Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-274/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından kassasiya şikay ətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Məhkumnun vəsatətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Əzizov, hakimlər D.H.İmanov və F.N.Mahmudovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1972-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Qazax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan3ndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü madd ələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 06 aprel 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə X4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, X9 Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.G.Abdullayev, hakimlər T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum və məhkum X5 müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli hökmü məhkumlar Məhkum və Məhkum2a aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum X7 Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Vəsatətin dəlilləri: Məhkum vəsatətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti hüquqi savadının olmamasına və bu üzdən qanunla kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddəti bilməməsinə görə, yəni üzrlü səbəblərdən buraxdığını qeyd edərək, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış pro sessual müddətin bərpa edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin müvafiq materiallarını araşdıraraq, vəsatətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hesab edir ki, aşağıdakı səbəblərə görə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən onun çıxarıldığı gündən 18 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkumnun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarının çıxarılmasından sonra 18 aydan artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, Məhkumnun kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və kassasiya şikayəti 28 oktyabr 2019-cu il tarixdə X80nin 17/30-2757 saylı məktubu ilə Ali Məhkəməyə göndərilmiş, yəni vəsatət və kassasiya şikayəti apellyasiya məhkəməsinin yekun qərarının çıxarılmasından 20 aydan artıq vaxt keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit edilir ki, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda və ya kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə təmin etmək hüququna malikdır. Lakin, Məhkum vəsatətində onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən hansısa bir fövqəladə hadisənin baş verməsinə və yaxud apellyasiya məhkəməsinin qərarının çıxarılmasından sonrakı dövrdə hansısa xəstəlik keçirməsinə, yəni cinayət-prosessual qanunun 411.2-ci maddəsinin nəzərdə tutduğu halların heç birinə istinad etməmişdir. Məhkum apellyasiya məhkəməsinin qərarından qanunla müəyyən olunmuş müddətdə kassasiya şi kayəti verməməsini hüquqi savadının olmaması, yəni hansı müddətdə kassasiya şikayəti vermək hüququna malik olduğunu bilməməsi ilə izah etməsinə gəldikdə, bu dəlillər əsaslı sayıla və prosessual müddətin gerçəkdən də üzrlü səbəblərdən buraxıldığını göstərən əsaslar kimi nəzərdən keçirilə bilməz. Belə ki, işdə olan materiallardan görünür ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının birinci instansiya məhkəməsinin 19 dekabr 2017-ci tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında iştirak etmiş, eyni zamanda o, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hüquqi yardımı ilə təmin olunmuşdur. Məhkəmə iclasının əvvəlində Məhkum Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 91-ci maddəsi ilə nəzərdə tutulmuş prosessual hüquqları, o cümləd ən qərardan kassasiya şikayəti vermək hüququ izah olunmuş, məhkəmə baxışının sonunda isə apellyasiya məhkəməsinin qərarı sədrlik edən tərəfindən məhkəmə iclas zalında olan bütün şəxslərə, o ocümlədən Məhkum və onun müdafiəçisinə elan edildikdən sonra ayrıca olaraq həmin qərardan kassasiya şikayəti vermək hüququ, qaydası və müddəti onlara bir daha izah edilmişdir. Bundan başqa, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti vermək hüququna və qaydasına dair izahı da əks etdirən 19 fevral 2018-ci il tarixli qərarın surəti həmin tarixdə məhkəmənin müşayiətedici məktubu ilə Məhkum müdafiəçisi Müdafiəçia göndərilmiş, lakin o da, qanunla müəyyən edilmiş prosessual müddət ərazində apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək imkanından istifadə etməmişdir. Tə svir olunanlardan görünür ki, məhkumun apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2018-ci il tarixli qərarından vaxtında kassasiya şikayəti verməməsi onun həmin qərarın məzmunundan, ondan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətdən, şikayətin verilməsi qaydasından məlumatsız olmasından irəli gəlməmişdir. Beləliklə, Məhkum vəsatətinə baxılması nəticəsində CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar və yaxud gerçəkdən də onu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər üzrlü hallar müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində təsbit olunan halların və yaxud CPM-in 203-cü maddəsinin işığında üzrlü səbəblər kimi qiymətləndirilə biləcək (məhkumu obyektiv olaraq məhkəmə qərarından vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən) digər halların müəyyən edilməməsi isə müddətin bərpasına dair vəsatətin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 203 və 411-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Məhkumnun onun barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №1(102)-274/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-274/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver