Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-272/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 20 23-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən), Azad Məcidov və Səbuhi Hüseynov) 1(101)-1532/2022 nömrəli 21 oktyabr 2022-ci il tarixli hökmü ilə xx xxxx 1989-cu il tarixdə Qobustan rayonunun Nabur kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı övladı olan, işləməyən, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 99 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 185.2.1-ci maddəsi ilə 2 (iki) il müddətinə a zadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 2022-ci ilin mart ayının əvvəllərində tanışı Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nüm ayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi saylı avtomobili tamah niyyəti ilə qəsdən ələ keçirmək üçün əvvəlcədən əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, Təqsirləndirilən şəxs2 “Howo” markalı avtomobili birlikdə oğurladıqdan sonra ona özünə məxsus “VAZ 21723” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili və 15000 manat pul verəcəyini bildirmiş, bundan sonra razılaşdıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 Laçın rayonu Zabux kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Neft Emalı zavodunun ponsionatında yaşayan bacanağı Təq sirləndirilən şəxs1 01 aprel 2022-ci il tarixdə telefon vasitəsilə zəng edib danışaraq “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi saylı avtomobili tamah niyyəti ilə ələ keçirmək barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1 əldə olunmuş razılığa əsasən oğurlanmasını planlaşdırdıqları “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan dövlət qeydiyyat nömrəsini əks etdirən nömrə nişan lövhələrini çıxararaq, onun əvəzində başqa nömrə nişan lövhəsini bağla maq üçün 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tapşırığı ilə Qobustan rayonuna gedərək istifadəyə yararsız halda olan “Howo” markalı avtomobilin banından iki ədəd, üzərində ** VA *** rəqəm və hərfləri həkk olunmuş, yəni dövlət qeydiyyat nişanını əks etdirən lövhələri götürərək 02 aprel 2022-ci il tarixdə Bakı şəhərindən istintaqla müəyyən edilməsi mümkün olmayan nəqliyyat vasitəsi ilə Füzuli rayonu Alıxanlı kəndi ərazisinə gedib, oradan Təqsirləndirilən şəxs2lə görüşərək birlikdə sonuncunun idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomaşınla Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsinə gəlmiş, Məhkum 02 aprel 2022-ci il tarixdə Əhmədbəyli-Füzuli Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la görüşmüş, aralarında vəzifə bölgüsü apardıqdan sonra razılaşdıqları plana uyğun olaraq 02 aprel 2022-ci il tarix, saat 06 radələrinə kimi Təqsirləndirilən şəxs2 idarə etdiyi “Shacman” markalı ** OD *** dövlət qeydiyyat nişanlı avtomobildə, yolun çəkilişində işləyən sürücülərin növbəni təhvil verib gedəcəkləri vaxtadək gözləmiş, sürücülər avtomobilləri dayanacaqda saxlayıb ərazidən getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobilində olan yükü Şuşa şəhərində boşaldıb qayıdacağını və yolda görüşərək ələ keçirəcəkləri avtomobili onun idarə etdiyi avtomobilin ardınca sürüb aparmalarını bildirmiş, bundan sonra Məhkum Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşərək “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu yer ə getmək üçün Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək mülkiyyətçinin, istifadəçinin və həmin avtomobilə sərəncam vermək hüququna malik digər şəxsin qanunla müəyyən edilmiş formada və qaydada icazəsini almadan “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 63-cü kilometrliyində avtomobil yolunun çəkilişində istifadə edilən və həmin ərazidə saxlanılan “Howo” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı LZZ5DMSD0MA829264 ban saylı avtomobili talama məqsədi olmadan qəsdən qanunsuz olaraq ələ keçirib sürərək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə apar mış, orada avtomobili saxlayıb həmin ərazidə olan “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq üzərindən dövlət qeydiyyat nişan lövhələrini açıb yerinə özü ilə gətirdiyi ** VA *** dövlət qeydiyyat nişanını əks etdirən lövhələri bağlamış, daha sonra avtomobili oğurlayıb sürərək Təqsirləndirilən şəxs1la birlikdə Beyləqan rayonunun Daşburun qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs2 gəldikdən sonra sonuncunun tapşırığı ilə Təqsirləndirilən şəxs1la birlikdə avtomobili növbəli şəkildə sürüb Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə aparmış, bununla da o, əvvəlcədən əlbir olan bir qrup şəxs halında “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan külli miqdarda yəni, 85.000 (səksən beş min) mana t dəyərində avtomobili oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış, həmçinin əvvəlcədən əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan bacanağı Təqsirləndirilən şəxs2 öz tanışı Məhkum ilə 2022-ci ilin mart ayının əvvəllərində danışaraq “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və ƏhmədbəyliFüzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı LZZ5DMND5MN886516 şassi saylı avtomobili tamah niyyəti ilə qəsdən ələ keçirmək üçün əvvəlcədən əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, Təqsirləndirilən şəxs2 “Howo” markalı avtomobili birlikdə oğurladıqdan sonra özünə məxsus “VAZ 21723” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili və 15000 manat pulu Məhkum verəcəyini bildirmiş, bundan sonra razılaşdıqları plana uyğun olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 01 aprel 2022-ci il tarixdə telefon vasitəsilə zəng edib danışarkən “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili tamah niyyəti ilə ələ keçirmək barədə razılığa gəlmiş, o, təkliflə razılaşdığı üçün oğurlanmasını planlaşdırdıqları “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan dövlət qeydiyyat nömrəsini əks etdirən nömrə nişan lövhələrini çıxararaq yerinə başqa nömrə nişan lövhəsini bağlamaq üçün 01 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tapşırığı ilə Qobustan rayonuna gedərək istifadə olunmayan “Howo” markalı avtomobilin banından üzərində **-VA-*** rəqəm və hərflər həkk olunmuş nömrə nişan lövhələrini götürüb 02 aprel 2022-ci il tarixdə Bakı şəhərindən istintaqla müəyyən edilməsi mümkün olmayan nəqliyyat vasitəsi ilə Füzuli rayonu Alıxanlı kəndi ərazisinə gəlmiş, oradan Təqs irləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi “Shacman” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsinə gedərək Məhkumlə görüşmüş, aralarında vəzifə bölgüsü aparıldıqdan sonra razılaşdıqları plana uyğun olaraq 02 aprel 2022-ci il, tarix saat 06 radələrinə kimi birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Shacman” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobildə, yolun çəkilişində işləyən sürücülərin növbəni təhvil verib gedəcəkləri vaxtadək gözləmiş, sürücülər avtomobilləri dayanacaqda saxlayıb ərazidən getdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobilində olan yükü Şuşa şəhərində boşaldıb qayıdacağını və yolda görüşərək ələ keçirəcəkləri avtomobili onun idarə etdiyi avtomobilin ardınc a sürüb aparmalarını bildirmiş, bundan sonra o, Məhkumlə birlikdə avtomobildən düşərək “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomaşının olduğu yerə getmək üçün Məhkumlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək mülkiyyətçinin, istifadəçinin və həmin avtomobilə sərəncam vermək hüququna malik digər şəxsin qanunla müəyyən edilmiş formada və qaydada icazəsini almadan “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və Əhmədbəyli Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 63-cü kilometrliyində avtomobil yolunun çəkilişində istifadə edilən və həmin ərazidə saxlanılan “Howo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qəsdən qanunsuz olaraq əl ə keçirmiş, Məhkum həmin avtomobili sürərək birlikdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə gəlmiş, orada avtomobili saxlayıb həmin ərazidə olan “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq üzərindən dövlət qeydiyyat nişan lövhələrini açıb yerinə özü ilə gətirdiyi **-VA-*** dövlət qeydiyyat nişanını əks etdirən lövhələri bağladıqdan sonra avtomobili oğurlamış, yanında olan Məhkum avtomobili sürüb idarə etməklə birlikdə Beyləqan rayonunun Daşburun qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs2 onların olduğu yerə gəldikdən sonra sonuncunun tapşırığı ilə o, Məhkumlə birlikdə avtomobili növbəli şəkildə sürüb Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə aparmış, bununla da Təqsirləndirilən şəxs1 əvvəlcədən əlbir olan bir qrup şəxs halında “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində avtomobili oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda yəni, 85.000 (səksən beş min) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamış, həmçinin əvvəlcədən əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin mart ayının əvvəllərində tanışı ünvan 2 ünvanda yaşayan Məhkum ilə “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyətində olan və ƏhmədbəyliFüzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsi ndə avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili tamah niyyəti ilə qəsdən ələ keçirmək üçün əvvəlcədən əlbir olan bir qrup şəxs halında razılığa gəlmiş, o, “Howo” markalı avtomobili birlikdə oğurladıqdan sonra Məhkum özünə məxsus “VAZ 21723” markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobili və 15000 manat pul verəcəyini bildirmiş, bundan sonra razılaşdıqları plana uyğun olaraq o, bacanağı Laçın rayonu Zabux kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Neft Emalı zavodunun ponsionatında yaşayan Təqsirləndirilən şəxs1 01 aprel 2022-ci il tarixdə telefon vasitəsilə zəng edib danışaraq “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyi nin mülkiyyətində olan və ƏhmədbəyliFüzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində avtomobil yolunun çəkilişində istifadə edilən külli miqdarda dəyərə malik “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili tamah niyyəti ilə ələ keçirmək barədə razılığa gəlmiş, Təqsirləndirilən şəxs1 əldə olunmuş razılığa əsasən oğurlanmasını planlaşdırdıqları “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan dövlət qeydiyyat nömrəsini əks etdirən nömrə nişan lövhələrini çıxararaq, əvəzində başqa nömrə nişan lövhəsini bağlamaq üçün 01 aprel 2022-ci il tarixdə onun tapşırığı ilə Qobustan rayonuna gedərək istifadə olunmayan “Howo” markalı avtomobilin banında olan iki ədəd, üzərində **-VA-*** rəqəm və hərfləri həkk olunmuş, yəni dövlət qeydiyy at nişanını əks etdirən lövhələri götürərək 02 aprel 2022-ci il tarixdə Bakı şəhərindən istintaqla müəyyən edilməsi mümkün olmayan nəqliyyat vasitəsi ilə Füzuli rayonu Alıxanlı kəndi ərazisinə gələrək onunla görüşmüş, bundan sonra o, Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi “Shacman” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsinə gedərək Məhkumlə görüşmüş, aralarında vəzifə bölgüsü aparıldıqdan sonra razılaşdıqları plana uyğun olaraq 02 aprel 2022-ci il, saat 06 radələrinə kimi birlikdə onun idarə etdiyi “Shacman” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobildə, yolun çəkilişində işləyən sürücülərin növbəni təhvil verib gedəcəkləri vaxtadək gözləmiş, sürücülər avtomobilləri dayanacaqda saxlayıb ərazidən getdikdən sonra o, avtomobildə olan yükü Şuşa şəhərində boşaldıb qayıdacağını və yolda görüşərək ələ keçirdikləri avtomobili onun idarə etdiyi avtomobilin ardınca sürüb aparacaqlarını bildirmiş, Məhkum Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən düşərək “Howo” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu yerə getmək üçün onun məlumatı olmadan Məhkumlə Təqsirləndirilən şəxs1 yolun kənarında olan “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinə məxsus “Howo” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib idarə etməklə Əhmədbəyli-FüzuliŞuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən 64-cü kilometrliyinə gedərək avtomobili orada saxla mış, bundan sonra onunla razılaşdırılmış plana uyğun olaraq Məhkum və Təqsirləndirilən şəxs1 birlikdə həmin ərazidə olan “Howo” markalı, **JY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, üzərindən dövlət qeydiyyat nişan lövhələrini açaraq, yerinə özləri ilə gətirdikləri **-VA-*** dövlət qeydiyyat nişan lövhələrini bağlamış, daha sonra Məhkum sükan arxasına əyləşərək mühərriki işə salıb sürməklə Beyləqan rayonunun Daşburun qəsəbəsinə aparmış, Təqsirləndirilən şəxs2 gəldikdən sonra sonuncunun tapşırığı ilə Məhkum və Təqsirləndirilən şəxs1 avtomobili Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə aparılmış, bununla da Təqsirləndirilən şəxs2 əvvəlcədən əlbir olan bir qrup şəxs halında “Kolin İnşaat Turizm Sənaye və Ticarət Anonim” şirkətinin Azərbaycan Respublikasının Nümayəndəliyinin mülkiyyə tində olan külli miqdarda yəni, 85.000 (səksən beş min) manat dəyərində avtomobili oğurlayaraq zərərçəkmiş hüquqi şəxsə külli miqdarda yəni, 85.000 (səksən beş min) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimov) 1(103)-207/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilməsi və barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı cəzadan da az cəza (CM-in 62 maddəsinin tətbiqi) təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardığı müvafiq hökm və qərar ədalətsizdir. Belə ki, məhkəmələr ibtidai istintaqın qeyri-obyektiv, qərəzli və mahiyyət etibarilə özündə dəqiq olmayan, faktlara və sübutlara əsaslanmadan, ekspertiza rəyi, video görüntülərə istinad etmədən qərar qəbul etmişlər. Məhkum özünün hər hansı borcunun olmaması və bu barədə rəsmi şikayətçinin olmaması, valideynlərinin olmaması, himayəsində 3 azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olması və yaxın qohumlarının İkinci Qarabağ müh aribəsində iştirak etmələrini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pre dmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. O dur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.3.2-ci və 185.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi mübahisələndirilmir. Kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyy ətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 185.2.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirlərini tam sübuta yetirilmiş hesab etmişdir. Birinci in stansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alma q məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həy ata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində üç azyaşlı övladının olması, zərərçəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, əməlində Azərbaycan Re spublikasının CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, CM-in 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 185.2.1-ci maddəsində isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halları, həm də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və məhkuma təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətlərin xarakterinə, ic timai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qə bul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəs ində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci və 185.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-272/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-272/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver