Məhkəmə qərarları › İş №1(102)-2733/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2733/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2733/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məmmədəli oğlunun, Müdafiəçi - Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Abdurrahmanlı Umud Xudaverdi oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Res publikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətindən imtina olunması və baxılmasına xitam verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2023-cü il tarixli qərarından müdafiəçi Abdurrahmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli 1(099)-331/2023 nömrəli (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1995-ci ildə X rayonu, X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, XXX-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 28,120.2.7-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunması, habelə təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəzasını həbsxanada çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2 dek abr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Umud Abdurəhmanlı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və şikayətə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, Xasməmmədov Elçin İsgəndər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət məhkəmə tərkibində) 28 avqust 2023-cü il tarixli 1(106)-587/2023 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayətindən Məhkum imtinası qəbul olunmuş və apel lyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi müdafiəçi Abdurrahmanlı Umud Xudaverdi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum 6 oktyabr 2023cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası CM-nin 28,120.2.7, 120.2.4 və 120.2.7-ci maddələri ilə məhkum ol unmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətindən imtina olunması və baxılmasına xitam verilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Abdurrahmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar