Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-275/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və Məhkumnın müdafiəçisi – X70nun vəkili XXX35nun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarındanMəhkumnın müdafiəçisi X XX35 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və M.A.Xankişiyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxx 1983-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi qaydada taksi sürücüsü işləyən, Qobustan Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cəriməni ödəmiş, ünvan3ndə qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cina yət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 02 avqust 2018-ci il tarixindən hesablanması qərara alınmışdır. Həmin hökmlə X10 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) Məhkumnın müdafiəçisi X13 və məhkum X4 müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, o cümlədən Məhkum C inayət Məcəlləsinin 29,149.2.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) ilə endirilmiş, Məhkum aid qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarından Məhkumnın müdafiəçisi XXX35 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum və X10 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə zor tətbiq etməklə cinsi əlaqədə olma, yəni zorlama cinayəti törətməyə cəhd etmişlər. Belə ki, Məhkum 25 iyul 2018-ci il tarixdə həmyerliləri X10, X6, X8 və sonuncunun vasitəsilə həmin gün tanış olduğu ünvan5 sakini Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən yeməkxanaya gələrək orada şam yeməyindən sonra sonuncuya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmaq məqsədilə X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında bu cinayətkar niyyətlərini həyata keçirməkdən ötrü idarə etdiyi “VAZ-21011” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə xxx45nı yaşadığı ünvan5nə apararkən 26 iyul 2018-ci il tarixdə gecə saat 02 radələrində kəndarası yolda, kəndin giriş hissəsindən 700 metr məsafədə XX33yə onlarla cinsi əlaqəyə girməyəcəyi halda gecə vaxtı avtomobildən düşürəcəyini bildirdikdə sonuncu cinsi əlaqədə olmaqdan imtina edərək avtomobildən düşüb yaşadığı kəndin içərisinə doğru piyada gedərkən cinayətkar niyətlərini həyata keçirmək məqsədilə avtomobildən düşərək, XX33nin arxasınca gedib sonuncunu tutaraq zorla avtomobilə doğru gətirib orada cinsi əlaqədə olmaq istədikdə, XXX66 onun bu hərə kətlərinin qarşısını almaq üçün mübahisə etdiyindən XX97 və XX85 onların mübahisə etməsinə imkan verməmiş, bu ərəfədə XX33nin mobil telefon vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə zəng edərək, şikayət etdiyini hiss edən XX97 və XXX66in oradan qaçdıqlarını gördükdə, cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs qollarından tutaraq zor tətbiq etməklə sonuncunu avtomobilin arxa oturacağına uzandırdıqdan sonra X12 əllərindən tutub saxlamış, o, isə arxası üstə avtomobilin oturacağına uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs döyməklə, əynində olan şalvarı soyunub, trusiki aşağı endirdikdən sonra XX33nin əynindəki qara rəngli şalvarı və qara rəngli trusiki çıxartmağa çalışmaqla, ona sol göz altı və sol almacıq nahiyəsinin iki ədəd qançırı, sağ bazunun yuxarı 3/1-də iki ədəd, sol budun yuxarı və orta 3/1-nin iç səthlərinin 3 ədəd qançırları ilə müşayiət olunan sağlamlığın pozulmasına səbəb olmayan bədən xəsarətləri yetirmiş, daha sonra niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs müqavimətini qırmaqla iradəsi ziddinə olaraq ereksiya vəziyyətində olan cinsi orqanını sonuncunun uşaqlıq yoluna yeritmək, zor tətbiq edib cinsi əlaqədə olmaq istəsə də, Zərərçəkmiş şəxs daha öncədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” məlumat mərkəzinə etmiş olduğu şikayəti əsasında XXXX55nin əməliyyat qrupunun üzvlərinin xidməti avtomobillə hadisə yerinə yaxınlaşmaları ilə əlaqədar bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini iradələrindən asılı olmayan səbəblərə görə başa çatdırmayıb avtomobilini hadis ə yerində qoyaraq ərazidən qaçıb uzaqlaşmaqla zorlama cinayəti etməyə cəhd etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumnın müdafiəçisi XXX35 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirməklə ona cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarına müvafiq olaraq təyin edilməsinə əsas verən hallar, o cümlədən Məhkum himayəsində iki azyaşlı uşağının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ailəsində yeganə qazanc gətirən şəxs olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəzərə alınamamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi XXX35 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiysının 09 aprel 2019-cu il tarixli qərarının dyişdirilmə sini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül növ cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzr ə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi XXX35 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti bir il azaldılsa da, Məhkum məsuliyyətini yüngülləşdirən halların lazımınca nəzərə alınmadığını, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Məhkum Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq daha yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 aprel 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslı lığını Məhkum aid hissədə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, müdafiəçinin Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması, onun həddindən artıq ağır cəzaya məruz qalması barədə iddiasının əksinə olaraq, birinci instansiya məhkəməsinin hökmündən məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar cinayət işinə baxarkən apellyasiya məhkəməsi məhz cəzanı yüngülləşdirən və şəxsiyyətini səciyyələndirən hallardan, o cümlədən Məhkum himayəsində iki azyaşlı uşağının olmasından (CM, maddə 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsindən (CM, maddə 59.1.12), yaşayış yerindən müsbət xarakterizə olunmasından, ikinci qrup əlil olmasından, cəzanı ağırlaşdıran halla rın isə müəyyən edilməməsindən çıxış edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 29,149.2.1-ci maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini bir il azaldıb ona həmin maddənin sanksiyasında alternativsiz nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin ən aşağı həddində (həm də cinayətə cəhdə görə və cəzanı ağırlaşdıran hallar olmadıqda Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hala görə cəzanın təyin edilməsinin xüsusiyyətini müəyyən edən Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinin nəzərdə tutduqları həd daxilində) - 5 (beş) il müddətə cəza təyin etmişdir. Apellyasiya məhkəməsi cəzanı yüngülləşdirən halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməs ində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə - Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum Cinayət Məcəlləsinin 29,149.2.1-ci madələri ilə sanksiyanın aşağı həddindən də az müddətə azadlıqdan məhrum etmə cəzasının və yaxud azadlıqdan məhrum etmə cəzasından daha yüngül növ cəzanın təyin edilməsini mümkün edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum həmin cəzanı təyin etməklə cəzanın məqsədlərinə, cə zanın təyin edilməsinin ümumi əsaslarına, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cinayətə cəhdə görə cəzanın təyin edilməsinə, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.1059.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda cəzanın təyin edilməsinin xüsusiyyətlərinə dair CM-in müvafiq olaraq 41.2, 58.3, 59, 61, 63.3, 60-cı maddələrinin müddəalarına əməl etmiş, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin tələblərini gözləmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni şikayətin təmin, mübahisələndirilən qərarın isə dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi XXX35nun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnın və X5 barəsində olan 09 aprel 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumnın müdafiəçisi XXX35nun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkumnın və X5 ba rəsində olan 09 aprel 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-275/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-275/2020
12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver