİ» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol alın-təpə-gicgah sümüklərinin kəllə əsasına keçən basılmış sınığı, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol bazunun və sol əlin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 baş beyinin yumşaq toxumasının əzilib-dağılması, hissəvi evakuasiyası və baş beyinə qansızma ilə müşaiyət olunan sol alın-təpə-gicgah sümüklərinin çoxqəlpəli sınığı və əzilmiş yarası kimi insan həyatı üçün təhl ükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə səbəb olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Hüseyn Cavid və Qədim Babayevdən ibarət tərkibdə) 1(103)1862/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(101)-1146/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində təyin olunmuş 7 il azadlıqdan mahnım etma cəzasını daha aşağı həddə endirməklə məhkumun cəzasını ümumi re jimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qərarını qanunsuz və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Əvvəllər məhkum olunmamış və cavandır. "xxxx" MMC-də sürücü işləmişdir. Hadisə ehtiyyatsızlıqdan baş vermiş, məhkum zərərçəkmiş şəxslərlə barışmışdır. Vətən müharibəsi işlirakçısıdır, medalla təltif olunub. 226-285 nömrəli hərbi hissənin komandirləri tərəfindən fəxri fərmanla təltif olunub, işlədiyi müəssisədə təşəkkürnamə ilə təşəkkür edilib. Yaşadığı ərazi üzrə qəsəbə nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunur, cəz a çəkdiyi 17 saylı CÇM-də müsbət xarakterizə olunur. İşlədiyi müəssisə hal-hazırdada zərərçəkmişlərə köməklik göstərilir, himayəsində qoca ata və xərçəng xəstəsi olan anası və 2 azvaşlı uşağı vardır. Həmçinin məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisləri ərizə yazaraq ifadələrində göstərmişlər ki, təqsirləndirilən şəxs Məhkum ilə hal-hazırda barışıblar, ona qarşı heç bir şikavət və tələbləri yoxdur. Həmin cinayət ehtiyyatsızlıdan törədildi ona görə və Səbuhinin himayəsində xəstə anasının və azşaşlı uşaqların olmasını nəzərə alaraq, məhkəmədən Məhkum yüngül cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassa siya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edi r ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.4-cü ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətin də əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbi q edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini söz süz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə edilməsini, həmçinin törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İkinc i Qarabağ müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında 18 fevral 2022-ci il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci ma ddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, işin hallarına hab elə cinayət və cinayət prosessual qanunvericiliynin müddəalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir və kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yü ngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-4-cü məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar