Məhkəmə qərarları › İş №1(102)-272/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-272/2019

28.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-272/2019 28.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Rüstəmov Əli Məhəmməd oğlu və Əhmədova Mehbarə Tofiq qızından ibarət tərkibdə, X57 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2,məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər m əhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində şərti məhkumetmə tədbiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarındanTəqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Hüseynov-sədrlik edən, X.Səmədov və Ə.Süleymanovdan ibarət tərkibdə) 17 mart 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməll ərini törətməkdə təqsirli bilinib, CM-in 220.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 315.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin tutulduğu 04 fevral 2013-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 23 yanvar 2013-cü il tarixdə saat 21:30 radələrində İsmayıllı şəhərində bir qrup şəxsin qərəzli xuliqanlıq hərəkətlərinə cavab olaraq İsmayıllı rayon sakinləri X13, X41, X7 başqaları i lə təşkil edib iştirakları ilə İsmayıllı şəhəri ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin, 4 ədəd avtomaşının, 5 ədəd digər nəqliyyat vasitəsinin tez alışan neft məhsulu benzin vasitəsilə yandırılmaqla külli miqdarda xüsusi mülkiyyətdə olan özgə əmlaklarının qəsdən məhv edilməsi, zədələnməsi, talan və ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərilib az ağır, yüngül və dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsi və digər zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaş törədilməsindən istifadə edərək “üsyan” adlandırdığı yanlış təfəkkürü ilə ölkədə süni gərginlik yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqla həmin hərəkətlərin inkişaf etdirilib davamlı xarakter alması üçün yuxarı da qeyd olunan cinayətin məqsədini davam etdirmək niyyəti ilə Bakı şəhər sakini kimi 24 yanvar 2013-cü il tarixdə İsmayıllı şəhərinə gəlmişdir. Saat 16:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs və digərlərinin fəal iştirakı ilə şəhərin Nəriman Nərimanov küçəsində rayon İcra Hakimiyyətinin inzibati binası ilə üzbəüz yerləşən rayon Təhsil Şöbəsinin inzibati binasının qarşısındakı meydana toplaşmış təhrik olunan rayon sakinləri X19, X2 və qeyrilərinin mümkün hisslərindən sui-istifadə edib ictimai yerdə səsləndirdikləri qanunazidd müraciətləri ilə Azərbaycan Respublikası ali icra hakimiyyəti orqanının səlahiyyətli təşkilatı olan İsmayıllı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına insanların və nəqliyyatın hərəkətini çətinləşdirməklə kütləvi surətdə daxil olub zorakılıqların, talanların törədilməsinə, onların qanunazidd davranışlarının qarşısını almaq istəyən hakimiyyət nümayəndələrinin dağılışmaq barədə qanuni tələblərinə tabe olmamışlar. Əldə etdikləri predmetlərlə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etməklə xidməti geyim formasında ictimai asayişi qorumaq üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərməyə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərin törədildiyi yerləri uzun müddət ərzində tərk etməyib İsmayıllı Rayon İcra Hakimiyyətinin, dövlət müəssisə, idarə və təşkilatların, ictimai-iaşə, ticarət, xidmət obyektlərinin normal fəaliyyətinin pozulması, mərkəzi prospekt və Nəriman Nərimanov küçəsini bağlayıb ictimai nəqliyyatın hərəkətinin dayandırılması kimi davamlı əməlləri ilə kütləvi iğtişaşları təşkil etmişlər. Hərə kətlərinin qarşısının alınmasından yayınaraq toplaşanların tərkibində fəal iştirakçı kimi həmin gün saat 17 radələrində İsmayıllı şəhərində X19, X2 və digərlərindən ibarət bir qrup şəxsin İsmayıllı rayon İcra Hakimiyyətinin inzibati binasına doğru kütləvi surətdə hərəkətinə və qanunun tələbləri ilə bunun qarşısını alan polis əməkdaşlarına qarşı daş atılmaqla İsmayıllı Rayon Polis Şöbəsinin post-patrul xidməti taqımının manqa komandiri X31, polis nəfərləri X42, X32, X24, X16, X9 həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq olunmasına nail olmuşlar. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və X33 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər M.M.Hüseynov - sədrlik edən və məruzəçi, R.Əliyev və İ.Şükürovdan ibarət tərkibdə) 24 sentyabr 2014-cü il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2014-cü il tarixli qərarının ləğv edilməsini və məhkum haqqında iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İ.Hacıqayıbov - sədrlik edən və məruzəçi, G.Rzayeva və F.Kərimovdan ibarət tərkibdə) 13 oktyabr 2015-ci il tarixli qərarı ilə müdafiəçinin kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2014-cü il tarixli qərarının məhkum Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər H.Q.Səlimov - sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli ibarət tərkibdə) 29 aprel 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və X33 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü Təqsirləndi rilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını məhkum Təqsirləndirilən şəxs aid hissədə ləğv etməklə iş üzrə icraata ona aid hissədə xitam verilməsini, habelə özünün verdiyi etiraz ərizəsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarının cəriməyə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ə.Seyfəliyev - sədrlik edən və məruzəçi, İ.Nəsirov və F.Əliyevdən ibarət tərkibdə) 18 noyabr 2016-cı il tarixli qərarı ilə müdafiəçinin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 29 aprel 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işinin icraatı zamanı “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarının pozulmasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli “Təqsirləndirilən şəxs Azərbaycana qarşı” iş üzrə qərarında şərh edilmiş hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxaraq 29 iyun 2018-ci il tarixli 12(102)-1(a)/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə onun barəs indəki Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2016-cı il tarixli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2016-cı il tarixli qərarlarının ləğv edilərək, cinayət işinin apellyasiya qaydasında yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və E.Hüseynovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi3 və X33 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü Təqsirləndirilən şəxs CM-in 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair hissədə dəyişdirilmiş, Təqsirləndi rilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək onun CM-in 220.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib məhkum edildiyi qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasından 04 fevral 2013-cü il tarixdən 13 avqust 2018-ci il tarixədək həbsdə olduğu 05 (beş) il 06 (altı) ay 09 (doqquz) gün çıxılmış və üzərində qalan 01 (bir) il 05 (beş) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinаyət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Sınаq müddəti dövründə Təqsirləndirilən şəxs dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilmiş, CM-in 70.5ci maddəsinə müvafiq olaraq sınаq müddəti dövr ündə Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanların çağırışlarına vaxtında gəlmək, ölkə hüdudlarını tərk etməmək və öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifələri qoyulmuş, sınаq müddətinin başlanğıcı qərarın elan edildiyi vaxtdan hesаblаnması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun həbsdən azad edilməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmünun Təqsirləndirilən şəxs münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Təqsirləndirilən şəxs müdafiəçisi Babayev Fuad Arif oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafi əçisi Müdafiəçi3 kassasiya şikayətində və kassasiya şikayətinə əlavələr edilməsi barədə ərizədə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarının və Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs aid hissədə ləğv edilməsini, iş üzrə icraata Təqsirləndirilən şəxs aid hissədə əməllərində cinayət hadisəsi olmadığına görə bəraətverici əsaslarla xitam verilməsini, Təqsirləndirilən şəxs Edar oğlu haqqında həbs qətimkan tədbiri seçilməsinin həbsdən azad olunması hissəsi dəyişdirilmədən saxlanılmaqla digər hissələrdə ləğv edilməsi, vəkil Müdafiəçi3 haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarının cəriməyə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli Qərarına görə Təqsirləndirilən şəxs haqqında əsaslandırılmış məhkəmə qərarı olmamış və iş üzrə sübutlara obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilməmişdir. Bundan sonra da təkrar işə baxan Şəki Apellyasia Məhkəməsi eyni qanun pozuntularını və səhvləri təkrarlamışdır. Məhkəmə qərəzsiz və müstəqil şəkildə ədalətli məhkəmə araşdırması aparmaq istəsə idi, məhkəmə baxışı zamanı müəyyən edilmiş faktlar əsasında Təqsirləndirilən şəxs birmənalı olaraq bəraət verilməli idi. Lakin Təqsirləndirilən şəxs yenə də əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təqsirli bilinmişdir. Onun məhkum edilməsi siyasi fəaliyyəti ilə bağlı olmuş, İsmayıllı şəhərində baş vermiş hadisələrin səbəblərini bir siyasi xadim kimi öyrənmək üçün 2013-cü il yanvarın 24-də oraya getməsi isə buna bəhanə olmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Təqsirləndirilən şəxs və X12 «gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmələri» barədə hələ 2013-cü il yanvarın 29-da məlumat yaymaları təqsirsizlik prezumpsiyasının kobud səviyyədə pozulması olmuşdur. Kasssatorun qənaətinə görə işə yenidən baxan apellyasia instansiyası məhkəməsi sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmiş, yalnız Təqsirləndirilən şəxs ifadəsini qısa məzmunda dinləməklə kifayətlə nmiş, Avropa Məhkəməsinin qərarına görə ittiham tərəfin təqdim etdiyi, mənbəyinin mötəbərliliyi kifayət qədər şübhəli olan sübutları yenidən sadalamaqla, Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübutları isə əsassız olaraq rədd etməklə yekun qərar qəbul etmiş, yenə də ibtidai istintaq və birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamışdır. Məhkəmə sübutları və Avropa Məhkəməsinin iş üzrə müəyyən etdiyi nəticələri tamamilə danaraq, onları «təkzib edərək», apellyasiya şikayətini faktiki olaraq təmin etməmiş, aşağı məhkəmənin hökmünü Təqsirləndirilən şəxs aid hissədə demək olar ki dəyişdirilmədən saxlamışdır. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində olduğu zamanda kütləvi iğtişaş olmamış, hər hansı zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə ümumiyyətlə müqavimət göstərilməsi kimi hərəkətlər olmamış, həmin hərəkətlərin baş verməsi Təqsirləndirilən şəxs İsmayılı şəhərinə səfər edənə kimi baş vermiş, oradan qayıdandan sonra təkrarlanmışdır. Təqsirləndirilən şəxs İsmayıllıda olduğu qısa müddət (15 dəqiqə) ərzində kütləvi iğtişaşları təşkil etməsi, planlaşdırması və hazırlaması, qanunsuz hərəkətləri törətmək üçün dəstələr yaratması, iştirakçılar arasında rolları, vəzifələri bölüşdürməsi kimi hərəkətləri, tanımadığı bir yerdə tanımadığı şəxslər arasında icra etməsi həm nəzəri, həm də praktiki baxımdan da mümkünlüyü ağlabatan deyildir. Təqsirləndirilən şəxs verilmiş ittihamla onun hər əkətləri arasında uyğunsuzluq olmuş, bu da məqsədli edilmişdir. Onun təqsirsizliyi ittiham tərəfin özünün təqdim etdiyi sübutlarla da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs İsmayıllı şəhərində olarkən hər hansı bir cinayət əməli, hətta inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Müdafiəçi3 kassasiya şikayətində daha sonra göstərmişdir ki, apellyasia instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi məsələsində Avropa Məhkəməsinin qərarlarına, o cümlədən Təqsirləndirilən şəxs aid qərarlara istinad etsə də, məqsədli şəkildə həmin qərarların məzmunu təhrif etmiş, bəzən isə Avropa Məhkəməsinin bu işə aidiyyatı olmayan qərarlara istinad etmişdir. Hazırki iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilmişdir ki, ərizəçiyə qarşı ittihamları dəstəkləyən və onun məhkum edilməsində həlledici dərəcədə əsas götürülmüş birbaşa sübutlar bir neçə polis əməkdaşı və mülki şəxslərin ifadələri, eləcə də İsmayıllı RPİ və MTN-nin məktublarındakı məlumatlardır. Milli məhkəmələr tərəfindən həmin sübutların qəbul edilməsi, araşdırılması və (və ya) qiymətləndirilməsi üsullarında, eləcə də həmin sübutlara qarşı müdafiə tərəfinin etirazlarına hüquqi qiymət verilməsində ciddi çatışmazlıqlar olmuşdur. Məhkəmələr həmçinin bəzi müdafiə şahidlərini dinləsələr də, onların ifadələrinə hər hansı qiymət verməkdən imtina etmiş, bu zaman məhkəmənin düzgün hesab etmədiyi əsaslara (aşağıda izah ediləcəyi kimi) söykənmişlər. Nəhayət, milli məhkəmələr ərizəçini məhkum edərkən maddi sübutları, o cümlədən video yazıları, həmin günlərin yeniliklərini, ərizəçinin bloqundakı postları və sosi al şəbəkə postlarını da tədqiq etmiş, həmin sübutların araşdırma tərzi də açıqaşkar əsassız olmuşdur*.. İşə baxan apellyasiya məhkəməsi Avropa Məhkəməsinin qərarındakı bu halları nəzərə almamış, sübutların tədqiqinə diqqətlə yanaşmamış, onlara milli və beynəlxalq hüquq normalarına uyğun dəyərləndirməmişdir. Apellyasiya məhkəməsi düzgün olmayaraq Rusiya Federasiyasının Ali Məhkəməsi Rəyasət Heyətinin “Navalnı qardaşlarının işi” üzrə 25 aprel 2018-ci il tarixli qərarına əsaslanmışdır. Məhkəmə İsmayıllı rayon PŞ-in və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin məktublarını sübut kimi qəbul etməkdə səhvə yol vermiş, obyektiv məlumatları özündə əks etdirən videoçəkiliş materiallarına, telefon billinqlərinə, o cümlədən «Obyektiv TV» saytının, “Yeni Müsavat” qəzetinin,İsmayıllı şəhərində “U nibank”ın videokamerasının, ‘‘Azadlıq” radiosunun vəkil sorğusuna cavab kimi təqdim etdiyi məktub və disklərdəki məlumatları, kütləvi informasiya vasitələrində verilmiş məlumatları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhrif olunmaqla qərarda əks etdirilmiş, bəzi hallarda isə ümumiyyətlə qərarda göstərilməmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkum edilməsi üçün onun publik bəyanatlarına sübut kimi əsaslanmaqla Avropa Konvensiyanın kökündə olan dəyərlərə açıq hörmətsizlik etmiş, Konvensiyanın 6-cı maddəsinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi həmçinin İsmayıllı rayon məhkəməsindən alınmış 24 yanvar 2013-cü il tarixdə saat 11:00-dan 22:30-dək İsmayıllı şəhərində baş vermiş məlum hadisələrlə əlaqədar 44 şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin Təqsirləndirilən şə xs İsmayıllıda olduğu müddətdə orada heç də sakitlik olmadığının, hadisələrin davam etdiyinin təsdiqi kimi göstərməklə də səhvə yol vermiş, bu məsələ ilə bağlı Avropa Məhkəməsinin qərarında göstərilən dəlilləri nəzərə almamışdır. Həmin qərara görə «Məhkəmə həmin inzibati işləri nəzərdən keçirməmiş, detallarına baxmamışdır. Həbs edilənlərin şəxsiyyətləri, onların həbsi halları və əsasları, onlara qarşı konkret ittihamlara dair konkret detallar məlum olmadığından həmin inzibati işlərin ərizəçinin işinə hər hansı aidiyyatı olması istisna olunur». Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı məhkumun vəkili kassasiya şikayətində daha sonra göstərmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi müdafiə versiyasını təsdiq edən ifadələrə tənqidi yanaşmaqla məhkum edilm iş şəxsə qarşı qərəzsiz olmadığını bir daha büruzə vermiş, məhkumTəqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların, onun tərəfindən hər hansı bir cinayət əməlinin törədilməməsinin şahid kimi dindirilən digər şəxslərin ifadələri ilə öz təsdiqini tapdığını, həmin ifadələrin bir-birlərini tamamladığını, həmçinin videomateriallarda, telefonların izahlı qaimələrində, qəzet materiallarındakı məlumatlarla üst-üstə düşdüyünü diqqətdən qaçırmışdır. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 121.2-ci və 325.5.1-ci maddəlirinin tələblərini pozmuşdur. Müdafiəçi kassasiya şikayətində daha sonra qeyd etmişdir ki, Təqsirləndirilən şəxs təqsirli bilinməsi üçün yerli məhkəmələrin əsaslandığı sübutlar ibtidai istintaq orqanının qanunsuz olaraq zərərçəkmiş şəxs kimi tanıdığı və dindirilmiş polis əməkdaşl arının, şahid kimi dindirilmiş polis əməkdaşlarının, habelə mülki şəxslərin ifadələri olmuşdur. Həmin şəxslərin ifadələrini İlqar Məmmədova qarşı irəli sürülmüş ittihamların sübutu kimi qəbul edilməsinin açıq-aşkar əsassız olması hazırkı iş üzrə İnsan Hüquqları Avropa Məhkəməsinin qərarında öz əksini tapmasını da məhkəmə nəzərə almamışdır. Beləliklə, iş materiallarında Təqsirləndirilən şəxs ona istinad olunmuş maddələrdə nəzərdə tutulmuş əməlləri törətməsini təsdiq edən heç bir aidiyyəti sübut yoxdur və ola da bilməz. Cinayət təqibi orqanları Təqsirləndirilən şəxs münasibətdə təqsirsizlik deyil, “təqsirlilik prezumpsiyası”nı rəhbər tutmuşdur. Buna baxmayaraq müdafiə tərəfi Təqsirləndirilən şəxs təqsirsizliyini məhkəmə istintaqında sübuta yetirmişdir. Onun İsmayıllı şəhərindəki hadisələrin səbəblərini öyrənib təhlil etmək niyyəti isə məhz siyasi və ictimai fəaliyyətindən qaynaqlanır və demokratik cəmiyyətdə bunun üçün məsuliyyət tətbiq edilməli deyil, əksinə şərait yaradılmalıdır. Proses iştirakçılarının çıxışları Müdafiəçi3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs aid hissədə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinin həbsdən azad olunması hissəsi dəyişdirilmədən saxlanılmaqla digər hissələrdə qanunsuz hesab edilməsi, özü barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarının cəriməyə aid hissədə ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Dövl ət ittihamçısı2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin 13 avqust 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətində irəli sürülmüş tələblərin təmin olunmamamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Cinayət Prosessual Məcəllənin 419.4-cu maddəsinin tələblərinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunlarının normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə kassasiya şikayətinin və ya kassasiya protestinin dəlilləri həddində öz münasibətini bildirir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci və 31 5.2-ci maddələri ilə, yəni zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə cinayətlərini törətməyə görə məhkum olunmuşdur. Hökmə görə Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunmuş, onun tərəfindən həmin cinayətlərin törədilməsi ibtidai istintaq orqanı tərəfindən qanuni əsaslarla toplanaraq məhk əmə istintaqında tam, hərtərəfli və obyektiv yoxlanılmaqla təhlil edilmiş, mənbəyinin mötəbərliliyi şübhə doğurmayan sübutlar əsasında öz təsdiqini tapmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətlərinə əsasən sonuncu dəfə işə baxan Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Təqsirləndirilən şəxs Azərbaycana Qarşı” işi üzrə 16 noyabr 2017-ci il tarixli qərarında və həmin qərara əsasən çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən halları da nəzərə alaraq Təqsirləndirilən şəxs əməllərinin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün tövsif olunması və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun sübuta yetirilməsi qənaətinə gəlmişdir. Həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına görə, hazırkı iş üzrə məhkəmə araşdırmaları bütövlükdə götürüldükdə ədalətli məhkəmə araşdırmasının tələblərinə cavab verməmiş və müvafiq olaraq iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntularına yol verilmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçiyə qarşı ittihamların əsasını polis əməkdaşlarının ifadələri təşkil etməsi, iş üzrə tədqiq edilmiş video görüntülərin (İsmayıllı şəhəri M.F.Axundov küçəsindəki görüntüləri əks etdirən “Unibank”ın müşahidə kamerası) düzgün qiymətləndirilməməsi, İsmayıllı rayon PŞ-nin və MTN-nin rayon şöbəsinin İsmayıllı şəhərində baş vermiş hadisələr barədə və bilavasitə Təqsirləndirilən şəxs aid məktublarına tənqidi münasibət bəslənilməməsi, Təqsirləndirilən şəxs internetdəki postları, onun radio müsahibəsi və müxtəlif media vasitələrindəki xəbər hesabatlarının nəzərə alınmaması ədalətli məhkəmə araşdırmasının olmasını şübhə altına alır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Avropa Məhkəməsinin özünün təcrübəsinə görə işdə mövcud olan sübutları qiymətləndirmək baxımından milli məhkəmələr daha əlverişli vəziyyətdədir. Sübutların mümkünlüyü və aidiyyətinin müəyyən edilməsi müvafiq daxili qanunvericiliyin tələblərinə görə milli məhkəmələrin müstəsna səlahiyyətidir. Hazırkı məhkəmə prosesinin gedişatında ittiham və müdafiə tərəfi məhkəməyə yeni sübutlar təqdim etməmiş və hər hansı bir vəsatətlə çıxış etməmişlər. Ona görə də iş üzrə mövcud sübutların və işin faktiki hallarının Avropa Məhkəməsinin və Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun qərarları nəzərə alınmaqla qiymətləndirilməsi aparılmalıdır. Bu baxımdan da ictimai asayişin təmin edilməsi, hüquq qaydalarının qorunması və ümumən cinayətkarlığa qarşı mübarizə məsələlərinə bilavasitə məsul olan polis orqanları əməkdaşlarının ifadələrinin hazırkı iş üzrə sübut kimi mötəbərliyinin şübhə altına alınması üçün qətiyyən hüquqi əsas olmamışdır. 23-24 yanvar 2013-cü il tarixlərdə İsmayıllı şəhərində kütləvi iğtişaşlar baş verməsi faktdır, həmin hadisələrə görə cinayət işi başlanaraq istintaq aparılmış, 18 nəfər cinayət məsuliyyətinə cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş, həmçinin 50-dən artıq şəxs inzibati məsuliyyətə cəlb olunmuş, 24 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır. Geniş miqyaslı və əhali arasında geniş rezonans doğuran qanuns uz hərəkətlərin qarşısının alınması, həmin qanunsuzluqları törədən şəxslərin müəyyən olunaraq hüquqi məsuliyyətə cəlb edilməsi vəzifələrini daşıyan polis əməkdaşları da hadisələr başlanandan başa çatana kimi həmin hərəkətlərin bilavasitə müşahidəçisi olmuşdur. Xidməti vəzifələrini yerinə yetirməklə kütləvi iğtişaşların qarşısı alınan zaman polis əməkdaşlarına ciddi müqavimət (bəzi hallarda zor tətbiq edilməklə) göstərilmiş, bədən xəsarəti yetirilmiş, bunun nəticəsində bir neçə nəfər polis əməkdaşı cinayət işi üzrə icraata zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Belə olan halda, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı olaraq həmin qanunsuz hərəkətlərin ən yaxın izləyicisi olmuş polis əməkdaşlarının ifadələrinin şübhə altına alınması, həmin ifadələrin sübut kimi yolverilməzliyi barədə müdafiə tərəfin dəlilləri ilə razılaşmaq Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun deyildir. Eləcə də, İsmayıllı rayon PŞ-nin və MTN-nin rayon şöbəsinin məktublarında olan məlumatlara istinad edilməsinə və həmin məlumatların sübut kimi qiymətləndirilməsinə qarşı iradlar qəbuledilən deyildir. Ona görə ki, Cinayət Prosessual Məcəlləsinin 137-ci və 137-1-ci maddələrində əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətləri nəticəsində əldə edilmiş materialların cinayət mühakimə icraatı üzrə sübut kimi istifadə olunması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin verdiyi vəsatətlərin, o cümlədən, prosesin audio və video yazı ilə aparılması, yolverilməz sübutların çıxarılması, yeni sübutların təqdim olunması, maddi, mənəvi və fiziki zərərə məruz qalmamış, lakin zərərçəkmiş kimi tanınmış şəxslərin həmin statusuna xitam verilməsi, “APA” və “Trend” informasiya agentliklərinin həmin gün üzrə məlumatlarına onların İnternet saytlarında baxış keçirilməsi, verdikləri yazılarla bağlı əməliyyat-qeydiyyat işlərinin təqdim edilməsi üçün MTN-ə və DİN-ə sorğular göndərilməsi barədə vəsatətlərin təmin edilməməsi barədə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətləri üzrə əvvəlki məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 vəsatəti əsasında X20 və X34 şahid qismində dindirilmiş, həmin dövrdə bu hadisələrə aid kütləvi informasiya vasitələrindəki məlumatlara, İsmayıllı şəhərində “Unibank”ın bankomatında quraşdırılan və İcra hakimiyyəti ilə Təhsil şöbəsinin inzib ati binalarına tərəf gedən M.F.Axundov küçəsinə tuşlanmış kameranın 24 yanvar 2013-cü il tarixinə aid videogörüntülərinə baxış keçirilmişdir. Hadisələr baş verən dövrdə İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləmiş Xin dəvət edilərək şahid qismində dindirilməsi, Təqsirləndirilən şəxs və X1un istifadələrində olmuş mobil telefonların nömrələrinə daxil olan və çıxan zənglərin izahlı qaimələrinin, anten məlumatların, telefon əlaqəsi saxlanılmış abonentlərin istifadəçilərinə dair məlumatların alınması, eləcə də 24 yanvar 2013-cü il tarixdə İsmayıllıda çəkiliş aparmış Azərbaycan Respublikası MTN-dən və DİN-dən çəkilişlərin surətlərinin alınması barədə müvafiq orqanlara sorğuların göndərilməsinə dair vəsatətlərlə bağlı təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin fikirləri d inlənilmiş, onlar işdə kifayət qədər sübut olmasını, X dövlət qulluqçusu olduğundan həqiqəti söyləyəcəyinə inanmadıqlarını, şahid X4 Respublikadan kənarda olduğunu, mobil telefonlara daxil olan və çıxan zənglərin izahlı qayimələrinin, anten məlumatların, telefon əlaqəsi saxlanılmış abonentlərin istifadəçilərinə dair məlumatların alınmasına, eləcə də 24 yanvar 2013-cü il tarixdə İsmayıllıda çəkiliş aparmış Azərbaycan Respublikası MTN-dən və DİN-dən çəkilişlərin surətlərinin alınması barədə müvafiq orqanlara sorğuların göndərilməsinə zərurət olmadığını bildirərək bu vəsatətlərindən imtina etmişlər. Cinayət işi üzrə hazırkı apellyasiya baxışı mərhələsində ittiham və müdafiə tərəflərinin, o cümlədən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 vəsatətlərinin olub-olmaması, yeni sübutla r təqdim edib-etməmələri aydınlaşdırılmış, həm Təqsirləndirilən şəxs, həm də onun müdafiəçisi Müdafiəçi3 vəsatətlərinin və təqdim ediləcək yeni sübutlarının olmadığını bildirmişdir. Ona görə də, məhkəmə kollegiyası cinayət işi üzrə mövcud olan sübutları yenidən tədqiq edib qiymətləndirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihаm üzrə təqsirli bilinməsi barədə birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşarkən apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əvvəllər məhkəmə iclaslarında verdiyi ifadələrini, zərərçəkmiş şəxslər X24, X31, X17 və X32, şahidlər İsmayıllı rayon rolis Şöbəsinin əməkdaşları X35, X21, X14, X25 və X51, şahidlər X8, X22, X3, REAL hərəkatının üzvü X26, “Zerkalo” qəzetinin müxbiri X36, media nümayəndələri X27, X10, X11, X28 və X5 ifadəl ərini bir-biri ilə və cinayət təqibi üzrə toplanmış digər sübutlarla müqayisəli təhlil apararaq öz daxili inamına görə qiymətləndirmişdir. Təqsirləndirilən şəxs İsmayıllı şəhərində bir saatdan az olması, onun tərəfindən 24 yanvar 2013-cü ildə saat 16-17 radələrində hər hansı bir ixtişaş, polisə müqavimət, polisə və ya hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, bu cür hərəkətlərə təhrik etmə kimi nəinki cinayət, hətta inzibati xətanın törədilməməsi barədə ifadə verən təqsirləndirilən şəxsin özünün və şahidlər X4, X5, X6, X7, X8, X9, X10un ifadələrini apellyasiya məhkəməsi mötəbər sübut kimi qəbul etməmiş, onların göstərdiklərinə tənqidi yanaşmış, hesab etmişdir ki, 24 yanvar 2013-cü ildə saat 16-17 radələrində İsmayıllı rayon Təhsil Şöbəsinin qarşısında kütləvi iğtişaşlar baş verməsi, Təqsir ləndirilən şəxs isə həmin vaxt orada olan əhalini kütləvi iğtişaşa, dövlət orqanlarına itaətsizliyə və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə təhrik etməsi zərərçəkmiş şəxslər X11in, X12un, X13in və X14un, şahidlər X15in, X16un, X17in, X18un, X19un, X20un, X21in və X22un ifadələri və ittiham tərəfin təqdim etdiyi digər sübutlarla öz təsdiqini tapmışdır. Əvvəllər işə baxan Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının iclasında müdafiə tərəfinin vəsatəti üzrə şahid qismində dindirilmiş X20 və X34 isə ifadələrində hadisəni görmədiklərini bildirərək, məhkəmə kollegiyasına iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat verməmişlər. Apellyasiya məhkəməsi həmçinin işdə olan Baxış keçirilməsi haqqında 26 yanvar 2013-cü il tarixli protokolu, protokola əlavə olunan sxem və fotocədvəll əri, 24 yanvar 2013-cü il tarixdə İsmayıllı şəhərində kütləvi iğtişaşlar, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsi əməllərini törədən şəxslərin şəxsiyyətlərini və iştirak dərəcəsini müəyyənləşdirən, cinayət işinin materiallarına əlavə olunmuş video və foto çəkilişləri, habelə hadisə yerindən çəkiliş aparmış televiziya kanallarından, digər kütləvi informasiya vasitələrinin nümayəndələrindən götürülmüş kadrlara baxış keçirilməsi haqqında 07 fevral 2013-cü il tarixli protokolu və fotocədvəlləri, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin izahlı qaiməsinə baxış keçirilməsi haqqında 07.06.2013-cü il tarixli protokolu, İsmayıllı şəhərində “Unibank”ın bankomatında quraşdırılan kameranın çəkilişinə, “APA”, “TREND” və digər kütləvi in formasiya vasitələrində verilmiş məlumatları, “Yeni Musavat - Onlayn” ictimai-siyasi qəzetinin 25 yanvar 2013-cü il tarixli sayında getmiş məlumatı, İsmayıllı rayon Polis Şöbəsinin 01.04.2013-cü il tarixli 2/117-m №-li və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 20.04.2013-cü il tarixli 6/2274 №-li məktubları bir-birləri və digər sübutlarla, o cümlədən məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil etməklə tam, hərtərəfli və obyektiv yoxlamışdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə tədqiq edilmiş video görüntülərin adekvat qiymətləndirilməməsi, İsmayıllıda baş vermiş hadisələr barədə və bilavasitə Təqsirləndirilən şəxs aid İsmayıllı rayon PŞ-nin və MTN-nin rayon şöbəsinin məktublarına tənqidi münasibət bəslənilməməsi, ər izəçinin internetdəki postları, onun radio müsahibəsi və müxtəlif media vasitələrindəki xəbər hesabatlarının nəzərə alınmaması ilə bağlı Avropa Məhkəməsinin qərarındakı mülahizələrə gəlincə qeyd olunmalıdır ki, həmin məsələlər əvvəlki apellyasiya icraatı mərhələlərində araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənərək həmin qiymətləndirmə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azadlıq” radiosunun “İşdən sonra” proqramının 24.01.2013-cü il tarixli buraxılışında saat 1741-1746 arası verdiyi müsahibədə, eləcə də, 02.02.2013-cü il tarixli protokola əlavə edilmiş internet sosial şəbəkəsinin «livejournal.com» saytında özünə aid http:/ilgarmammadov. livejournal.com/ ünvanındakı bloqunun, «facebook.com» saytındakı «İlqar Mammado v» səhifəsindəki yazılarda Təqsirləndirilən şəxs 24.01.2013-cü ildə İsmayıllı şəhərində kütləvi iğtişaşları təşkil etmək və hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərməyə yönələn hərəkətlərini bir daha təsdiqləməklə, istintaqa verdiyi ifadələrində İsmayıllı şəhərində baş vermiş hadisələri müşahidə etmək və təhlillər aparmaq, ictimaiyyət üçün dəyərləndirmək məqsədilə getməsi, yerli sakinlərlə söhbət etməməsi barədə göstərdiklərini təkzib edir. İsmayıllı şəhərində olan müddətdə sakitlik olması, heç bir qarşıdurma, toqquşma və iğtişaş olmaması, onun tərəfindən təşkil və fəal iştirak etdiyi iddia olunan heç bir cinayət hadisəsinin baş verməməsi barədə Təqsirləndirilən şəxs mülahizələri işin həqiqi hallarına uyğun deyildir. Təqsirləndirilən şəxs bunu inkar etməyə yönələn ifa dələri özünümüdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəməsinin qənaətinə görə, Cinayət Prosessual Məcəlləsinin 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilməklə qəbul edilmiş, mötəbərliliyi şübhə doğurmayan kifayət qədər sübutlara əsasən Təqsirləndirilən şəxs cinayət əməllərinin sübuta yetirilməsinə və Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təqsirli bilinməsinə, Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə 6 il, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə 4 il, həmin Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və ədalətli olmuşdur. Ape llyasiya instansiyası məhkəməsi həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 21 gün hissəsini Cinаyət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə 2 il sınaq müddətinə şərti hesab etmiş, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə sınaq müddəti ərzində üzərinə hərəkətini və davranışını məhdudlaşdıran vəzifələr qoymuşdur. Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkəmə iclasında iştirak edən müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası azaldılmaqla, təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddətində şərti hesab olunması və sınаq müddəti ərzində həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə vəzifələr qoyulmasına dair müddəalar xaric edilməklə dəyişdirilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməlidır. Belə ki, işdən görünür ki, Müdafiəçi3 kassasiya şikayətini hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs bir siyasi xadim kimi İsmayıllı şəhərində baş verən hadisələrin səbəblərini bilavasitə öyrənmək üçün getməsini, həmin vaxt şəhərdə kütləvi iğtişaşların olmamasını, yaxud hakimiyyət nümayəndəsinə müqavimət və zor tətbiq edilməməsini, həmin hadisələrin Təqsirləndirilən şəxs İsmayıllı şəhərinə səfər e dənədək baş verməsini, oradan qayıdandan sonra davam etməsini, Təqsirləndirilən şəxs İsmayıllıda olduğu qısa zaman kəsiyində kütləvi iğtişaşları təşkil etmək, planlaşdırmaq və hazırlamaq, qanunsuz hərəkətləri törətmək üçün dəstələr yaratmaq, iştirakçılar arasında rolları, vəzifələri bölüşdürmək kimi hərəkətləri tanımadığı bir yerdə, tanımadığı şəxslər arasında icra etməsinin həm nəzəri, həm də praktiki cəhətdən mümkün olmamasını, Təqsirləndirilən şəxs verilmiş ittihamla onun hərəkətləri arasında uyğunsuzluq olmasını, bunun da məqsədli şəkildə edilməsini, onun təqsirsizliyinin tamamilə sübuta yetirilməsini, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində olarkən heç bir cinayət əməli, hətta inzibati xəta belə törətmədiyini, işə baxan məhkəmələr tərəfindən sübutların obyektiv qiymətləndirilmədiyin i, həmin məsələ ilə bağlı Avropa Məhkəməsinin qərarlarına, o cümlədən Təqsirləndirilən şəxs aid qərarlara istinad olunsa da, məqsədli şəkildə həmin qərarların məzmununun təhrif olunduğunu, bəzən isə aidiyyatı olmayan qərarlara istinad edildiyini iddia etməklə, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələrində göstərilən cinayətlərin tərkiblərinin olmaması və bu cinayətlərin törədilməsində onun təqsirliliyinin, cinayətlərə aidiyyatının müəyyən edilməməsi haqqında qənaətlərini və bu qənaətlərdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fər qli təsvirlər üzərində qurmuş, kassasiya şikayətinin dəlillərini birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktların deyil, fərqli faktların sübuta yetirilməsi mövqeyindən irəli sürmüşdür. Bu isə onu göstərir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi kassasiya instansiyası məhkəməsini özünün təsvir etdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunvericiliyinin məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-nin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prose sinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçinin kassasiya şikayətndə irəli sürülmüş Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibinin olmamasına və təqsirsizliyinin müəyyən edilməsinə baxmayaraq onun barəsində Cinayət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılmasının əsassız olması, bu səbəbdən də ona bəraət verilməli olmasına dair tələblərin əsaslılığını yoxlayarkən aşağı məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki halları mütləq nəzərə alınmalıdır. Kassatorun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində özünün təsvir edib göstərdiyi faktiki halların mübahisələndirilə n qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirilməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olardı. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, cinayət işi üzrə aşağı məhkəmələr tərəfindən aparılmış icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin y ekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və İlqar Məmədovun təqsirliliyi barədə yekun nəticələr Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Müdafiəçinin kassasiya şikayətində apellyasia instansiyası məhkəməsində işə baxılan zaman məhkum Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Avropa Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarındakı müddəların nəzərə alınmadığı, yaxud təhrif edilməklə əks olunduğu göstərilməklə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avrop a Konvensiyasının 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələblərinin pozulması ilə müşaiyət olunan qanun pozuntularına yol verilməsi barədə bir sıra dəlillər irəli sürülmüşdür. Müdafiəçi3 kassasiya şikayətinə görə Avropa Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində aparılmış cinayət işi üzrə 16 noyabr 2017-cı il tarixli qərarından sonra işə baxan Şəki Apellyasiya Məhkəməsi Avropa Məhkəməsinin təşəkkül tapmış presedent hüququ ilə bir araya sığmayan qərar qəbul etmişdir. Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, “...ərizəçinin əsaslandırılmış məhkəmə qərarı və şahidləri dindirmə hüquqları pozulub. O, səhv və ya təhrif edilmiş sübutlar əsasında məhkum edilib və onun bununla bağlı etirazları düzgün həll olunmayıb. Ərizəçinin xeyrinə olan sübutlar si stematik olaraq düzgün əsaslandırılmamaqla və ya açıq-aşkar əsassız tərzdə rədd edilib. İşin bir dəfə Ali Məhkəmə tərəfindən yeni araşdırmaya qaytarılmasına və müdafiə tərəfinin bəzi vəsatət və etirazlarına baxılmasına cəhd göstərilməsinə baxmayaraq, yuxarıda qeyd olunan sistematik çatışmazlıqlardan heç biri aradan qaldırılmayıb. Yuxarıdakılar ərizəçiyə qarşı cinayət icraatının bütövlükdə götürdükdə ədalətli məhkəmə araşdırması təminatlarına uyğun olmaması qənaətinə gəlmək üçün kifayətdir”. Buna baxmayaraq apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs əvvəlki ifadələrini təsdiq edən qısa ifadəsindən başqa heç bir sübut tədqiq etməmiş, əvəlki məhkəmə baxışlarının səhvlərini təkralamış, yenə də birinci instansiyası məhkəməsində qərəzli və ədalətsiz şəkildə araşdırma aparılmasına, məhkəmə baxış ının tərəflərin çəkişmə və hüquq bərabərliliyi prinsiplərinin ittiham tərəfinin xeyrinə dəfələrlə və kobud şəkildə pozulması, sədrlik edənin qanunsuz hərəkətlərinə çox zaman müdafiəçilərin etiraz etmə hüququnun və hətta imkanının əllərindən alınması ilə müşaiyət olunmasına, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə keçirilməsinə, qanuni, əsaslı və ədalətli yekun qərar qəbul olunmamasına göz yummuşdur. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya icraatı qaydasında yenidən baxılanda məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə keçirilmiş, istintaq zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs sərbəst ifadəsi dinlənilmiş, məhkəmə iclasına sədrlik edənin proses iştirakçılarına suallarına cavab olaraq müdafiə tərəfi hər hansı bir vəs atətinin olmadığını, işdə olan sənədlərin elan olunmasına zərurət olmadığını bildirmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs isə səbəblərini göstərmədən ümumiyyətlə hakimlərin və proses iştirakçılarının suallarına cavab verməkdən imtina etmişdir. Məhkəmə prosesinin gedişatında ittiham və müdafiə tərəfin məhkəməyə əlavə sübutlar təqdim etməməsi, hər hansı bir vəsatətlə, həmçinin əlavə sübutların, apellyasiya tələblərinin əsaslandırıldığı dəlillərin tədqiq edilməsi barədə vəsatətlə çıxış etməmələri nəzərə alınmaqla iş üzrə mövcud sübutların və işin faktiki hallarının Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları baxımından yenidən qiymətləndirilməsi həyata keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin bu qənaət i Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd deyildir. Məhkum edilmiş şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində göstərilən dəlilləri bundan əvvəl iki dəfə məhkəmə baxışının predmeti olmuş, tam, hərtərəfli və obyektiv yoxlanılmışdır. Avropa Məhkəməsinin qərarındakı müddəalar isə həmin sübutların qiymətləndirilməsi və ittihamın sübuta yetirilməsi üçün kifayətliliyi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mövcud sübutlara yenidən baxmaqla onları Təqsirləndirilən şəxs ona istinad olunmuş cinayət əməllərində təqsirli bilinməsi üçün kifayət hesab etmişdir. Kassasiya şikayətinin Təqsirləndirilən şəxs məhkəmə baxışından, hətta İsmayıllı hadisələrindən çox-çox əvvəl təqsirli sayılması, onun Azərbaycan ictimai-siyasi həyatının müxtəlif mə sələləri barədə aktual çıxışlarına görə həbs olunması və «məhkəməyə verilməsi» üçün bir sıra deputatların imzalar toplamaları, Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin hələ 2013-cü il yanvarın 29-da, məhkəmənin hökmü olmadan Təqsirləndirilən şəxs və X12 «gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmələri» barədə birgə məlumat yaymalarının onun təqsirsizlik prezumpsiyasının kobud pozulması olması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasyia instansiyası məhkəməsi işə baxarkən və yekun qərar çıxararkan Təqsirləndirilən şəxs ittihamda göstərilən cinayətləri törətməsi nəticəsinə gəlməyə əsas verə n kifayət qədər sübutlar olmuş, məhkəmə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş bu sübutları və müdafiə tərəfinin irəli sürdüyü dəlilləri tam, hərtərəfli və obyektiv təhlil etməklə onun istinad edilmiş cinayətlərdə təqsirli olması qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həbsi heç də onun Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif məsələləri barədə aktual çıxışlarına görə deyil, konkret cinayət əməllərini törədilməsində əsaslı olaraq ittiham edilməsi ilə bağlı olmuşdur. Onun həbs olunması və «məhkəməyə verilməsi» üçün bir sıra deputatların imzalar toplamaları barədə mülahizə heç bir sübuta əsaslanmır. Baş Prokurorluğunun və DİN-nin birgə mətbuat açıqlaması, habelə məhkumun konkrert cinayət əməllərində təqsirli bilinməsi iş üzrə ittiham aktında, hökmdə və apellyasiya məhkəməsi nin qərarında istinad edilən, verilmiş ittihamı təsdiq edən sübutların toplanılmasına, onları cinayət törətməkdə ifşa edən şəxslərə belə məzmunda ifadə vermələrinə heç bir təsir göstərməmiş, həmin açıqlamaya hər hansı istintaq və məhkəmə sənədlərində istinad olunmamış, məhkəmələrin gələcəyi nəticəni əvvəlcədən həll etməmişdir. Müdafiəçi3 kassasiya şikayətinə görə məhkəmələr qərəzsiz və müstəqil şəkildə ədalətli məhkəmə araşdırması aparmaq və yekun qərar qəbul etmək istəyində olmamış, tərəflərin çəkişmə və hüquq bərabərliliyi prinsiplərinin ittiham tərəfinin xeyrinə dəfələrlə və kobud şəkildə pozulması, sədrlik edənin qanunsuz hərəkətlərinə çox zaman müdafiəçilərin etiraz etmə hüququnun və hətta imkanının əllərindən alınması (xüsusilə birinci instansiya məhkəməsində) yekun qərarların, ən az ı Təqsirləndirilən şəxs barəsində qanuni olacağı ümidlərini heçə endirmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillərdə faktiki olaraq məhkəmələrin qərəzsiz, müstəqil və ədalətli məhkəmə araşdırması aparmaq istəmədikləri, məhkəmə proseslərinin tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsiplərinin pozulması ilə keçirilməsi iddia edilsə də, şikayətdə və təqdim edilən digər sənədlərdə bunları təsdiq edən, hakimlərin belə mövqedə olmalarının səbəblərini, onlara hər hansı bir orqan tərəfindən təsir edildiyini və ya onların hər hansı bir səbəbdən işin nəticəsi ilə maraqlı olduqlarını, məhkumla ziddiyyətli və ya zərərçəkmiş şəxslərlə yaxın münasibətlərdə olduqlarını göstərən, onların qərəzsiz və müstəqil olmadıqlarını şərtləndirən konkret hala və ya dəlilə istinad edilməmiş, bu halları təsd iq edən sübut təqdim olunmamışdır. İş materiallarında da belə bir sübut yoxdur ki, hakimlərin qərəzsiz və müstəqil olmadıqları, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25 və 28-ci maddələrinin tələblərinə riayət etmədikləri nəticəsinə gəlməyə əsas versin. Proseslərin tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsiplərinin pozulması ilə keçirilməsinə dair dəlilə gəldikdə isə məhkəmə kollegiyası məhkəmə iclas protokollarını nəzərdən keçirərək qeyd edir ki, məhkəmələrin (hakimlərin) kobud qanun pozuntusuna və yuxarıda göstərilən prinsiplərin, o cümlədən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 32-ci maddəsinin tələblərinin pozulmasına və ya məhkəmə baxışının prosessual normalarda nəzərdə tutulmayan tərzdə aparılmasına yol verdikləri müəyyən edilmir. Əksinə, məhkəmə iclas protokollarından görünür ki, məhkəmələr müdafiə tərəfinin bütün vəsatətlərini və etirazlarını qanunla nəzərdə tutulmuş qaydada müzakirə etmiş, bunların hər biri üzrə əsaslandırılmış qərar qəbul etmiş, həmin qərarları məhkəmə iclasında elan etmişlər. Birinci instansiya məhkəməsinin və əvvəllər apellyasiya şikayətlərinə baxmış apellyasiya məhkəməsinin müdafiə tərəfinin bir sıra vəsatətlərini təmin etmədiyi özü-özlüyündə məhkəmə baxışının yolverilməz tərzdə aparılması, prosessual qanunun prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Sonuncu dəfə apellyasiya şikayətlərinə baxılan zaman isə müdafiə tərəfi hər hansı bir vəsatətin olmadığını göstərmiş, məhkum Təqsirləndirilən şəxs əvvəlki ifadələrini təsdiq etməsindən başqa hər hansı yeni bir dəlil irəli sürməmiş, ümu miyyətlə sualları cavablandırmaqdan imtina etmişdir. Müdafiəçi3 kassasiya şikayətində daha sonra göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi məsələsində Avropa Məhkəməsinin qərarlarına, o cümlədən Təqsirləndirilən şəxs aid qərarlara istinad etsə də, məqsədli şəkildə həmin qərarların məzmunu təhrif etmiş, bəzən isə Avropa Məhkəməsinin bu işə aidiyyatı olmayan qərarlara istinad etmişdir. Hazırki iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilmişdir ki, ərizəçiyə qarşı ittihamları dəstəkləyən və onun məhkum edilməsində həlledici dərəcədə əsas götürülmüş birbaşa sübutlar bir neçə polis əməkdaşı və mülki şəxslərin ifadələri, eləcə də İsmayıllı RPİ-nin və MTN-nin məktublarındakı məlumatlardır. Milli məhkəmələr tərəfindən həmin sübutların qəb ul edilməsi, araşdırılması və (və ya) qiymətləndirilməsi üsullarında, eləcə də həmin sübutlara qarşı müdafiə tərəfinin etirazlarına hüquqi qiymət verilməsində ciddi çatışmazlıqlar olmuşdur. Məhkəmələr həmçinin bəzi müdafiə şahidlərini dinləsələr də, onların ifadələrinə hər hansı qiymət verməkdən imtina etmiş, bu zaman məhkəmənin düzgün hesab etmədiyi əsaslara söykənmişlər. Nəhayət, milli məhkəmələr ərizəçini məhkum edərkən maddi sübutları, o cümlədən video yazıları, həmin günlərin yeniliklərini, ərizəçinin bloqundakı postları və sosial şəbəkə postlarını da tədqiq etmiş, həmin sübutların araşdırma tərzi də açıq-aşkar əsassız olmuşdur*. İşə baxan apellyasia məhkəməsi Avropa Məhkəməsinin qərarındakı bu halları nəzərə almamış, sübutların tədqiqinə diqqətlə yanaşmamış, onlara milli və beynəlxal q hüquq normalarına uyğun dəyərləndirməmişdir. Kassasiya şikayətinin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə yenidən baxan apellyasiya məhkəməsi Avropa Məhkəməsinin qərarında yuxarıda qeyd olunan halları nəzərə almaqla məhkum Təqsirləndirilən şəxs qarşı ittihamları dəstəkləyən və onun məhkum edilməsində həlledici dərəcədə əsas götürülmüş birbaşa sübutlara aid zərərçəkmiş şəxslər və şahidlər kimi dindirilmiş polis əməkdaşlarının, həmçinin mülki şəxslərin ifadələrini, eləcə də İsmayıllı RPİ-nin və MTN-nin məktublarındakı məlumatları, hadelə iş üzrə sübut kimi təqdim edilmiş video yazıları, həmin günlərin yeniliklərini, ərizəçinin bloqundakı postları və sosial şəbəkə postlarını yenidən bir-birilə, həmçinin həmin sübutlara qarşı müdafiə tərəfinin etirazlarını təsdiq edə n müdafiə şahidlərinin ifadələri ilə müqaysəli şəkildə təhlil edilmiş, həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmaqla mənsubiyyəti, mötəbərliliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş, bu sübutların məcmusunu Təqsirləndirilən şəxs ona istinad olunmuş cinayət əməllərində təqsirlili bilinməsi üçün kifayət hesab etmişdir (CPM-nin 144-146-cı maddələri). Apellyasiya məhkəməsinin göstərilən qənaəti ilə razılaşmamaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Avropa Məhkəməsinin presedent hüququna istinad edərək qeyd etmişdir ki, işdə mövcud olan sübutları qiymətləndirmək baxımından milli məhkəmələr daha əlverişli vəziyyətdədirlər. Bu mövqe Avropa Məhkəməsinin bir çox qərarlarında, o cümlədən istinad olunan “Təqsirlənd irilən şəxs Azərbaycana qarşı” iş üzrə 16 noyabr 2017-ci il tarixli qərarında da vurğulanmışdır. Bəhs edilən qərarın 205-ci bəndində deyilir: “Məhkəmə yenidən qeyd edir ki, daxili məhkəmələri əvəz etmək onun vəzifəsi deyil, onun vəzifəsi ən yaxşı vəziyyətdə onun qarşısına qoyulan dəlilləri qiymətləndirmək, faktlar müəyyən etmək və daxili qanunvericiliyi tövsif etməkdir (Bax, Nemtsovun işi, Berhani Albaniyaya qarşı, Ajdarik Xorvatiyaya qarşı, Andelkoviç Serbiyaya qarşı qərarlar)”. Bu qərarın 208-ci bəndində isə qeyd olunur ki, 6-cı maddə ədalətli məhkəmə baxışı hüququnu təmin etsə də, sübutların qəbul edilməsinə dair heç bir qaydalar qoyulmur, bu əsasən milli qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimləmə məsələsidir (bax, Schenk İsveçrəyəyə qarşı 12 iyul 198-ci il tarixli, Jalloh Alm aniyaya qarşı qərarlar və s.). Avropa Məhkəməsi İliykov Bolqarıstana qarşı 26.07.2001-ci il tarixli, Pançenko Rusiyaya qarşı 08.02.2005-ci il tarixli, Fərhad Əliyev Azərbaycana qarşı 09.11.2010-cu il tarixli və Giorgi Nikolaişvili Gürcüstana qarşı qərarlarında belə bir hüquqi müvqe müəyyən etmişdir ki, milli hakimiyyət orqanlarını əvəzləmək və onların əvəzinə faktları müəəyyən etmək Avropa Məhkəməsinin işi deyil. Avropa Məhkəməsinin bir çox qərarlarında (məsələn, X v. the United Kingdom, 5 noyabr 1981-ci il, Series A nor. 46, səh. 19-20, 43-cü bənd; və Klaas v. Germany, 22 sentyabr 1993-cü il, Series A no. 269, səh. 17. 29-cü bənd) özünün mövqeyi belə olmuşdur ki, düvlətin məhkəmələri təqdim edilən sübutlara qiymət vermək üçün daha əlverişli vəziyyətdə olduğu üçün, onların müəyyən etdiyi i şin faktiki halları Avropa Məhkəməsinin müəyyən etdiyi faktiki hallarla əvəz edilə bilməz. Bununla yanaşı, Avropa Məhkəməsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın qiymətləndirilməsi üçün Şəki Apellyasiya Məhkəməsinin istinad etdiyi sübutların mötəbərliliyini bir növ şübhə altına almışdır. Bu kontekstdə qeyd edilmişdir ki, Avropa Məhkəməsinin qərarlarında İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın düzgün qaydada tətbiq edilməsi yolları göstərilir. Bu baxımdan, Şəki Apellyasiya Məhkəməsinin qərarında Avropa Məhkəməsinin presedent hüququna tam və hərtərəfli istinad olunmadığına baxmayaraq onun tərəfindən işdə olan sübutlara yenidən baxması müsbət qiymətləndirilməlidir. Eyni qaydada, Avropa Məhkəməsinin vəzifə və funksiyalarını nəzərə alaraq Ali Məhkəmənin kollegiyası Şəki Apellyasiya Məhkəməsinin qərarında göstərilən Rusiya Federasiyası Ali Məhkəməsinin Rəyasət Heyətinin 25 aprel 2018-ci il tarixli Qərarına istinadla razılaşmır. Şəki Apellyasiya Məhkəməsi öz qərarında göstərmişdir ki, hazırkı məhkəmə prosesinin gedişatında ittiham və müdafiə tərəfi məhkəməyə yeni sübutlar təqdim etməmiş və hər hansı bir vəsatətlə çıxış etməmişlər. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi iş üzrə mövcud sübutların və işin faktiki hallarının Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının prizmasından yenidən qiymətləndirilməsi qərarına gəlmiş, cinayət işi üzrə mövcud olan sübutları yenidən tədqiq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müdafiə tərəfinin vəsatətlərini, onların az bir hissəsi istisna edi lməklə, o cümlədən, prosesin audio və video yazısının aparılması, həbsdən azad etmə, yolverilməz sübutların çıxarılması, yeni sübutların təqdim olunması, zərər çəkməmiş, lakin zərərçəkmiş kimi tanınmış şəxslərin həmin statusuna xitam verilməsi, “APA” və “Trend” informasiya agentliklərinin həmin gün üzrə məlumatlarına onların İnternet saytlarında baxış keçirilməsi, verdikləri yazılarla bağlı əməliyyat-qeydiyyat işlərinin gətirilməsi üçün MTN və DİN-ə sorğu göndərilməsi barədə vəsatətlərin təmin edilməməsi, həmin məlumatların sübut kimi qəbul olunmaması və sair barədə vəsatətlərin birmənalı olaraq təmin edilməli vəsatətlər olmasına baxmayaraq əsassız olaraq rədd edilməsi, “Obyektiv TV” saytından götürülmüş videoyazı, “Yeni Musavat” qəzeti redaksiyasından təqdim edilmiş vidometarial, İsmayıll ı şəhərində “Unibank”ın kamerasının görüntüləri, “Azadlıq” radiosunun məktubu və diski, Təqsirləndirilən şəxs internetdə, facebook səhfəsində və livejournalda yazılarını düzgün hüquqi qiymət verilməməsi və təhrif edəlməklə şərh olunması barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dövrdə bu hadisələrə aid kütləvi informasiya vasitələrindəki məlumatlara, İsmayıllı şəhərində “Unibank”ın bankomatında quraşdırılan və İcra hakimiyyəti ilə Təhsil şöbəsinin inzibati binalarına tərəf gedən M.F.Axundov küçəsinə tuşlanmış kameranın 24 yanvar 2013-cü il tarixinə aid videogörüntülərinə baxış keçirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonların nömrələrinə daxil olan və çıxan zənglərin izahlı qayimələrinin, eləcə də 24 yanvar 2013-cü il tarixdə İsmayıl lıda çəkiliş aparmış Azərbaycan Respublikası MTN və DİN-dən çəkilişlərin surətlərinin alınması barədə müvafiq orqanlara sorğuların göndərilməsinə dair vəsatətlərlə bağlı təqsirləndirilən şəxsin və onun müdafiəçisinin fikirləri dinlənilmiş, onlar işdə kifayət qədər sübut olmasını əsas gətirərək buna zərurət olmadığını bildirərək bu vəsatətlərindən imtina etmişdir. “Obyektiv TV” saytından götürülmüş videoyazı, “Yeni Musavat” qəzeti redaksiyasından təqdim edilmiş vidometarial, İsmayıllı şəhərində “Unibank”ın kamerasının görüntüləri, “Azadlıq” radiosunun məktubu və diski, Təqsirləndirilən şəxs internetdə, facebook səhfəsində və livejournalda yazıları tədqiq edilməklə qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi də bu qiymələndirmə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müd afiəçi3 yolverilməz hesab etdiyi sübutların çıxarılması, zərərçəkmiş kimi tanınmış şəxslərin həmin statusuna xitam verilməsi barədə vəsatətinə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, göstərilən sübutların yolverilməz hesab edilməsi, zərərçəkmiş kimi tanınmış şəxslərin həmin statusuna xitam verilməsi üçün əsaslar yoxdur...”. Göründüyü kimi, işə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, apellyasiya baxışı zamanı yenidən verilmiş vəsatətlərin bir qisminin təmin edilməli olmadığına dair nəticəni yekun qərarında da ətraflı şərh etməklə əsaslandırmışdır. Müdafiə tərəfin əvvəllər təmin edilməyən vəsatətlərində qaldırılan məsələlərin bir qismi üzrə isə məhkum və müdafiəçi özləri yenidən vəsatət verməmiş, belə vəsatətlər verməkdən imtina etməsinin səbəblərini izah etməmişlər. Sonuncu apellyasiya baxışında isə müdafiə tərəfi sübutlarının əldə olunması, yoxlanılması və qiymətləndirilməsi ilə bağlı ümumiyyətlə hər hansı vəsatət verməmiş, yalnız iş üzrə Avropa Məhkəməsinin qərarındakı müddəların nəzərə alınmasını xahiş etmişdir. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, apellyasyia instansiyası məhkəməsində işə baxılan zaman tərəflərin çəkişməsi və bərabərliyi prinsiplərinin pozulması halları olmamış, apellyasiya məhkəməsi həmin məsələlərin həllində düzgün nəticəyə gəlmişdir. Şəki Apellyasiya Məhkəməsi öz qərarında həmin mövqe ilə razılaşmışdır. Müdafiəçi kassasiya şikayətinə əlavədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarının Təqsirləndirilən şəxs barəsində seçilmiş h əbs qətimkan tədbirinin onun həbsdən azad edilməsi hissəsi dəyişdirilmədən saxlanılmaqla digər hissələrdə qanunsuz hesab olunmasını və onun özünün cərimə olunması barədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Həmin məsələ apellyasiya baxışının predmeti olmasa da, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışının yekun qərarının qanuniliyi və əsaslılığı baxımından kassasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsi həll edilərkən nəzərə alınmalıdır ki, (Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 fevral 2013-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2013-cü il tarixl i qərarları) Konvensiyanın 5-ci maddəsinin 1(c), 3-cü və 4cü bəndləri, 6-cı maddəsinin 2-ci bəndi, 13-cü, 14-cü və 18-ci maddələrinin pozulması barədəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı vardır. Hazırkı vəziyətdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuz hesab olunması öz aktuallığını itirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə o, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ibtidai həbsdə saxlandığı müddət də həmin cəzaya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi 13 avqust 2018-ci il qərarı ilə isə o, həbsdən azad edilmişdir. Vəkilin cərimə olunması haqqında Şəki Ağır Cinayətlər Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsi barədə kassasiya şikayətinə əlavə də göstərilən dəlilə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ də sonuncu apellyasiya baxışının predmeti olmamış, cərimənin əsassız olması barədə dəlillər göstərilməmişdir. Buna baxmayraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışının yekun qərarının qanuniliyi və əsaslığı baxımından kassasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verilə bilər. İş materiallarından görünür ki, müdafiə tərəfi birinci instansiya məhkəməsində məhkəmə tərkibinə etirazlar vermiş və həmin etirazlar əsaslandırılmış məhkəmə qərarları ilə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsi həmin vəsatətlərin birinin dəlillərinin uydurma olduğu, məhkəmə baxışının ləngitmək məqsədi ilə verildiyi qənaətinə gələrək Müdafiəçi3 220 manat məbləğində cərimə etmiş və bununla əlaqədar gəldiyi nətic əni 13 yanvar 2014-cü il tarixli qərarında ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə (buna dair qərar) iş materiallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, ümumilikdə kassasiya şikayətinin dəlilləri də həmin nəticənin, qərarın qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi və həmin cəzanın sınaq müddətinə şərti hesab olunması ilə bağlı aşağıdakılar qeyd edir: İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çox hissəsini çəkməsini, cəza çəkən müddətdə qanuna zidd əməllər törətməməsini, törətdiyi cinayət hadisəsi ilə bağlı konkret şəxslərin bilavasitə ona qarşı hər hansı şikayətin və tələbin olmamasını, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanındakı tövsiyələri nəzərə alaraq ona Azərbaycan Respublikası Cinаyət Məcəlləsinin 220.1-ci və 315.2-ci maddələri ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 05 ay 21 gün hissəsini Cinayət Məcəlləsinin 70-ci maddə si tətbiq edilməklə 2 il sınaq müddətinə şərti hesab etmiş, sınаq müddəti dövründə onun dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsi onun dаimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilmiş, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə müvafiq olaraq sınаq müddəti dövründə Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanların çağırışlarına vaxtında gəlmək, ölkə hüdudlarını tərk etməmək və öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifələri qoyulmuş, sınаq müddətinin başlanğıcının qərarın elan edildiyi vaxtdan hesаblаnması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun həbsdən azad edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İ nsan Hüquqlarına dair Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə Konvensiyaya tərəfdar çıxmış dövlətlərin Avropa Məhkəməsinin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etmək öhdəliyi mövcuddur. Həmin Konvensiyanın 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinin qəti qərarının icrasına nəzarəti həyata keçirir. Məhkəmə kollegiyası hazırkı işlə bağlı Nazirlər Komitəsinin bir neçə qətnamələrində Təqsirləndirilən şəxs şərtsiz azad edilməsi barədə çağırışların əks etdirilməsindən xəbərdardır. Həmin halları, habelə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çox hissəsini çəkməsini, cəza çəkən müddətdə və sınaq mülddəti ərzində azadlıqda olduğu müddətdə qanuna zidd əməllər törətməməsini, məhkəmə tərəfindən üzərin ə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırması halların olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ildən 5 ilə azaldılmalı, həmin cəza Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq cəzası 5 il 6 ay 9 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs həmin müddətdə həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkum Təqsirləndirilən şəxs 5 il 6 ay 9 gün azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığına görə onun barəs ində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən tətbiq edilmiş 2 il sınaq müddəti, sınаq müddəti dövründə onun dаvrаnışı üzərində dаimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən nəzаrətin həyata keçirilməsi, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınаq müddəti dövründə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanların çağırışlarına vaxtında gəlmək, ölkə hüdudlarını tərk etməmək və öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifələri qoyulması öz aktullığını və hüquqi əhəmiyyətini itirmiş olur. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunmasına, sınаq müddəti ərzində onun dа vrаnışı üzərində nəzаrətin həyata keçirilməsinin onun dаimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilməsinə və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən sınаq müddəti dövründə üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanların çağırışlarına vaxtında gəlmək, ölkə hüdudlarını tərk etməmək və öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifələri qoyulmasına dair müddəalar apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10 və 419.10.4-cü maddələrinə görə kassasiya instansiyası məhkəməsinin hakimləri apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən, Azə rbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10 və 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs vəkili Müdafiəçi3 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) ilə azaldılsın. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hazırki qərarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 220.1-ci maddəsi il müəyyən edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona birinci instansiya məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə təyin edil miş azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla onun qəti cəzası 5 (beş) il 6 (altı) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs həmin müddətdə həbsdə olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilsin. Şəki Apellyasiya Məhkəməsi cinayət kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddətinə şərti hesab olunmasına, sınаq müddəti ərzində onun dаvrаnışı üzərində nəzаrətin həyata keçirilməsinin dаimi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilməsinə və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən s ınаq müddəti dövründə Təqsirləndirilən şəxs üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnlаrа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanların çağırışlarına vaxtında gəlmək, ölkə hüdudlarını tərk etməmək və öz dаvrаnışı ilə islаh olunduğunu sübut etmək vəzifələri qoyulmasına dair müddəalar xaric edilsin. Qalan hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar