Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2711/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X2 nümayəndəsi – “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə 12 sentyabr 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb olunması haqqında X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2024-cü il tarixli 1(103)-1896/2024 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4, X3 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, 2024-cü il fevral ayının ilk günlərində Keşlə qəsəbəsi, Yeni kənd küçəsində həyət evlərin dən birini almaq istədiyi zaman Keşlə maklerlərinə və digər şəxslərə müraciət edərək ev almaq istədiyi haqqında məlumat vermişdir. Bu zaman qonşuluqda yerləşən Yeni Kənd 12-də həyət evi görmüş və ona qonşular bildirmişlər ki, Keşlədə çoxdan yaşayan uşaqlıqdan tanıdığı dostu Şəmsinin qaynı Tahir adında şəxs bir türk vətəndaşından alıb və 9 ildir ki, satışa çıxarıb. Şəmsinin gedib qapısını döymüş, Şəmsi ilə bərabər onun qaynı da çıxmış və həmin ev haqqında məlumat almaq istədiyini bildirmişdir. Bu zaman Tahir adlı şəxs ona bildirmişdir ki, satışı dayandırmışdır, lakin gəlib evə baxa bilər. O, bildirmişdir ki, evi satırsa gəlib baxsın, yox əgər satmırsa gəlməsinin bir mənası yoxdur. Evə girmədən Tahir ona bildirmişdir ki, evi 210000 manata satır, indi satışı dayandırmış, əgər satmaq fikri o lsa bildirər. Bundan sonra o, öz biznes işləri ilə əlaqədar Rusiyaya getmiş, oradan ara-sıra Şəmsidən soruşmuşdur ki, həmin evdən xəbər var, ya yox? Bir ay Rusiyada qaldığı müddətdə heç bir məlumat almamışdır. Aprelin əvvəli Azərbaycana qayıtmış və yenə də məhlədə Şəmsi ilə rastlaşmış və ondan soruşmuşdur ki, nə oldu? Tahir ona bildirmişdir ki, nə lazım olsa “mənimlə əlaqə saxla, 1-2 günə mən sənə xəbər edəcəm.” 1-2 gün sonra BBGİ-də öz biznes işləri ilə məşğul olan zaman Tahir ona zəng edərək təcili gəlməyini, ev haqqında söhbət edib qiyməti deyəcəyini bildirmişdir. O, işlərini saxlayıb dərhal Keşləyə Yeni kənd 12-də olan evə getmiş və onunla birgə ailəvi dostu Hacı Akif də getmişdir. Tahir evi ötəri və tez onlara göstərərək, evin sənədini də bu günkü günə kimi heç ona göstərməyərək evin qiymətinin 295000 manat olduğunu bildirmişdir. Bir nöqteyi-nəzərdən o və X1 bildirmişlər ki, birdənbirə 95.000 manat evin qiymətini qaldırmaq onları ələ salmaqdır və burada ciddiyyət yoxdur. 3-4 gün sonra o, məhlədə Hacı Akiflə bir yerdə başqa evlərə baxarkən X6 ilə qarşılaşmışlar və bildirmişlər ki, onların vaxtını almasın, əgər ciddidirsə gəlsin qiyməti razılaşsınlar. Havanın yağışlı olduğunu, açarların üzərində olmadığını bəhanə gətirərək X6 onlara evi göstərə bilməyəcəyini və evi 270000 manata satmaq fikri olduğunu bildirmişdir. Növbəti günü Ramazan bayramında aprel ayının əvvəli görüşmüşlər və pulu düzəldib gələcəklərini bildirmişlər. Bu zaman X6 ona bildirmişdir ki, banklar pul verməyəcək, banklara inanmır və bu işləri yaxşı bilir, bütün günü ev alıb satır. Ona bildirmişdir ki, pulu hazırlayıb yaxınlaşacaq. Şirkətinin dövriyyəsindən həmin çatışmayan 200000 manatı çıxartmaq üçün kredit götürməyini düşünüb “Paşa Bank”a müraciət etmişdir. “Paşa Bank” xx.xx.2024-cü ildə ona 190000 manat kredit vermiş və həmin məbləğ onun hesabına oturmuşdur. Eyni zamanda neçə illər dövriyyəyə qoyduğu pulu götürmüşdür. Aprel ayının axırı o, ailəvi dostu Hacı Akif və xalası oğlu Qafar Əzizov məhlədə Tahir Hüseyn oğlu ilə bir daha söhbət etmiş və Tahir bildirmişdir ki, ona 265000 manatı gətirsin, 5000 manat güzəşt edər. O, bildirmişdir ki, pulu çatmır və yenə gedib dövriyyədə qalan pulunu götürməyə və dostlarından borc almağa çalışacaq. Bu işləri həll edənə kimi may ayına çəkmiş, məhəllədə Tahir Hüseyn oğlunu gördüyü zaman əmisi nəvəsi Elçin Qurbanov da yanında olmuşdur. Tahir Hüseyn oğlu il ə görüşüb qiymətdə yenə də güzəşt etməyi xahiş etmişdir. Söhbət onun həyətində getmiş, Tahir Hüseyn oğlu ona heç bir güzəşt etməmiş və hətta ona bildirmişdir ki, 15000 manatı 1 ay sonra versin. Tahir isə bildirmişdir ki, “yox bütün məbləği 1-2 günə düzəlt ver ki, mən də işlərimi yekunlaşdırım”. Bu zaman o, sonuncu dəfə yenə 1-2 dostuna zəng edərək hərəsindən 15000 manat borc pul istəmişdir. Hətta öz bank hesabını yoxlayaraq Rusiya ilə gördüyü işlə əlaqədar bank hesabındakı 21000 manatı da göstərib, həmin məbləği də çıxarıb biznes dövriyyəni saxlayıb Tahir Hüseyn oğluna bildirmişdir ki, bu evi alır. Əlini sıxıb halallıq istəmiş və bu zaman o, oğluna zəng edərək beh vermək üçün 22000 manatı gətirməyini bildirmişdir. Tahir bu söhbəti eşidib “ehtiyac yoxdur, sənin sözün behdir, mən sənə inanır am, hamısını bir yerdə verərsən” demişdir. Soruşmuşdur ki, nə vaxt dəqiqləşdirirlər, demişdir ki, get pulu götür gəl gedək notariusa və o da həmin pulu götürüb digər işlərini görəcək. Elçin Qurbanov bu söhbətin şahidi olmuşdur. Sabahı o,Tahirə zəng etmiş ki, pulları düzəltmiş, 265000 manat hazırdır, getsinlər notariusa. Hətta atası və anası da rayondan gəlmişlər ki, evlə bağlı işlərini görsünlər. Bu söhbətdə Hacı Akif yanında olmuşdur və telefon vasitəsilə Tahir söhbəti uzadaraq “gözlə hələ mənim bu adamla işim alınmır, mən sənə 2-3 günə xəbər edəcəm” demişdir. Tahir Hüseyn oğluna sual vermişdir ki, digər işin alınmasa, ona bu evi satmayacaq? Tahir demişdir ki, xeyr bunun dəxli yoxdur, bu alınmasa başqa obyekt tapıb alacaq və evi ona satacaq. Bu zaman o, Xətai metrosunun yanındakı notariu sa getməyi təklif etmiş, lakin X6 bildirmişdir ki, Nərimanov rayonu ərazisindəki H.Əliyev prospektində yerləşən Rəşadətin notariusunda həmin işləri edəcəyinə söz verib. O da onun sözlərinə inanaraq gözləmək qərarına gəlmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, həmin krediti götürdüyü zaman dövriyyəyə buraxıb və şirkətin dövriyyəsində isə vaxtilə qoyduğu pulları satışdan sonra əldə edir. Tahirin sözünə inanaraq evi almaq üçün Rusiya, Çin Xalq Respublikası, Türkiyə ilə ticarətini saxlamış, baxmayaraq ki, onların qarşısında öhdəliyi var idi və müqavilələr bağlamışdır. Düşünürdü ki, Babək Tahirdən evi alaraq, həmin evi banka girov qoyaraq yeni bir biznes üçün dövriyyəsini edəcək, bu sadəcə 3-5 gün vaxt çəkəcək. Lakin iyun ayının 1-nə kimi gözləyib həmin biznes dövriyyəni nəzərə alaraq T ahirə bildirmişdir ki, notariusa nə vaxt gedəcəklər. Tahir onunla aqressiv danışaraq, onu ələ salaraq evi satmadığını bildirmiş, hətta ona “dələduz” deyərək, şərəf və ləyaqətinə toxunmuş və evi artıq bu qiymətə satmır, hər şey bahadır deyərək onun etibarından sui-istifadə etmişdir. X6 ilə söhbətlərinin əksəriyyətinin səs yazılarını qeyd etmişdir. Onu necə ələ salmasının, təhqir etməsinin, biznesinin inkişafına maneə olmasının, yalan vədlər verməsinin sübutları vardır. Onun şirkətində 10 işçi çalışır və hərəsi evində 2-3 ailəyə baxır və bu ailələrin dolanışığı zərbə altında qalır. Ümumiyyətlə, onun şirkətinin böyük dövriyyəsi var və bununla əlaqədar dövlət büdcəsinə mütəmadi olaraq böyük məbləğlər ödəyir. Bununla əlaqədar lazımi sənədləri təqdim edəcək. Ümumiyyətlə, X6 ilə danışdığı dövrdə və hətta son bir həftə behləşdiyi müddətdə Keşlə qəsəbəsində 2 ev biri 200000 manat, digəri 188000 manat dəyərində, 28 may ərazisində yerləşən 175000 manata olan ev və Üzeyir Hacıbəyov küçəsində yerləşən 175000 manat dəyəri olan evləri Tahirin sözünə və yalan vədlərinə görə əldən buraxmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs tərəfindən ona böhtan atılaraq təhqir edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzim lənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azə rbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin əlamətləri vardır. Bununla əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 1 65.1 və 166.1- ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul etdiyi andan açılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaql a, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə b ilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. X3 onun barəsində ləkələyici, yalan, böhtan xarakterli məlumatları yaymaqda və onu təhqir etməkdə məqsədi onun nüfuzunu alçaltmaq cəmiyət arasında onun barəsində yanlış fikirlər formalaşdırmaqdır. Beləliklə, hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb ed ilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq X3 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(007)-423/2024 saylı qərarına əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərardan narazı qalan xüsusi ittihamçı X2 nümayəndəsi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəmə sinin 11 iyul 2024-cü il tarixli 1(007)423/2024 nömrəli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2024-cü il tarixli 1(103)-1896/2024 nömrəli qərarı ilə xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 1(007)423/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan xüsusi ittihamçı X2 nümayəndəsi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, hakimin verdiyi suala cavab olaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxs konkret şəxslərin adlarını çəkməklə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin işlətdiyi böhtan xarakterli ifadələri həmin şəxslərin açıq aşkar eşitdiklərini bildirmişdir. Xüsusi ittihamçı hesab edir ki, məhkəmənin işin məhkəmə baxışına təyin etmədən, kifayət qədər araşdırma aparmadan şəxsin əməllərində CM-in 147.1-ci və 148-ci maddələrin əlamətlərinin olmaması qənaətinə gəlməsi kobud prosessual pozuntudur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını araşdırıb, kassasiya şikayə tinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsi barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs T.Babəkin və Müdafiəçi1 çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı verilmiş kassasiya şikayətinə münaibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yox layır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu ndan ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi böhtana, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası CM-in 148-ci maddəsi - təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: - şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); - şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); - cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); - cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); - şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); - şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirlən dirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxro nikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkə mələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından görünür ki, X4 şikayətində istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habel ə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, ad ı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə bax ılır. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olaraq özünün məşğuliyyət növü, vəzifəsini göstərməmişdir. Bundan başqa iş materiallarından görünür ki, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin nə vaxt törədildiyi, bununla da barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə istinad edilən əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs böhtan və təhqir xarakterli məlumatların telefon vasitəsilə, həmçinin qonşuların yanında bildirilməsini qeyd etmişdir. Cinayət qanunvericiliyinə görə böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi böhtan və təhqir xarakterli məlumatların şəxsə təklikdə telefonda bildirilməsi həmin şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsini istisna edir. Təhqir və böhtan cinayətinin harada, nə vaxt və necə törədilməsi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) təsdiq edilməsi göstərilməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X3 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb olunması haqqında X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2711/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2711/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver