Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2740/2025 23.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Masallı rayonu, Dəlləkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu, Dəlləkli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, Kor pus 9-da yerləşən fərdi yaşayış evində yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 13 fevral tarixli 1(103)-86/2025 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 9 iyul tarixli 1(001)-138/2024 nömrəli qərarı ilə (hakim F.Əmirəliyev) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən Məhkum həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 könüllü təqdim etdiyi 1 (bir) vərəqədən ibarət müqavilə və Şahid6 könüllü təqdim etdiyi 7 (yeddi) vərəqədən ibarət yaşadığı evin elektrik energiyə və qiymətləndirilməsinə görə xərclərinin ödənilməsi qəbzləri, evin öz adına olmaqla qiymətləndirmə sənədlərinin surətlərinin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Qərardan zərərçəkmiş şəxşlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 fevral tarixli 1(103)-86/2025 nömrəli hökmü ilə (hakimlər R.Qaraqurbanlı (sədrlik edən), M.Abbasov və A.İbrahimov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 9 iyul tarixli 1(001)-138/2024 nömrəli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-278/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 1(bir) il 3( ay) azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum yeni hökmlə təyin oluna n 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-278/2023 nömrəli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılaraq ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay 23 gün müddət, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək,xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət ümumilikdə 5 (beş) ay 21 (iyirmi bir) gün müddətin ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 2(iki) il 3 (üç) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 13 fevral tarixli 1(103)-86/2025 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq özünü daşınmaz əmlakın alqısatqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib 22000 manat müqabilində bir ay ərzində Bakı şəhəri, ünvan 1 ünvanda üç otaqlı fərdi yaşayış evini tikdirib təhvil verəcəyi barədə yalandan vəd verib buna inandıraraq 2021-ci ilin avqust ayının sonunda 19000 (on doqquz min) manat və bundan 3-4 gün sonra 3000 (üç min) manat məbləğdə pulunu həmin ünvanın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirirək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 22000 (iyirmi iki min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib Bakı şəhəri, ünvan 2 ünvanda bir mərtəbəli üç otaqlı təmirsiz fərdi evi 22000 manata satacağını, 13500 manat ödədiyi halda, bir ay müddə tinə evi təmir edib təhvil verəcəyini, pulun qalan hisəsini təmir başa çatdıqdan sonra ödəməsinə şərait yaradacağını və evin sənədlərini alacağına dair yalandan vədlər verib aldadaraq 2022-ci ilin mart ayının ortalarında guya satışını təklif etdiyi qeyd edilən fərdi evdə 13500 (on üç min beş yüz) manat və 2022-ci il aprel ayının əvvəllərində müvafiq dövlər qurumlarında həmin evə dair sənədləşməni təşkil edəcəyi adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK zavodunun yaxınlığında 1080 (bir min səksən) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14580 (on dörd min beş yiz səksən) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etiba rdan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib ona Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən iki otaqlı bir mərtəbəli təmirsiz evi 20000 manata satacağını, evin dəyərinin 10000 manatlıq hissəsini ilkin ödəniş kimi, qalan hissəsini isə beş aydan sonra hər ay 500 manat olmaqla ödəməsinə şərait yaradacağını, bir ay ərzində evi təmir edib təhvil verəcəyini, kommunal ödənişləri onun adına rəsmiləşdirəcəyini yalandan vəd verib aldadaraq 2022-ci ilin may ayının əvvəlində guya satışını təklif etdiyi qeyd edilən fərdi evin həyətində Zərərçəkmiş şəxs3 anası Şahid5 vasitəsilə göndərdiyi 10000 (on min) manat məblə ğdə, 2022-ci ilin noyabr ayının sonunda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami Ramazanov küçəsində yerləşən nömrəsiz fərdi evdə Şahid5 vasitəsilə göndərdiyi 4000 (dörd min) manat məbləğdə və 2022-ci ilin dekabr ayının əvvəlində evin kommunal xərclərinin ödənilməsi adı ilə Şahid5 vasitəsilə göndərdiyi 250 (iki yüz əlli) manat məbləğdə pulunu sonuncunun yaşadığı qeyd edilən ünvanda vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 14250 (on dörd min iki yüz əlli) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək ö zünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib ünvan 3 ünvanda yerləşən üç otaqlı bir mərtəbəli, təmirsiz evin guya ipoteka şərtləri ilə 35000 manata ona satacağı, evin dəyərinin 10000 manatlıq hissəsini ilkin ödəniş adı ilə alıb qalan hissəsini hər ay 600 manat olmaqla 42 ay müddətində ödəməsinə şərait yaradacağına və 02 ay müddətində həmin evi təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, 26 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə razılaşdırılmış şərtləri özündə əks etdirən borc müqaviləsi bağlayıb evin sahibi olmasına inandıraraq, ilkin ödəniş adı ilə həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesi, 8 C ünvanda yerləşən avtoservisdə 10000 (on min) manat məbləğdə və aylıq ödəniş adı ilə xx. xx.2022-ci il tarixdə həmin ünvanda 600 (altı yüz) manat və xx.xx.2022-ci il tarixdə isə eyni ünvanda 400 (dörd yüz) manatı aylıq ödəniş adı ilə, 2022-ci ilin dekabr ayının ilk ongünlüyündə satışını təklif etdiyi evin pəncərələrinə dəmir barmaqlıqlar quraşdıracağı adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 9-cu Korpus ünvanda 197 (yüz doxsan yeddi) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 11197 (on bir min bir yiz doxsan yeddi) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə ed ib aldadaraq özünü daşınmaz əmlakın alqısatqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib sonuncuya fərdi evin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 1-ci Mədən ərazisində torpaq sahəsini təşkil edərək orada onun üçün evin inşasına dair müvafiq dövlər orqanlarından icazə alacağını, tikinti materiallarının alınmasını təşkil edəcəyini, kommunal ödənişləri onun adına rəsmiləşdirəcəyini yalandan vəd verib aldadaraq 2022-ci ilin dekabr ayının sonunda, günün birinci yarısında ünvan 6 ünvanda 2300 (iki min üç yüz) manat və eyni tarixdə günün ikinci yarısında həmin ünvanda 4000 (dörd min) manat, bundan təxminən 2-3 gün sonra, 2022-ci ilin dekabr ayının sonunda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki Məscidin yanında 450 (dörd yüz əlli) manat, daha sonra 2022-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs5 yaşadığı qeyd edilən ünvanin yaxınlığında 1000 (bir min) manat və 2023-cü ilin yanvar ayının əvvəllərində 620 (altı yüz iyirmi) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 8370 (səkkiz min üç yüz yetmiş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldadaraq özünü daşınmaz əmlakın alqısatqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 9-cu Korpus ünvanda bir mərtəbəli iki otaqlı nömrəsiz fərdi yaşayış evini 14000 manata satacağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin dekab ayında həmin ünvanda beh adı ilə 1000 (bir min) manat və 05 yanvar 2023-cü il tarixdə eyni ünvanda 13.000 (on üç min) manat və rüsumü ödəmək adı ilə 100 (yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 14100 (on dörd min yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakç ılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. İşə kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum və onun müdafiəçisi Müdafiəçi2 birgə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 13 fevral tarixli hökmündən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişlər. CPM-in 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin geri götürülməsi barədə birgə vəsatətini nəzərə alaraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, müdafiəçinin məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 13 fevral tarixli hökmündən vermiş olduğu kassasiya şikayətinə baxılmasına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 13 fevral tarixli 1(103)-86/2025 nömrəli hökmündən Məhkum müdafiəçisi Mü dafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-2740/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2740/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver