Məhkəmə qərarları › İş №1(102)-2735/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2735/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2735/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Novruzov X2 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə xx xxxx 1982-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2 020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-4.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində, qeydiyyatsız ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli 1(103)-1541/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsin in 17 aprel 2024-cü il tarixli 1(101)-801/2024 nömrəli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.M.Ağalarov və S.İ.Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 27 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs da CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 17 iyul 2024-cü il tarixli 1(103)-1541/2024 nömrəli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), M.A.Məmmədov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(101)-801/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum tanışı Təqsirləndirilən şəxs ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək qarşılığında hər dəfə 200-300 manat pul əldə edəcəkləri barədə qeyrisi ilə razılaşdıqdan sonra, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü olan qeyrisindən istintaqa məlum olmayan tarixdə və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumilikdə təmiz çəkisi 3018,451 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra 27 mart 2023-cü il tarixdə Məhkum qeyrisinin tapşırığına əsasən 1 ədəd bükümdə, təmiz çəkisi 13,451 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 27 mart 2023-cü il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına aparılmış, həmin tari xdə xidməti otaqda müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 13,451 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, 30 mart 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs qeyrisinin tapşırığına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən məişət tullantıları qutularının yanındakı kolluqda gizlətmiş olduqları yerdən təmiz çəkisi 3005 qram olan qurudulmuş marixuananı satmaq məqsədilə götürməklə üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 30 mart 2023-cü il tarixdə, saat 07 radəiərində ünvan 5 ünvanın yaxınlığında Bakı şəhəri Nərimanov rayon Po lis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin inzibati binasına aparılmış, həmin tarixdə xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış keçirilərkən sağ əlindəki göy rəngli polietilen bağlamadan 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi külli miqdar 3005 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il nömrəli qərarının dəyişdirilməsi və əməlin Azərbaycan Respublikası CM-in 234.4.1 və 23 4.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi xahiş olunur. Məhkumun müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr cinayət işinə baxarkən prosessual pozuntulara yol vermiş və cinayət işi ətraflı araşdırılmamışdır. Belə ki, məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiq və işgəncələrə məruz qalmış və olanlara dözməyərək öz qolunu kəsmişdir. İşgəncələr və təzyiqlər altında verilmiş ifadələr məhkəmələr tərəfindən sübut kimi qəbul edilmişdir. Həmçinin Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun tələbləri də pozulmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən əri zə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesi nin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tut araq qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar