Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-274/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərərçəkmiş X5 nümayəndəsi İbadov Zaur Fəzail oğlunun, bəraət almış şəxs X13 və onun müdafi əçisi Məmmədov Ülvi Ziyadxan oğlunun iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 145.1 və 150.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs X6 nümayəndəsi İbadov Zaur Fəzail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kamranov Hafiz Eldar oğlu) X13, xx xxxx 1992-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsindəki həmin hökm dəyişdirilərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-nin 145.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət hadisəsi olmadığından və CM-nin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqınd a» iltizam qətimkan tədbiri ləğv edilmiş və cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona dəymiş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması bəraət almış şəxsə izah edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X13 CM-nin 145.1 və 150.1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən X 13 nikah münasibətində olduğu, lakin faktiki olaraq ayrı yaşadığı X7 onunla yaşamasına nail olmaq məqsədi ilə, Zərərçəkmişya qaynanası X33nın onun azyaşlı övladını qəsdən öldürdüyünü deyərək, bununla bağlı qaynanası X33nın CMnin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə etdiyi şikayəti geri götürəcəyi barədə söhbət etmək məqsədilə Zərərçəkmiş ilə xx xxxx 2018-ci ildə saat 15 radələrində, Abş eron rayonu Xırdalan şəhərində görüşməklə daha sakit yerdə söhbət etmək adı ilə aldadaraq, ünvan 1 ünvanına aparmış və orada Zərərçəkmişya onunla birlikdə həmin mənzildə yaşamasını, əks halda qaynanası ilə bağlı etdiyi şikayətini geri götürməyəcəyini deyəndə, sonuncunun onun təklifi ilə razılaşmadığını gördükdə Zərərçəkmişnın sərbəst hərəkət etməsinə mane olmaqla, özünə yaşayış yeri seçməsi ilə bağlı hüquqlarını məhdudlaşdıraraq, həmin mənzildən kənara çıxmasının qarşısını almaq üçün mənzilin qapısının kilidini çöldən bağlayaraq onu iradəsinə zidd olaraq xx xxxx 2018-ci il tarixədək adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, Zərərçəkmiş isə qanunsuz azadlıqdan məhrum edildiyi ünvan 2 ünvanda yerləşən 80 nömrəli mənzildən xilas olmaq üçün, xx xxxx 2018-ci il tarixdə s alfet kağızı üzərində zorla saxlanılması barədə qeydlər apararaq, salfet kağızının aşkar olunaraq atasına məlumat verilməsi üçün pəncərədən atmış, həmin vaxt oradan təsadüfən keçən X11 məktubu yerdən taparaq bu barədə Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 18ci polis şöbəsinə məlumat vermiş və xx xxxx 2018-ci ildə saat 12 radələrində Zərərçəkmiş qanunsuz azadlıqdan məhrum edildiyi mənzildən çıxarılmaqla ailəsinə təhvil verilmişdir. Bundan başqa, həmin ittihama görə, X18 xx xxxx 2018-ci il tarixdə saat 22 radələrində, X9 qanunsuz olaraq azadlıqdan məhrum etdiyi ünvan 1 ünvanında sonuncunun mənzili tərk etmək niyyətini bilib bunun qarşısını almaqla zor tətbiq edərək Zərərçəkmişnı yataq otağına aparıb orada üzü üstə uzadaraq qollarını qarnının altına salmaqla hərəkət etmək və müqavimət göstərmək imkanını tam məhdudlaşdırmaqla ereksiya vəziyyətində olan cinsi orqanını anal dəliyinə salaraq zor tətbiq edib onun köməksiz vəziyyətindən istifadə etməklə, seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində cinayət işinə baxılarkən X13 CM-nin 145.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət hadisəsi olmadığından və CM-nin 150.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetmədiyindən bəraət verilmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmişin nümayəndəsi Z.F.İbadov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qər arı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxsin nümayəndəsi Z.F.İbadov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işi yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: X13ə elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikaı Cinayət-Prosessual Məcəlləsinin bir sıra normalarına istinad edən zərər çəkmiş şəxsin nümayəndəsi Z.F.İbadov kassasiya şikayətini belə əsaslandırmışdır ki, verilmiş ittihamla X13in hərəkətləri eynilik təşkil etsə də, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və əsassız olaraq zərər çəkmiş şəxsin verdiyi ifadələrə tənqidi yanaşmış, lakin təqsirləndirilən şəxsin ifadələrini əsas götürərək hökm çıxartmışdır. Apellyasiya instansiya məhkəməsi isə heç bir araşdırma aparmamış, məhkəmə iclasında heç kimi dindirməmiş, nəticədə əsassız və qanunsuz hökmü qüvvəsində saxlamışdır. Hər iki instansiya məhkəməsi hesab etmişlər ki, X13 tərəfindən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayət əməlini xarakterizə edən hər hansı hərəkətlər, o cümlədən Zərərçəkmişnı yaşadığı mənzildə zorla, iradəsi əleyhinə saxlayıb azadlıq hüququnun məhdudlaşdırılması kimi hərəkətlər edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmələr belə qənaətə gəlmişlər ki, Zərərçəkmiş ifadələr verərkən qeyri-səmimi olmuş və iş üzrə yekun məhkəmə aktlarını qəbul edərkən yalnız X13in ifadələr ini əsas götürmüşlər. Daha sonra, nümayəndə Z.F.İbadov qeyd etmişdir ki, Zərərçəkmişnın onun saxlanıldığı mənzildən qaçması qeyri-mümükün olmuş, X 13 onu həmin mənzildən kənara buraxmamış, mənzilin qapısını bağlamış, Zərərçəkmiş X13dən qorxduğu üçün səs-küy etməmişdir. Bundan əlavə, məhkəmələr işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəməpsixoloji ekspertizasının xx xxxxxx 2018-ci il tarixli 1977 saylı rəyini də kifayət qədər nəzə almamışlar. Rəyə əsasən X8 X13in ona qarşı etdiyi hərəkətləri nəticəsində çox saylı depressiv əlamətlər müəyyən edilmişdir. Zərər çəkmiş şəxsin nümayəndəsi Z.F.İbadovun fikrincə, belə bir rəy olduğu halda məhkəmələr tərəfindən kompleks məhkəmə-psixoloji və məhkəmə-tibb ekspertizası təyin edilməli idi. Kassasi ya şikayətinin müəllifi iş üzrə çox saylı ziddiyyətlərin, natamamlıqların olmasını nəzərə alaraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Zərər çəkmiş şəxs in nümayəndəsi Z.F.İbadovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, X13ə bəraət verilməli olması haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş, araşdırılmış sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1-416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarın ı kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası nümayəndə Z.F.İbadovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X13in barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd e dir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə C PM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan o lunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qa nunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 144-cü maddəsi ci nayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyə n edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşd irilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallarda n asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qa nunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) CM-nin 145.1-ci maddəsində göstərilir ki, adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayətinə görə - iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilir. Həmin maddədə nəzərdə tutulan cinayətin əsas obyekti hər kəsin Azərbaycan Respublikası Konstitu siyası ilə təsbit edilən azadlıq hüququ təşkil edir. Əlavə obyekti isə şəxsiyyətin həyatı və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Bu cinayət obyektiv cəhətdən insanı sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respublikasından kənara getmək azadlığından qanunsuz olaraq məhrum etmədə ifadə edilir. Qanunsuz azadlıqdan məhrum etmə cinayəti üzrə zərərçəkmiş bir halda olduğu evdə, mənzildə, bağ evində, nəqliyyat vasitəsində və sair yerdə öz arzusuna zidd saxlanılır, digər halda məcburi qaydada arzu etmədiyi yerə salınır. CM-nin 150.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etmə və yaxud belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarak terli digər zorakılıq hərəkətləri etməyə görə- üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. Seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməlinin obyektini şəxsin cinsi azadlığı təşkil etməklə, obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və yaxud seksual xarakterli digər zorakılıq hərəkətləri etmədə ifadə olunur. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, X13in əməlində ittiham edildiyi həmin cinayətlərinin törədilməsində təqsirinin təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində çıxarılmış bəraət hö kmünü qanunsuz və əsassız olaraq qüvvəsində saxlamışdır. Nümayəndənin irəli sürdüyü dəlillərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, X13in CM-nin 145.1 və 150.1-ci maddələri ilə təqsirləndrilməsinə dair cinayət işinə baxan Nərimanov Rayon Məhkəməsi Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq həqiqətin müəyyən edilməsi istiqamətində iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq ibtidai araşdırma zamanı yol verilmiş çatışmazlıqları və natamamlığı aradan qaldırmış və məhkəmənin çıxardığı hökm həlledici şəkildə təkcə X13in cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni cür ifadələrinə deyil, həmçinin bu ifadələrlə üst-üstə düşən və onları tamamlıyan digər sübutlara da əsaslanmışdır. Həmin sübutlar hökmdə ətrafl ı təsvir edilmiş, onlara CPM-nin 143-146-cı maddələrinin tələblərinə qiymət verilmiş və məhkəmə hər hansı yolverilməz sübutlara istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların təkrarən yenidən məhkəmə istintaqı aparılmaqla araşdırılmasına zərurət görməmiş və birinci instansiya məhkəməsinin hökmü ilə razılaşması barədə nəticəsini qəbul etdiyi qərarda həmin sübutlara istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası həm hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edilmiş sübutların hər birisinin ayrı-ayrılıqda təkrarən təsvir edilməsinə ehtiyac görmür, lakin qeyd edir ki, həmin sübutlar əsasında işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, barəsində bəraət hökmü çıxarılmış X13 ibtidai araşdırma zamanı zərər çək miş şəxs qismində tanınmış Zərərçəkmiş ilə ər-arvad münasibətlərində olmuş, onların birgə nikahdan doğulmuş uşaqları körpə vaxtında Zərərçəkmişnın anası X33nın ehtiyatsızlığından öldüyündən, onların münasibəti kəskinləşmiş və nəticədə onlar ayrılmışlar. X13in çoxsaylı şikayətləri əsasında X33nın CMnin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi başlanmış və sonuncu qeyd edilən maddə ilə məhkəmə məsuliyyətinə verilərək məhkum olunmuşdur. xx xxxx 2018-ci il tarixdə saat 15 radələrində X13 Zərərçəkmiş ilə birlikdə ünvan 3 ünvanına gəlib xx xxxx 2018-ci il tarixədək orada qalmışdır. Bu müddət ərzində Zərərçəkmişnın valideynləri ilə əlaqə saxlamasına imkan verən mobil telefonları olmuş, o, bir neçə dəfə sonuncularla əlaqə saxlamış və həmçinin X13lə birlikdə Bakı şəhərinin müxtəli f yerlərində olmuşlar. xx xxxx 2018-ci ildə Zərərçəkmiş salfet kağızı üzərində mənzildə guya zorla saxlanılması barədə qeydlər aparıb salfet kağızının aşkar olunaraq atasına məlumat verilməsi üçün pəncərədən atmış, evin qarşısından təsadüfən keçən Yaqut İbrahimova həmin məktubu yerdən taparaq bu barədə Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinə məlumat vermiş və nəticədə polis əməkdaşları xx xxxx 2018-ci ildə saat 12 radələrində Zərərçəkmişnı mənzildən çıxarmaqla ailəsinə təhvil vermişlər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən X13in zərərçəkmiş Zərərçəkmişnı Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2, mənzil 80-də 22-xx xxxx 2018-ci il tarixlərdə öz arzusuna zidd saxlaması öz təsdiqini tapmır. Belə ki, məhkəmə istintaqında zərərçək miş Zərərçəkmiş verdiyi ifadəsində arzusuna zidd olaraq Dəmirçizadə küçəsi, ev 2, mənzil 80 ünvanına gətirildiyini və saxlanıldığını, X13in onu nəzarətsiz qoymadığını, hər gün qapını bağlayıb getdiyini və evə axşamlar gəldiyini, evin bütün balkon və pəncərələrinin dəmir qəfəsliklərlə bağlı olduğunu bildirmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zərərçəkmiş şəxsin zorla gətirildiyini və saxlanıldığını iddia etdiyi ünvan binada olan mənzil olmuş, həmin mənzilin ətrafında qonşular öz mənzillərində yaşamışlar. Zərər çəkmiş şəxsin həmin ünvanda zorla saxlanıldığı halda, saxlanıldığı müddətdə mənzilin pəncərələrindən X 13in mənzildə olmadığı vaxtda səs-küy salaraq qonşuların və ya ətrafda olan şəxslərin diqqətini cəlb etmək imkanı olmuşdur. Ən əsası, məhkəmə tərə findən müdafiə və ittiham tərəfinin iştirakı ilə qeyd edilən mənzilə baxış keçirilərkən, mənzilin binanın 2-ci mərtəbəsində yerləşməsi, 02 otaqdan, 01 dəhlizdən, 01 mətbəxdən və sanitar qovşağdan ibarət olması, mənzilin pəncərələrində dəmir barmaqlılıqların (məhəccərlərin) olması və pəncərələrin açılıb-bağlanılması müəyyən edilmişdir. Qeyd edilən xüsusatları zərər çəkmiş şəxsin özü ilə yanaşı, X 13, anası və mənzilin sahibi də təsdiq etmişlər. Mənzil Təhsil Nazirliyinin inzibati binasının arxasında olan binada yerləşir. Zərərçəkmiş iddia etdiyi kimi, X 13in onu zorla saxladığını bildirsə də, sonuncunun evdə olmadığı müddət ərzində kifayət qədər imkanı və vaxtı olmuşdur ki, pəncərələri açıb onun zorla saxlanıldığı barədə küçədən keçən insanları köməyinə çağırsın. Lakin, Zərərçəkmiş orada "z orla” saxlandığı 5 gün ərzində bunu etməmiş, yalnız xx xxxx 2018-ci ildə pəncərəni açıb insanları çağırmaq əvəzinə kağız parçası üzərinə qeydlər yazıb çölə atmışdır. Onun mobil telefonla yaxınlarına, hüquq-mühafizə orqanlarına zəng edib zorla saxlanıldığı barədə məlumat vermək, pəncərədən küçədə olan şəxslərə səslənmək imkanının olduğu halda heç də ağlabatan olmayan kağız üzərinə zorla saxlanılması barədə qeydlər yazmasını məhkəmələr inandırıcı hesab etməmişlər. Birinci və apellyasiya instansiyası məhkəmələri belə nəticəyə gəlmişlər ki, zərərçəkmiş Zərərçəkmişnın təqsirləndirilən X 13lə birlikdə getməsindən onun ailə üzvlərinin qabaqcadan xəbərləri olmuş, X23 Babayevlə məqsədli şəkildə gedərək həmin mənzildə qalmış, yəni onun məqsədi X 13in anası X33nın barəsində olan cinayət işi üzrə apel yasiya şikayətindən imtina etdirmək olmuşdur. Belə ki, Zərərçəkmiş həmin kağız parçasını X 13lə anasının barəsində olan cinayət işi üzrə apelyasiya şikayətinin geri götürülməsinə razılıq əldə etdikdən və X 13in bu məqsədlə xx xxxx 2018-ci ildə məhkəməyə getməsindən sonra pəncərədən çölə atmışdır. X23 Babayevin məhz onun anasının barəsində olan apellyasiya şikayətini geri götürməkdən ötrü evdən çıxaraq məhkəməyə getməsindən sonra kağız parçasını atması bir daha onu sübut edir ki, həmin mənzilə məqsədli şəkildə getmiş və mənzildə məqsədli şəkildə qalmış və heç kəs onu həmin mənzilə onun iradəsinə zidd aparmamış və iradəsinə zidd olaraq o, həmin mənzildə saxlanılmamışdır. Zərərçəkmişin Dəmirçizadə küçəsi 2 mənzil 80-də saxlanıldığı müddət ərzində istifadəsində 055311-52-75 və ***-***-**-** nö mrəli mobil telefonlar olmuş, həmin nömrələrlə gün ərzində X13lə mütəmadi əlaqə saxlamış, zənglərinin detallaşmasından isə görünür ki, Zərərçəkmiş 22-xx xxxx 2018-ci ildə ***-***-**-** və ***-***-**-** nömrələrdən dəfələrlə ***-***-**-** (anası X33), ***-***-**-** və ***-***-**-** (atası X34), ***-***-**-** və 050-319-2228 (atasının dostuX35) telefon nömrələrinə zənglər edərək göstərilən şəxslərlə müxtəlif vaxtlarda uzun müddətli telefon əlaqəsində olmuş və Zərərçəkmiş öz ifadəsində bunları təsdiq etsə də, qorxduğundan heç kimə zəng edə bilmədiyini göstərmişdir. Bu isə ona dəlalət edir ki, onun qanunsuz olaraq azadlıqdan məhrum edilməsi barədə rahat şəkildə hüquq-mühafizə orqanlarına və ailə üzvlərinə məlumat vermək imkanı olmuşdur. Zərərçəkmiş öz ifadəsində “X13 bir neçə dəfə anası və ata sı ilə danışmaq istədiyini dedikdə sonuncu buna icazə verməmiş, X13dən bunun səbəbini soruşduqda onun başının çıxmadığı iş olduğunu və işinə qarışmamağını demişdir”. Lakin müştəri zənglərinin detallaşmasına əsasən, Zərərçəkmişnın ***-***-**-** nömrəsinə atası X34in ***-***-**-** nömrəsindən xx xxxx 2018-ci ildə saat 17:17-dən saat 17:26-dək dəfələrlə zənglər gəlmiş, ən qısa danışıq müddəti 07 saniyə, ən uzun danışıq müddəti 37 saniyə olmuşdur. Bundan əlavə Zərərçəkmişnın ***-***-**-** nömrəsinə anası X33nın ***-***-**-** nömrəsindən xx xxxx 2018-ci ildə saat 16:06-da zəng gəlmiş, aralarında 83 saniyə danışıq olmuş, həmin gün saat 22:23-də Zərərçəkmiş anası X33ya zəng etmiş və aralarında 9 saniyə danışıq olmuşdur. Belə olan halda isə, zərərçəkmiş şəxsin X13 tərəfindən atası və anası ilə d anışmağa icazə verilməməsinə dair ifadəsi inandırıcı hesab edilə bilməz. Göründüyü kimi, X13 tərəfindən adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayət əməlini xarakterizə edən hər hansı hərəkətlər, o cümlədən Zərərçəkmişnı yuxarıda göstərilən mənzildə zorla, iradəsi əleyhinə saxlayıb müşayiət edilən azadlıq hüququnun məhdudlaşdırılması kimi hərəkətlər edilməsi öz təsdiqini tapmamışdır. Əksinə, zərərçəkmiş şəxsin həmin mənzildə 22-xx xxxx 2018-ci il tarixlərdə öz istəyi ilə qalması, sərbəst hərəkət etmək, telefonlardan istifadə etməklə istədiyi vaxtda istədiyi şəxslə əlaqə saxlamaq imkanının olması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, iş üzrə həmin hadisənin baş verməsindən iki gün sonra keçirilmiş məhkəmə-tibbi ekspertizasının 401 nömrəli xx xxxx 2018-cı il tarixli rəyinə əsasən zərərçəkmiş Zərərçəkmişnın bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Halbuki, X13ə elan olunmuş ittihama görə, o, xx xxxx 2018-cı il tarixdə saat 22 radələrində Zərərçəkmişya qarşı zor tətbiq etməklə onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İttihamın bu hissəsi ilə bağlı dindirilmiş təqsirləndirilən şəxsin anası X15 götərmişdir ki, o, xx xxxx 2018-ci il tarixdə oğlunun Zərərçəkmiş ilə birlikdə qaldıqları mənzildə olmuş, həmin günün axşamı onlar birlikdə şam yeməyi yemişlər, gecəni o, həmin mənzildə qalmış, ertəsi gün səhər saat 10 radələrində isə oğlu onu taksi avtomaşını ilə yola salmışdır. Şahid qeyd etmişdir ki, mənzildə olduğu müddətdə heç bir səs-küy eşitməmiş, oğlu ilə Zərərçəkmiş arasında mübahisə və ya münaqişə baş verməmişdir. İttiham tərəfi birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında olduğu kimi, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında da yuxarıda göstərilən sübutları təkzib edən, bu sübutlar əsasında müəyyən edilmiş hallardan törəyən şübhələri aradan qaldıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, apellyasiya instansyası məhkəməsinin X 13ə qarşı irəli sürülmüş ittihamın bir hissəsi – CM-nin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarından göründüyü kimi, iş üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış bütün sübutlar ı qanuna müvafiq qaydada nəzərdən keçirən və yolverilməz sübutlardan istifadə etməyən apellyasiya instansiyası məhkəməsi X13in ona elan olunmuş ittiham üzrə zor tətbiq etməklə seksual xarakterli hərəkətlər etməsinin sübuta yetirilməməsi, qanunsuz azadlıqdan məhrum etmə əməllərinin isə törədilməsi barədə nəticəyə gələrkən müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etmiş, həmin sübutların hər birisini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya instasiyası məhkəmələrinin qanunda nəzərdə tutulmuş bu hərəkətlərindən çıxış edərək, hesab edir ki, X13a bəraət verilməsi haqqında hökm məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmuşdur. Qeyd olunanlar zərər çəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.1416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının isə ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə, yəni X13in ona elan olunmuş ittiham üzrə həm cinayət hadisəsi olmamadığına, həm də onun təqsirliliyi sübuta yetirilmədiyin ə görə ona bəraət verilməsi heç bir şübhə doğurmadığından və məhkəmənin müəyyən etdiyi faktiki halların məcmusu ilə təkzib edilmədiyindən, kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin şikayətin təmin edilməsi mümkünsüzdür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqqında zərərçəkmiş şəxs Zərərçəkmişnın nümayəndəsi Z.F.İbadovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı C.R.İsgəndərovun, bəraət almış X13in və onun müdafiəçisi Ü.Z.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Pro sessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1 və 150.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-274/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-274/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver