Məhkəmə qərarları › İş №1(102)-2731/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2731/2025

18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2731/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X5, Məhkum – Məhkum, Məhkumun müdafiəçisi – X8 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim X3 Ağa oğlunun sədrliyi ilə, hakimlər X9 və X4 ibarət tərkibdə) *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü ilə, ## #### 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər dəfələrlə məhkum edilmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 182.3.2, 326.1 və 326.2- ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə, Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətə, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, Təqsirləndirilən şəxs da məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxslər Məhkum müdafiəçisi müdafiəçi2 və Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim X11 oğlunun sədrliyi ilə, hakimlər X13 və X12 ibarət tərkibdə) *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həbsdə saxlanıldığı 05 (beş) ay 23 (iyirmi üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla, 11 (on bir) ay 16 (on altı) gün hazırkı qərarla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində çəkməsi üçün 01 (bir) il 14 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzasının icrasına nəzarət yaşayış yeri Bakı şəhəri Probasiya idarəsinə həvalə edilmiş, cəzanın çəkilməsi müddətində onun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək (doğuşla bağlı xəstəxanaya getmək halları istisna olmaqla) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə, təkrarən külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını tələb etmiş, rəsmi sənədləri, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu talamışdır. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakının ələ keçirilməsi və ələ keçirilən pul məbləğinin aralarında bölüşdürəcəkləri barədə Təqsirləndirilən şəxs ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə ##.##.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “X2”un qarşısında rastlaşdıqları, qrup üzvü Təqsirləndirilən şəxs əvvəldən tanıdığı Britaniya Respublikasının vətəndaşı olan Christopher Greerin sərxoş vəziyyətində olmasından sui-istifadə edib guya onunla cinsi əlaqədə olmaq adı ilə kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 38-də yerləşən ** nömrəli mənzilə dəvət edib həmin mənzilin yataq otağında olarkən qrup üzvü Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmaq üçün tamamilə soyunmuş Christopher Greerin fotoşəklini onun iradəsindən kənar istifadəsində olan mobil telefonla çəkmiş, həmçinin Christopher Greerə məxsus rəsmi sənəd hesab edilən xidməti buraxılış vəsiqəsini tamah məqsədi ilə talamış, Christopher Greerin cinsi əlaqədə olma aktı baş verməsə də göstərdikləri xidmət müqabilində 320 manat pulunu həmin gün aldıqdan sonra həmin pulun az olmasını bəhanə edib ##.##.2022-ci il tarixdə qrup üzvü Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Zərgərpalan küçəsində yerləşən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Nizami” metrostansiyasının yaxınlığında əlavə 100 manat aldıqdan sonra Məhkum qeyd edilən taladığı rəsmi sənədi geri qaytarmaq müqabilində 100 manat pulunu almış, həmin ünvanda Məhkum guya kirayə yaşadığı mənzildən kirayə pulunu vermədiyi üçün qovulduğunu bildirib ev sahibinə ödəyəcəyi adı ilə aldadıb etibardan sui-istifadə edərək ##.##.2022-ci il tarixdə 450 manat, ##.##.2022-ci il tarixdə 650 manat olmaqla, ümumilikdə 1100 manat pulu, ##.##.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 15A/4 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında qeyd edildiyi kimi guya yaşadığı mənzildə cinsi əlaqədə olmaları ilə bağlı ev sahibi polis orqanına şikayət etdiyindən cərimə ödəmək və həmin hüquqpozma ilə bağlı onlara kömək edəcək polis əməkdaşına mobil telefon cihazı almaq adı ilə aldadıb 2800 manat, həmin ünvanda ##.##.2022-ci il tarixdə yenidən eyni adla 3000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 7000 (yeddi min) manat pulunu dələduzluqla ələ keçirmiş, cinayətkar niyyətini davam etdirərək o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olarkən çəkdiyi çılpaq fotoşəklini, Christopher Greerin arvadı şahid1 fotoşəklini, habelə sonuncunun istifadəsində olan mobil telefon nömrəsini ona öz mobil telefonunun ekranında göstərməklə barəsində olan rüsvayedici məlumatları şahid1 istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərmək və sosial şəbəkələrdə yerləşdirməsinə real imkanı olmasını nümayiş etdirib, külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə cinsi əlaqədə olduqları üçün guya barələrində aparılan araşdırma üzrə istifadəsində olan avtomobilin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi adı ilə ##.##.2022-ci il tarixdə “Nizami” metrostansiyasının yaxınlığında 1500 manat, həmin araşdırma ilə bağlı əlavə olaraq 4000 manat cərimə ödəməli olması və araşdırmanın xitam ediləcəyi adı ilə qeyd edilən ünvanda ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 2000 manat, Bakı şəhəri, Xocalı prospektində yerləşən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Xətai” metrostansiyasının yaxınlığında 1100 manat və həmin dövrün məzənnəsi ilə 911 manat 40 qəpik təşkil edən 420 Ingiltərə funt sterlinqi və 2000 manat, əvvəlcədən verdiyi xarici valyutanın polis tərəfindən qəbul edilmədiyini bildirib sonradan həmin pulu geri qaytaracağı adı ilə “Nizami” metrostansiyasının yaxınlığında ##.##.2022-cü il tarixdə 420 Ingiltərə funt sterlinqinin əvəzində 840 manat, həmin vaxtadək verdiyi pul vəsaiti guya barələrində aparılan araşdırmanın xitam edilməsi üçün kifayət etmədiyindən həmin cinayət təqibini hakim tərəfindən xitam etdirəcəyi, zəruri olan cərimənin ödənilməyəcəyi təqdirdə bir ilədək azadlıqdan məhrum ediləcəyi adı ilə Bakı şəhəri, X14 14 ünvanında yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin * saylı şöbəsinin yaxınlığında ##.##.2022-ci il tarixdə 1000 manat, həmin dövrün məzənnəsi ilə 2120 manat təşkil edən 1000 Ingiltərə funt sterlinqi, “Xətai” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 6700 manat və həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları, “Nizami” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 6600 manat, özünü öldürəcəyi və buna səbəbkar olması barədə əlyazma hazırlayacağını bildirib bunu etməməsi qarşılığında “Nizami” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdə 1700 manat, onun və Təqsirləndirilən şəxs əvəzindən də cərimələri ödəməli olmasını, bunu etməyəcəyi təqdirdə həbsxanaya düşəcəyi və ölkədən deportasiya olunacağını bildirib, bu məsələnin həlli ilə bağlı “Xətai” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 11800 manat, ünvan 3 ünvanında yerləşən Xətai Rayon Məhkəməsinin yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 8000 manat, “Nizami” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdə 1000 manat, guya barələrində aparılan araşdırma üzrə cinsi əlaqədə olduqları mənzilin üzərinə qoyulmuş həbsi cərimə ödəməklə götürdəcəyi adı ilə ünvan 6 ünvanının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 16900 manat, “Nizami” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdə 4100 manat, “Xətai” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdə 1500 manat, bundan sonra o və Təqsirləndirilən şəxs ümumilikdə 63000 manat cərimə ödəməli olduqları barədə bank tərəfindən məktub göndərildiyini bildirib həmin cəriməni ödəmək adı ilə “xxxx” Birgə Müəssisəsinin Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Buruq küçəsində yerləşən istehsalat sahəsinin yaxınlığında ##.##.2022-ci il tarixdən 05.09. 2022-ci il tarixədək 7700 manat, ünvan 6 ünvanının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 34650 manat, Bakı şəhəri, Nobel prospekti 15 ünvanında yerləşən “Megafun” əyləncə mərkəzində ##.##.2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 4590 manat təşkil edən 2700 ABŞ dolları, “Xətai” metrostansiyasının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 1300 manat, guya məhkəmə ödənişlərini vaxtında etmədiyi üçün tutulacağını bildirib Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Sabunçu Rayon Məhkəməsinin yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 3950 manat, “xxxx” yaxınlığında ##.##.2022-ci il tarixdə 3700 manat, ünvan 6 ünvanının yaxınlığında ##.##.2022-ci il tarixdə 1000 manat, guya məhkəmə proseslərində ona köməklik edəcək məhkəmə işçisi Vüqar adlı şəxsə ödənişlər etmək adı ilə ünvan 2 ünvanında yerləşən “X1”nin qarşısında ##.##.2022-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 4590 manat təşkil edən 2700 ABŞ dolları və “GBR” seriyalı ********* nömrəli Böyük Britaniya və X17 Krallığı vətəndaşının pasportunu, “xxxx” yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 17970 manat və əlavə olaraq ##.##.2022-ci il və ##.##.2022-ci il tarixdə Christopher Greerə məxsus bank kartından 2532 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı naməlum yerdə ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 6000 manat, ünvan 6 ünvanının yaxınlığında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək 14770 manat, “xxxx”in qarşısında ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək taksi sürücüsü şahid4 vasitəsilə 27200 manat, ünvan 1 ünvanında yerləşən “Caspian Plaza” biznes mərkəzinin qarşısında ##.##.2022-ci il tarixdə taksi sürücüsü şahid4 vasitəsilə 1800 manat, Bakı şəhərində naməlum istiqamətdə hərəkətdə olarkən ##.##.2022-ci il tarixdə taksi sürücüsü şahid4 vasitəsilə 900 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda 205823 (iki yüz beş min səkkiz yüz iyirmi üç) manat pulunu hədə-qorxu ilə tələb etməklə alıb ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlar və şahid ifadələri onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair irəli sürülmüş ittihamları təsdiq etməmişdir. Şikayətçi həmin maddələr üzrə özünü təqsirli hesab etmir və bildirir ki, birinci instansiya məhkəməsi onun müdafiə tərəfi olaraq verdiyi ifadələrə və işin faktiki hallarına heç bir hüquqi qiymət verməmişdir. Iş materiallarından və məhkəmə istintaqının yekunlarından aydın görünür ki, şikayətçinin əməlində yuxarıda göstərilən maddələrin tərkib əlamətlərinin olması tam sübuta yetirilməmişdir. Buna baxmayaraq, məhkəmə heç bir obyektiv əsas olmadan, sadəcə formal mülahizələrə, zərərçəkmiş şəxsin ziddiyyətli və yalan ifadələrinə əsaslanaraq ittiham hökmü çıxarmış, Bakı Apellyasiya Məhkəməsində isə iş üzrə lazımi qaydada istintaq aparılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı hesab edilir. Eyni zamanda, həmin məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan və digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu səbəbdən məhkum Məhkum barəsindəki hökmün qanunsuz və əsassız olduğunu qeyd edərək, onun ləğv edilməsini tələb edir. Məhkum Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə törətdiyi əməli səmimi etiraf edərək peşman olduğunu bildirir, lakin törətmədiyi digər cinayətlərə görə ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini ədalətsiz və həddindən artıq ağır cəza növü kimi qiymətləndirir. Şikayətdə cəzanın yüngülləşdirilməsi və ya təxirə salınması üçün əsas kimi göstərilir ki, məhkum tək anadır və onun himayəsində dörd azyaşlı övladı başsız qalmışdır. Cəzaçəkmə müəssisəsində olması uşaqların hüquqlarına və psixologiyasına ağır zərbə vurur, həmçinin hökm çıxarılarkən bu humanizm prinsipləri nəzərə alınmamışdır. Bununla yanaşı, şikayətçinin valideynləri yaşlıdır, uzun illər neft sahəsində çalışmış təqaüdçülərdir və anasının hər iki gözünün görmə qabiliyyəti tamamilə məhdud olduğundan məhkumun mənəvi-fiziki köməyinə ciddi ehtiyacı var. Məhkumun bacısı X6 üzrə Milli yığma komandanın Rı olmuş və beynəlxalq yarışlarda gümüş medal qazanmışdır. X15 isə X22 Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Yuxarıda göstərilənlərə uyğun olaraq məhkum CM-in 182.3.2, 326.1 və 326.2-ci maddələrinin ittihamdan xaric edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarının ləğv edilməsini və ya CM-in 79-cu maddəsi tətbiq edilməklə cəzasının icrasını uşağı on dörd yaşına çatanadək təxirə salınmasını, o cümlədən, onun qeyd etdiyi CM-in müvafiq maddələri üzrə olan cinayət əməllərini törətməsi sübuta yetirilmədiyi üçün cəzasının yüngülləşdirilməsini və yaxud CM-in 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 326.1 və 326.2-ci maddələri ilə irəli sürülmüş ittihamın həmin maddələr üzrə əsassız olduğunu bildirərək bu maddələrin ittiham həcmindən xaric edilməsini xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, işə baxmış məhkəmələr tərəfindən cəza təyin edilərkən iş üzrə mövcud olan cəzanı yüngülləşdirən hallar tam və hərtərəfli nəzərə alınmamış, nəticədə ona törədilmiş əmələ və şəxsiyyətinə uyğun olmayan, ədalətsiz cəza təyin edilmişdir. Bununla əlaqədar məhkum, bir tərəfdən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsini və cəzasının icrasının övladı on dörd yaşına çatanadək təxirə salınmasını, digər tərəfdən isə qeyd olunan maddələr üzrə cinayət əməllərini törətməsinin sübuta yetirilmədiyini əsas gətirərək həmin ittihamlar üzrə cəzanın yüngülləşdirilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan zərərçəkmiş şəxsin və şahidin ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası bildirir ki, işə baxan məhkəmələr tərəfindən “Insan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq məhkumun kassasiya şikayətinin CM-in 182.3.2, 326.1 və 326.2-ci maddələrinin ittihamdan xaric edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, məhkum Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 182.3.2, 326.1 və 326.2-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməllərində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməllərinin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 182.3.2, 326.1 və 326.2-ci maddələri ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 182.3.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 182.3.2, 326.1 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkumun kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkumun cəza təyini və CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları) Məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62 maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, onun himayəsində 1 azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində daha yüngül cəzanın tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması araşdırılmalıdır.

1. məhkumun daha yüngül cəza ilə islah olunmasının mümkünlüyü

2. törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi

3. məhkumun şəxsiyyəti

4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 62-ci maddəsi üzrə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 62.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun daha ağır cəza çəkmədən islah olunması mümkün olsun. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkum Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Odur ki, məhkumun kassasiya şikayətinin bu barədə dəlillərinin də heç bir əsası yoxdur. Məhkumun digər xahişi isə barəsində Azərbaycan Respublikası CM-in 79-cu maddəsinin tətbiqi ilə bağlıdır. Məhkəmə kollegiyası bu tələblə və onun əsaslandırılması üçün gətirilən dəlillərlə bağlı vurğulayır ki, CM-in 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Göstərilən maddənin məzmunundan görünür ki, həmin maddədə nəzərdə tutulmuş müddəalar dispozitiv xarakter daşıyır və qanunverici şəxsin barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsi mümkünlüyünün həllini məhkəmənin vəzifəsi yox, onun hüququ kimi tanıyır. Məhkəmə isə həmin hüququnu həyata keçirərkən bu normanın tətbiq edilməsi üçün əsas şərti– təqsirkarın himayəsində on dörd yaşına çatmamış uşaqların olması və ya təqsirkar qadının hamilə olmasını müəyyən etdikdən sonra təkcə bu əsasla deyil, həmçinin cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun nəticələrinə, bu nəticələrin aradan qaldırılıb-qaldırılmasına, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə təqsirləndirilən şəxsi səciyyələndirən hallara, o cümlədən onun valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetiribyetirməməsinə birgə qiymət verərək CM-in 79.1-ci maddəsinə əsasən sonuncunun barəsində çıxarılmış hökmün icrasını azyaşlı uşaq (uşaqlar) on dörd yaşına çatanadək təxirə salınması, yaxud da bundan imtina olunması haqqında qərar qəbul edə bilər. Burada əhəmiyyət kəsb edən isə iki əsas məsələ nəzərə alınmalıdır: birincisi təqsirkarın azadlıq hüququ, ikincisi isəuşağın mənafeyi, onun cinayət törətmiş valideyni ilə bağlılığı və digər şəxslər tərəfindən tərbiyə oluna biləcəyi imkanları. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Konstitusiyada azadlıq hüququ beynəlxalq hüquq normalarına uyğun təsbit edilmiş və bu hüququn mütləq hüquq olmadığına görə onun məhdudiyyətləri müəyyənləşdirilmişdir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin II hissəsinə görə, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qeyd olunmalıdır ki, hər kəsin azadlıq hüququ əsas insan hüquqlarından biri kimi bütün dünyada hamılıqla və birmənalı qəbul olunmuşdur (“Insan Hüquqları haqqında” Ümumi Bəyannamənin 3-cü maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi, “Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsi və s.). CM-in 79.1-ci maddəsində dəyişikliklər edilənə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən ## ###### 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” qəbul edilmiş Qərarda göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizmcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz (hazırda on dörd) yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən bu yuxarıda qeyd edildiyi kimi humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir:- bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir;- şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir;- şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2010-cu il tarixli Qərarında CM-nin 79.1-ci maddəsinin tətbiqi ilə əlaqədar göstərilmişdir ki, Konstitusiyanın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, məşəyindən, əqidəsindən və sairdən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Göründüyü kimi, Konstitusiyada bəyan olunmuş bərabərlik hüququ hər kəsin hüquq və azadlıqlarının bərabərliyini ifadə edir. Bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və azadlıqlardan ayrılıqda işləmir və hər hansı şəxsi həmin hüquq və azadlıqlardan istifadə zamanı diskriminasiyadan qoruyur. Təsadüfi deyildir ki, bərabərlik hüququ bu və ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (“Insan hüquqları haqqında” Ümumi Bəyannamənin 7-ci maddəsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsi, “Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın ** saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.). Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. 8 yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-nin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. CM-in müddəaları (o cümlədən 79-cü maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquqi normaların, ideyaların, baxışların sistemi kimi səciyyələndirilən və dövlət tərəfindən yürüdülən cinayət-cəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, ictimai təhlükəsizliyin və cinayətkarlığın aradan qaldırılması və sosial baxımdan qəbul oluna biləcək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Cinayət-cəza siyasəti və Cinayət Məcəlləsinin müddəaları bir-biri ilə sıx əlaqədardır. Bu Məcəllə Konstitusiya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki cinayətin anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o cümlədən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir. Hazırkı cinayət işinin materialları araşdırılarkən məhkum Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiqi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatlar, törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə iş üzrə müəyyən edilmiş digər hallar birlikdə qiymətləndirildikdə, onun himayəsində olan azyaşlı övladının qayğısına lazımi səviyyədə qalması, təlim-tərbiyəsi ilə məşğul olması və uşağın normal fiziki, mənəvi və sosial inkişafı üçün zəruri şərait yaratması barədə əsaslı qənaətə gəlmək mümkün olmamışdır. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPMnin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası

QƏRARA A L D İ:

Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar