Məhkəmə qərarları › İş №1(102)-273/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-273/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-273/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllə nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: Kamranov Hafiz Eldar oğlu) 31 mart 2023-cü il tarixli hökmü ilə xx.xx.1981-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 9 ay müddə tə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 4 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 1 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sü butların saxlama yerində saxlanılan iki ədəd kağız zərfdə qablaşdırılan 12,496 qram çəkidə narkotik vasitə marixuana, 0,405 qram çəkidə psixotrop maddə metamfetamin və 8 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, cinayət işi üzrə maddi sübut - 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 188,72 manatın ondan tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X6 oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 16 iyun 2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qi smən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-180/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilmişdir. Həmin hissədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirsizliyi sübuta yetirildiyi üçün bəraət verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-180/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 3 (üç) il 9 (doqquz) ay müddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə endirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsinə dair göstəriş və müddəalar hökmdən xaric edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 1 dekabr 2022-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan iki ədəd kağız zərfdə qablaşdırılan 12,496 qram çəkidə narkotik vasitə marixuana, 0,405 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, cinayət işi üzrə maddi sübut - 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 188,72 manatın Məhkum tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X6 oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 20 iyun 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli hökmünün nəticə hissəsinin doqquzuncu abzasında “08 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Məhkum qaytarılsın” sözlərinin qeyd edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 13,216 qram çəkidə qurudulmuş marixuananı, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 0,455 qram çəkidə psixotrop maddə metamfetamini və “Güclü təsir edən maddələr və onların külli miqdarda siyahısı”na daxil edilən 10 ədəd kapsulada ümumilikdə 1,5 qram preqabalin güclü təsir edən maddəsini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 1 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 18:20-də ünvan 3 ünvanının yaxınlığın da idarə etdiyi «Mitsibushi Pajero» markalı, **-TD-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,455 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə, üzərində "ALYSE 150 mg...Pregabalinne” göstəriciləri olan 01 ədəd blisterdə olan 10 ədəd kapsulada ümumilikdə 1,5 qram çəkidə preqabalin təsiredici maddəsi, ayrı- ayrılıqda təmiz çəkiləri 0,460 qram, 0,374 qram, 0,371 qram, 0,315 qram, 0,274 qram, 0,237 qram, 0,394 qram, 0,327 qram, 0,272 qram, 0,334 qram, 0,280 qram, 0,262 qram, 0,306 qram, 0,286 qram, 0,357 qram, 0,358 qram, 0,338 qram, 0,340 qram, 0,342 qram, 0,335 qram, 0,337 qram, 0,344 qram, 0,336 qram, 0,283 qram, 0,318 qram, 0,419 qram, 0,240 qram, 0,429 qram, 0,238 qram, 0,275 qram, 0,334 qram olmaqla otuz bir ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,079 qram və 1,154 qram olmaqla iki ədəd salfet bükümlərdə və ayrıayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,223 qram və 0,324 qram olmaqla üç ədəd tütün kağızına bükülmüş halda ümumi təmiz çəkisi 13,216 qram narkotik vasitə qurudulmuş marixuana 1 ədəd sellofan torbanın içində olmaqla əynindəki boz rəngli dəri gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmənin qərarı ilə işin müəyyən edilmiş faktiki halları, eləcə də, şəxsə CM-in 240.1-ci maddəsi üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi itt iham tərəfində mübahisə doğurmur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 240.1-ci maddə ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Həmin hökmlə məhkəmə maddi sübutların taleyi bağlı məsələni tam şəkildə müzahirə edərək həll etməmiş və hökmün nəticə hissəsində təqsirləndirilən şəxsə məxsus (şahid psixıatr-narkoloq Güllü Fərəczadənin ifadəsindən və işə əlavə edilmiş reseptdən də görünür ki, həmin dərman həbləri həkimin göstərişi ilə təqsirləndirilən şəxsə yazılmışdır) 8 ədəd kapsulada preqabalin güclü təsiredici maddənin taleyi barədə hər hansı qeyd göstərilməmişdir. Mübahisələndirilən hökmün nəticə hissəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanıla n iki ədəd kağız zərfdə qablaşdırılan 12,496 qram çəkidə narkotik vasitə marixuana, 0,405 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi öz əksini tapsa da, preqabalin güclü təsir edən maddə ilə bağlı hər hansı göstəriş olmamış, maddi sübutun taleyi müəyyən edilməmiş qalmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin o lunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi, ona bəraət verilməsi mübahisələndirilməmiş, apellyasiya instansiyası məhkəməsinin hökmünün nəticə hissəsində maddi sübut 8 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsinin taleyinin müəyyən edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alar aq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CPM-in 132.1. Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadi rə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsin də qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. 353.4.11-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində digər məsələlərlə yanaşı, maddi sübutların həlli də göstərilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli hökmünün nəticə hissəsində iş üzrə maddi sübut kimi tanınmış 8 ədəd kapsulad a preqabalin güclü təsiredici maddəsinin taleyi həll edilməmiş, lakin bu anlaşılmazlıq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarı ilə aradan qaldırılmış, hökmün nəticə hissəsinin doqquzuncu abzasında “08 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Məhkum qaytarılsın” sözlərinin qeyd edilməsi qərara alınmışdır. Belə ki, CPM-in 518.0, 518.0.4-cü maddələrinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə onun icrası zamanı yaranan öz hökmünün və ya digər yekun qəra rının başqa anlaşılmazlıqlarını aradan qaldırmaq. hüququna malikdir. Şərh olunan prosessual normaların tələblərini, kassasiya protestinin dəlillərinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyun 2023-cü il tarixli qərarının məzmunu ilə birgə müqayisəli təhlili göstərir ki, mübahisələndirilən hökmdə maddi sübutun həlli öz əksini tapmasa da, bu anlaşılmazlıq aradan qaldırılaraq maddi sübut kimi tanınmış 08 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsinin taleyi həll edilmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, maddi sübut kimi tanınmış 8 ədəd kapsulada preqabalin güclü təsiredici maddəsinin taleyi ilə bağlı anlaşılmazlıq aradan qaldırıldığından apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması müəyy ən edilmir. Yuxarıda təsvir edilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyil. Buna görə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli hökmü, həmin məhkəmənin 20 iyun 2024-cü il tarixli qərarı nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2023-cü il tarixli hökmü, həmin məhkəmənin 20 iyun 2024-cü il tarixli qərarı nəzərə alınmaqla kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar