Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-274/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum1 müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 26 sentyabr 1983-cü ildə keçmiş *************** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri,*********************** qeydiyyatda olmaqla yaşam ış, halhazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1 və 178.1-ci maddələri ilə 25 yanvar 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ***************************** qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittiham çısı Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli hökmü ilə (sədrlik edən: T.X.Nəsrullayeva, hakimlər: R.A.Allahverdiyeva və N.A.Kərimov) Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.5 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.1 və 120.2.5-ci maddələri ilə 17 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 178.2.4-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.5-ci maddələri ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı ilə (sədrlik edən: M.H.Zeynalov, hakimlər: F.G.Zeynallı və N.R.Mövsümov) verilmiş apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 CM-nin 178.2.4-cü maddəsi ilə olan əməli CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və cinayət məsuli yyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Məhkum1 CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə olan əməli CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum2 CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə olan əməli CM-nin 307.3-cü maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum1 müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər F.A.Kərimo v (sədrlik edən və məruzəçi), G.L.Rzayeva və İ.T.Hacıqayıbov) kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.C.Cəfərov, hakimlər: N.M.Nəsibov və E.M.Əhmədov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2015-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 CM-nin 178.2.4-cü maddəsi ilə olan əməli CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza t əyin edilməmişdir. Məhkum1 CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə olan əməli CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum2 CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə olan əməli CM-nin 32.5, 120.1ci maddələrinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkum1 və Məhkum2 ona görə təqsirli bilinərək məhkum edilmişlər ki, onlar R6i bir qrup şəxs halında tamah məqsədilə qəsdən öldürmüşlər. Belə ki, Məhkum1 2014-cü ilin avqust ayında etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz Ateco» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobili ilə inşaat materiallarını daşımaqla işəmuzd çalı şmaq barədə Bakı-Sumqayıt yolunda yerləşən «Riyad» tikinti-inşaat materiallarının topdansatış bazarında ticarətlə məşğul olan X3 ilə razılığa gəlib, ona məxsus müxtəlif təyinatlı sement, taxta və digər materialları Bakı şəhəri, Abşeron, Şamaxı, Siyəzən, Xaçmaz rayonlarında yerləşən ticarət və tikinti obyektlərinə təhvil verməklə sonuncunun etibarmı qazanaraq 2014-cü ilin sentyabr ayında R6dən nisyə sement götürüb pərakəndə satış məntəqələrinə paylayıb satışdan əldə olunan pulları özü yığaraq R6ə borclu qaldığı 1500 manat məbləğində pulu 14, 15, 16 sentyabr 2014-cü il tarixlərdə qaytarmaqdan imtina edib, əksinə atası N6 vasitəsilə *********** qəsəbəsində yerləşən taxıl məhsulları anbarından R6 nisyə satılmış 2350 manat dəyərində taxılın 600 manat hissəsinin ödənilməməsini iddia etmiş, bu ticarət əlaqələri zəminində onunla münasibətlərini aydınlaşdırmaq üçün 17 sentyabr 2014-cü il tarixdə saat 09 radələrində yaşadığı Bakı şəhəri,********************* qəsəbəsində taksi fəaliyyəti ilə məşğul olan, dostluq münasibətlərində olduğu Məhkum2 ilə görüşüb onun idarə etdiyi «Azsamand RXminik» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşınla R6 yaşadığı Bakı şəhəri, ************************ saylı binanın qarşısına gələrək, sonuncu evdən çıxdıqdan sonra söhbət etmək üçün onu maşına dəvət edib qabaq sağ oturacaqda əyləşdirib, özü isə onun arxasındakı sağ oturacaqda oturaraq Məhkum2 avtomaşını Qobu qəsəbəsi istiqamətində sürməyi tapşırmış, avtomaşında hərəkət etdikləri vaxt R6 «R6» topdansatış bazarında ticarətlə məşğul olan Zərərçəkmiş şəxs zəng edib həmin gün saat 11 radələrində «N orm» şirkətindən onun üçün 300 kisə sementin gələcəyini bildirib malı qəbul edib boşaltmağı xahiş etməsini eşitdikdən sonra, Məhkum2la birlikdə bir qrup şəxs təşkil edərək R.6 birgə biznes fəaliyyətlərindən pul borclu olmasını inkar edib onunla mübahisə edərək, Məhkum2 söhbətə müdaxilə edib onu müdafiə etməsindən, qarşılıqlı mübahisənin davamlı xarakter alıb şiddətlənməsinə rəğmən avtomaşını saxlamayıb idarəetməni davam etdirərək R6 maşından düşməsinə imkan verməməklə onun müqavimətini qırması və özünü müdafiə etmə imkanını məhdudlaşdırmasından istifadə edərək Lökbatan-Qobu avtomobil yolunun Qobu qəsəbəsi ərazisində 1500 manat məbləğində borcu qaytarmaq kimi maddi xərclərdən yaxa qurtarmaq, eləcə də həmin gün R6 üçün «Norm» şirkətindən göndərilən inşaat materiallarını ələ keçirmək niyyətil ə avtomaşının qabaq oturacaqları arasında, sürücü tərəfdə yerləşən dəstəyi qara rəngli bıçağı sol əli ilə götürərək arxadan R6in boyun nahiyəsinə dalbadal iki dəfə zərbə endirməklə ona qırtlaq qığırdaqlarının, sol yuxu arteriya və vena qan damarlarının kəsilməsi, kəskin qanitirmə ilə müşayiət olunan həyat üçün təhlükəli ağır zərər vurmaya aid boyunun yuxarı 1/3-də və çənəaltı nahiyədə geniş kəsilmiş və deşilmiş-kəsilmiş xəsarətlər yetirərək R6 bir qrup şəxslə tamah məqsədilə qəsdən öldürmüş, Məhkum2 isə birgə icraçısı olduğu cinayətin izlərini itirmək üçün maşını Bakı şəhəri, ****************** qəsəbəsinin bağlar massivinə sürərək R6 meyitini asfalt yolun kənarında qumluq əraziyə basdırmışdır. Bundan başqa, Məhkum1 17 sentyabr 2014-cü il tarixdə R6 tamah məqsədilə qəsdən öldürdükdən sonra saat 13 radələrində idarə etdiyi “Mersedens-Benz Ateco” markalı **--*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Riyad” tikinti inşaat materiallarının topdan satış bazarına gələrək onun R6 birgə inşaat materiallarının satışı ilə məşğul olduğunu bilən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, guya R6 mal dalınca onu göndərərək özünün təmirdə olan maşınının yanına getdiyini və bazara bir müddət sonra gələcəyini deyərək aldatma yolu ilə “Norm” şirkətindən R6 üçün göndərilmiş pərakəndə satış qiyməti 144 manat təşkil edən 30 kisə M 300 markalı və Zərərçəkmiş şəxs özünə məxsus: pərakəndə satış qiyməti 870 manat təşkil edən 150 kisə «Holchim» şirkətinin istehsalı olan M 400 markalı, cəmi 1014 manat dəyərində sementləri dəyərini ödəmədən avtomaşınına yüklədib əvəzsiz olaraq ələ keçirərə k xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 10 il 06 aydan 09 ilə endirilməsi, yaxud da CM-nin 62-ci maddəsi tətbiq olunaraq Məhkum1 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması xahiş olunur. Şikayət müəllifinin fikrincə, apellyasiya instansiyası məhkəməsi Məhkum1 cəza təyin edərkən onu cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almamış və həddindən artıq ağır cəza təyin etmişdir. Müdafiəçi hesab edir ki, Məhkum1 hərəkətlərində onun cəzasını yüngülləşdirən müstəsna hallar mövcuddur və CM-nin 62-ci maddə si tətbiq olunmaqla ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifinin fikrincə, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq sübutlar tədqiq edilməmiş, əsassız olaraq Məhkum1 və Məhkum2 əməlləri CM-nin 120.2.1 və 120.2.5-ci maddələrindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilmiş, habelə cəza təyini zamanı məhkumların şəxsiyyətlərinə və cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Dövlət ittihamçısı qeyd edir ki, Məhkum1 zərərçəkmiş R6ə 1500 manat pul borcunun olması və bununla əlaqədar onların arasında mübahisənin olması zərərçəkmiş şəxsin hüquqi varisi Sona Xalfayevanın və digər şəxslərin ibtidai araşdırma və birinci instansiya məhkəməsi zamanı verdikləri ifadələrlə tam təsdiq olunmasına baxmayaraq apellyasiya məhkəməsi kollegiyası həmin şəxslərin apellyasiya məhkəməsində verdiyi ifadəsinə əsaslanmaqla ilkin ifadələrini rədd etmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Dövlət ittihamçısı, həmçinin, hesab edir ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş R6in qətlini birgə icra etdiklərindən onların hərəkətləri apellyasiya məhkəməsi tərəfindən düzgün olmayaraq CM-nin 120.2.1-ci maddəsindən həmin Məcəllənin müvafiq olaraq 120.1 və 32.5, 120.1-ci maddələrinə tövsif edilmişdir. Hüquq i məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi və kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin edilməməsi barədə Müdafiəçi1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələl əri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin tövsifi mübahisə edilir. Hesab edilir ki, məhkumların əməllərində Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.5-ci maddələrinin tərkibi olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi heç bir qanuni əsas olmadan Məhkum1 və Məhkum2 əməllərini müvafiq olaraq Azərbaycan Respublikası CM-in 120.1 və 32.5, 120.1ci maddələrinə tövsif etmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 10 il 06 aydan 09 ilə endirilməsi, yaxud da CM-nin 62-ci maddəsi tətbiq olunaraq Məhkum1 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması xahiş olunur. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM -in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiy mətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum1 əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə, Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsinə tövsif etmiş və həmin maddələr ilə təqsirli bilərək məhkum etmişdir. Belə ki, cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsi ilə verilmiş ittiham toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azər baycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə i lk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-in 120.2.5-ci maddəsi tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, toplanmış sübutların müqayisəli təhlilindən bəlli olur ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi tamah niyyəti ilə adamöldürmə kimi qiymətləndirilməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Belə ki, hadisənin iştirakçıları olmuş hər iki təqsirləndirilən şəxsin ifadələrindən, məlum olur ki, hadisə zamanı Məhkum1 maşında R6lə borc üstündə mübahisə etmişlər. Həmçinin zərərçəkmişin hüquqi varisinin verdiyi ifa dələrdən də görünür ki, hadisədən öncə də Məhkum1la R6 arasında borc pul üstündə artıq mübahisə və narazılıq olmuş, bu barədə sonuncu hətta, öz həyat yoldaşına hadisədən öncə bildirmişdir. Yəni adamöldürmə hadisəsi borc üstündə yaranan mübahisənin nəticəsi olmuşdur. Məhkəmə təcrübəsinə və hüquq nəzəriyyəsinə əsasən, borc, əmlak və əmlak üzərində hüquqlarla bağlı mübahisələr zamanı adamöldürmə tamah niyyəti ilə adamöldürmə kimi qiymətləndirilməməlidir. Bu zaman əsas niyyət kimi mübahisə zəminində yaranan və mahiyyəti üzrə qisas almaq, əvəz çıxmaq kimi niyyətlər çıxış edir. Bu halda adamöldürmə nəticəsində təqsirləndirilən şəxs müəyyən əmlak xarakterli maddi gəlir və üstünlüklər əldə etmiş olsa belə, cinayətin niyyəti yaranan anda mübahisənin, konfliktin, ziddiyyətin baş verməsi əsasında f ormalaşmış olur. Məhkum1 17 sentyabr 2014-cü ildə hadisəni törətdikdən sonra dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 1014 manatlıq sementini ələ keçirməsi də ölüm hadisəsinin tövsifinə təsir edə bilməz. Belə ki, adamöldürmə cinayətlərində təqsirləndirilən şəxsin qəsdi başa çatdırdıqdan sonra yaranmış şəraitdən, imkandan istifadə etməklə oğurluq, dələduzluq etməsi tamah niyyəti ilə adamöldürmə kimi qiymətləndirilə bilməz. Çünki bu halda tamah niyyəti ölüm hadisəsindən sonra yaranmış olur. Ölümündən öncə zərərçəkmişin cibində 1000 manat pulun olması faktına qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, bu fakt ittiham aktında öz əksini tapmamış, bu barədə təqsirləndirilən şəxslərə ittiham irəli sürülməmiş və ittiham hökmü çıxarılmamışdır. “Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqı nda" 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 9-cu və 10-cu bəndlərinə əsasən, "təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət əldə etmək və ya maddi xərclərdən yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməni nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1la Məhkum2 əməllərinin əvvəlcədən əlbir olmuş bir qrup şəxs olmaqla adamöldürmə kimi qiymətləndirilməsi işin faktiki hallarına uyğun gəlmir və heç bir mötəbər sübutlarla sübuta yetirilmir. Belə ki, ittiham aktında v ə birinci instansiya məhkəməsinin hökmündə qeyd olunur ki, Məhkum1la R6 mübahisə edərkən, Məhkum2 söhbətə müdaxilə etmiş, onu müdafiə etməsinə, qarşılıqlı mübahisənin davamlı xarakter alıb şiddətlənməsinə rəğmən avtomaşını saxlamamış və idarəetməni davam etdirərək R6in maşından düşməsinə imkan verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham orqanı Məhkum2 söhbətə müdaxilə etməsinin nədən ibarət olmasını, bu faktın Məhkum1la R6ə bıçaq zərbələri endirməsində hansı rolu oynamasını, Məhkum2 qəsdlə maşını saxlamamasını təsdiq edən heç bir sübuta istinad etməmiş, bu məqama heç bir aydınlıq gətirməmiş, bu söhbətə müdaxilənin R6in müqavimətini qırmasına necə təsir göstərməsini də heç bir dəlil və sübutla əsaslandırmamışdır. İş materiallarında olan Məhkum2 ifadələrindən görünür ki, o,idarə e tdiyi maşınla Qobu qəsəbəsinin girəcəyinə doğru hərəkət edərkən Məhkum1 R6i sağ əli ilə tutaraq sol əlindəki bıçaqla bir dəfə vurmuşdur. O, qorxaraq şok halında maşını saxlayıb yerə düşmüş və maşından təxminən 40-50 metr aralanmışdır. Məhkum1 da ifadələrində qeyd etmişdir ki, aralarında olan mübahisə zamanı o, ani olaraq avtomaşının qabaq oturacaqlarının arasında, sürücü tərəfdə yerləşən dəstəyi qara rəngli bıçağı sol əli ilə götürərək arxadan R6in boyun nahiyəsinə dalbadal iki dəfə zərbə endirmişdir. İlk zərbəni vuran anda F6 təxminən saatda 20 ilə gedən avtomaşınını dərhal saxlayıb avtomaşından çıxıb qaçdıqda o, R6in boynunun qabaq hissəsinə ikinci zərbəni endirmişdir Hər iki şəxsin ifadələrindən görünür ki, birinci zərbədən dərhal sonra Məhkum2 avtomaşını həmin an saxlayıb, maşından çıx araq qaçmışdır. O, hətta, ikinci zərbənin belə şahidi olmamışdır. Digər tərəfdən, ibtidai araşdırma orqanının gəldiyi nəticədən və işin faktiki hallarından görünür ki, zərərçəkmiş maşını saxlamağı Məhkum2 tələb etməmiş, qapını açaraq özünü maşından atmağa cəhd göstərməmiş, Məhkum1 ondan maşını sürməyə davam etməsini xahiş və ya tələb etməmiş, bu barədə onların əvvəlcədən də razılıqları olması sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 Məhkum1 qətli törətməsində o zaman birgə icraçı kimi çıxış etmiş olardı ki, onun hadisə zamanı hərəkətləri zərərçəkmişin özünü müdafiə etmə imkanlarına təsir etmiş olsun, onun iradəsinin sındırılmasına yönəlsin. Həmçinin əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən adamöldürmə cinayətlərində qrupun hər bir üzvü obyektiv və subyekti v olaraq, hərəkətlərini zərərçəkmişi həyatdan məhv etmək istiqamətində birləşdirirlər. Burada adamöldürmədə hər bir qrupun üzvünün hərəkətlərində obyektiv və subyektiv cəhət eyni zamanda mövcud olmalıdır. Obyektiv cəhətdən qrupun hər bir üzvü şəxsin həyatdan məhrum edilməsində bilavasitə icraçı kimi çıxış etməlidirlər. Bu hərəkələr bəzən bilavasitə zərərçəkmişin ölümünə səbəb olmasa da, onun həyatdan məhrum edilməsinə birbaşa təsir etmiş olur. Məsələn, qrupun üzvü onu öldürən zaman, digər üzvü müxtəlif xarakterli xəsarətləri yetirir, fiziki müqavimətini zəiflədir, yəni əl-qolunu, bədənini, başını tutur, həmçinin ölümündən qabaq qrup üzvləri ilə birlikdə şəxsin döyülməsində iştirak edir və sairə bu kimi hərəkətlər edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Məhkum2 cinay ət törətməkdə birgə icraçı olmasını təsdiq edən heç bir sübut cinayət işinin materialları ilə təsdiq olunmur. Məhkum2 Məhkum1la cinayətdən əvvəl mütəmadi əlaqələr saxlaması, avtomaşınla onları aparması və meyidi sonradan gizlədərək, cinayətin izlərini gizləməyə çalışması onun cinayətdə yalnız köməkçi qismində iştirakçı olması qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin hər ikisinin əməllərinin Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.5-ci maddələri ilə tövsif edilməsinə əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum1 əməlinin CM-in 120.1-ci maddəsi ilə və təqsirləndirilən şəxs Məhkum2 əməlinin CM-nin 32.5, 120.1-c i maddələri ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhk əmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələ blərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumlar Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.5-ci maddələrindən, Məhkum1 əməlini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə, Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 32.5, 120.1-ci maddəsinə tövsif etmişdir. Məhkum1 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair kassasiya şikayətində qeyd edilən arqumenti də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin məzmununa görə məhkum haqqında həmin maddənin tətbiqi üçün aşağıdakı əsaslardan ən azı biri olmalıdır; -törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hal, -iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi, - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, İş materillarından da göründüyü kimi məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün yuxarıda qeyd olunan əsaslar yoxdur. Qanunvericilikdə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halların dairəsi müəyyən edilməsə də, CM-in 62.2-ci maddəsində qismən də olsa bu halların anlayışı və dairəsi verilmişdir. Həmin normaya görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Cəzanı yüngülləşdirən hallar isə CM-in 59.1.1-59.1.10-cu maddələrində göstərilmişdir. Məcəllənin 59.2-ci maddəsinə görə CM-in 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Qanunvericiliyin göstərilən normalarının məzmununa görə yalnız təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar CM-in 62-ci maddəsi baxımından müstəsna hal kimi qiymətləndirilə bilər. Hər bir hal əvvəlcə cəzanı yüngülləşdirən hal kimi qəbul edilmədən müstəsna hal kimi qiymətləndirilə bilməz. Bu hal və ya hallar həm törədilmiş cinayətə, həm də cinayətin subyektinə aid olması mümkündür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tari xli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza təd biri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayətin açılmasına köməklik göstərməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tə ləblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-274/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-274/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver