Məhkəmə qərarları › İş №1(102)-275/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-275/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-275/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikas ı CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli hökmü ilə xx xxxx 1993-cü il tarixdə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, XXX qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə, Məhku m Azərbaycan Respublikası CMnin 181.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə, saat 10:30-da tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən texniki peşə məktəbinin 1-ci mərtəbəsindəki ərzaq mağazasına iş fəaliyyəti zamanı müştəri kimi daxil olduqdan sonra talamanın maneəsiz həyata keçirilməsini təmin etmək üçün aralarında olan razılaşmaya əsasən Məhkum Zərərçəkmiş şəxs 1 şüşə spirtli içki olan araq istəmiş, Zərərçəkmiş şəxs əyilərək soyuducunu açıb araq şüşəsini götürmək istədikdə T T T Zərərçəkmiş şəxs sifət nahiyəsinə 1 dəfə yumruq zərbəsi vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edib kassadan 100 manat pulu və kassanın yanındakı içərisində 900 manat olan 5 manat dəyərində pul kisəsini ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 1005 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmişdir ki, ibtidai istintaq düzgün aparılmamış, məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, istintaq orqanı tərəfindən verilmiş əsassız ittihamın nəticəsində işin halları obyektiv, hərtərəfli və ədalətli araşdırılmadan əsassız yerə CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, T T T tərəfindən cinayət əməli törədilərkən Məhkum hadisə yerində olmadığını qeyd etmiş və törədilmiş cinayət əməlində onun heç bir rolu olmadığını vurğulamışdır. Özünü yalnız cinayət əməlini bildiyi halda onu gizlətməkdə günahkar hesab edir. Həmçinin Zərərçəkmiş şəxs ibtidai istintaqla “102” xidmətinə fərqli-fərqli ifadələr vermişdir ki, bu da zərərçəkmişin kimlərsə tərəfindən öyrədilməsini, öz iradəsində asılı olmayan ifadələr verdiyini göstərir. Bundan başqa, məhkəmələr tərəfindən cəza təyin edilərkən, ilk dəfə məhkum olunması, müsbət xarakterizə ed ilməsi, himayəsində iki azyaşlı övladının olması, xəstəlikdən əziyyət çəkməsi, zərərçəkmiş şəxslə razılığa gəlməyi və dəymiş ziyanın tam ödənilməsi, əməlindən səmimi peşmançılıq hiss keçirməsi kimi yüngülləşdirici hallar nəzərə alınmadan, ona ağır cəza təyin edilərək ədalətsiz qərar qəbul edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmı ş birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə y ekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfi ndən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun CM-nin 181.2.1-ci maddəsi ilə təqsirsiz bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1. 4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. İş materiallarında olan, məhkəmə istintaqı zamanı Məhkum ifadəsində özünü təqsirli bilmədiyini, ilk dəfə məhkum olunduğundan ibtidai istintaq zamanı qorxusundan hadisəni birgə törətməsinə ifadələr verdiyini qeyd etsə də, məhkum X5 ifadəsində göstərmişdir ki, “... xx xxxxxx 2018-ci il tarixdə səhərə çörək yedikdən sonra Llə birlikdə “Ulduz” metro stansiyasından çıxıb üzü dəyirman istiqamətində gedərkən pivə almaq üçün NNN ünvanında yerləşən texniki peşə məktəbinin birinci mərtəbəsindəki əraq mağazasına daxil olmuşlar. Mağazaya bir qadın daha gədiyindən çölə çıxıb qadının getməsini gözləmişlər. Qadın ge tdikdən sonra hər ikisi içəri girərək satıcıdan pivə verməsini iştəmişdir. Mağazada yer dar olduğundan satıcı oturaq vəziyyət alaraq soyuducudan pivə götürmək istəyərkən o, satıcının üzünə bir yumruq vurmuş, sonuncu özünü itirmiş, əllərini sifətinə tutub yerində donub qalmışdır. O, dərhal kassada olan pulları və pul kisəsini götürüb qaça-qaça həmin yerdən uzaqlaşmışdır. Hər ikisi Heydər Əliyev prospektinə qədər qaçmış, yolda taksi fəaliyyəti ilə məşğul olan avtomobilə əyləşib onları Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinə aparmasını xahiş etmişlər. Pul kisəsində 700 manat olmuş, kassadan isə götürdüyü pulun miqdarı 100 manat olmuşdur. Mağazadan ümumilikdə 800 manat pul götürmüşdür. Pul kisəsini isə xatırlamadığı yerdə tullamış, oğurladığı pulla yeyib-içmiş, özünə p altar almış, həmçinin də Lə 200 civarında pal-paltar almış, qalan pulu isə ev yeyəsinə verərək borcunu bağlamışdır. Səhəri gün L ona demişdir ki, o rayona gedir, bəlkə sonra Bakıya gələcək...” İş materiallarından görünür ki, Məhkum CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli olunması Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı məhkum X2 ifadəsi, Zərərçəkmiş şəxs ifadələri, ekspertiza rəyləri, iş materiallarında olan protokollar, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası Məhkum CM-nin 181.2.1-ci maddəsi ilə təqsirsiz hesab edilməsinə dair kassasiya şikayətində qeyd etdiyi müddəaları əsassız hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Az ərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya şikayətinin cəzaya dair müddəaları ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkr et halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanı n şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları n əzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən məhkumun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum CM-nin 181.2.1-ci maddəsi ilə təqsirsiz olmasına dair kassasiya şikayətində göstəril miş müddəaların əsassız olduğunu və Məhkum düzgün olaraq məhkəmələr tərəfində CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinməsini vurğulayaraq qeyd edir ki, məhkəmələr məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmi ş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar