Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-275/2019 10.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 275/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "10" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bəraət almış şəxs Məhkum, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun v əkili Hüseynov Əli Meybulla oğlunun iştirakları ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət almış Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Elşad İbiş oğlu, hakimlər Nəbiyev Cəlil Cabbar oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) xx xxxxx 1954-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad şəhəri, ünvan 1 ünvanınds yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tu tulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 19 sentyabr 2017-ci il tarixdə, saat 20 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” markalı AZ**-BL-*** dövlət nömrə nişanlı avtomaşınla istifadəyə verilməyən Ələt-Astara yolunun Salyan rayonu, Seyidsadqlı kəndi ərazisindən keçən hissəsi ilə Cəlilabad rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsini n tələblərini pozaraq 3.1 “Giriş qadağandır” nişanının tələblərinə riayət etmədiyindən onunla əks istiqamətində hərəkətdə olan Saatlı şəhəri, ünvan 1 ünvanında yaşayan X5 idarə etdiyi “VAZ-2106” markalı AZ**BX-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş və onun ehtiyatsızlığından “VAZ-2106” markalı avtomaşında olan sərnişinlər X6 aldığı başın küt travması, beyin toxumasına qan sızmalar, sol təpə-alın-gicgah nahiyəsində başın yumşaq toxumaların iç səthinə qansızmalar, burun sümüyünün, sol mil-bilək oynağı və sol bud sümüyünün qapalı sınıqları, alt çənənin sol hissəsində əzilmiş yara, hər iki diz oynağının ön səthində sıyrıqlar kimi bədən xəsarətləri kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət nəticəsində hadisə yerində ölməsinə, X7 aldığı başın küt travması, beyin toxumasna qansızmal ar, alın təpə nahiyəsində yumşaq toxumalarının iç səthinə qansızmalar, sağ gözün üç bucağında əzilmiş yara, sağ said sümüklərinin sınığı kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət nəticəsində hadisə yerində ölməsinə, X1 aldığı başın küt travması, beyin toxumasına qansızmalar, təpə-alın sümüyünün kəllə əsasına uzanan sınığı, beyin toxumasına qansızmalar, sağ diz oynağını sümüklərinin açıq sınığı, sol göz ətrafında qançır, sol budun aşağı ⅓ hissəsində diz oynağında əhatə edən geniş qançır kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət nəticəsində hadisə yerində ölməsinə, X8 aldığı döşün küt travması, ağ ciyərin geniş sahəli zədələnməsi, sağda çoxlu qabırğaların ucları daxilə keçməklə sınıqları, başın yumşaq qişası altına alın nahiyəsində qansızmalar, sol mil-bilək oynağı sümüklərinin, saq said və saq diz oynağı sümüklərinin qapalı sınıqları, bədən səthində sıyrıqlar və yaralar kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət nəticəsində hadisə yerində ölməsinə, “VAZ 2106” markalı AZ**-BX-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü X5 aldığı sağ və sol diz oynağının ön səthində, sağ baldırın ön səthində sıyrıqlar, qarının küt travması ilə əlaqədar nazik bağırsağın və qalxan çənbər bağırsağın çoxsaylı cırılmalar nəticəsində baş vermiş nəcis peritoniti, qarının ön səthində yumşaq toxumalar arasına qansızmalar kimi sağlamlığa ağır zərərvurmaya aid xəsarət nəticəsində müalicə aldığı Salyan RMX-da ölməsinə, “Mersedes C180” markalı AZ**-BL-*** dövlət nömrə nişanlı avtomaşında olan sərnişinlər X2 bazu sümüyünün orta ⅓ hissəsindən yerin dəyişən qapalı sınığı kimi sağlamlığın uzun müd dətə pozulmasna səbəb olan sağlamlığa az ağır, X3 əlin 1 və 2-ci barmaqlarının ovuc səthində cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa yüngül, X12 burun sümüklərinin sınığı və bədən səthində sıyrıqlar kimi sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına, X5 idarə etdiyi və qeyri rəsmi satın aldığı “VAZ-2106” markalı AZ**-BX-*** dövlət nömrə nişanlı avtomaşının əzilərək tam yararsız hala düşməsi nəticəsində 2.200 (iki min iki yüz) manat maddi ziyan yetirilməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuş və nəticədə 5 şəxsin ölümünə, bir şəxsin isə dərəcəsinə görə sağlamlığına az ağır zərər vurmuşdur. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şi rvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, hakimlər Novruzov Ələsgər Əli İskəndər və Cəfərov Musa Rafiq oğlundan ibarət tərkibdə) 18 sentyabr 2018-ci il tarixli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilmiş, apellyasiya şikayəti təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmas ını təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Məhkum CM-nin 263.3-cü maddəsi ilə bəraət verərkən məhkumun məhkəmədə verdiyi qeyrisəmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə və işin halları ilə uzlaşmayan qeyrimötəbər əlavə ekspertiza rəyinə əsaslanmaqla, təqsirləndirilən şəxs tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən cinayət tərkibinin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Belə ki, işdə olan Kompleks məhkəmə yolnəqli yyat trassoloji və kimyəvi ekspertizasının 19 dekabr 2017-ci il tarixli 27105/06 saylı rəyinə əsasən Mercedes Benz C180 markalı AZ**-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq olunan şəraitdə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cti maddəsinin 1-ci hissəsinin (3.1 “Giriş qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Nəqliyyat vasitələri ilkin kontakt anında toqquşma “Mercedes Benz C180” markalı AZ**-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sahəsi ilə “VAZ-2106” markalı AZ**-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sahəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Qeyd oluna nlardan göründüyü kimi, istifadəyə verilməyən Ələt-Astara yolunun girişində “Giriş qadağandır” işarəsi qoyulmasına, həmçinin təqsirləndirilən şəxs Məhkum özünün də ifadəsində etiraf etdiyi kimi, yolda beton daşlar qoyulmasına baxmayaraq Məhkum nəinki istifadəyə verilməyən Ələt-Astara yolu də hərəkətini davam etdirmiş, hətta Ələt-Astara yolunun sağ hərəkət zolağı ilə deyil sol hərəkət zolağı ilə hərəkətin əksi istiqamətində-yəni VAZ2106 markalı AZ**-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətdə olduğu yolla hərəkət etməsi nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi beş nəfər şəxsin ölümünə səbəb olmuşdur. Protestdə həm də qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iclasında məhkumun müdafiəçisi əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin olunması ha qqında vəsatətlə məhkəmə kollegiyasına müraciət etmiş, məhkəmə kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ilə vəsatət təmin edilmiş və ekspertiza tədqiqatının hadisə baş verən yolda '‘Giriş qadağandır” yol nişanın olub-olmaması nəzərə alınmadan aparılması qərara alınmışdır. Yolnəqliyyat hadisələri ekspertizasının 15734 №-li 12 iyul 2018-ci il tarixli rəyindən görünür ki. ekspertiza tədqiqatı zımıanı hadisə yerində 3.1 “Giriş qadağandır” yol nişanın olub- olmamasına nəzərə alınmaması şəraitində məhkəmə tərəfindən qərarda göstərilən şəraitdə: 1.2. "Mersedes Benz C180 markalı AZ**-BL-*** dövlət nömrə nişanlı avtomobilin tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Ələt-Astara-İran yolu ilə Cəlilabad şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən, əks istiqamətində 60-7 0 km/saat sürətlə hərəkətdə olan VAZ- 21063 markalı avtomobilin qəflətən öz hərəkəti istiqamətində sola manevr etməklə Mercedes Benz C180markalı avtomobilin hərəkət zolağına çıxması, Mercedes Benz C180 markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya kimi 1-2 saniyə vaxtın keçməsi və toqquşmanın Mercedes Benz-C180 markalı avtomobili hərəkət zolağında baş verməsi şəraitində Mercedes Benz-C180 markalı AZ**-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. 3.4. Mercedes Benz-Cl 80 avtomobili tikintisi davam etdirilən və istifadəyə buraxılmamış Ələt-Astara-İran avtomobil yolu ilə Cəlilabad şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən əks istiqamətdən 60-70 km/saat sürətlə hərəkətdə olan VAZ-21063 markalı avtomobilin qəflətən öz hərəkəti istiqamətində sola manevr edərək Mercedes Benz-C180 markalı avtomobilin hərəkət zolağına çıxması. Mercedes Benz-C180 markan avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradan andan toqquşma kimi 1-2 saniyə vaxtın keçməsi və toqquşmanın Mercedes Benz- C180 markalı avtomobili hərəkət zolağında baş verməsi şəraitində VAZ-2106 markalı AZ18BX181 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü X5 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissisinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə kollegiyası yol-nəqliyyat hadisələri ekspertizasının 15734 №-li 12 iyul 2018-ci il tarixli rəyində hadisə yerində 3.1 “Giriş qadağandır” yol nişanın olması şəraitində aparılmış tədqiqatin nəticələrinin iş üzrə ibtidai istintaq orqanın təyin etdiyi Kompleks məhkəmə yol-nəqliyyat trassoloji və kimyəvi ekspertizasının 27105/06 №-li, 19 dekabr 2017-ci il tarixli rəyinin nəticələri ilə eyni olduğundan və həmin nəticənin əsassızlığına hazırkı hökmdə yuxarıda qiymət verildiyindən, qeyd olunan nəticələr üzrə təkrara qiymətləndirmə aparılmasına zərurət görmür. Məlikəmə kollegiyasının hadisənin mexanizmini əsas götürərək yolda “Giriş qadağandır” yol nişanı olmadan tədqiq edilmiş 12 iyul 2018-ci il tarixli ekspertiza 15734 №-li ekspertiza rəyini mötəbər sübut kimi qiymətləndirib bəraət hökmü çıxarmaqla yanlış nəticəyə gəlmişdir. Yuxanda sadalanan, iş materiallarına əlavə edilmiş sübutlardan da göründüyü kimi yolda “Giriş qadağandır” yol nişanı olması tam təsdiqini tapır və belə olan halda “giriş qadağandır” yol nişanı olmadan əlavə ekspertizanın keçirilməsi anlaşılmazdır. Çünki, xüsusi vurğulanmalıdır ki. “Giriş qadağandır” yol nişanı olduğu təqdirdə həmin yola girmək birmənalı şəkildə qadağandır və bu halda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisənin mexanizmi ikinci plana keçir və yol-hərəkəti haqqında qanunun digər səbəblərinin pozulubp ozulmamasında hadisə mexanizminə istinad edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı ıl tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən Məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Məhkəmə kollegiyası isə Məhkum təqsirliliyin sübuta yetiril məməsinə dair nəticəyə gələrkən, bəraət hökmünün əsasına ziddiyyətli, aydın olmayan sübutlar qoymuş, hadisənin baş vermiş bütün taktiki hallarına qiymət verməmiş, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsi qaydalarını pozmuşdur. İşin hallarından göründüyü kimi, keçirilmiş ilkin yol-nəqliyyat ekspertizasının və cinayət işinin digər materiallarında Məhkum idarə etdiyi avtomobillə toqquşma nəticəsində baş vermiş yolnəqliyyat hadisəsində onun təqsirli olması təsdiq olunduğu halda, məhkəmə kollegiyası təqsirililiyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və nəticə etibarı ilə əsassız bəraət hökmü çıxarmışdır. Həmçinin protestdə qeyd olunmuşdur ki, məhkəmə kollegiyası ibtidai istintaq zamanı heç bir qanun pozuntusu olmadan əldə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlara (məhkumun, zərərçəkmiş şəxslərin hüquqi varislərinin (heç bir kənar təsir olmadan) verdikləri ifadələri, ekspertiza rəyləri, arayışlar, istintaq hərəkətlərinin protokolları) deyil, yalnız məhkumun apellyasiya instansiya məhkəməsində vermiş olduğu ziddiyyətli ifadələrinə və qeyri-mötəbər əlavə ekspertiza rəyinə əsassız olaraq üstünlük vermişdir. Qeyd olunanlara görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, bəraət almış şəxs və onun müdafiəçisinin apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəl məmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində Məhkum düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni hökmündə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin hökmdə bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... apellyasiya məhkəmə baxışında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlarla hadisə yerində 3.1 “Giriş qadağandır” yol nişanın və Mercedes Benz-C180 markalı 15BL860 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısını almağa texniki imkanının və onun hərəkətlərində “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmaması tam sübuta yetir ildiyindən birinci instansiya məhkəməsinin sonuncunun hərəkətləri ilə baş vermiş nəticə arasında, yəni onun CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olmasına dair gəldiyi nəticəsi əsassız olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxs Məhkum CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirlili olması sübuta yetirilmir, bu barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur və belə olan halda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərzi yyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabdehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübut a yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin it tiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. CPM-nin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışıprinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplama sı prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyən etmək üçün kifayətdir. Məhkəmə kollegiyası Mercedes Benz C180 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 “Giriş qadağandır” yol nişanının) tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına dair ittiham orqanın irəli sürdüyü və birinci instansiya məhkəməsinin də razılaşdığı dəlillərə qiymət verərək hesab edir ki, hadisənin baş verdiyi yolda hadisə baş verən vaxt 3.1 “Giriş qadağandır” yol nişanın olması şərti olaraq qəbul olunsa belə (halbuki apelyasiya məhkəmə baxışında araşdırlan sübutlarla birmənalı olaraq müəyyən edilmişdir ki, həmin yolda yol hərəkətini tənzimləyən hər hansı bir yol nişanı olmamışdır) qeyd olunan hallar onun CM-nin 263.3-cü madəsi ilə müəyyən olunmuş cinayət əməlinə görə təqsirli olmasını təsdiq edən amillər kimi qəbul oluna bilməz. Belə ki, hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində yuxarıda qeyd olunduğu kimi cinayət qanunvericiliyinə görə Məhkum CMnin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə o halda təqsirli bilinərək məhkum oluna bilərdi ki, yol nəqliyyat hadisəsi onun «Yol hərəkəti haqqında» Qanununun tələblərini pozması nəticəsində baş vermiş olsun, yəni Qanunun pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcud olsun, habelə onun yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olması öz təsdiqini tapsın. Yol hərəkəti haqqında» Qanununun tələblərini pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin olmaması Qanununun tələblərini pozmuş şəxsin cinayət deyil, inzibati məsuliyyəti üçün əsaslar yaradır. Cinayət hüquq nəzəriyyəsinə görə “səbəbli əlaqə- hadisələr arasındakı elə bir fiziki zəruri əlaqədir ki, bir hadisədən sonra hər dəfə zərurətlə digər hadisə baş verir. Birinci hadisə səbəb, ikincisi isə nəticə adlanır”. Səbəb –elə şəraitdir ki, bunsuz nəticə baş verə bilməz. Müəyyən hallarda səbəbiyyət prosesinə müxtəlif hallar müdaxilə edir. Bunların içərisindən ancaq nəticəni real doğurmaq imkanına malik olan, onu imkandan gerçəkliyə çevirə bilən hal, ya xud hallar nəticənin səbəbi hesab edilə bilər. Əməllə nəticə arasındakı əlaqə zəruri əlaqə olmalı, əməl nəticəni labüd doğurmalıdır. Hazırkı halda ittiham orqanının irəli sürdüyü və birinci instansiya məhkəməsinin də razılaşdığı ittiham üzrə, yəni məhkum olunmuş şəxs Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.1 “Giriş qadağandır” yol nişanının) tələblərini pozmaqda ifadə olunan hərəkəti ilə baş vermiş yol nəqliyyat hadisənin nəticələri arasında səbəbli əlaqənin olması o halda qəbul oluna bilərdi ki, Məhkum hərəkəti qaçılmaz və zəruri hal kimi baş vermiş nəticələrə səbəb olsun, həmin nəticəni labüd doğursun. İş materiallarından göründüyü kimi hadisə bilavasitə sürücü Babək Hüseynovun qəflətən öz hərəkəti istiqamətində sola manevr etm əklə Məhkum hərəkət hissəsinə daxil olması nəticəsində baş vermiş və mərhum sürücü Babək Hüseynovun qəflətən öz hərəkəti istiqamətində sola manevr etdiyi andan toqquşma baş verən ana qədər, yəni sürücü Məhkum hərəkəti üçün təhlükə mərhum sürücü Babək Hüseynovun öz hərəkəti istiqamətində sola manevr etməklə onun hərəkət hissəsinə istiqamətləndiyi andan yaranmış və 1-2 saniyə ərzində davam etməsi şəraitində baş vermişdir. Yuxarıda qeyd olunanlar isə belə nəticəyə gəlməyə əsas verir ki, hadisənin baş verməsinə səbəb mərhum sürücü Babək Hüseynovun qəflətən öz hərəkəti istiqamətində sola manevr edərək sürücü Məhkum hərəkət etdiyi yola cıxması olmuş və onun bu hərəkət nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan Azərbaycan Respubliaksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtiza Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının 15734 №-li 12 iyul 2018-ci il tarixli rəyindən görünür ki, aparılmış tədqiqiat zamanı müəyyən olunmuşdur ki, “Mercedes-Benz-190 markalı avtomobilin 70 km/saat sürətə uyğun dayanma yolu 45,6 metrdir. Aparılan texniki hesablamalara əsasən müəyyən edilmişdir ki, hərəkət üçün təhlükə yarndığı andan, yəni qarşıdan əks istiqamətdə hərəkətdə olan Vaz-2106 markalı avtomobil öz hərəkət istiqamətindən sola manevr etdiyi andan toqquşmaya kimi 1-2 saniyə vaxt keçməsi şəraitində təhlükə yaranan anda MercedesBenz-C 180 markalı avtomobilin toqquşma yerindən olduğu məsafənin (Sa=19.4-38.9 m), avtomobilin dayanma yolundan (Sd= 45.6m) kiçik olması onu izah edir ki, qeyd olunan vəziyyətdə sürücü Əliyevin təhlükə yaranan andan toqquşmaya kimi idarə etd iyi Mercedes-Benz-C 180 markalı avtomobili dayandırmağa texniki imkanı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, ittiaham orqanı tərəfindən təqdim olunmuş və birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla məhkum olunmuş şəxs Məhkum «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozması və həmin pozuntu ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə onun yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki cəhətdən imkanının olması, yəni CM-nin 263.3-cü mddəsinin dispozisiyası ilə müəyyən olunmuş cinayət əməlinin obyektiv cəhətinin mövcud olması və Məhkum CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə məhkum edilmiş şəxsin müdafiəçisinin apelly asiya şikayəti təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-70/2018 №-li, 30 mart 2018-ci il tarixli hökmü ləğv olunmalı, təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad olunmalıdır. Belə ki, CPM-nin 42.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: bu Məcəllənin 42.1. 3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 399.1, 399.1.2-399.1.4-cü maddələrinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab edilir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar bir daha sadalanaraq ittihamın təsdiq olunduğu iddia edilir. İttiham tərəfinin bu mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin sübutların hər birini tədqiq edib yoxlayaraq ayrı-ayrılıqda və məcmu qaydada qiymətləndirmiş və gədiyi nəticələri, yuxarıda göstərildiyi kimi, əsaslandırmışdır. Protestdə isə apellyasiya məhkəməsinin hər bir sübut üzrə hökmdə göstərdiyi fikirləri təkzib edən hər hansı bir sübuta və ya dəlilə istinad olunmamışdır. Protestdə Məhkum ibtidai istintaqın əvvəlində şahid qismində dindirilərkən verdiyi (müdafiəçinin iştirakı olmadan və şübhəli, təqsirləndirilən şəxsin hüquqları izah edilmədən, ümumiyyətlə, onlara riayət edilmədən) ifadələrə istinad edilsə də, apellyasiya məhkəməsinin gəldiyi, həmin sübutların yolverilməz olduğuna dair nəticə barədə fikir söylənilməmiş, həmin nəticə ilə razılaşıb-razılaşılmadığı, razılaşılmırsa bunun səbəbləri göstərilməmiş, apellyasiya məhkəməsinin bununla bağlı fikirlərinə ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsinin hökmündə həmin ifadələrlə və, ümumiyyətlə, ittiham tərəfinin və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlarla əlaqədar aşağıdakılar göstərilmişdir: “...məhkum olunmuş şəxsin şahid qismində verdiyi 21 sentyabr 2017-ci il tarixli ifadəsindən görünür ki, o, həmin ifadəsində ümumiyyətlə yolun beton daşlar düzülməsi ilə bağlı olması barədə hər hansı bir məlumat verməmiş, 17 oktyabr 2017-ci il tarixdə şahid qismində verdiyi əlavə ifadəsində isə həmin yolun sağ hərəkət zolağının girişinin beton daşla bağlı olmasını, sol hərəkət zolağının açıq olduğuna görə digər maşınlar kimi həmin sol hərəkət zolağına daxil olaraq hərəkətini davam etdirdiyini göstərmişdir. Yuxarıda qeyd olunanlar isə belə qənaətə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsinin istifadəyə verilməyən Ələt-Astara yolunun girişində hadisə baş verən vaxt «giriş qadağandır» nişanının olmasının təqsirləndirilən şəxs Məhkum özünün yola beton daşlar düzülməsi ilə bağlı şahid qismində verdiyi 21 sentyabr 2017-ci il tarixli ifadəsi ilə təsdiq olunması və həmin əsaslarla da qeyd olunan ifadəni Məhkum qarşı CM-nin 263.3-cü maddəsi ilə irəli sürülmüş i ttihamın əsası kimi qəbul etməsi əsassız olmuş, məhkəmə ifadənin məzmununu obyektiv araşdırmamış, həmin halların iş üzrə digər sübutlarla təsdiq olunmadığını diqqətdən qaçırmışdır. Məhkəmə kollegiyası həmçinin aşağıda qeyd olunanları da birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Məhkum şahid qismində verdiyi 21 sentyabr 2017-ci il tarixli ifadəsini sonuncuya qarşı CM-nin 263.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsası kimi qəbul etməsinin əsassızlığını təsdiq edən amillər kimi qəbul etmişdir. Belə ki, CPM-nin 95.4.1-ci maddəsinə əsasən şahid - cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək vəzifəsi daşayır. Həmin Məcəl lənin 95.5-ci maddəsinə görə şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. CM-nin 297-298-ci maddələrinə əsasən şahidin yalan ifadə verməsinə və ifadə verməkdən imtina etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət prosessual qanunvericilik ilə müəyyən olunmuş şahidin qeyd edilən vəzifələrindən fərqli olaraq təqsirləndirilən şəxs nəinki həmin vəzifələr daşamır, əksinə CPM-nin 91.5.2-ci maddəsinə görə təqsirləndirilən şəxs onu tutmuş və ya həbs haqqında qərarı icra etmiş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq, 91.5.5-ci maddəsinə görə əsas müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.10-ci maddəsinə görə ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququna malikdir. Göründüyü kimi şahidin hüquq və vəzifələri ilə təqsirləndirilən şəxsin hüquq və vəzifələri nəinki biri-birindən kəskin fərqlənir. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə təqsirləndirilən şəxs statusunda olacaq şəxsin təqsirləndirilən şəxs kimi fundamental hüquqlarının heç birinin nəinki təmin edilmədən, hətta ona yalan məlumat verdiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdar etməklə ifadəsinin alınması, sonradan məhz həmin ifadəyə mötəbər sübut kimi istinad edib ona qarşı irəli sürülmüş ittihamın əsası kimi istifadə olunması b eynəlxalq və milli qanunvericiliyə zidd olmaqla yol verilməzdir. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyanın 6-cı maddəsinin kontekstində cinayətdə şübhəli bilinən, cinayətdə ittiham olunan, cinayət qaydasında təqib olunan şəxslərin verdiyi ifadələrə sübut növü kimi istinad olunmasına dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında eyni mövqe öz əksini tapmışdır. Avropa Məhkəməsinin “A.G.Zayçenko Pusiya Federasiyasına qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “6-cı maddənin 1-ci bəndində nəzərdə tutulmuş susmaq və öz əleyhinə ifadə verməmək hüququ ittiham tərəfinin təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməmək hüququna əhəmiyyət vermədən ondan ifadə alınmasının qarşısını alır. Susmaq hüququ təkcə hüquq pozuntusunu birbaşa etiraf etmə k məsələsi ilə məhdudlaşmır, həm də sonradan cinayət prosesində ittiham tərəfinin işinə yarayacaq hər hansı ifadəni verməmək hüququnu nəzərdə tutur”. “Susmaq hüququ 6-cı maddənin 2-ci bəndində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası hüquqi ilə qismən üst-üstə düşür. Avropa Məhkəməsi müttəhimin susmağa üstünlük verdiyi işlərin bir qisminə məhz bu bəndin əsasında baxıb”(Salabiaku Fransaya qarşı 26-30-cu bəndlər). “Şəxs polis tərəfindən dindirilirsə və bu dindirmənin xarakteri həmin şəxsin potensial olaraq şübhəli şəxs sayıla biləcəyinə əsas verirsə və onun dindirmədəki cavabları sonradan məhkəmə araşdırmasında ona qarşı dəlil kimi istifadə edilirsə, şəxs rəsmən şübhəli və ya təqsirləndirilən şəxs statusuna malik olmasa belə, 6-cı maddənin müddəaları bu dindirməyə şamil olunur” (A.G.Zayçe nko Pusiya Federasiyasına qarşı. 41-60-cı bəndlər). Belə qərarlara misal olaraq “Deveer Belçikaya qarşı” iş üzrə 27 fevral 1980-cı il tarixli qərarı (42-46-cı bəndlər), “Ekle Almaniya Federativ Respublikasına qarşı” işüzrə 15 iyul 1982-ci il tarixli qərarı (73-cü bənd) göstərmək olar. CPM-nin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin Məcəllənin 125.2.3-cü maddəsin ə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Məhkum şahid qismində 21 sentyabr və 17 oktyabr 2017-ci il tarixlərdə verdiyi ifadələrini sonuncuya qarşı irəli sürülmüş ittihamın, yəni hadisə baş verən vaxt hadisə baş verən yolda “giriş qadağandır” yol nişanın olmasını təsdiq edən mötəbər sübutlar kimi qəbul etməsini qanunsuz və əsassız sayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Məhkum istifadəyə verilməyən Ələt-Astara yolunun girişində «giriş qadağandır» nişanının olmaması barədə göstərdiklərinin qeyri səmimi ifadə kimi qəbul etməsinin əsası kimi istinad etdiyi zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X13 ifadələrinə qiymət verərək hesab edir ki, həmin ifadələrlə istifadəyə verilməyən Ələt-Astara yolunun girişində hadisə baş verən vaxt «giriş qadağandır» yol nişanının olması təsdiq olunmur, həmin ifadələrdə ittiham orqanı tərəfindən təqdim olunmuş hər hansı bir sübutla aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr mövcuddur. Belə ki, zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X13 ibtidai istintaq zamanı müvafiq olaraq 29 və 30 sentyabr 2017-ci il tarixlərdə verdikləri ifadələrindən görünür ki, onlar həmin ifadələrində hadisə baş vermiş yolda hadisə baş verən vaxt “Giriş qadağandır” yol nişanının olub-olmaması barədə hər hansı bir məlumat verməmiş, birinci instansiya məhkəməsində verdikləri ifadələ rində isə hadisədən sonra istifadəyə verilməyən Ələt-Astara yolunun girişində giriş qadağandır nişanın olmasını görmələrini və eşitdiklərinə görə hadisənin Məhkum qadağan olunsa da qanunsuz olaraq əks yola çıxması nəticəsində baş verdiyini göstərmişlər. Göründüyü kimi, yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X21 ifadələrində hadisə baş verən yolda bilavasitə hadisə baş verən vaxt və yaxud hadisədən əvvəl “giriş qadağandır” yol nişanının olmasını gördüklərini deyil, hadisədən sonra gördüklərini bildirmişlər. Halbuki, hadisədən 10 və 11 gün keçdikdən sonra, yəni müvafiq olaraq 29 və 30 sentyabr 2017-ci il tarixlərdə verdikləri ifadələrində zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X21 bu barədə hər hansı bir məlumat verməmişlər ki, bu halda onların ifadələrinin hadisə baş vermiş yolda məhz hadisə baş verən vaxt “giriş qadağandır” yol nişanının olmasını təsdiq edən mötəbər sübutlar kimi, yəni hadisənin xarakteri, mexanizmi və ya inkişafını və törədilmə üsulunu bilavasitə qavrayan şəxsin məlumatları kimi qiymətləndirilməsini istisna edir. Belə ki, CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Həmin Məcəllənin 12 6.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə kollegiyası aşağıda qeyd olunanları birinci instansiya məhkəməsinin Məhkum istifadəyə verilməyən Ələt-Astara yolunun girişində «giriş qadağandır» nişanının olmaması barədə göstərdiklərinin “xxxx” ASC-nin 505/17 saylı 10 oktyabr 2017-ci il tarixli məktubu ilə təkzib olunması və həmin əsaslarla onun ifadəsini özünü müdafiə məqsədi ilə verilmiş qeyri səmimi ifadə kimi qəbul etməsinin əsassızlığını təsdiq edən hallar kimi qəbul etmişdir. Belə ki, iş materiallarınd a olan “xxxx” ASC-nin 505/17 saylı 10 oktyabr 2017-ci il tarixli məktubunun kserosürətindən (iş materiallarında qeyd olunan məktubun əsli müəyyən edilməmişdir) görünür ki, Ələt-Astara yolunda yeni çəkilmiş magistral yolda tikinti təhlükəsizlik işlərinə “xxxx” ASC cavabdehdir və tikintiyə kənar nəqliyyat vasitələrinin daxil olmaması üçün layihənin tikintisinə başlanan müddətdən tikinti aparılan yol boyunca “Giriş qadağandır” yol nişanları qoyulmuşdur(iş mat.İ cild,v.162). Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum CMnin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması, yəni sonuncunun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.1 “Giriş qadağandır” nişanının tələblərinə riayət etmədiyindən onunla əks istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “VAZ-2106” markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmasının təsdiq edən dirgər mötəbər sübut kimi “xxxx” ASC-nin yuxarıda qeyd olunan məktubuna istinad edərkən onu nəzərdə tutmuşdur ki, həmin məktubla hadisə baş verən yolda hadisə baş verən vaxt “giriş qadağandır” yol nişanının olması təsdiq olunmuşdur. Əvvəla yuxarıda qeyd olunan məktubdan görünür ki, məktub hadisə baş verdikdən 20 gün sonra verilmiş və məktubda konkret olaraq “giriş qadağandır” yol nişanlarının hansı vaxt qoyulduğu deyil, ümumi ifadə ilə “layihənin tikintisinə başlayan müddətdən tikinti aparılan yol boyunca “Giriş qadağandır” yol nişanları qoyulduğu” bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıd a qeyd olunan məktub hadisədən 20 gün sonra verildiyindən, məktubda konkret olaraq qadağanedici nişanların nə vaxt qoyulması göstərilmədiyindən həmin məktubu hazırkı cinayət işi üzrə hadisə baş verən vaxt istifadəyə verilməyən Ələt-Astara yolunun girişində «giriş qadağandır» nişanının mövcud olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmək olmaz. Məhkəmə kollegiyası həmçinin aşağıda qeyd olunanları da birinci instansiya məhkəməsinin “xxxx” ASC-nin 505/17 saylı 10 oktyabr 2017-ci il tarixli məktubu, o cümlədən zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X13 ifadələrini ittihamın təsdiq edən sübutlar kimi qəbul etməsinin əsassızlığını təsdiq edən amillər kimi qiymətləndirmişdir. Belə ki, iş materiallarında olan “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19.09.2017-ci i l tarixli Protokoldan görünür ki, qeyd olunan tarixdə yol-nəqliyyat hadisəsi yerinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə baş verdiyi yerdə “hərəkətin nizamlanma üsülü” və “yol nişanları zonası” yoxdur (iş mat İ cild, v.4-14). CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. Həmin Məcəllənin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin Məhkum qarşı CM-nin 263.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olmasına dair irəli sürülmüş ittihamın əsası kimi istinad etdiyi hadisə baş verən yolda “giriş qadağandır” yol nişanının olması və həmin əsaslarla da Məhkum «Yol hərəkəti ha qqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.1 “Giriş qadağandır” nişanının tələblərinə riayət etməməsi ilə baş vermiş hadisə arasında səbəbli əlaqənin olmasına dair gəldiyi nəticəsinin əsaslarından biri kimi istinad etdiyi “xxxx” ASC-nin 505/17 saylı 10 oktyabr 2017-ci il tarixli məktubu, o cümlədən zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X13 ifadələri ibtidai istintaq orqanı tərəfindən ittihamın əsası kimi təqdim etdiyi iş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19.09.2017-ci il tarixli Protokol ilə təkzib olunduğundan, birinci instansiya məhkəməsinin qeyd olunan sübutları hadisə baş verən vaxt hadisə baş verən yolda “giriş qadağandır” yol nişanının mövcud olmasını təsdiq edən sübutlar kimi qəbul etməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası “xxxx” ASC-nin 505/17 saylı 10 oktyabr 2017-ci il tarixli məktubu, o cümlədən zərərçəkmiş şəxslərin hüquqi varisləri X15 və X13 ifadələrində hadisə baş verən yolda hadisə baş verən vaxt “giriş qadağandır” yol nişanının olmasını bilavasitə təsdiq edən hər hansı bir məlumatın öz əskini tapmaması və yuxarıda qeyd olunan sübutların ittiham orqanın özünün təqdim etdiyi hadisədən dərhal sonra hadisə yerinə keçirilmiş 19 sentyabr 2017-ci il tarixli Baxış protokolu ilə təkzib olunmasına görə hesab edir ki, həmin sübutlarla hadisə baş verən vaxt hadisə baş verən yolda “giriş qadağandır” yol nişanının olması təsdiq olunmur, həmin sübutlarda əsaslı şübhələr mövcuddur və ittiham tərəfindən təqdim olunmuş hər hansı bir sübutla həmin şübhələrin aradan qaldırılması mümkün deyil...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittiham tərəfinin və birinci instansiya məhkəməsinin ittihamı təsdiq edən sübutlar kimi ittiham aktında və hökmdə istinad etdikləri ifadələrin və sənədlərin hər birinə qiymət vermiş, onların ittihamı faktiki olaraq təsdiq etmədiyi barədə nəticəni qanunun tələblərinə istinad etməklə əsaslandırmışdır. Protestdə isə həmin nəticəyə münasibət bildirilməmiş, onun düzgün olmadığı barədə hər hansı bir fikir söylənilməmiş, apellyasiya məhkəməsinin hökmündə göstərilən həmin fikirlər faktiki olaraq heç cür təkzib olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə apellyasiya məhkəməsinin hökmündə sübutlarla bağlı göstərilən fikirlər qanunun tələblərinə uyğun olduğu üçün onlarla razılaşılmalıdır. Protestdə məhkəmə-tibb ekspertiz alarının rəylərinə istinad olunsa da, bu sübutların bəraətin verilməsinə, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticələrə və həmin məhkəmənin hökmündə göstərdiyi şərhlərə nə aidiyyətinin olduğu açıqlamamışdır. Həmin sübutlar (rəylər) ittiham tərəfinin protestdə göstərdiyi mövqeyini heç cür əsaslandırmır. Protestdə iddia edilir ki, “...iş materiallarına əlavə edilmiş sübutlardan da göründüyü kimi yolda “Giriş qadağandır” yol nişanı olması tam təsdiqini tapır və belə olan halda “giriş qadağandır” yol nişanı olmadan əlavə ekspertizanın keçirilməsi anlaşılmazdır...”. Protestin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, yuxarıda şərh edildiyi kimi, apellyasiya məhkəməsi yolda “giriş qadağandır” yol nişanın olması qənaətinə gəlmək üçün əsasların olmadığı barədə nəticəni sübutlara, işin di gər hallarına, o cümlədən hadisə yerinə baxış protokolunda olan məlumatlara, habelə qanunun tələblərinə istinad edərək əsaslandırmış və məhkəmə kollegiyasının qənaətinə görə həmin nəticə qanuni və əsaslıdır. Protestdə həmin nəticənin qanuniliyin şübhə altına alan dəlil göstərilməmiş, hətta nə səbəbdən hadisə yerinə baxış protokolunda “giriş qadağandır” nişanının olduğunun göstərilmədiyinin səbəblərinə aydınlıq gətirilməmiş, bunun izahı üçün hər hansı bir dəlilə istinad edilməmişdir. Məhkəmə kollegiyası sübutları kassasiya protestində göstərilən dəlillər baxımından bir daha ətraflı təhlil edərək vurğulayır ki, apellyasiya məhkəməsi sübutları tədqiq edib qiymətləndirərkən yuxarıda göstərilən normaların və müvafiq maddələrin digər tələblərini də rəhbər tutmuşdur. Azərbaycan Respublikası CPM-n in 21.3-cü maddəsində göstərimişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.4.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalı dır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Apellyasiya məhkəməsi bütün bu normalara və protestə istinad edilən Azərbaycan Respublikası CPM-nin maddələrinin tələblərinə ta m riayət etmiş, bu maddələrə tam uyğun olaraq və ittihamın sübuta yetirilməsində şübhələrin aradan qaldırılması üçün apellyasiya məhkəməsində baxış zamanı təyin edilmiş ekspertizanın rəyi iş üzrə bir sıra məsələlərə aydınlıq gətirmişdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına al mağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-ci maddəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. Kassasiya protestində cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin izahlarla ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət almış Məhkum barəsində cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-275/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-275/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver